Din ? mədəniyyət formalarından biri olub, fövqəl qüvvələrə sitayişə əsaslanan dünyagörüşü, habelə mənəvi-əxlaqi normaların müqəddəsləşdirilməsidir.?Din? sözünə adi danışıqda, elmi mətnlərdə, publisistikada, bədii ədəbiyyatdatez-tez rast gəlinir. Bu, hər şeydən əvvəl, allaha etiqada əsaslanandünyabaxışlarının məcmusudur.Bəşəriyyət qədim zamanlardan bəri din fenomenini, onun təbiətini, əhəmiyyətinivə mahiyyətini dərk etməyə çalışır.Din siyasətdir. Səlibçilər özlərinin istilaçılıq yürüşlərini allahın adı ilə həyatakeçirmişlər. Şərq ölkələrində dini qruplaşmalar arasındakı mübarizə dəfələrlə qanlımüharibələrə səbəb olmuşdur.Elmi-texniki tərəqqinin nailiyyətlərinə, mədəniyyət və təhsilin inkişafınabaxmayaraq, bu gün din cəmiyyətdə və məişətdə çox böyük rol oynamaqdadır. Bu,kilsənin, xüsusilə katolik kilsəsinin iri bankir, torpaq sahibi kimi çıxış etdiyi,siyasətə, tərbiyəyə, məktəb təhsilinə, həyatın bir çox digər sahələrinə təsirgöstərdiyi iqtisadi cəhətdən inkişaf etmiş Qərb ölkələrinə aiddir. Bu, MDBölkələrinə də aiddir. Ümumi mədəniyyət və təhsil səviyyəsinin, adətən, aşağıolduğu inkişaf etməkdə olan ölkələrdə dinin təsiri daha çoxdur. Ona görədə müasirdövrün bir çox proses və hadisələrini başa düşmək üçün əhalinin dini tərkibi ilətanışlıq zəruridir.Şimali Afrikada, Böyük Səhradan cənubdakı bəzi ölkələrdə, Somalidə vəEfiopiyanın bir hissəsində sünni məzhəbli islam dini hakimdir. CAR-ın ağ əhalisiarasında protestantlıq, Efiopiyada xristianlıq üstünlük təşkil edir. Bütün qalanölkələrdə həm xristianlıq (katolisizm və protestantlıq), həm də ənənəvi yerli etiqadlarlatəmsil olunurlar.Şimali Amerikada xristianlığın iki forması hakimdir. Məsələn, ABŞ-da 140milyon möminin 72 milyonu protestant, 52 milyonu isə katolikdir. Kanadadakatoliklər protestantlardan çoxdur. Katolisizm Latın Amerikasında da üstündür,ona görə də dünya katoliklərinin yarıdan çoxu Amerikada yaşayır.
Avstraliyada dindarlar arasında katoliklərdən təqribən iki dəfə çox olanprotestantlar üstünlük təşkil edirlər.Gürcüstanda dünyada analoqu olmayan siyasi partiya ? ?Xristian-müsəlmanittifaqı? qeydiyyata alınmışdır. Əhalinin dini tərkibinin qeydiyyatı vacibdir, beləki, bir çox ölkələrdə din və dini əqidə siyasi və iqtisadi həyata, insanlarınməişətinə, adətlərinə və mədəniyyətinə, demoqrafik və etnik proseslərə böyük təsirgöstərir. Məsələn, katolik kilsəsinin (onun mərkəzi Vatikandır) əlində böyükkapital, iri torpaq mülkləri, digər müxtəlif əmlak cəmləşmişdir. O, geniş dünyəvikatolik təşkilatlarından, kütləvi informasiya vasitələri şəbəkəsindən, katolikpartiyaları və həmkarlar ittifaqlarından, qadın, tələbə və idman ittifaqlarındanistifadə yolu ilə siyasi həyatda fəal iştirak edir. Bəzi ölkələrdə katolik və müsəlmanpartiyaları hakimiyyətdədir. Katolisizm, islam və buddizm doğumun süni surətdəməhdudlaşdırılmasının əleyhinə çıxaraq, onun səviyyəsinə təsir göstərirlər. Budinlərin xüsusilə böyük təsirə malik olduğu ölkə və bölgələr (Avropada Polşa vəİrlandiya, Almaniyada Bavariya, Belçikada Flandriya, MDB-də Orta Asiyarespublikaları və Azərbaycan), adətən, yüksək əhali artımı ilə seçilir. İslamehkamları qadının cəmiyyətdə və ailədə qeyri-bərabərliyini təsbit edir.