Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






RQLƏRİN COĞRAFİYASI

Plan

Irqlər.İrqi fərqlər.

İrqlər vahid mənşə və fizioloji əlamətləri ilə bağlı olan, tarixən təşəkkül tapmışvə müəyyən hüdudlarda areallarda yayılmış insan qruplarıdır.İrqlər antropologiyanın xüsusi tədqiqat obyektidir. Bir çox antropoloqlarınfikrincə, müasir bəşəriyyət üç iri irqdən ibarətdir ki, onlar da, öz növbəsində, birneçə kiçik irqə bölünür. Sonuncular antropoloji tip qruplarından ibarətdir; onlar,eyni zamanda, irqi sistematikanın əsas vahidlərini təşkil edirlər.

İşlənib hazırlanmış antropoloji irq təsnifatı, ilk növbədə, zahiri əlamətləri(dərinin rəngi, kəllənin forması, boy və bədənin tənasübü, saçın forması, rəngi vəs.), habelə gizli, daxili əlamətləri (qan qrupu, odontoloji və dermatoqlifikxüsusiyyətlər və s.) nəzərə alır.İri irqlərə avropoidlər, monqoloidlər, neqroidlər, avstraloidlər daxildir. Aralıqirqlərdən isə mulatlar, ?rəngli? Afrika qrupları, Amerika metisləri və s. fərqləndirilir. Sosiologiyada və sosial antropologiyada sosial və mədəni keyfiyyətlərinrəmzi funksiyalı, bu və ya digər antropoloji əlamətə (dərinin rəngi və s.)görə birləşən sosial qruplar ayırd edilir. Bu mənada irq, bioloji mahiyyətindən asılıolmayaraq, sosial, yaxud mədəni varlıq kimi mövcud olur.Zahiri görünüşün və daxili quruluşun əsas və ikinci dərəcəli əlamətlərinə görəinsanlar bir-birinə çox oxşayırlar. Buna görə də alimlərin çoxu bəşəriyyəti biolojicəhətdən vahid ?kamil insan? növünə aid edirlər. Hazırda bütün quruda, həttaAntraktidada məskunlaşmış bəşəriyyət öz tərkibi etibarilə yekcins deyil. İstənilənirqin tərkibində onun daha çox və daha az tipik nümayəndələrinə rast gəlməkmümkündür. Eləcə də, daha xarakterik, digərlərindən kəskin surətdə və nisbətən azfərqlənən irqlər vardır. Bəzi irqlər aralıq xarakter daşıyır.



Böyük neqroid-avstraloid(qara) irq, ümumən, Sudan zəncilərində daha qabarıq təzahür edən və onuböyük avropoid və ya monqoloid irqlərindən fərqləndirən əlamətlərin müəyyənuyuşması ilə səciyyələnir. Neqroidlərin irqi əlamətlərinə qara, qıvrım, yaxuddalğalı saçlar; tünd qəhvəyi, yaxud, demək olar, qara (bəzən sarımtıl-qəhvəyi) dəri;qonur gözlər; xeyli yastı, az qabarıq, enli pərəli (bəzən düz, daha ensiz) üst hissəsibatıq burun; əksərən qalın dodaqlar; bir çox hallarda uzunsov baş; orta inkişafetmiş çənə; üst və alt çənədə dişlərin qabağa çıxması (çənə proqnatizmi) aiddir.Neqroid-avstroloid irqini coğrafi yayılma məkanına əsasən, ekvatorial, yaxudAfrika-Avstraliya irqi də adlandırırlar. O, təbii olaraq, iki kiçik irqə: 1) Qərb, yaxud Afrika, başqa sözlə, neqroid; 2) Şərq, yaxud Okeaniya, başqa sözlə, avstraloid irqlərinə bölünür.

Böyük avropoid (ağ) irq daxilində saçın və gözlərin rənginə görə üç kiçik irq ?d aha aydın ifadəli şimal (açıq rəngli) və cənub (tünd rəngli), habelə az seçilən rtaAvropa (orta çalarlı) irqləri fərqləndirilir. Slavyanların xeyli hissəsi kiçik şimalirqinin Ağ dəniz ?Baltiya qrupuna aiddir. İspaniyanın, Fransanın, İtaliyanın,İsveçrənin, cənubi Almaniyanın və Balkan yarımadası ölkələrinin əhalisi daha tündrəngli cənub avropoid qruplarına mənsubdurlar.

