Yerin müasir əhalisinin dini tərkibini ancaq təqribi surətdə müəyyənləşdirməkmümkündür. Çünki dünyanın heç də bütün ölkələrində dindarların statistik qeydiaparılmır, dini təşkilatların statistikası çox vaxt tendensiyalı olur, öz dindarlarınınfaktik sayı şişirdilir. Qeyd edilməlidir ki, təhsil və mədəniyyət səviyyəsi yüksəkolanlarda, kənd yerlərinə nisbətən şəhərlərdə və kişilər arasında ateistlərin sayıdaha çoxdur.Dinlər qəbilə-tayfa (bütpərəst), məhəlli (milli), dünya dinlərinə bölünür. Yerüzərində geniş yayılmış dünyəvi dinlər ? buddizm, xristianlıq və islam dinidirQəbilə-tayfa dinləri ? sosial-iqtisadi cəhətdən geri qalmış xalqların, qəbilələrinilkin dini etiqad formalarıdır.Fetişizm ? insanın təxəyyülünü heyrətləndirən hər hansı cansız əşyaların, daş,ağac parçası, yaxud heyvan bədəninin bir hissəsi, fövqəltəbii qüvvəsinə inamdır. Ocümlədən fiqurcuqlara, bütlərə və s. inamdır. Ona sitayiş, minnətdarlıq etmək,bəzən isə cəzalandırmaq da olar. Fetişizmin digər etiqad formaları, ilk növbədə,totemizmlə çulğalaşır. Totemizm (Şimali Amerika hindularının dilində ?ot-otem??onun nəsli? deməkdir) insan qrupu (adətən, qəbilə) ilə mifik əcdadların totemi(daha çox, hansısa heyvan, yaxud bitki) arasında qohumluq haqqında dinitəsəvvürlər sistemidir.Totemizm ? qəbilənin bu və ya digər heyvandan, yaxud bitkidəntörədiyinə inam və bu heyvana (bitkiyə) sitayişdir. Məsələn, Avstraliyada bu,kenquru, emu dəvəquşusu, opossumdur. Onları öldürmək və yemək olmaz.Totemizm, insanlar arasında qan qohumluğu əlaqələrinin ən vacib sayıldığı, erkənqəbilə cəmiyyətinin dinidir. İnsan bu cür əlaqələri ətraf mühitdə görür və qohumluqmünasibətini bütün təbiətə şamil edirdi.
Avstraliya aborigenlərində, totemizm qeyri-adi yaşarlıqnümayiş etdirir. Ümumiyyətlə, Avstraliyanı, klassik totemizm ölkəsi adlandırırlar.Totemizm vaxtilə Hindistanda geniş yayılmışdı. Dağlıq və meşəlik yerlərdəyaşayan və hinduizmlə təmasda olmayan hind qəbilələrində bitki və heyvan adlarıdaşıyan tayfalara bölünmə indiyədək qalmaqdadır. əcdadlara, yaxud ölülərə sitayiş ? nə vaxtsa yaşamış əcdadların, yaxudqohumların mövcud olmaqda davam etdiklərinə və yaşayanların taleyinə xeyir vəya zərər yetirə bilmələrinə inamdır. Ən aydın ifadə olunmuş animist ayinlərdən biridünyanın bir çox xalqlarında bugünədək qorunub saxlanmış əcdadlara sitayiş,ölmüş qohumların ruhuna ehtiramdır.Şamanizm ? ayrı-ayrı adamların vəcd halına gələrək, ruhlarla ünsiyyətə girməkvə onların gücündən müalicə və praktik məqsədlər üçün istifadə etmək bacarığınainamdır. Şamanizm bəşəriyyətin dini etiqadlarının inkişafında xüsusi mərhələ olub,ovçuluğun, balıqçılığın, yığıcilığın əsas həyati vasitələr olduğu vaxtlardayaranmışdır.Şamanın türkcə adı ?qam?dan şamanın ruhlarla və allahlarla söhbətləşməsi ayinimənasına gələn ?qamlama? sözü yaranmışdır.Bir sıra digər inamlar ? bütün təbiət hadisələrini şəxsləndirən animizm (lat.animus ? ruh sözündən), allahı təbiətdə təcəssüm etməkdə görən panteizm, tabusistemi, magiya və s. mövcuddur.İudaizm bu günədək gəlib çıxmış ən erkən dini etiqadlardan sayılır. O, müasirİsrail dövlətinin ərazisində formalaşmış, sonralar monoteizmə keçən çoxallahlı dinkimi yaranmışdır. İudaizm üçün vahid allaha inamdan əlavə, ruhun ölməzliyinə, odünyada əcr veriləcəyinə, axirətə, qiyamət gününə, cənnətə, cəhənnəmə,yəhudilərin Allah tərəfindən seçildiyinə inam da səciyyəvidir. Sikhizm ?hinduizmdə təriqət olmuşdur. XVI-XVIII əsrlərdə müstəqil dinə çevrilərək, basilica olaraq, Hindistanın Pəncab ştatında yayılmışdır. Dinin əsasını təkallahlılıq,kastaların inkar edilməsi, sikhlərin Allah qarşısında bərabərliyi təşkil edir.
