Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Kənd yaşayış məntəqələrinin tipləri

Kənd məskənlərinin xüsusi tərifi yoxdur. Demək olar ki, hər bir ölkədə şəhərməskənləri üçün müəyyən edilmiş meyarlara cavab verməyən bütün məskənlərkənd məskənləridir.Yer kürəsində kənd məskənlərinin dəqiq sayına dair ümumi məlumat yoxdur.Belə ki, bir çox ölkələrdə kiçik kənd məskənləri daha böyük məskənlərin tərkibhissəsi sayılır. Bu rəqəm təqribən 12-20 milyon təşkil edir. Azərbaycanda 4342kənd məskəni var. Əvvələn, ölkəmizdə rəsmi şəhər, yaxud şəhər tipli qəsəbəstatusu olmayan bütün məskənlər, o cümlədən əhali sıxlığı senzinə cavabverməyən qeyri-kənd təsərrüfatı məskənləri, ikincisi, əhalisinin əksər hissəsi kəndtəsərrüfatı əməyi ilə məşğul olan, fəhlə və qulluqçusu olmayan məskənlər kəndməskənlərinə aid edilir. Beləliklə, kənd yerlərində həm kənd təsərrüfatı əhalisi,həm də kənd təsərrüfatı ilə məşğul olmayan əhali yaşayır. Bu kənd əhalisikateqoriyasında sakinləri üç qrupa bölmək olar: a) kənd əhalisinə xidmətsahələrində (ticarət, təchizat, maarif, səhiyyə və s.); b) yaxınlıqdakı şəhərlərinmüəssisə və idarələrində; c) kənd yerlərindəki sənaye müəssisələrində və digərmüəssisələrdə çalışanlar.Dünya əhalisinin yarıdan çoxu hələ də kənd məskənlərində yaşayır. Ona görədə, təbiidir ki, kənd sakinlərinin dinamikasının və tərkibinin, habelə sosial-iqtisadimühitlə, aqrar münasibətlərlə və təbii şəraitlə əlaqədar son dərəcə müxtəlif olankənd məskənləri tiplərinin və funksiyalarının öyrənilməsi mühüm əhəmiyyətəmalikdir.

Kənd yerinin sosial-iqtisadi coğrafiyasının müasir transformasiyasını və kəndəhalisi coğrafiyasını elmi-texniki tərəqqi, sosial-iqtisadi, siyasi və mədənidəyişikliklər, urbanizasiya, sənayeləşdirmə və aqrar-sənaye iteqrasiyası proseslərikimi əsas amillər müəyyənləşdirir. Hazırda kənd əhalisi planetimizin sakinləriarasında mütləq və nisbi üstünlük təşkil etməkdədir. 2000-ci ildə 3,2 milyardadam, yəni dünya əhalisinin 53%-i kənd yerlərində yaşayırdı. Kənd sakinlərininpayı aşağı düşsə də (1900-cu ildə dünya əhalisinin 86,4, 1950-ci ildə isə 70,4 faizi),onların mütləq sayı artmaqda davam edir: 1900-cu ildə 1,3 milyard nəfər, 1950-ciildə ? 1,8 miyard nəfər. World watch institutunun proqnozlarına görə, 2010-cu ildəkənd əhalisi, ilk dəfə olaraq, sayca birinciliyi şəhər əhalisinə verəcəkdir.



