Bəşəriyyətcoğrafiyasını əzəli ?qeyd? vahidi kimi səciyyələndirərkən elmi cəhətdən daha azdəqiq olan ?xalq? anlamına uyğun gələn ?etnos? anlayışından geniş istifadə olunur.Elm aləminin əksər nümayəndələri bu fikirdədirlər ki, etnoslar sırf social təbiətə malikdir və ictimai proseslər nəticəsində meydana gəlirlər. Lakin sonzamanlar etnosların, Yer biosferinin bir hissəsi kimi, bioloji vahid sayılmasınöqteyi-nəzərinin tərəfdarları durmadan artır. Yeni etnosun bioloji əsasa malikmutasiya prosesləri nəticəsində yarandığı iddia olunur. Oricinal etnogenlər nəzəriyyəsininmüəllifi L.N.Qumilyovun bir fikrini misal gətirək: ?İnsanlar tarixənyaranan və yoxa çıxan kollektivlərdə yaşayan orqanizmlərdir. Bu kollektivlər -etnoslar, onların meydana gəlməsindən dağılmasına qədərki proses isəetnogenezdir?. Etnos doğulur, yetkinləşir, qocalır və ölür. Etnosun meydana
gəlməsi 1200-1500 il ərzində fəallıq qüvvəsinin tükənməsi, tənəzzülə uğraması
mərhələlərindən keçir, nəhayət, reliktləşib dağılır. L.N.Qumilyova görə, etnos
oricinal davranış stereotipinə malik olub, özünü bütün digər kollektivlərə qarşı
qoyan sabit insan kollektividir.Hər bir etnos onun ?ekoloji qida?sı olan müəyyən fiziki-coğrafi şəraitdəmeydana gəlir. Etnosun yeni sistem kimi ilk dəfə təşəkkül tapdığı fiziki-coğrafişəraitin və landşaftın vəhdəti onun vətəninə, inkişaf etdiyi məkana çevrilir.Hər bir etnosun öz davranış stereotipi vardır. O, öz təsdiqini həyatın istənilənsahəsində - adət və mərasimlərdə, qarşılıqlı münasibətlərdə tapır.Dil heç də həmişə etnik əlamət deyil. Məsələn, təkcə ingilislər deyil, şotlandlarda, irlandların bir hissəsi də, habelə ABŞ əhalisi, müasir Avstraliya əhalisinin əsashissəsi, kanadalıların əksəriyyəti də ingilis dilində danışır; meksikalılar, perulular,argentinalılar ispan dilində danışsalar da ispan deyillər.Etnos (yunanca ethnos ? qəbilə, xalq sözündən) insanların spesifik bioloji, dil,mədəniyyətvə psixoloji xüsusiyyətləri, habelə özünüdərk şüuru ilə səciyyələnən, tarixəntəşəkkül tapmış sabit ümumiliyidir. Etnosa mənşə və tarixi keçmişinümumiliyi,ümumi adət-ənənələr, davranış normaları, mərasimlər, xalqların ictimaimünasibətlərin bütün sahələrində vərdişlərinin və həyat fəaliyyəti vasitələrininnəsildən-nəslə spesifik ötürülmə mexanizminin mövcudluğu xasdır.Monosentrik nəzəriyyənin tərəfdarları sualın birinci hissəsi (?harada?) iləəlaqədar planetin Asiya və Afrika qitələrinin birləşdiyi yeri ?ulu vətənimiz?adlandırırlar. Digər nöqteyi-nəzər ? Polisentrik nəzəriyyə isə insanlarınyaranmasının bir neçə müstəqil arealının mövcud olmasının qəbul edilməsinəəsaslanır.
Yer üzündə insanın yaranmasına dair polisentrik nəzəriyyə onları, yarandıqlarıməkandan asılı olaraq, bioloji növlərə və ya yarımnövlərə bölmək üçün istifadəedilmişdir. Bu mürtəce, elmə zidd yanaşma ?irqçilik? (?rasizm?; fransızcaheyvanların və bitkilərin növlərə bölünməsini bildirən race terminindən) adlandırılmışdır. Ali və aşağı irqlərin mövcudluğunun, insanların bir qisminindigərlərindən üstünlüyünün qəbul edilməsi milli ədavəti qızışdırmağayönəldilmişdir.
