Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Sosial struktur və sosial stratifikasiya

Əmək ehtiyatları-olkə əhalisinin əmək fəaliyyəti ucun zəruri fiziki inkişafa vəsaglamlıga malik olan hissədir.Əmık ehtiyatları cəmiyyətin bütün xalqın həyat şəraitinin hərtərəfliyaxşılaşdırılması ücün istifade edilən başlıca məhsuldar qüvvəsidir. Əməkehtiyatlarının tərkibinə əmək qabiliyyətli yaşda olan əhali daxildir. Bukateqoriyaya Rusiyada 16-59 yaşlı kişilər, 16-54 yaşlı qadınlar; Azərbaycanda 15-61 yaşlı kişilər, 15-56 yaşlı qadınlar; Gürcüstanda 16-64 yaşlı kişilər, 16-59 yaşlıqadınlar daxildir. İş qabiliyyətlilərin aşağı yaş həddinin müəyyənləşdirilməsindəölkələr arasında əhəmiyyətli fərq olmasa da, yuxarı iş yaşı həddində dəyişmə xeyliböyük olub 20 ilə çatır. Yuxarı iş yaşı həddindəki belə böyük fərq orta ömürmüddəti və cəmiyyətin yaşlı insanları pensiya ilə təmin etmək imkanları arasındakıfərqlə müəyyən olunur. İnkişaf etməkdə olan bir çox ölkələrdə orta ömür müddətiyuxarı iş həddinə çatmır. Dünya ölkələrinin əksəriyyətində yuxarı iş yaşının həddi60-65 yaş müəyyən edildiyi halda, bır sıra Asiya və Afrika ölkələrində təqaüdəçıxmaq yaşı 50 yaş müəyyən olunmuşdur. İnkişaf etmiş ölkələrdə əməkqabiliyyətli yaş həddi xeyli yüksəkdir (Danimarkada, İsveçdə ?67 yaş, Norveç,Yaponiya, Finlandiya və Almaniyada ?70 yaşınadək).

Əmək ehtiyatlarının sayı 2 kateqoriyadan olan şəxsləri əhatə edir:

1.Əmək qabiliyyətli yaşlı əhali, işləməyən I-II qrup əlillərin, habelə güzəştlişərtlərlə təqaüd alan işləməyən şəxslərin əmək qabiliyyətli yaşlı əhalinin sayındançıxılması ilə müəyyənləşdirilir.

2. Əmək ehtiyatları əmək qabiliyyətli yaşda olan işləyən, o cümlədən işləyənyeniyetmələr (16 yaşınadək) və işləyən təqaüdçülərin sayı ilə müəyyən edilir.Kəmiyyət aspekti aşağıdakı parametrlərlə səciyyələnir:



a) əmək qabiliyyətli əhalinin ümumi sayı;

b) işləyən əhalinin formalaşmış əmək məhsuldarlığı və əməyin intensivliyişəraitində yerinə yetirdiyi iş vaxtının miqdarı.

Əmək potensialının keyfiyyət aspekti aşağıdakı göstəricilərlə müəyyən olunur:

a) əmək qabiliyyətli əhalinin sağlamlığı və fiziki iş bacarığı;

b) əmək qabiliyyətli əhalinin ümumtəhsil və peşə-ixtisas hazırlığı.

Beləliklə, əmək potensialının kəmiyyət aspekti onun ekstensiv tərkibini,keyfiyyət aspekti isə intensiv tərkibini əks etdirir.