Son 50 ildə şəhərə daimi böyük axına baxmayaraq, yüksək təbii artım sayəsindəkənd əhalisi 4,5 dəfə (şəhər əhalisi 4 dəfə) artmışdır. Yarım əsr əvvəl kəndəhalisinin orta illik artım sürəti şəhərdəkindən iki dəfə az idisə, XXI əsrinəvvəlində ondan 4 dəfə geri qalır. Bu dövr ərzində kənd əhalisinin ən yüksək artımıinkişaf etməkdə olan regionlarda ? Afrikada 2,7 dəfə, Asiyada 2 dəfə müşahidəolunmuşdur. Avstraliya və Okeaniyada artım təqribən orta dünya səviyyəsində,Latın Amerikasında ondan aşağı, Şimali Amerikada isə cüzi olmuşdur. Kəndyerlərində əhalinin azalması çoxdan urbanizasiyalaşmış Avropada, xüsusiləİspaniyada və Niderlandda müşahidə edilmişdir. sənaye iteqrasiyasıSon 50 ildə kənd əhalisinin cəmləşmə mərkəzinin Asiyaya keçməsi davametmişdir. İndi dünya kənd əhalisinin 7/10-sı burada yaşayır. İkinci yerə, Avropanıötərək, Afrika çıxmışdır (1 /6), Avropanın payı isə üç dəfə azalmışdır və indi o,Latın Amerikasını azacıq üstələyir. İqtisadi cəhətdən yüksək inkişaf etmiş vəurbanizasiyalaşmış regionlar ? Avropa, Şimali Amerika və Avstraliyada birlikdədünya kənd əhalisinin 1/10 ?dən də azı yaşayır. Bu da çox aşağı göstəricidir.

Dünya kənd əhalisinin yarıdan çoxu (52%) aşağı gəlirli, 42%-i orta gəlirliyalnız 6%-i yüksək gəlirli ölkələrdə yaşayır. Ən aqrar dövlətlər Asiya və Afrikadövlətləridir. Burada əhalinin 3 /5-i kənd yerlərində yaşayır. Əhalisinin 4 /5-i kəndsakinləri olan ölkələr qrupu xüsusilə seçilir. Nepal (89%), Uqanda, Malavi,Banqladeş və Vyetnam onların arasındadır. Kənd əhalisinin payı dünyanın nəhəngölkələri olan Çində (67%) və Hindistanda (72%) yüksəkdir. Lakin Asiya ən böyüktəzadlarla seçilir: əsasən, aşağı gəlirli aqrar dövlətlərlə yanaşı, burada kənd əhalisiaz olan (1/4) yüksək və orta gəlirli ölkələr (Koreya Respublikası, İordaniya, İraq)fərqləndirilir. İnkişaf etməkdə olan bu ölkələrin urbanizasiyası əhalisinin 1/4-I kəndli olan Yaponiya kimi inkişaf etmiş dövlətlərlə müqayisə edilə bilər.Əhalinin 1/2-3/5?nün kənd yerlərində yaşadığı Mərkəzi Amerika və Karibhövzəsi ölkələri ən ?kəndi? ölkələrdir. Hərçənd, orada kənd əhalisi az olan(əhalinin 1/4 ?dən azı) və yüksək gəlirli Baham adaları və orta gəlirli Kuba kimiölkələr də var. Kənd əhalisinin xüsusi çəkisinin eyni dərəcədə azlığı Argentina vəUruqvay (1/10), Braziliya (1/5) üçün də səciyyəvidir.Urbanizasiyanın XIX əsrin ortalarından etibarən, son onilliklər daxil olmaqla,XX əsr ərzində davam etməklə müxtəlif vaxtlarda baş verdiyi yüksək gəlirliregionların (Qərbi, Şimali və qismən cənubi Avropa), orta və ortadan aşağı gəlirliregionların (Şərqi və qismən cənubi Avropa) təmsil olunduğu Avropada mənzərədaha mürəkkəbdir. Burada onların payı, adətən 1/10-lə (Böyük Britaniya) 1/3(Finlandiya) arasındadır. Şərqi Avropada 1/2-ə qədər (Sloveniya) artır, Rusiyadaisə 1/4 ?dən bir qədər çoxdur.Kənd əhalisinin və kənd təsərrüfatı əhalisinin coğrafi öyrənilməsi kəndyerlərinin sosial və istehsal problemlərinin təhlili üçün əhəmiyyətlidir. Qlobalproblemlərdən biri ? yoxsulluqla mübarizə dünya yoxsullarının 70%-nincəmləşdiyi kənd yerləri üçün xüsusi əhəmiyyətə malikdir. Dünya Bankınınhesablamalarına görə, 2000-ci ildə Yer üzündə gündə 1 dollardan az alan 1,2milyard adam yaşayırdı, 2,6 milyard nəfər, yəni bütün əhalinin 47%-i isə gündə 2dollardan az qazanırdı. Yoxsul əhali aşağı və orta gəlirli ölkələrdə, əsasən, inkişafetməkdə olan dövlətlərin kənd yerlərində toplanmışdır. Praktik olaraq, hər yerdəkasıb şəhərlilərin sayı kənd yoxsullarından azdır, yoxsulluq həddi isə şəhərlərdəkənd yerlərindəkindən yüksəkdir. Şəhər yoxsullarının sayca kənd yoxsullarısəviyyəsindən yüksək olduğu ölkələr çox azdır (İndoneziya, Honduras, Kamerun,Gürcüstan). Kənd yerlərində maksimum yoxsulluq dərəcəsi 90%-dək çatır(Zambiyada kənd əhalisinin 88%-i yoxsuldur), halbuki şəhərlərdə bu, 60%-əqədərdir (Çad).BMT-nin 2015-ci ilədək olan dövrdə dünya inkişafına dair öncül məqsədlərinəyoxsulların sayının iki dəfə azaldılması, ərzaq təminatı vəziyyətinin, səhiyyənin,təhsilin, ekologiyanın yaxşılaşdırılması daxildir. 2005-ci ilə qədər isə sabit milliinkişaf strategiyasının həyata keçirilməsi təklif olunmuşdu. Bütün bunlar kəndəhalisi və kənd təsərrüfatı əhalisinin vəziyyəti ilə, kənd yerlərində ümumi şəraitləbilavasitə bağlıdır.İstehsal əlamətlərinə görə bütün kənd məskənlərini üç tipə ayırmaq olar:

a) kənd təsərrüfatı məskənləri;

b) qeyri-kənd təsərrüfatı məskənləri;

c) qarışıq funksiyalı məskənlər.

Müxtəlif ölkələrdə əhalinin bu kateqoriyaları arasında nisbət xeyli fərqlənir.Kənd təsərrüfatı əhalisinin xüsusi çəkisi iqtisadiyyatının əsasını kənd təsərrüfatıtəşkil edən inkişafda olan ölkələrdə daha yüksəkdir. İş burasındadır ki, xüsusiləyüksək inkişaf etmiş ölkələrdə, kənd yerlərində kənd təsərrüfatı ilə bağlı olmayanxeyli adam yaşayır. Burada fermerlərin ehtiyaclarına, nəqliyyata, meşətəsərrüfatına, kurortlara xidmət göstərən çoxlu məskənlər, gecələmə qəsəbələri vəs. vardırKənd təsərrüfatı kənd məskənlərinə əhalisinin başlıca məşğuliyyəti kəndtəsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı olan məskənlər aiddir. Yer kürəsikənd əhalisinin əsas hissəsi kənd təsərrüfatı ilə bağlıdır. Ona görə də kəndməskənlərinin əsas tipi iri olmayan kənd təsərrüfatı yaşayış məntəqələridir.

Qeyri-kənd təsərrüfatı əhalisi üç ünsürdən:

1) kənd yerlərində yaşayıb, kənd əhalisinə xidmət edən şəxslərdən;

2) hər günşəhərdəki daimi iş yerinə gedib-gələn kənd sakinlərindən;

3) prinsipcə şəhərprofilli olub, şəhərdən kənarda yerləşən müəssisədə (sənaye, mədən işləri və s.)çalışanlardan təşkil edilir.