Konfusiçilik və daosizm ? müasir Çinin ərazisində yaranmış fəlsəfi-dinisistemlər, Çin dinləri. Konfusiçiliyin banisi olan Konfusi (e.ə.VI-V əsrlər)hökmdarların hakimiyyətini göylərin hədiyyəsi hesab edir və buna görə də onlarımüqəddəs sayır, insanların ?yüksək? və ?aşağı? silklərə bölünməsini qanuni hesabedirdi. Konfusiçiliyin etik normalarına mənəvi təkmilləşmə tələbləri və etiketqaydalarına (yuxarıdakına sözsüz tabe olmaq və itaət göstərmək) mütləq əməledilməsi daxil idi. Eramızın II əsrindən 1911-1913-cü illər Sanxay inqilabına qədərkonfusiçilik rəsmi dövlət ideologiyası statusuna malik idi.Sintoizm ? fəlsəfi-dini sistem kimi Yaponiyada təşəkkül tapmışdır. O, təbiətallahlarına və əcdadlara səcdə əsasında yaranmışdır. Baş allahları Günəş ilahəsiAmaterasu və onun nəslindən olan Drimmudur. Sintoizm təqribən bir əsr ərzində(1848-1945-ci illər) bu ölkənin dövlət dini olmuşdur. Sintoistlər hazırkı yaponimperatorları (1989-cu ildən Akihito) sülaləsinin şəcərəsini Amaterasu iləbağlayırlaHinduizm ? eramızdan əvvəl birinci minilliyin ikinci yarısında cənubi Asiyadameydana gələrək, Hindistanın kasta sistemini qanuniləşdirən brahmanizmdəntörəmişdir. Hindistan, Nepal, Şri-Lanka və Banqladeş əhalisinin xeyli hissəsi hinduistdir. Onlar hər bir kasta üçün, peşə və ünsiyyət dairəsi daxil olmaqla, müəyyənolunmuş həyat tərzinə ciddi şəkildə əməl etməlidirlər.Təkallahlığa (monoteizm) söykənən yalnız üç məhəlli din beynəlxalq xarakterkəsb edərək, dünya dinlərinə çevrilmişlər.
Buddizm dünya dinlərinin ən qədimi sayılır. O, brahmanizmin təsbit etdiyikasta quruluşuna müxalifət kimi, e.ə. VI əsrdə yaranmışdır. Əgər xristianlarinsanın bir dəfə ölüb, sonradan allah dərgahı qarşısında dayanacağına inanırlarsa,buddistlər (eləcə də hinduistlər) hər bir ruhun uzun zəncirvarı yenidən doğulmasındandanışırlar. Hinduizmin bir sıra ehkamlarını götürən buddizm kasta
sistemini rədd etmişdir.Buddizmdə iki əsas cərəyan vardır. Hinayana (?dar yol? deməkdir) tərəfdarlarıBuddanı real tarixi şəxsiyyət sayır, erkən buddizmin prinsiplərinə ciddi riayət edir,yəni kim nicat istəyirsə, dünyəvi həyatdan əl çəkməlidir. Mahayana (?geniş yol?)tərəfdarları isə Buddanı ilahiləşdirir və belə hesab edirlər ki, buddizmin dahasonrakı forması olan lamaizmə görə, nicat üçün rahiblik heç də vacib deyil. Əfsunovsunlaraxüsusi önəm verilir. Hind-Çin yarımadası və Şri-Lanka əhalisinin əksər hissəsi buddizmə etiqad bəsləyir.Lamaizm Monqolustan əhalisi arasında, Şərqi Buryatiyada, kalmıklar vətuvalılarda yayılmışdır.Əksər məlumatlara görə, buddistlərin ümumi sayı 400 milyon nəfərdir.Buddistlərin sayı daim artır. İlk öncə, son illərdə Qərbdə buddizmə maraq artmaqdadır.