Böyük monqoloid, yaxud Asiya-Amerika (sarı) irqi, bütövlükdə, böyük neqroid? avstraloid və avropoid irqlərindən özünəməxsus irqi əlamətlər məcmusu iləfərqlənir. Belə ki, onların ən tipik nümayəndələri sarıya çalan qarabuğdayı dərili,qonur gözlü, düz, cod qara saçlı, bir qayda olaraq, kosa, bədənləri seyrək tüklüolurlar. Tipik monqoloidlər üçün gözün daxili küncünü örtən üst göz qapağının çoxinkişaf etməsi və özünəməxsus qırışığı (bu qırışıq epikantus adlanır) səciyyəvidir.Ümumiyyətlə, bəşəriyyət təqribən iyirmi beş-otuz tip qruplarına bölünür. O,eyni zamanda, vəhdət təşkil edir, çünki irqlər arasında aralıq (keçid), yaxud qarışıqxarakterli antropoloji tip qrupları mövcuddur.

İrqlərin tip qruplarının əksəriyyəti üçün bəşəriyyətin bu hissəsinin tarixən əmələgəldiyi və inkişaf etdiyi müəyyən ümumi əraziyə malik olması səciyyəvidir.

Monqoloidlərüçün düz, cod saç, üçüncü tük örtüyünün zəif inkişaf etməsi,

sarımtıl dəri, qonur gözlər, almacıq sümüyünün xeyli qabağa çıxdığı yastılanmışüz, ensiz, yaxud orta enli, üst hissəsi dayaz burun, enikantus səciyyəvidir. Amerikahindiləri bir çox əlamətlərinə görə onlara yaxındır. Lakin onların ümumi monqoloidgörkəmi hamarlanmışdır, enikantusa az təsadüf olunur, burunları, adətənhündürdür. Asiya monqoloidləri iki əsas qrupa ? kontinental və Sakit ocean qruplarına bölünürlər. Kontinental monqoloidlər intensiv piqmentasiya, skeleton iriliyi, sifətin daha geniş olması və bəzi digər xüsusiyyətləri ilə Sakit Okean monqoloidlərindənfərqlənirlər. Monqoloidlər arasında kontinental və Sakit ocean monqoloidlərinə xas əlamətlərin birləşdiyi, bundan əlavə, spesifik əlamətlərə(məsələn, çox ensiz burun) malik Arktika qrupu xüsusi yer tutur.

Avstraloidlərin dərisi tünd rəngli, burnu geniş, dodaqları qalındır ki, bu da onlarıneqroidlərə yaxınlaşdırır, lakin saçlarının dalğalı olması (avstraliyalılar,veddoidlər), üçüncü tük örtüyünün güclü inkişafı (avstraliyalılar), bir qədər zəifpiqmentasiya (aynlar) ilə onlardan fərqlənirlər.

Bütün böyük irqlərin əksinə olaraq, avstraloidlərin ayrı-ayrı qrupları (Avstraliyaaborigenləri, papauslar, melaneziyalılar, veddoidlər, neqritoslar, aynlar) irqiəlamətlərinə görə bir-birindən xeyli seçilirlər. Avstraliya aborigenləri

piqmentasiyaya görə neqroidlərə, saçın formasına və üçüncü tük örtüyününinkişafına görə isə avropoidlərə yaxındır. Aşkar avstraloid əlamətlərə malikpapuasların və melaneziyalıların saçı, neqroidlərinki kimi, qıvrımdır (papuaslarburunlarının yalançı sami forması ilə melaneziyalılardan fərqlənirlər). Neqritoslarmelaneziyalıları xatırladırlar, lakin çox qısaboyludurlar. Veddoidlər, ümumən,avstraloid görkəmli olsalar da, boylarının gödəkliyi, saqqalın, qaşüstü qövslərinzəif inkişafı, burnun orta genişliyi ilə seçilirlər. Aynlar genetik cəhətdən digəravstraloidlərlə bağlıdırlar, lakin ümumi görünüşcə onlardan kəskin surətdəfərqlənirlər. Onlar üçün müxtəlif böyük irqlərin ayrı-ayrı xüsusiyyətləri(avropoidlərə məxsus açıq rəngli dəri, avstraloidlərə xas geniş burun və maili alın,

monqoloidlərə məxsus yastılanmış üz və enikantus) səciyyəvidir.