Yerin etnogenez cəmindən etnosfera mozaikası yaranır. Bu anlayış?antroposfera? anlayışına tam uyğun gəlmir. Etnosferanı, müstəsna olaraq, etnoslar,antroposferanı isə istənilən insan birləşmələri, sosiumlar təşkil edirlər. Bir
polietnik dövlətin hüdudunda vahid sosium yarana bilər, lakin bu, heç də vahidmillətin təşəkkül tapması demək deyil.
Polietnik ərazidə etnik təmasların dörd variantı mümkündür: yanaşı yaşama,assimilyasiya, metisləşmə, qaynayıb-qarışma. Birinci varianta Tver karelləri missal ola bilər. Onların ruslarla simbiozu milli ləyaqətlərinə xələl gətirməmiş, eynizamanda, yanaşı yaşamanı şərtləndirmişdir. Bir etnosun digəri tərəfindən?udulması? (assimilyasiya) keçmişdə Fransada baş vermiş, bizim dövrümüzdə isəİspaniyada başa çatmaqdadır. Metisləşmə Mərkəzi Amerika ölkələri (məsələn,Kuba) üçün səciyyəvidir.Tarixdə sivilizasiya prosesinin lokal variantlarında (Qədim Şumer, Mayya,Roma imperiyası və s.) dəfələrlə meydana gəlmiş etnogenezin dağılmasıdövrlərində etnosun səpələnməsi baş vermişdir. İnsanın təbii şəraitdən asılılığınınqlobal problemlərin meydana çıxması şəklində böhran variantında təzahür etdiyiindiki zamanda bu problemlər xüsusi aktuallıq kəsb edir və sivilizasiyanıninkişafında aksentin qismən sosial amillərdən və ziddiyyətlərdən cəmiyyətin ətrafmühitlə münasibətləri, etnosun vəziyyətini müəyyənləşdirən biososial mühitəkeçməsi baş verirBeləliklə, bəşəriyyətin sivilizasiyayaqədərki inkişaf dövrünəqəbilə-tayfa təşkilat tipi uyğun gəlir.
Qövmlər(kiçik xalqlar) ? kosmogen cəmiyyət (quldarlıq, feodalizm), texnogensivilizasiya (kapitalizm, sosializm) millətləri. Etnik birliklərin inkişafı və qarşılıqlıtəsiri prosesində həm tamdan ayrılma, qopma, həm də digər etnoslarla birləşmə başvermişdir. Superetnoslar. Müxtəlif etnoslara mənsub olan və vahid dövlətdəyaşayan xalqların (Azərbaycan xalqı, Rusiya xalqı, Hindistan xalqı və s.)fövqəletnik birliyinin formalaşması. Superetnos etnoslar sistemi kimi mənəvi,yaxud siyasi birlik deyil, təbii ümumilikdir. Qərbi Avropa superetnosunu Rusiyasuperetnosundan gözəgörünməz landşaft sərhədi ? yanvar sıfır izoterm ayırır.Şərqdə tayqa zonasında yaşayan fin-uqor xalqları (karellər, vepslər, komilər,mordvalar, udmurtlar və s.), habelə pravoslav ukraynalılar, çuvaşlar və bir çoxSibir xalqları ruslarla birlikdə vahid superetnos təşkil etmişlər.
