Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






URBANİZASİYA PROSESİ.

Plan

1. Urbanizasiyanın inkişafı

2. Urbanizasiya və onun formaları

Aqlomerasiya

Urbanizasiya (ingiliscə- urbanization, latınca urbanus- şəhərə məxsus, urbs-şəhər sözlərindən) bəşəriyyətin inkişafında şəhərlərin rolunun artması ilə bağlıümumdünya tarixi prosesdir. O, məhsuldar qüvvələrin, ilk növbədə, əhalininyerləşdirilməsindəki, onun sosial-peşə, demoqrafik strukturunda, həyat təcrü-bəsində, mədəniyyətindəki və s. dəyişilikləri əhatə edir. Urbanizasiya cəmiyyətintarixən təşəkkül tapmış formaları və əmək bölgüsü əsasında baş verən çoxtərəflidemoqrafik, sosial-iqtisadi coğrafi prosesdir. İlk şəhərlər eramızdan əvvəl III-Iminilliklərdə Misirdə, Mesopatamiyada, Suriyada, Hindistanda, Kiçik Asiyada,Çində, Hind-Çində, habelə Avropa və Afrikanın Aralıq dənizinə bitişik bəzibölgələrində yaranmışdır. Antik dünyada Babil, Afina, Karfagen, Roma,İsgəndəriyyə kimi şəhərlər mühüm rol oynamışlar. Orta əsr və İntibah dövrüşəhərlərində burjua sivilizasiyası elementləri təşəkkül tapmışdır. Kapitalizmininkişafı ilə müxtəlif maddi və mənəvi fəaliyyət forma və növlərinin obyektivsurətdə təmərküzləşməsi və inteqrasiya zərurəti urbanizasiya prosesiningüclənməsinin və əhalinin şəhərlərdə cəmləşməsinin başlıca səbəbi oldu.Urbanizasiyanın indiki mərhələsində dünyanın iqtisadi cəhətdən inkişaf etmişölkələrində iri şəhər məskənləri formalarının üstünlüyü müşahidə edilir. Urbanizasiyanın səciyyəvi cəhəti əhalinin böyük və fövqəlböyük şəhərlərdəcəmləşməsidir. Əhalinin urbanizasiya prosesini məhz 100000 nəfərdən çox əhalisiolan böyük şəhərlərin böyüməsi və bununla bağlı yeni məskunlaşma formalarınınvə şəhər həyat tərzinin yayılması daha bariz şəkildə etdirir.140 il (1860-2000-ci illər) ərzində bütün dünyada böyük şəhərlərin payı 1,7 %-dən 25%-ə çatmışdır. 1700-cü ildə dünyada 100000 nəfərdən çox əhalisi olan 31şəhər, 1800-cü ildə 65, 1850-ci ildə 114, 1900-cu ildə 360, 1950-ci ildə 950, 1980-cı ildə isə 2000-dən çox şəhər var idi. ?Miyonçu? nəhəng şəhərlərin inkişafı daxeyli əlamətdardır. 1800-cü ildə milyondan çox əhalisi olan təkcə bir şəhər varidisə, 2000-ci ildə onların sayı 320-dən çox olmuşdur.İnkişaf etməkdə olan ölkələrdə demoqrafik partlayış ?urbanizasiya parlayışı? iləyanaşı baş verir. Əhalinin şəhərləşməsi göstəriciləri müqayisədə aşağı olduğuşəraitdə inkişaf etməkdə olan bir çox ölkələr nisbətən yüksək urbanizasiya sürətiilə seçilirlər. Bir sıra Asiya və Afrika dövlətləri paytaxtlarının əndazəsiz böyüməsiurbanizasiyanın aclıq və yoxsulluqdan xilas olmaq üçün kəndlilərin kütləvi şəkildəböyük şəhərlərə axışması ilə seçilən xüsusi tipi ilə bağlıdır.



Kənd əhalisininşəhərlərə axını, bir qayda olaraq, işçi qüvvəsinə tələbatın artım sürətini xeyliüstələyir. Nəticədə, urbanizasiya sənayeləşmədən daha sürətlə gedir, kənddənşəhərə miqrasiya işsizlər və yarım işsizlər ordusunu artırır, şəhər xarabalıqlarırayonlarını genişləndirir. İnkişaf etməkdə olan ölkələrdə çox milyonlu şəhəraqlomerasiyaları formalaşır (məsələn Mexiko, Buenos-Ayres,San-Paulu, Rio-deJaneyro, Kəlkatə, Bombey və s.). İnkişaf etməkdə olan ölkələrdə urbanizasiyaprosesi son dərəcə ziddiyətlidir: o, bir tərəfdən bu ölkələrin tərəqqisinə yardımgöstərir, milyonlarla insanın müasir dünyanın informasiya və mədəni- sivilizasiyaresursları ilə təmasına imkan verir, digər tərəfdən isə, çatmaqda olanmodernləşməşmə fenomeninin doğurduğu onsuz da çox ciddi sosial-iqtisadiproblemləri daha da kəskinləşdirir, son dərəcə mühümü isə odur ki, böyükşəhərlərə demoqrafik təzyiq effekti yaradır.