Əmək qabiliyyətli əhalinin tərkibində iqtisadi cəhətdən fəal və iqtisadi cəhətdənpassiv əhali fərqləndirilir. İqtisadi cəhətdən fəal əhali dedikdə əmək qabiliyyətliəhalinin bütün fəaliyyət sahələrində çalışan, yaxud istehsalatda iştirak etməkniyyətində olan hissəsi nəzərdə tutulur. İqtisadi cəhətdən fəal əhalinin sayına həmişləyənlər, həm də işsizlər daxildir.İnkişaf etmiş ölkələrdə əhalinin əksəriyyəti qeyri-istehsal sahəsində işləyir.Xidmət sahəsində çalışan əhalinin payı böyükdür. Böyük Britaniyada, AFR,Belçika, Fransa və İsveçdə iqtisadi cəhətdən fəal əhalinin 40%-ə yaxını, ABŞ-daisə 50 %-dən çoxu bu sahədə çalışır. Qərb ölkələrində fəhlə sinfinin tərkibindəmüxtəliflik getdikcə daha aydın şəkildə özünü göstərir. ABŞ-da "maviyaxalıqlılar"ın ? fəhlə və fermerlərin sayı cəmi 27% təşkil edir. Müəssisələrdəonların yerini, tədricən, daha savadlı zehni əmək adamları tuturlar. Zehni heyyətəavtomatlaşdırma və elektron-hesablama texnikasını yaradan, onlara xidmətgöstərən yüksək ixtisaslı mütəxəssislər aid edilir.

Minilliklər ərzində orta ömür müddəti 30-35 il olmuşdur. Hazırda Afrika və

Asiyanın 40 ən yoxsul ölkəsində bu, 47 ildir. İnkişaf etmiş ölkələrdə orta ömürmüddəti xeyli böyükdür. Bu göstərici Yaponiyada ? 79 il (kişilərdə 76, qadınlarda82 il), İsveçdə ? 78 il (75 və 80), ABŞ-da ? 75 (72 və 79). Rusiyada ? 65 (58 və72), İranda ? 55 (56 və 55), Hindistanda ? 59 (58 və 59), Çində ? 68 (68 və 71),Azərbaycanda isə (66 və 71) il təşkil edir. Ölkəmizdə ən böyük problemlərdən biriuşaq ölümünün yüksək səviyyədə olmasıdır. Əgər bu göstərici hər min nəfərdoğulana görə İsveçdə 3,8, Yaponiyada 4,5 ABŞ-da 9, Rusiyada 18,6-dırsa,Azərbaycanda ?33,1 nəfərdir. Bu rəqəm Pakistanda ?100, Əfqanıstanda-163,İranda 127-dir. İnsanların sosial-iqtisadi həyat şəraiti yaxşılaşdıqca uşaq ölümüazalır. XX əsrin əvvəllərində dünyada bu göstərici hər 1000 nəfər əhaliyə təqribən250, 1950-55-cı illərdə-155, 1990-1997-cı illərdə isə, BMT-nin hesablamasınagörə, 63 nəfər olmuşdur. Ürəyin işemiyası, qaraciyərin serrozu və bir çoxxəstəliklər, habelə bədbəxt hadisələrdən ölüm təhlükəsini kəskin surətdə artıranalkoqolizm insanların xeyli hissəsinin sağlamlığına böyük ziyan vurur. İçkidüşkünlərinin orta ömür müddəti ümumi orta səviyyədən 10-15 il azdır. Fransa,İtaliya və Macarıstan əhalisi alkoqola aludə olan ölkələrə aid edilir (adambaşına 11litrdən çox). Narkotiklərdən istifadə bir çox ölkələr üçün ən ciddi probleməçevrilmişdir. "Ağ ölüm" hər il minlərlə adamın həyatına son qoyur, öz qurbanlarınıcismani və mənəvi şikəst edir. Ölümdən bəhs edərkən əhalinin əmək qabiliyyətliyaşda həyatdan getməsindən danışmaq lazımdır. Azərbaycanda ölümün səbəbləriarasında birinci yerdə qan dövranı sistemi (ürək-damar sistemi) xəstəlikləri, ikinciyerdə bədbəxt hadisələr, zəhərlənmələr, travmalar; üçüncü yerdə isə bədxassəlixəstəliklər durur.