Böyük avropoid irqi. Avropoidlər ağ, yaxud qarabuğdayı dəriləri, müxtəlif

çalarlı dalğalı, yaxud düz yumşaq saçları, gözün əlvan təbəqəsinin müxtəlifliyi(qonurdan tutmuş açıq alaya və göyə qədər), ensiz, qabarıq burun, nazik, yaxudorta qalın dodaqları ilə seçilirlər. Avropoidlərdə dərinin, saçların və gözlərin açıqrəngi təbii seçimə məruz qalmışdır, çünki orta Paleolitdə xeyli tutqun və Günəşşüası az düşən rütubətli soyuq iqlimin üstünlük təşkil etdiyi Şimali və OrtaAvropada həmin əlamətləri müəyyənləşdirən mutasiya daha çox yaşamaq vəyayılmaq imkanına malik idi. Böyük avropoid irqi üç qrupa ? açıq dərili, xurmayı,sarışın saçlı, ala və göy gözlərin üstünlük təşkil etdiyi şimal, qarabuğdayı dərili,tünd saçlı və gözlü cənub və orta piqmentləşmənin səciyyəvi olduğu aralıqqruplarına bölünür.

Böyük monqoloid irqi. Dərinin sarımtıl rəngi, düz və çox vaxt cod tünd saç,zəif inkişaf etmiş üçüncü tük örtüyü, qonur gözlər, almacıq sümüklərinin xeyli irəliçıxdığı yastılanmış üz, ensiz, yaxud orta enli, üst hissəsi əksərən dayaz olan burun,epikantusun mövcudluğu ? gözü və onun yaş çıxıntısını örtən yuxarı göz qapağınınxüsusi qırışığı monqoloidlərin əsas zahiri əlamətləridir.Amerika hindilərində monqoloid görkəm yumşalır, epikantusa az rastgəlinir, burun, adətən, qabarıqdır. Asiya monqoloidləri iki əsas qrupa ? continental və Sakit okean (koreyalılar, şimali çinlilər) ? bölünür. Kontinental monqoloidlər azintensiv piqmentləşmə, skeletin iriliyi və sifətin daha geniş olması ilə seçilirlər.Kontinental monqoloidlər də, öz növbəsində, Artiika (eskimoslar, çukçalar,koryaklar); Şimali Asiya (evenklər, evenlər, yukagirlər); Mərkəzi Asiya(monqollar, yakutlar, buryatlar); Uzaq Şərq (çinlilər, koreyalılar) qruplarına ayrılır.

Böyük neqroid irqi. Zahiri əlamətləri: intensiv piqmentləşmiş tünd qəhvəyi

dəri, qıvrım, cod, qara saç, qonur göz, güclü proqnatizm (çənənin irəli çıxması), azqabarıq, dəlikləri sifətə paralel yerləşən zəif qabarıq enli burun, qalın dodaqlar.Tünd dəri orqanizmi ultrabənövşəyi şüalanmadan, başın ətrafında sıx təbii papaqəmələ gətirən qıvrım saçlar isə bərk qızmadan qoruyur. Böyük neqroid irqi üçqrupdan ibarətdir: zəncilər, neqrillər və buşmenlər.Böyük avstraloid irqi son vaxtlara qədər böyük irqlər sırasına daxil olmayıb,neqroid irqi ilə birlikdə böyük neqro-avstraloid, yaxud ekvatorial irqdə birləşirdi.

Böyük avstraloid irqi aşağıdakı qollardan ibarətdir: Avstraliya aborigenləri,

papuaslar və melaneziyalılar, veddoidlər, aynlar, neqriToslar.

 

Mühazirə 7.

DÜNYA ƏHALİSİNİN ETNİK TƏRKİBİ

Plan

Etnik tərkib


Date: 2016-06-13; view: 374


<== previous page | next page ==>
Təbii artım və əhalinin ömür müddətinin uzunluğu | Etnik ümumillik.
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.009 sec.)