Azərbaycanın sovet dövrü tarixində çoxlu böyük şəhərlərin, ilk növbədə, iri

şəhər aqlomerasiyalarının böyüməsinin məhdudlaşdırılmasına, orta və kiçik şəhərməskənlərinin ? bir, yaxud bir neçə qonşu özək inzibati rayonlar səviyyəsindəməskunlaşma sistemi mərkəzlərinin inkişafına yönəldilmiş tədbirlər sistemi həyatakeçirilirdi. Eyni zamanda, ?məskunlaşmanın dayaq karkası? deyilən inkişafprosesində, təsərüfat quruculuğu və yeni ərazilərin mənimsənilməsi gedişindəölkənin bir sıra bölgələrində böyuk şəhərlər şəbəkəsi durmadan genişlənirdi(məsələn, Sumqayıt, Mingeçevir, Yevlax, Əli Bayramlı və s. kimi iri sənayemərkəzlərinin yaradılması nəzərdə tutulur). Urbanizasiyanın demoqrafik proseslərə

təsiri, xeyli dərəcədə, şəhər mühitinin ərazi diferensiallığından, ilk növbədə,şəhərlərin böyüklüyündəki və iqtisadi profilindəki (funksional tipindəki) fərqlərdənasılı olaraq təzahür edir. Urbanizasiya prosesi inkişaf etdikcə, kənd əhalisi iləmüqayisədə,şəhər əhalisinin doğum səviyyəsi aşağı düşür. Bunun ardınca doğumkənd yerlərində də azalır. Bəzi üçüncü dünya ölkələrində (məsələn, Misirdə)şəhərlərdə doğum səviyyəsi daha yüksəkdir ki, bu da tam bir sıra sosial-iqtisadi,demoqrafik və dini amillərlə, xüsusən, şəhərlərdə cins nisbətinin daha tarazlıolması ilə izah olunur. Demək olar ki, bütün ölkələrdə kənd yerlərindən təzəlikdəköçüb gəlmiş şəhər sakinləri arasında (kənd sakinlərinin şəhərlərə uyğunlaşmasıböyük çətinliklərlə bağlı deyilsə) doğum səviyyəsi çoxdan şəhərlərdə yaşayanlararasında olduğundan yüksəkdir. Urbanizasiyanın ilk inkişaf mərhələrindəşəhərlərdə ölümün səviyyəsi kənd yerlərindəkindən yüksəkdir ki, bu da sıx əhalikütləsinin yaşadığı mühitin antisanitariya şəraiti ilə izah olunur. Uşaq ölümüxüsusilə yüksəkdir. Şəhərlərə köçən kənd sakinləri, adətən, şəhər həyatının

şəraitinə pis alışırlar.

Uzun illər ərzində Azərbaycanda şəhərəhalisinin təşəkkülündə kənd yerlərindən şəhərlərə miqrasiya və kənd yerlərininşəhər məskənlərinə çevrilməsi əsas rol oynamışdır. Lakin sonralar şəhər əhalisininformalaşmasında təbii artımın rolu böyüyür. Bu göstərici 1927-1938-ci illərdə18%, 1939-1958-ci illərdə 20%, 1959-1969-cu illərdə 40%, 1970-1979-cu illərdə43%, 1980-2000-ci illərdə isə 50% olmuşdur. Təbii artım sürəti azaldıqca şəhərəhalisinin artım sürəti də aşağı düşür.Şəhərlərin inkişafında dönüş kapitalizm dövründə baş verdi. XVIII-XIX əsrlərinayırıcında Qərbi Avropada baş verən sənaye inqilabı nəticəsində maşın əməyigeniş yayıldı, manufaktura müəssisələrini fabrik və zavodlar əvəz etdi. Texnikitərəqqi, demək olar, tamamilə şəhərlərdə cəmləşən sənaye istehsalının sürətliinkişafına səbəb oldu.