Komplementarlıq. Müxtəlif superetnosların, etnosların və hətta ayrı-ayrışəxslərin təhtəlşüur, hansısa əvvəlcədən düşünülmiş açıq-aşkar səbəb olmadanqarşılıqlı rəğbəti (yaxud xoşlanmaması ? mənfi komplementarlıq).Etnik sistemin ikinci pilləsini (yuxarıdan) orijinal davranış stereotipi əsasındatəbii surətdə yaranmış, komplementarlıq duyğularından çıxış edərək, özünü bütündigər insan kollektivlərinə qarşı qoyan enerji sistemi kimi fəaliyyət göstərən etnostutur. O, bütün etnik sistemin əsas səviyyəsi, ?mehvəri?dir.Üçüncü (aşağı) pillədə etnosun tərkibinə daxil olan subetnos durur. Məsələn,Azərbaycan etnosunun tərkibinə talışlar, kürdlər, tatlar və digər subetnoslardaxildir.Meqaetnoslar ? etnik cəhətdən yaxın olub, müxtəlif dövlətlərdə yaşayanbirliklər (ərəb xalqı, Latın Amerikası xalqı və s.). Etnosun mahiyyətinin və onunəsas inkişaf meyllərinin başa düşülməsi indi milli siyasətin hazırlanmasının vəetnik milli münasibətlərin müxtəlif səviyyələrində ? ayrı-ayrı dövlətlərçərçivəsində, dövlətlərarası və beynəlxalq səviyyələrdə tətbiqinin zərurişərtidir.Etnikos, ilk növbədə, dillə, mədəniyyətlə və milli adla müəyyənləşdirilən,yəni məhz etnik xarakterli birlikdir; geniş mənada etnos ? ?etnomilli orqanizm? isənəinki etnik və ərazi ümumiliyinə malikdir, həm də sosial-iqtisadi bütövlükdeməkdir. Məsələn, dünyada, o cümlədən İranda, Türkiyədə, Rusiyada və digərölkələrdə yaşayan bütün azərbaycanlılar etnikos, Azərbaycan Respublikasındayaşayan azərbaycanlılar isə etnososial orqanizmdir.Hazırda etnik birliyin üç tipi ? qəbilə, qövm və millət ? ayırd edilir.
Qəbilə ? Homo Sapienslə eyni vaxtda meydana gəlmiş etnik birliyin ilkpilləsidir. Onun əsasında qan qohumluğu əlaqələri durur. Sonra onlar əraziəlaqələri ilə əvəz olunur, qəbilə ittifaqları meydana gəlir, onların əsasında qeyrisabitetnoslar yaranır. Əvvəllər qəbilə birliyi mərhələsində olmuş evenklər,nanaylar, nenlər və bir sıra keçmiş müstəmləkə ölkələrinin əhalisi buna misal olabilər.
Qövm - etnos tipi, ibtidai icma quruluşunun dağılması və onun quldarlıqla(məsələn, Qədim Misirdə və Romada), yaxud ibtidai icma quruluşununfeodalizmlə (tarixi inkişafda quldarlıq mərhələsini keçməyən ölkələrdə, məsələn,Qədim Rus Dövlətində) əvəz olunması əsasında yaranmış etnososial birlik.
Qövmlər, formal olaraq, qəbilə-tayfa birliyi ilə eyni, lakin keyfiyyətcə yeni social məzmunlu əlamətlərlə səciyyələnirlər. Bu, bir tərəfdən, əvvəlki insan birliyi tipi ilətarixi varisliyindən, digər tərəfdən isə, onların müvafiq ictimai-iqtisadi formasiyavə sivilizasiya prosesi ilə müəyyən edilən spesifik məzmunundan xəbər verir.
Millət ? industrial sivilizasiya səviyyəsində (kapitalizm və sosializm ictimaiiqtisadiformasiyaları) etnik ümumilik tipi. İnsanları ərazi vəhdəti, dil ümumiliyi,xalqın iqtisadi, sosial-siyasi və mənəvi həyat birliyi, onun mədəni və psixolojixüsusiyyətləri əsasında birləşdirən sabit sosial-tarixi birlik həm sosial-etnikəlamətləri (dil, xalqların mədəniyyət və psixologiya xüsusiyyətləri, adət vəənənələri, spesifik həyat tərzi və təbii şəraitdən asılı olaraq, təsərrüfat fəaliyyətiəlamətləri, əhalinin demoqrafik tərkibi və s.), həm də onları formalaşdıran ictimaisistemin sosial təbiətini əks etdirən sosial-iqtisadi və mənəvi-siyasi amilləri (iqtisadihəyat ümumiliyi, siyasi idarəetmə, mənəvi təsisatlar və s.) əhatə edir. Əhalinin etnik (milli) tərkibinin xarakterinə uyğun olaraq, 5 dövlət tipini ayırd
etmək mümkündür:
1) təkmillətli dövlətlər;
2) bir millətin kəskin surətdə üstün, lakin az və ya çox sayda milli azlıqların
mövcud olduğu dövlətlər;
3) iki millətli dövlətlər;
4) daha mürəkkəb milli tərkibli, lakin etnik cəhətdən nisbətən yekcins dövlətlər;
5) etnik cəhətdən mürəkkəb və müxtəlif tərkibə malik çoxmillətli dövlətlər.