Sosial struktur-cəmiyyətin həyatı ilə bağlı hansısa vahid əlamətlərləsəciyyələnən qarşılıqlı surətdə əlaqəli sosial birliklərin toplusudur. Sinfi (siniflər,sosial təbəqələr və qruplar), demoqrafik (gənclər, qadınlar, ahıllar), etnik(qəbilələr, etnoslar, millətlər) və s. iri sabit sosial birliklərdir.Siniflər (meyar kimimülkiyyətə münasibət götürülür); peşə qrupları (ümumi əmək bölgüsü sistemindəmövqe); ərazi ümumiliyi (fərdlərin yaşayış yeri) və s. kimi sosial birliklərfərqləndirilir. İstehsalçı və qeyri-istehsalçı işçilər sinfi istehsal vasitələrinə sahib olmayan,yaxud onlara müxtəlif maddi və ya qeyri-maddi istehsal sahələrində məhdudhəcmdə malik olan muzdlu əməkçiləri birləşdirir. Hazırda bu sinfin 75 %-əqədərini əmək fəaliyyəti iqtisadiyyatın istehsal sahəsi ilə bağlı olan fəhlə vəqulluqçular təşkil edir. Hakim sinif ? əsas istehsal və dövriyyə vasitələrinə sahibolan, ali nəzarət ? idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri (bu qrup əvvəllərburjuaziya adlandırılırdı) birləşdirir. Yüksək mənsəbli menecerlərin onun tərkibinədaxil edilməsi həm iri sahibkarları, həm də postindustrial ölkələrin iqtisadiyyatındaaparıcı mövqelər tutan muzdlu əmək nümayəndələrini birləşdirən hakim sinifanlayışını şərtləndirdi. İqtisadi cəhətdən fəal əhalinin 3-4 faizini təşkil edən hakimsinif müasir millətlərin iqtisadi və siyasi elitasını təşkil edir.Orta təbəqələr, yaxud orta sinif göstərilən iki sinif arasında orta mövqe tutur."Orta sinif" anlayışında birləşən aralıq qrupları müstəqil işçiləri, kiçik və ortabiznes nümayəndəlrini (kiçik sahibkarlar, fermerlər, sənətkarlar) əhatə edənənənəvi, yaxud köhnə və ziyalıların, menecerlərin, aparıcı istehsal sahələrimütəxəssislərinin böyük əksəriyyətini, orta qulluqçular qrupunu birləşdirən yeniorta təbəqələrə, yaxud yeni orta sinifə bölünür. Gəlirlərinin səviyyəsinə görə social qrupların qalan hissəsindən xeyli fərqlənən bu sinif inkişaf etmiş ölkələrin işçiqüvvəsinin təqribən 30-40%-ni təşkil edir. Azərbaycan millətinin də aid edildiyikeçid tipli iqtisadiyyatlı millətlərə gəldikdə isə, burada hazırda köhnə social birliklərin transformasiyası və yenilərinin yaranması baş verir.Stratifikasiya nəzəriyyəsinin tərəfdarları social dəyişikliklərin dinamikasını öyrənərkən çox vaxt şaquli və üfüqi stratifikasiyadüsturlarından istifadə edirlər. Çünki onların fikrincə, insan öz həyatında bir social səviyyədən digər sosial səviyyəyə yüksələ və ya düşə, yaxud, təqribən, eynisəviyyədə qalaraq, bir sosial qrupdan digərinə keçə bilər. İnsanın 6 səviyyədənibarət şaquli stratifikasiya üzrə irəliləmə imkanlarını nəzərdən keçirək: 1. Yüksəktəbəqəyə mənsub peşəkarlar və inzibatçılar; 2. Daha aşağı səviyyəli başçılar,kommersiya sinfi; 3. Xırda burjuaziya; 4. Rəhbərlik funksiyalarını həyata keçirəntexnik, fəhlə və qulluqçular; 5. İxtisaslı işçilər; 6. İxtisassız işçilər, fəhlələr,kəndlilər, qulluqçular. İndi, cəmiyyətimiz bazar iqtisadiyyatına keçəndən sonar belə, sosioloq və iqtisadçılar cəmiyyətin sosial tərkibinin elmi cəhətdənəsaslandırılmış vahid sxemini işləyib hazırlamamışlar. Əgər əvvəllər basilica ziddiyyət əməkçilərlə hakimiyyətə və mülkiyyətə şəriksiz sahib olan nomenklaturaarasında idisə, hazırda 5 iri sosial qrupu müəyyən etmək mümkündür: a) Yenisiyasi elita ilə qaynayıb qarışmış keçmiş partiya ? təsərrüfat elitasından ibarətinzibati elita; b) Sahələrə, ixtisaslara və digər əlamətlərə görə sosial qruplarabölünən fəhlə sinfi; c) Tərkibində, yenə də, bir sıra sosial qrupların ? həkim,müəllim, ədəbiyyatçılar, peşəkar hərbçilər və s. ayırd edildiyi ziyalılar; ç) "Yeni burjuaziya", (bütün növlərdən olan sahibkarlar, bankirlər və s.); d) Kəndlilər.Bu, artıq sosial stratifikasiyadır, lakin o siniflər haqqında əvvəlki təsəvvürlərəistinad edərək, onların daxilindəki konkret sosial qrupları aşkara çıxarmır.Məsələn, kəndlilər arasında iki sosial qrup dəqiq şəkildə seçilir: ictimailəşdirilmiş(kooperativləşdirilmiş) və özəl sahibkarlıq (fermer) kəndliləri, sosial cəhətdəndövlət müəssisələri və özəl fiA) Demokratik bazar cəmiyyəti modeli güclü orta sinif tərəfindən dəstəklənir.Burada sosial təbəqələrin bölgüsü sxemi formaca inkişaf etmiş mərkəzi hissəli(orta təbəqələr), nisbətən yüksək olmayan yuxarı sinif (mülkiyyətci, idarəedici elita)qütbləri və ən yoxsul təbəqə qrupları olan ovalı xatırladır. Orta sinif ABŞəhalisinin 65 %-ni, Fransa əhalisinin 60%-ni, Yaponiya əhalisinin təqribən 70%-nitəşkil edir.