XX əsrin ikinci yarısında dünyanın inkişaf etmiş kapitalist ölkələrinin bütünəhalisinin artıq 70-dən 85 % qədəri şəhərlərdə yaşayırdı. Hələ XIX əsrdə ən inkişafetmiş şəhərlərin əhalisi milyon nəfəri keçmişdi, 2000-ci ildə isə belə şəhərlərin sayı320-ni ötürdü. XIX əsrdə 5000-dən çox əhalisi olan şəhərlərdə yaşayan sakinlərinsayı təxminən 10 dəfə artmışdır. 1800-çü ildə onlarda Yer kürəsi əhalisinin 3%-i,1900-cu ildə isə artıq 13,5%-i yaşayırdı. Bu müddətdə 100 min nəfərdən çoxəhalisi olan şəhərlərin sayı 21-dək 291-ə çatmışdı. XX əsrdə urbanizasiyanın sürətiartdı ? dünyada şəhər əhalisinin sayı əsrin əvvəlindəki 15%-dən,1950-ci ildə 30%-ə,1990-cı ildə 43%-ə,2000-ci ildə 49,3%-ə çatdı.

Dünya urbanizasiya prosesində üç mərhələ ayırd edilir. Başlanğıc mərhələ XIXəsri və əsasən, Avropanı və Şimali Amerikanı əhatə edir. İkinci mərhələdə şəhərəhalisi artmış və urbanizasiya bütün dünyada yayılmışdır. Üçüncü mərhələ XXəsrin ikinci yarısında baş vermişdir. Onun üçün, sadəcə, şəhər əhalisinin artımsürətinin güclənməsi deyil, həm də böyük şəhərlərin inkişafı və şəhər həyattərzinin kənd yerlərində yayılması tipikdir.Urbanizasiya dünya ölkələrinin əksəriyyətində ümumi əlamətlərə malikdir:

a) şəhər əhalisinin güclü artım sürəti. 1950-ci ildə dünyada şəhər əhalisinin sayı730 milyon nəfər idisə, 2001-ci ilin məlumatına görə, o 4 dəfədən çox artmışdır.

b) təkcə əhalinin deyil, təsərrüfatın da iri şəhərlərdə təmərkürləşməsi, belə ki,onlar insanların yalnız maddi deyil, mənəvi ehtiyaclarını da tamamilə təmin edəbilərlər. Böyük şəhərlər arasında əhalisi 1 milyondan çox olan milyonçu şəhərləriayırd etmək qəbul olunmuşdur. İndi onların sayı 400- ə çatır.

c) kompakt şəhərlərdən şəhər aqlomerasiyalarına, şəhər və kənd məskənlərininərazi qruplaşmalarına keçid.Şəhər aqlomerasiyaları ? istehsalat, inzibati, əmək, mədəni-məişət əlaqələri iləərazi sistemində birləşən şəhərlər yığınıdır.İngilis alimləri onları konurbasiyalar (lat. con- ?birgə, birlikdə?, urbus-şəhərlər) adlandırırlar. ABŞ-da buna metropolis (yun. metropolis- baş şəhər,paytaxt sözündən) deyilir.Beləliklə, 1950-ci ildə 30 ən iri aqlomerasiyanın 20-si Avropada, ŞimaliAmerikada, Yaponiyada və ancaq 10-u inkişaf etməkdə olan ölkələrdə idi. 1990-cıildə nisbət dəyişir: 30 aqlomerasiyadan yalnız 9-u inkişaf etmiş ölkələrdə, 21-i isəinkişaf etməkdə olan ölkələrdə olmuşdur. Milan, Berlin, Filadelfiya, Peterburq,Detroyt, Neapol, Mançestr, Birminhem, Frankfurt, Boston, Hamburq, Kəraçi,Laqos, İstanbul, Lima, Tehran, Banqkok, Dəkkə ən iri aqlomerasiyaların sırasınıtərk edir.

Şəhər aqlomerasiyasının tərkibində, adətən, baş şəhər (aqlomerasiyanın özəyi vəonu əhatə edən yaşayış məntəqələri) ayırd edilir. Belə aqlomerasiyalarımonosentrik aqlomerasiya (məsələn, Bakı, Tbilisi, Xarkov və s.) adlandırırlar.Polisentrik aqlomerasiyaların bir-biri ilə qarşılıqlı surətdə bağlı olan bir neçəmərkəzi vardır. Müharibədən sonrakı illər ərzində ABŞ-da qeyri-metropolitenəhalinin sayı cüzi dəyişmiş ? 62 milyondan 59 milyona düşmüşdür. Halbuki,fermer əhalinin sayı 30 milyondan 8 milyona qədər azalmış, metropoliten əhalininsayı isə artaraq, 70 milyondan 158 milyona çatmışdır.