Konsolidasiya. Bir neçə qohum etnik birliklərin milli əlamətlərin qarışmasıəsasında qaynayıb-qarışması. Məsələn, konsolidasiya prosesində Altay-Sayanyaylasının 20-dək kiçik xalqı birləşərək, iki iri xalqı ? altaylıları və xakasları əmələ
gətirmişlər.
Assimilyasiya ? etnosların, yaxud ayrı-ayrı insanların başqa etnoslarlauzunmüddətli ünsiyyəti nəticəsində doğma dillərini və milli özünüdərkini itirməsi,yəni etnik qrupların çoxmillətli mühitdə əriməsi. Assimilyasiya zorakı və qeyriixtiyariolur. İnqilabaqədərki Rusiya buna misal ola bilər. Çarizm başqa xalqları zorla ruslaşdırırdı.
Muhazirə 8.
Xalqların təsnifatı
PLAN
1. Dünya xalqları
2. Dünyanın dil ailələri.
3. Böyük xalqlar.
Xalqların ayırd edilməsi onların öyrənilməsinin ancaq ilkin mərhələsidir.Xalqların təsnifatı da çox mühüm məsələdir. Bu, Yer kürəsinin müxtəlif bölgələrietnoslarının bir-birinə yaxınlıq dərəcəsi barədə təsəvvür yaratmalıdır.Elmdə xalqların dil yaxınlığı prinsipi əsasında təsnif olunması daha genişyayılmışdır. Belə ki, dillərin yaxınlığı xalqların ya genetik qohumluğundan, ya daonların uzunmüddətli mədəni əlaqələrindən xəbər verir. Buna görə də linqvistikqruplaşdırma, eyni zamanda, həm də etnik təsnifatdır. Doğrudur, təkcə dil xalqlararasında qəti sərhəd qoymağa heç də həmişə imkan vermir. Belə hallarda digəretnik göstəricilərə müraciət etmək lazım gəlir. Lakin bu cür kənaraçıxma hər hansıdigər təsnifat sistemində də labüd olardı. Onlar, etnik təsnifatda aparıci meyarkimi, dil prinsipindən imtina etməyə əsas vermir. Bu təsnifat sistemi elmdəetnolinqvistik sistem adlandırılır.
Dil ailələrinin formalaşması prosesi bəşəriyyətin Yer kürəsinə yayılması ilə sıxbağlı olmuşdur. Ən yaxın dillərə, adətən, mənşə ümumiliyi ilə, yaxud eyniregionda uzunmüddətli birgəyaşayışla bağlı olan qonşu xalqlarda rast gəlinir.Bəzən bir-birindən uzaqda yaşayan etnosların da dilləri oxşardır (məsələn,yavalılarla malaqasilərin, macarlarla mansilərin, yakutlarla azərbaycanlılarındilləri).
Ayrı-ayrı xalqların sayca qeyri-bərabər artımı nəticəsində dünyanın ümumiəhalisi arasında müxtəlif dil ailələrinin xüsusi çəkisində xeyli dəyişiklik başvermişdir. 1961-1983-cü illərdə dünya əhalisində aşağıdakı dil ailələrinə mənsubolan xalqların sayı daha çox artmışdır: Niger-kordofan (4,4%-dən 6,1%-dək), Afrasiya,yaxud sami-hami (4,2%-dən 5,1%-dək) və Avstroneziya (4,4%-dən 4,9%-dək). Eyni zamanda, dünya xalqları arasında Hind-Avropa və Ural dillərinəmənsub olanların, habelə yaponların sayı bir qədər azalmışdır. Milliyyət ? insanınbiososial identikliyinin müəyyən növü kimi etnosa, yaxud etnik qrupa mənsubluğu.Milliyyət ?millət? sözü ilə eyni kökdən olsa da, onun çərçivə və sərhədləri ilə üst-üstə düşmür, çünki milli ümumiliyi, əksər hallarda, müxtəlif millətlərə mənsubinsanlar yaradırlar, eyni milliyyətdən olanlar isə müxtəlif millətləri təşkil edəbilərlər.Çoxmillətli ölkə olaraq, Azərbayccanda onlarla təşəkkül tapmış millət vardır.Onun tərkibində azərbaycanlılardan (əhalinin təqribən 90,6%-i) əlavə, ləzgilər(2,2%), ruslar (1,8%), talışlar (1,0%), avarlar (0,6%), türklər (0,5%), tatarlar(0,4%), gürcülər (0,2%), kürdlər (0,2%) və s. vardır.