Xristianlıq ? eramızın birinci minilliyinin əvvəlində Roma imperiyasınınşərqində, müasir İsrail dövlətinin ərazisində yəhudi müstəsnalığına etirazkimi meydana gəlmişdir. Xristianlıq Allahın üç ? ata, oğul və müqəddəs ruh ?sifətdə mövcud olmasıdır. Oğul-allah insanların günahını yumaq və Yer üzündə?ilahi hökmranlığı? bərqərar etməkdən ötrü, yenidən zühur etmək üçün əzablıölümü qəbul etmişdir. Xristianların müqəddəs kitabı ? Bibliya Əhdi-Ətiqdən vəƏhdi-Cədiddən ibarətdir. Əsas etik prinsipləri ? dözüm və mərhəmətdir. 1054-cüildə Roma (qərb) və Konstantinopol (şərq) qolları arasında tam ayrılmanəticəsində, xristianlığın katolisizmə və pravoslavlığa parçalanması baş verdi.İisus Xristi (İsanı) oğul-allah deyil, allah hesab edən monofist kilsəsiEfiopiyadakı Misir qibtiləri arasında və Ermənistanda yayılmışdır.Katolisizm. Statistik məlumatlara görə, dünyada 600 milyondan 850milyonadək katolik vardır ki, bu da planet əhalisinin təqribən 15%-dir. LatınAmerikasında əhalinin 90%-i, Avropada 40%-ə yaxını, Şimali Amerikada 25% -i,Afrikada 13%-i, Asiyada isə cəmi 2,5%-ə qədəri (onların da üçdə ikisi Filippindəyaşayır) katolikdir.
İslam-İslam. İslamın meydana gəlməsi və onun dünya dininə çevrilməsi. ?İslam?termini ərəbcədən tərcümədə ?itaətetmə? deməkdir. Bu dini qəbul edənlərə isəmömin (ərəbcə müslim) deyilir. Bu dinin ikinci adı ? müsəlmanlıq da buradandır.Avropada vaxtilə onu bu dinin banisi Məhəmmədin (latınlaşdırılmış şəkli -Maqomet) adı ilə bağlı ?Məhəmmədçilik? də adlandırmışlar.
İslam dünya dinlərinin ən gəncidir. O, VII əsrin əvvəllərində, Ərəbistan
yarımadası ərazisində yaşayan sami dilləri ailəsinə mənsub köçəri və yarımköçərixalqlar arasında meydana gəlmişdir. İslam, ardıcıllarının sayına görə, ikinci dünyadinidir. Hazırda dünyanın 120-dən çox ölkəsində ona 1 milyard 150 milyondanartıq adam etiqad edir. İslam ən çox Afrikada (əhalinin 50%-i) və Asiyada(əhalinin 20%-i) yayılmışdır. İslam coğrafiyasında bir qanunauyğunluq ? onunkompakt yerləşməsi dəqiq sezilir. Müsəlmanların yarıya yaxını dörd ölkədə ?İndoneziya, Pakistan, Banqladeş və Hindistanda, təqribən ¾-ü əhalisinin 95-99%-ni təşkil etdiyi 35 ölkədə yaşayır. Digər dövlətlərdə müsəlmanlar çox vaxt ölkəəhalisinin cəmi bir neçə faizindən ibarət qapalı milli və dini ima təşkil edirlər.
MDB ölkələrində əcdadları islamı qəbul etmiş 60-dan artıq xalq yaşayır. Buradamüsəlmanların ümumi sayı 50 milyon nəfərdən çoxdur.Tək olan Allaha inam müsəlman etiqadının təməlini təşkil edir. Allah bütünmövcudatın yaradıcısı və onun mövcudluğunu müəyyən edən yeganə ilahi varlıqdır. O, ali, qadir, müdrik, mərhəmətli və baş hakimdir. Onun yanında nədigər allahlar, nə də hansısa müstəqil varlıqlar var. Bütün təbiət hadisələri, insanlar,mələklər və şeytanlar Allaha tabedir.İslamın dini ibadət sisteminin ən mühüm hissəsi şəriətdir. Şəriət (ərəbcə şəriə ?doğru yol) müsəlmanların bütün ictimai və şəxsi həyatını tənzimləyən əxlaq, hüquqvə mədəniyyət qanunları toplusudur. Şəriət Qurana və Sünnəyə (Məhəmmədpeyğəmbərin həyatından bəhs edən hədislər və kəlamlar toplusu) əsaslanır.İslam Ərəbistan yarımadasının əhalisi arasında meydana gəlmiş ən gənc dünyadinidir. Mələk cəbrayıl 609 (yaxud 610) ?cu ildə o vaxt yaşlı olan Məhəmməd(təqribən 570 - 632) adlı bir şəxsin yanında nazil olaraq bildirmişdir ki, Allahinsanlara həqiqi etiqad bəxş etmək və onları ?Qiyamət günü?ndən qurtarmaq üçünonu seçmişdir. Məhəmmədin vətəni Hicaz şəhəri Sina yarımadası ilə Məkkəarasında dağlarla əhatə olunmuş sahil zolağında yerləşirdi. Bədəvilərin köçərihəyat sürdüyü və karvanların ağır-ağır keçdiyi bu bölgə tədricən tacirlərin vəsələmçilərin daimi yaşayış yerinə çevrilirdi.