Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Təbii artım və əhalinin ömür müddətinin uzunluğu

Demoqrafik siyasət əlverişli şəraitdə mövcud meylləri qoruyub saxlamaq,vəziyyət əlverişli olmadıqda isə onları dəyişdirmək məqsədilə dövlətin demoqrafikproseslərə məqsədyönlü təsir vasitəsidir. XIX əsrdə bu siyasəti stimullaşdırmaqcəhdlərinin göstərildiyi ilk ölkə Fransa olmuşdur. Ötən əsrin 90-ci illərində beləölkələrin sayı 130-a (iqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələr və inkişafetməkdə olan təqribən 80 ölkə) çatmışdı.

Məsələn, uşaq doğularkən AFR-də 100 marka, Böyük Britaniyada 25 funtsterlinq, Fransada 2600 frank, İspaniyada 3000 peseta məbləğində birdəfəlikmüavinət verilir. AFR-də hər ilk uşağa görə 50, ikinci uşağa görə 100, üçüncü vəhər sonrakı uşağa görə 200 marka aylıq müavinət verilir. Fransada bu qəbil aylıqmüavinətlər iki uşağa görə 500 frankdan altı uşağa görə 3000 franka qədər artır.Cənub-Şərqi Asiyada ailənin planlaşdırılması proqramı bütün əhalinin 90%-ninyaşadığı ölkələri əhatə edir. Onların arasında Yaponiyada və Çində, habeləHindistanda aparılan ən radikal demoqrafik siyasət nümunəvi sayıla bilər.Beləliklə, dünyanın ayrı-ayrı ölkələrində müxtəlif demoqrafik meyllər mövcuddur.

Onlar doğum göstəricilərinin son dərəcə aşağı, eyni zamanda, çox yüksək olduğuölkələrdə əlverişsiz sayılır. Zəif inkişaf etmiş ölkələrdə yüksək doğum göstəriciləriiqtisadi inkişafı əngəlləyir. Belə ki, sərmayələr bu ölkələrin sosial-iqtisadiinkişafına deyil, əhalinin ilbəil artımının ödənilməsinə sərf olunur. Getdikcə dahaçox dövlət əhali artımına təsir göstərən tədbirlər görürlər. Bir sıra dövlətlər buartımı azaltmaqda, bir qismi isə onu yüksəltməkdə maraqlıdır.

Son vaxtlar daha çox dövlət demoqrafik siyasət sahəsində kompleks tədbirlərhəyata keçirir və doğumun səviyyəsini yüksəltməklə yanaşı, ölümün də səviyyəsiniazaltmağa çalışırlar.Demoqrafik siyasət tədbirləri istər ölkədaxili, istərsə də ölkələr arasındamiqrasiyaya təsir göstərir. Bir sıra dövlətlər, ilk növbədə, ailəninmöhkəmlənməsinə yönəldilmiş siyasət yeridirlər. Ancaq belə çoxşaxəli demoqrafiksiyasətlə bağlı geniş tədbirlər az-az ölkələrdə həyata keçirilir. Onların çoxunda busiyasət doğuma təsir göstərmək üçün nəzərdə tutulur və yəqin ki, bu vəziyyət yaxıngələcəkdə də davam edəcəkdir.



Doğumun təbliğinə yönəldilmiş siyasətin xarakterini nəzərdən keçirək. O,pronatalik siyasət adlandırılır. Bir çox məlumatlara görə, heç bir Avropa ölkəsi(Türkiyədən savayı) öz əhalisinin artım sürətini çox da yüksək saymır.

Avropada demoqrafik siyasətdə iki istiqamət üstünlük təşkil edir:

1. Dövlət uşaqların tərbiyəsinin hansısa bir hissəsini öz öhdəsinə götürür. Milligəlirin müəyyən hissəsi ailəyə kömək üçün ayrılır. Bu halda, maliyyə müavinətləripulla, yaxud natural şəkildə olur. Birinciyə ailəni birbaşa dəstəkləmək tədbirləridaxildir: sosial sığorta müavinətləri, mükafatlar, uşaqların saxlanmasınayönəldilmiş müxtəlif növ güzəştlər. Güzəştlər və əlverişli şərtlərlə kredit almaqimkanı formasında olan kömək də buraya daxildir.

2. Ailəyə və onun vasitəsilə doğuma təsir göstərmək üçün nəzərdə tutulan

siyasət xüsusilə seçilir. Bu siyasətin tədbirləri heç də həmişə əhali siyasətinintərkib hissəsi olmur. Hər şey dövlətin qarşısına qoyduğu məqsəddən asılıdır. Bəzidövlətlər bu tədbirləri ailəni möhkəmləndirmək, digərləri sosial inkişafıgücləndirmək, üçüncülər isə demoqrafik şəraiti yaxşılaşdırmaq məqsədilə həyatakeçirirlər.

Çexiyada, Fransada və İsveçdə gəlirləri müəyyən səviyyədən aşağı olan uşaqlıailələrə renta müavinətləri və mənzil haqqında güzəştlər təyin edilmişdir.Pronatalitik demoqrafik siyasət öz əksini daha çox iki ölkədə ? İsveçdə vəFransada tapmışdır.