Müasir Azərbaycan 80-dən artıq bərabərhüquqlu millət və xalqın, o cümlədənsayı 100 mindən çox olan 4 xalqın nümayəndələrinin yaşadığı çoxmillətlidövlətdir.Qonşu xalqlar, adətən, məişət və mədəniyyətcə bir-birinə yaxın olurlar. Qonşuluqnə qədər uzunmüddətlidirsə, mənşədən asılı olmayaraq, onların məişət vəmədəniyyətlərindəki ümumi cəhətlər də bir o qədər çox olur. Azərbaycandayaşayan xalqlar mənşə və dil cəhətdən bir-birindən fərqlənsələr də,Etnosların say, dil və ərazi-coğrafi əlamətlərinə görə qruplaşdırılması əhalicoğrafiyası üçün daha əhəmiyyətlidir. Xalqların sayına görə qruplaşdırılmasıprinsipinin ciddi elmi əsası yoxdur. Müxtəlif müəlliflər qruplaşmalar arasındakısay intervalını, adətən, ixtiyari olaraq müəyyən edirlər.Ayrı-ayrı dillərdə danışanların sayı bu dilləri doğma dil bilən xalqların sayı iləüst-üstə düşmür. Bu, xüsusilə millətlərarası ünsiyyət vasitəsi sayılan dillərə aiddir.Ən geniş yayılmış dünya dillərinə (danışanların təqribi sayı milyon nəfərlə) Çin(1000), ingilis (400), hindi və ona yaxın urdu (300), ispan (280), rus (220), benqal,İndoneziya və ərəb (hər biri 160), portuqal (140), yapon (120), alman (100), fransız(95) dilləri daxildir. Bütün bəşəriyyətin təqribən 2/3-si yuxarıda göstərilən 12 dildədanışır. Onların 6-sı (ingilis, fransız, rus, ispan, ərəb və Çin dilləri) BMT-nin rəsmivə işlək dilləridir.
QədimRomanın latın dili roman dilləri qrupunun ? ispan, rumın, fransız, italyan, portuqal,moldav dillərinin əsasını təşkil etmişdir. Bu, Roma imperiyası hakimiyyətininməhz həmin ərazilərə şamil olması ilə bağlıdır. Bu dil qrupunun adı da vaxtiləLatsiyanı (indiki Mərkəzi İtaliyanın Latsio vilayəti) məskunlaşmış latın tayfasınınadındandır.Azərbaycan, türkmən və türk dillərində çoxlu təkhecalı sözlərin olması buxalqların bir-birini asanlıqla başa düşməsinə imkan verir. Beləliklə, etnoslarınmüstəqilləşməsi nisbətən yaxın keçmişdə baş vermişdir. Azərbaycan, qazax,özbək, qırğız, tatar dilləri arasında da oxşarlıq vardır. Lakin bu oxşarlıq xeyli azdırvə deməli, onların qohumluğu da uzaqdır.Müxtəlif xalqların eyni dil ailəsinə, hətta qrupuna mənsubluğu onların bütünmilli əlamətlərinin oxşarlığı demək deyildir. Məsələn, mənşəcə uzaq olan vəhazırda yaxın olmayan ərazilərdə yaşayan xalqlar ? macarlar, estonlar, udmurtlar,mansilər, xantılar qohum dillərdə danışırlar. Görünür ki, bu xalqların əcdadlarıqonşu ərazilərdə yaşamış, sıx əlaqə saxlamış və bunun nəticəsində dil ümumiliyiəlamətləri meydana gəlmişdir.