İnkişaf etmiş Qərb ölkələrində muzdlu və fərdi əmək fəaliyyəti bütün əhalinin80%-dən çoxunun dolanmaq mənbəyidir. Muzdlu əməkçilərin sayı artdıqca,sənaye fəhlə sinfinin sayı azalır. Əslində, əvvəlki şəkildə proletariat yoxdur.B) Zəif inkişaf etmiş, lakin bazar iqtisadiyyatına əsaslanan cəmiyyətəsöykənən sosial struktur modeli ən yoxsul təbəqələri nəzərdə tutan yuxarıyayönəlmiş, geniş oturacaqlı üçbucaq şəklindədəir.C) Keçmiş sosialist cəmiyyətlərinin təbəqələşməsi modeli böyük hissəsini"əməkçilər" təbəqəsi, zirvəsini isə "iqtidar nümayəndələri" tutan xeyliyastılaşdırılmış üçbucaqlı "qatışıq piramida"nı xatırladır.Azərbaycanda orta sinif dağılmış sosializm cəmiyyəti strukturunun aşağıdakımüxtəlif ünsürlərindən formalaşır:

1. Sahibkarlar, menecerlər;

2. Yüksək ixtisaslı fəhlələr;

3. Yüksək ixtisaslı mütəxəssislər;

rma işçilərinə bölünən (hər ikisinin öz sosial

mənafeləri vardır) fəhlələr.4. İstehsalçı kəndlilər, fermerlərİnkişaf prosesi xeyli dərəcədə Qərb cəmiyyətinə oxşar ? əlbəttə, öz spesifikasıilə, - gedərsə, iqtisadi strukturda baş verən dəyişikliklər nəticəsində orta sinifkeçmiş sosial təbəqə və sinifləri getdikcə daha çox "udaraq", həlledici ictimaiqüvvəyə, vətəndaş cəmiyyətinin demokratik inkişafının özünəməxsus təminatçısınaçevriləcəkdir. Hazırda bu meyllərdən artıq danışmaq mümkündür. "Orta sinfin"dövlətin dayağına çevrilməsinə isə xeyli vaxt lazımdır.

 

 

Mühazirə 11

HALİ MİQRASİYASI

PLAN


Date: 2016-06-13; view: 319


<== previous page | next page ==>
Dünya, məhəlli və qəbilə dinləri. | DÜNYADA ƏHALİ MİQRASİYASI
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)