ABŞ-da qeyri-metropolitenəhalinin sayı cüzi dəyişmiş ? 62 milyondan 59 milyona düşmüşdür. Halbuki,fermer əhalinin sayı 30 milyondan 8 milyona qədər azalmış, metropoliten əhalininsayı isə artaraq, 70 milyondan 158 milyona çatmışdır. Ölkə ərazisinin 14%-ni tutan279 SMSA-da (1940-cı ildə 168) cəmləşən sonuncu hazırda əhalinin 73%-ni(1940-cı ildə 52%) təşkil edir.Böyük şəhər aqlomerasiyalarının başlıca qüsurları məlumdur. Onlaraşağıdakılardır:

1)Nəqliyyat problemlərinin qeyri-adi mürəkkəbliyi. Böyük şəhərlərin küçələrimüasir nəqliyyatın keçməsi üçün namünasib olan ?kanallara?çevrilmişdir. Şəhərlərin avtomobilləşməsi sürətlə artır. Böyük şəhərlərdəavtomobil nəqliyyatı artmaqda davam edir, fərdi və ictimai nəqliyyatınbütün növlərinin sürəti isə tərs mütənasib surətdə aşağı düşür.

2) Qeyri-adi surətdə böyümüş iri şəhərlər və aqlomerasiyalar muhəndisavadanlığının bahalaşması nəticəsində su ehtiyatlarının getdikcəqıtlaşması ilə, çirkab sularının axıdılmasında, yeni tikinti ərazilərininmənimsənilməsində böyük çətinliklərlə üzləşirlər.

3) Hava hövzəsinin çirklənməsi. Böyük şəhərlərdə atmosfer son dərəçə çirklənir.Əlbəttə, atmosfer iri sənaye müəssisələrinin olduğu bir çox kiçik şəhərlərdə dəçirklənmişdir. Lakin böyük şəhərlərdə sənaye müəssisələri yaşayış yerlərini,demək olar əhatə edir. Onlarda avtomobil nəqliyyatnın çoxlugu nətisəsində havaməkanı büsbütün çirklənir.

4) Şəhər əhalisinin təbiətdən uzaqlığı. İri şəhərlər böyüdükcə, təbiətdənuzaqlaşırlar. Şəhərlərin ağ ciyərləri olan yaşıllıqlar yaşayış və sənaye tikintisinintəzyiqi ilə getdikcə geri çəkilirlər.Yeri gəlmişkən, bu, böyük şəhərlərdə əhalininhəyat şəratini pisləşdirən ən xoşagəlməz amillərdəndir.

5) Böyük şəhərlər kiçik şəhərlərin məhsuldar qüvvələrini ?sorurlar?. Fransızşəhərsalma və coğrafiya ədəbiyyatında ölkənin bütün həyat qüvvələrinin Parisaqlomerasiyasına toplanmasını bildirən xüsusi ?fransız səhrası? terminimövcuddur. Bunun nəticəsində, ətrafdakı kiçik şəhərlər miskin həyat sürürlər.

Şəhərətrafı zona əhalisinin aqlomerasiyanın özəyinə nisbətən sürətlə artmasıprosesi nəticəsində şəhərlərin ətraflara yayılması suburbanizasiya adlanır.Məskunlaşma formalarının sonrakı təkamülü istehsalın inkişafı vətəmərküzləşməsi proseslərinin təsirilə aqlomerasiyaların qaynayıb-qarışmasına,geniş əraziləri əhatə edən fövqəlaqlomerasiya səviyyəsində urbanizasiyalaşmışzonaların - meqapolislərin (yun. meqali- böyük, polis- şəhər sözlərindən)formalaşmasına gətirib çıxarır.Bir sıra tədqiqatlarda Qərbi Avropada İngiltərə, AFR, Belçika, Hollandiya,Fransanın həmmərz ərazilərində ümumi sahəsi 230 min km2, əhalisi 80 milyonnəfər olan ?Polis deltası?nın formalaşdığı qəbul edilir. San-Rio (San Paulu Rio-deJaneyro),Vizaqmahanaqar (Qanq- Brahmaputra deltası), Caban (Cakarta ?Bandunq), Pektyan (Pekin-Tyanszin), Şanxay-Nankin-Çançjou, Laqos-İbadon,Quançjou-Şançjen-Syanqon (Honkonq), Qahirə-İsgəndəriyyə, La-Plata bölgəsimeqapolisləri intensiv şəkildə formalaşır, Rusiyada Moskva- Vladimir-NijniNovqorodmeqapolisi təşəkkül tapır. Moskva-Sankt-Peterburq oxu üzərində dəmeqapolis yaranması mümkündür. Lakin Novqorod və Tver vilayətlərindən çoxlusayda əhalinin köçüb getməsi nəticəsində onun orta hissəsi boşalmışdır.

 

MÜHAZİRƏ 15.


Date: 2016-06-13; view: 417


<== previous page | next page ==>
DÜNYADA ƏHALİ MİQRASİYASI | Kənd yaşayış məntəqələrinin tipləri
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)