Dünyada bir neçə min xalq yaşayır. Onlar sayca, ictimai inkişaf səviyyəsi, dil vəmədəniyyətcə, irqi görkəminə görə bir-birindən fərqlənirlər.Dil ailələri arasında ən böyüyü Yer kürəsi əhalisinin 45%-ni birləşdirən HindAvropaailəsidir. Bu ailəyə mənsub xalqlar, əsasən, Avropa, Rusiyada və cənubiAsiyada yaşayır. Onlar hazırda Amerikada və Avstraliyada da üstünlük təşkiledirlər. Kartvel ailəsi kiçikdir (dünya əhalisinin 0,1%-i). Ona cənubi Qafqazdayaşayan gürcülər və onlara yaxın etnik ümumiliklər aiddir. Ural (Ural-yukagir)ailəsi xalqları (dünya əhalisinin 0,5%-i) Ural arxasında, Sibirin uzaq şimalında,Volqaboyunda, Rusiyanın Avropa hissəsinin şimalında Baltikyanı dövlətlərdə,Finlandiyada, Skandinaviyanın şimalında, Macarıstanda yaşayırlar. Dravid ailəsi(dünya əhalisinin 4%-i), əsasən, cənubi Asiyada cəmləşmişdir.Avrasiya ailəsi xalqları (dünya əhalisinin 5%-i) Cənub-Qərbi Asiyada və ŞimaliAfrikada məskunlaşmışlar. Afrasiya ailəsi sami, bərbər, kuşit və Çad qruplarınıəhatə edir.
Şimali Qafqaz ailəsiailəsi sayca nisbətən kiçikdir (dünya əhalisinin 0,1%-i). Ona ikiqrup ? abxaz-adıq və nax-Dağıstan qrupları daxildir.
Çin-Tibet ailəsi (dünya əhalisinin 23%-i) sayca ancaq Hind-Avropa ailəsindəngeri qalır (dünyanın ən çoxsaylı xalqı olan çinlilər onun tərkibinə daxildir).Avstroneziya ailəsi (dünya əhalisinin 5%-i) Madaqaskardan Havay adalarına vəSakit okeandakı Pasxi adasınadək geniş ərazidə yaşayan xalqları birləşdirir.Paratay ailəsi (dünya əhalisinin 1,5%-i) cənub-Şərqi Asiya ölkələrində və Çininqonşu bölgələrində cəmləşmişdir. O, heç də həmişə müstəqil bölmə kimi ayırdedilmir. Bəzi alimlər onu Çin-Tibet ailəsinin bir qrupu hesab edir, digərləri isəparatay və Avstroneziya ailələrini birləşdirirlər.Avstraliya ailəsi, adından göründüyü kimi, Avstraliyada toplanmışdır. O, qitəninçox azsaylı aborigen xalqlarını birləşdirir.Andaman ailəsi Andaman adalarının (Onge və s.) bir neçə olduqca azsaylıetnoslarından ibarətdir.
Böyük Səhradan cənubdakı Afrika xalqları üç ailə yaradırlar: Niger-kordofan(dünya əhalisinin cəmi 6%-i), Nil-Böyük Səhra (0,6%) və koy-san ailələri.Dünya əhalisinin 1/5-dən çoxunu çinlilər təşkil edir. Onlar birmalıların da daxilolduğu Çin-Tibet ailəsi xalqlarının özəyini yaradırlar; adətən, vyetnamlıları,nevarları və şerpləri (Nepal xalqları), habelə Çin ərazisində yaşayan və çinlilərləqohum olan bir sıra xalqları da buraya aid edirlər.Çuvaşlar öz respublikalarının əhalisinin böyük hissəsini (75%) təşkil edir,onların təqribən yarısı isə kənarda yaşayır. Miqrasiya proseslərində fəal iştirakedən çuvaşlar daha çox Volqaboyunda məskunlaşırlar.Türk qrupu Sibirdə və Uzaq Şərqdə yakutlarla, tuvalarla, altaylılarla, xakaslarla,şorlarla təmsil olunaraq, Rusiya Federasiyasının tərkibində muxtar respublikalartəşkil edirlər.Türkdilli balkarlar, qaraçaylılar, qumuqlar və noğaylar Qafqazın digər xalqlarıilə sıx ünsiyyətdə yaşayırlar.Milli özünüdərk bir çox hallarda milli üstünlük və milli müstəsnalıq ?millətçilik, şovinizm kimi eybəcər şəkillər alır. Şovinizm ? millətçilik təzahürlərininifrat forması, bir etnos nümayəndələrinin digərləri tərəfindən əzilməsinəyönəldilmiş ideologiya və siyasətdir. ?Şovinizm? termini bir millətin digərmillətdən hərbi üstünlüyü ideyasını irəli sürmüş Napaleon qoşunlarının əsgəri fransız N.Şovenin adından götürülmüşdür.