Çin dünyanın ən çoxsaylı əhalisi olan ölkəsidir. 1995-ci ildə Tayvan, Honkonqvə Makao istisna olmaqla (bu ərazilər Çinin materik hissəsinə daxil deyildi) Çininəhalisi 1221,5 milyon nəfər idi. Milyarddan yuxarı adamı yedirtmək vəzifəsiqarşıda durur. O, iki yolla həll edilir: əvvəla, sürətli iqtisadi artım yolu, ikinci tərəfdən,doğumu sərt məhdudlaşdırma vasitəsi ilə.?Bir ailə ? bir uşaq? prinsipi tətbiq edilir. Doğumda regional fərqlər. Dünya əhalisi təbii artım, yəni doğumun ölümüüstələməsi nəticəsində çoxalır. Bu nisbətin dinamikası çoxlu sosial, tibbi və biolojiamillərdən asılıdır. Doğumun mümkün səviyyəsi 1000 nəfərə 15-50 nəfərcivarında qiymətləndirilir. Lakin son 200 ildə o, daim aşağı düşmüşdür. Bu, doğu mun mümkün bioloji səviyyə ilə müqayisədə get-gedə xeyli azalması meylininsabit olduğu iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə aiddir. Bu meyl əvvəllərAvropa ölkələrində yayılmışdı. Lakin bir qədər sonra o, iqtisadi cəhətdən inkişafetmiş bütün dövlətlər üçün səciyyəvi hala çevrildi.

Asiya ölkələrində doğum prosesləri özünəməxsusluqla səcciyyələnir. Asiya sivilizasiyası çərçivəsində tam demoqrafik dəyişikliklərkeçirən ölkə Yaponiya olmuşdur.Doğum göstəriciləri. Doğum göstəricilərinin təhlilinə keçək.Doğumun məcmu əmsalı əhalinin təkrar istehsalını ən dəqiq əks etdirəngöstəricilərdəndir. Mövcud göstəriciləri çox yüksək hesab etməsək də, - 3,04(2002), - Yer əhalisi təkrar istehsal olunmaqdadır. Təkrar istehsal üçün, əhalininyaş strukturundan asılı olaraq, orta hesabla, əmsal 2,1-dən 2,5-dək olmalıdır.İnkişaf etmiş regionlar, bütövlükdə, sadə təkrar istehsaldan aşağı həddədirlər ?1,71. Az inkişaf etmiş ölkələrin göstəriciləri, ümumilikdə, təqribən 2 dəfəyüksəkdir ? 3,38. Nəzarət olunmayan, yaxud zəif nəzarət edilən ən yüksək doğumisə zəif inkişaf etmiş ölkələr qrupundadır ? 5,59.

Dünyanın əsas regionlarını nəzərdən keçirərkən öz qitələrinin ?tip?indənfərqlənən ölkələri qeyd edək. Ümumi əmsalın 5,58 olduğu Afrikada 3,96 əmsallı

Şimali Afrika ölkələri diqqəti cəlb edir, məsələn, Əlcəzairdə bu əmsal 3,63-ə,Tunisdə isə 2,95-ə bərabərdir.Cənubi Afrikada 3,95 əmsalla cənubi Afrika Respublikası fərqlənir. Bütüncənubi Afrikanın 47,4 milyon əhalisinin 41,5 milyonu bu ölkənin payına düşür.Şərqi Afrikada 2,31 əmsalı ilə kiçik Mavriki adası seçilir.Doğumun məhdudlaşdırılması siyasəti cənub-Şərqi Asiyada da öz təsirinigöstərir (3,16). Burada ən aşağı əmsal Çin Sinqapurunda (1,73), Tailandda (2,1) vəİndoneziyadadır (2,77).Asiyanın qalan regionlarında (Cənub-Mərkəzi və Qərbi Asiya), xüsusilə QərbiAsiyanın (İsraildən başqa) müsəlman ölkələrində,Əfqanıstanda, İranda, Pakistanda,Banqladeşdə doğum çox yüksək olaraq qalır. Karib ölkələrində doğumgöstəricisi nisbətən böyük olmasa da, hər halda, normaldır - 2,71. Bu göstəriciHaitidə - 4,69 və Dominikan Respublikasında - 2,04-dən yüksək, Kubada (1,82) isənisbətən aşağıdır.