İqtisadi inkişaf, xüsusilə sənaye inkişafı artdıqca sadalanan üç kateqoriyadanolan kənd əhalisinin payı artır, özəlliklə kənd təsərrüfatında çalışanların sayı isəazalır.Topoqrafik mövqe?yerin relyefin ayrı-ayrı elementlərinə, çay şəbəkəsinə və s.münasibətdə mövqeyidir. Topoqrafik mövqedə bölgələrarası fərqlər müşahidəolunur. Kənd evlərinin qarşılıqlı yerləşməsinin öyrənilməsi, onların kənddəqruplaşdırılmasının, habelə kənd məskənlərinin özlərinin (onların topoqrafiya vəmorfologiyasının) öyrənilməsi coğrafiyaşünasları xeyli maraqlandıra bilər.

XIX əsrin sonlarında Almaniyada kənd məskunlaşması formalarını müəyyənetnoslarla bağlayan bütöv bir etnoqrafiya məktəbi yaranmışdır: Xutorməskunlaşması kelt, kənd məskunlaşması isə german tayfalarına xasdır. Lakinarxiv materialları göstərmişdir ki, kənd məskunlaşması təsərrüfat formaları iləbağlı olmuşdur. Kənd məskənləri mənşəyinə görə də təsnif edilir:

Dispers (dağınıq, təkhəyətli) məskunlaşma inkişaf etmiş ölkələrin kəndyerlərində, habelə Baltikyanı ölkələrində ferma, malikanə, xutor və s. şəklindəyayılmış məskunlaşma formasıdır. Əkinçilərin və icarədarların (fermerlərin)ailələri becərdikləri və əsas dolanacaq mənbələri olan sahələrində yaşayırlar.Torpaq payları az olduqda, təkhəyətlilər sıxlaşma mərkəzli və səpələnmə zonalıqrup formasını xatırladan dispers məskunlaşmaforması yarada bilərlər.Dağınıq fermer məskunlaşması xüsusi yolüstü qəsəbələr növü ? baqqal dükanı,ibtidai məktəb və s. olan bir neçə evdən ibarət ferma qrupuna bilavasitə xidmətmərkəzləri ? ?Hemlit?lər yaratmışdır.Kənd məskənləri genezisinə (mənşəyinə) görə də təsnif olunur. Genetik təsnifatmüasir məskunlaşmanın tarixi şəraitini - kəndlərin planlı struktrununxüsusiyyətlərini, onların görkəmini, yaşayış yerlərinin yerləşdirilməsiniaydınlaşdırmağa kömək edir. Məsələn, Qədim Rus Dövlətində knyazların ?taxtaoturduqları?, yaxud yaşadıqları şəhərətrafı malikanələri kənd adlanırdı. Sonralaronlar ətraf kənd yerləri üçün yerli mərkəz rolu oynayan kilsəli və dükanlı nisbətəniri yaşayış məntəqələrinə çevrilirdilər. Əvvəllər kilsəsi və qəbirstanlığı olan kiçikkəndlər poqost adlanırdı.

Son 50 ildə şəhərə daimi böyük axına baxmayaraq, yüksək təbii artım sayəsindəkənd əhalisi 4,5 dəfə (şəhər əhalisi 4 dəfə) artmışdır. Yarım əsr əvvəl kəndəhalisinin orta illik artım sürəti şəhərdəkindən iki dəfə az idisə, XXI əsrinəvvəlində ondan 4 dəfə geri qalır. Bu dövr ərzində kənd əhalisinin ən yüksək artımıinkişaf etməkdə olan regionlarda ? Afrikada 2,7 dəfə, Asiyada 2 dəfə müşahidəolunmuşdur. Avstraliya və Okeaniyada artım təqribən orta dünya səviyyəsində,Latın Amerikasında ondan aşağı, Şimali Amerikada isə cüzi olmuşdur. Kəndyerlərində əhalinin azalması çoxdan urbanizasiyalaşmış Avropada, xüsusiləİspaniyada və Niderlandda müşahidə edilmişdir.

 

 


Date: 2016-06-13; view: 586


<== previous page | next page ==>
URBANİZASİYA PROSESİ. | 
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.008 sec.)