Avropada xeyli daxili fərqlər qalmaqdadır: Şimali Avropada əmsal 1,85 olduğuhalda, cənubi və Qərbi Avropada 1,4-1,5, Şərqi Avropada isə 1,63-dür. Bütün buzona sabit depopulyasiya zonasıdır. Bu fonda İrlandiya (2,10), İsveç (2,10), Norveç(1,96), Finlandiya (1,88) kimi ölkələr ən yaxşı vəziyyətdədirlər. Ən aşağı əmsallarŞimali Avropa ölkələri arasında Estoniya və Latviyada (1,64), Şərqi AvropadaBolqarıstan və Rumıniyada (1,5), Qərbi Avropada Almaniyada (1,30), CənubiAvropada isə İtaliya (1,27) və İspaniyadadır (1,23).15-19 yaşlı qadınlarda (1000 nəfərə görə) doğum sayına dair məlumatlarıntəhlili də müəyyən qədər əhəmiyyətlidir. Doğumun zəif tənzimləndiyi bir çoxinkişaf etməmiş ölkələrdə bu yaş qrupunda doğumun sayı 241-dən (Qvineya) 100-ə qədərdir (Botsvana). Halbuki bu göstərici bütün dünyada 60, inkişaf etmişölkələrdə isə 32-dir.

Ölüm və ömrün uzunluğu. Doğum kimi, ölüm də biolojihadisədir. Doğum kimi, sağlamlığa, ölümə, orta ömür müddətinə də bir çoxamillər təsir edir, lakin bu amillər arasında, bütövlükdə, sosial-iqtisadi şəraitinhəlledici təsiri özünü doğum göstəricilərində olduğundan daha güclü şəkildəgöstərir. Ölüm səviyyəsi, ilk növbədə, rifah halından asılıdır. İnkişaf etmişölkələrdə ümumi ölüm göstəricisi hələ XX əsrin 60-cı illərindən bəşəriyyəttarixində ən aşağı səviyyədə sabitləşmişdir. Hazırda iqtisadi cəhətdən inkişaf etmişbir çox ölkələrdə ümumi ölüm əmsalı (ÜÖƏ) inkişaf etməkdə olan ölkələrdəkindənxeyli yüksəkdir. Məsələn, Böyük Britaniyada və Almaniyada bu, Meksika vəVenesueladakından təqribən iki dəfə yüksəkdir.Ölüm əhalinin sağlamlıq vəziyyətinin indikatorudur. Ölümün səbəbləri zamanlaölçülür: əgər uzaq keçmişlərdə insanlar daha çox yoluxucu xəstəliklərdən ?taundan, malyariyadan, çiçəkdən və s. ölürdülərsə, indi ölümün başlıca səbəbləriqan dövranı xəstəlikləridir.Afrikada uşaq ölümü əmsalı 200%-ə yaxınlaşır, yəni doğulan hər 1000 uşaqdan200-ü ölür.

İnkişaf etmiş ölkələrdə uşaq ölümü əmsalı 15%, onların üçündə ? Finlandiyada,İsveçdə və Yaponiyada isə 6-7%-dir. Uşaq ölümünün aşağı göstəricisi yüksəkhəyat şəraitinin, yüksək səmərəli müalicə vasitələrinin və həkim köməyininnəticəsidir.

Təbii artım və əhalinin ömür müddətinin uzunluğu. İnkişaf etmiş ölkələrinmütləq əksəriyyətində təbii artım əmsalı çox aşağıdır. Qərbi Avropada o, ortahesabla 3-5%-ə, AFR, Danimarka və Avstriyada isə mənfi durumdadır, yəni ölümdoğumu üstələyir. Rusiya dərin demoqrafik böhran keçirir. Burada bir sıra regionlardabütün 1990-cı illərdə ölüm doğumdan iki dəfə çox olmuşdurDemoqrafların fikrincə, inkişaf etmiş ölkələrdə əhalinin təkrar istehsalının aşağısəviyyədə olması təbii artım səviyyəsinin sosial-iqtisadi inkişaf səviyyəsinəuyğunluğunda təzahür edən müəyyən qanunauyğunluğu göstərir.Yaşarılıqqabiliyyəti əmsalı 5 ballı cədvəllə ölçülür. O, gen fondunun, konkret ölkəninnəzərdən keçirildiyi məqamda dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətindavam etdiyi şəraitdə millətin fizioloji və intellektual inkişafını qoruyub saxlamaqimkanını səciyyələndirir.Ömür uzunluğunun göstəriciləri. Ən mühüm demoqrafik göstərici olan ortaömür uzunluğuna görə inkişaf etmiş ölkələr xeyli fərqlə liderdirlər (kişilərdə 71,2il, qadınlarda 78,6 il). Bütün dünya üçün orta göstərici isə 63,7/67,8 ildir. Qərbi,Şimali, hətta cənubi Avropa və Şimali Amerika bu göstəricilərə görə (kişilərdə 73ildən yuxarı, qadınlarda 80 il) irəlidədirlər. Lakin dünya regionları arasında ənyüksək göstərici Avstraliyada və Yeni Zelandiyadadır (75).Körpə ölümü göstəricisidə olduqca diqqətçəkicidir. O, dünya üzrə 1000 nəfər doğulana görə 57 nəfərəbərabərdir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 9, az inkişaf etmiş ölkələrdə 63, zəifinkişaf etmiş ölkələrdə 102-dir.

 

MÜHAZİRƏ 5-6


Date: 2016-06-13; view: 321


<== previous page | next page ==>
Halinin əhalinin təkrar istehsalı. | RQLƏRİN COĞRAFİYASI
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.008 sec.)