Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Halinin əhalinin təkrar istehsalı.

Yer üzərində ilk insanların nə zaman və harada əmələ gəlməsi məsələsi bugünədək qızğın elmi diskussiyaların mövzusudur. İndi alimlərin əksəriyyəti hesabedir ki, Homo Sapiens (?kamil insan?) təqribən 50 min il bundan əvvəl ŞərqiAfrikada mərcan rifləri bölgəsində qədim hominidlərdən əmələ gəlmişdir.

XX əsrin 70-ci illərində Keniya vətəndaşları olan dünyaşöhrətli alimlər ? Lyuis və Meri Liki Tanzaniyanın şimalındakı Oldovaydərəsindəki mərcan rifləri zonasında qədim insanabənzər məxluqun-zincantropun-?kamil insan?ın əcdadı olan ?ağıllı insan?ın qalıqlarını tarmışlar. Onun 1,7 milyonil yaşı var. Belə hesab edilir ki, Paleolit dövrünün sonunda, təqribən 30 min il bundanəvvəl qədim insanlar Afrikadan digər qitələrə köç edərək, Avropa və Asiya, Berinqboğazı vasitəsilə Asiyadan keçib Amerikada, cənub-Şərqi Asiya vasitəsilə isəAvstraliyada və Okeaniyada məskunlaşa bilərdilər.

Gələcəkdə əhali sayının sabitləşməsinin mümkünlüyü ehtimalı bugünkü artımsürətinin xüsusiyyətləri ilə təsdiqlənir.

Amerika alimlərininson vaxtlar əldə etdikləri məlumatlar isə, ümumiyyətlə, sensasiyalıdır: onlarınfikrincə, Yerdə həyat kosmosdakı yağış damcısından yaranmışdır. Müasirhesablamalara görə, təqribən eramızdan 15 min il əvvəl Yer kürəsində 3 milyondanaz adam yaşayırdı, eramızdan əvvəl VI minillikdə əkinçiliyin meydana gəlməsiəhalinin sürətlə artmasına səbəb oldu.Dünya əhalisinin 80%-nin yaşadığı inkişaf etməkdə olan ölkələrdə böyük əhaliartımı ətraf mühitə mənfi təsir göstərir. Əhalinin həddindən çox artımı torpaqlardanifrat istifadə və onların münbitliyinin aşağı düşməsi və s. gətirib çıxarır.Əhali artımı meşələrin azalmasına güclü təsir göstərir, meşələr kəndtəsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlə qırılır.



Əkinçilik vəmaldarlıq yaranarkən bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdü. Bizimgünlərdə isə bu göstərici 30%-ə enmişdir. Meşələrin məhv edilməsi prosesixüsusilə Avropaya toxunmuşdur. Əgər VII əsrə qədər burada meşələr bütünərazinin 80%-ni tuturdusa, hazırda bu, cəmi 30% təşkil edir. Rusiyada, ABŞ-da,Kanadada, Hindistanda, Çində, Braziliyada meşələr kütləvi surətdə qırılmışdır.Bütün bunlar torpağın tullantılarla çirklənməsinə səbəb olan ?istixana effekti?nə şərait yaradır.

Yerin hərarətinin +100 Cartması belə dünya kataklizminə gətirib çıxara bilər, qütb buzlaqlarının əriməsisürətlənər, mütəxəssislərin hesablamalarına görə, artıq XXI əsrin ortalarında dünyaokeanının səviyyəsi 1-5 metr qalxa bilər ki, bu da Yerin bir sıra regionlarının ?Maldiv adalarının, Sankt-Peterburqun, Nil deltasının, Azərbaycan hüdudlarındaXəzər dənizinin cənub sahillərinin su altında qalmasına səbəb olar. Havalarınqızması ABŞ-da, Rusiyada, Çində və digər ölkələrdə quraqlığın artması iləmüşayət olunmuşdur. Torpağın, suyun, bitki örtüyünün çirklənməsinin davametməsi heç də az dəhşətli deyildir. Bu, insanın fiziologiyasında və davranışındadəyişikliklərə gətirib çıxara bilər. Bizim günlərdə torpaq resurslarınındeqradasiyası, Asiya və Afrikanın torpaqlarında quraqlıq xüsusilə intensiv şəkildəbaş verir. Burada səhralaşma hər il 6 milyon hektara yaxın torpağı kənd təsərrüfatıdövriyyəsindən çıxarır ki, bu da torpaq ehtiyatlarına mənfi təsir göstərir.İlk ?ozon deşiyi? 1978-ci ildə Antarktika üzərində aşkar olunmuşdur.Tədqiqatlar göstərdi ki, ?ozon deşiyi? 5 milyon km2-dən 20 milyon km2-dəkböyümüşdür. Bu, 1992-ci ildə xüsusilə aydın şəkildə müşahidə edildi. İkinci belə?deşik? Arktika üzərində aşkar oldu. O, həcmcə kiçik olsa da, Avrasiya əhalisiüçün kimsəsiz Antarktika üzərindəki ?ozon deşiyi?ndən xeyli təhlükəli ola bilər.Alimlər hesab edirlər ki, səsdən sürətli təyyarələrdən, kosmik sistemlərdən istifadə,

Günəş fəallığının güclənməsi, vulkan fəaliyyətinin artması və s. də bu ekolojifəlakətin səbəbləri sırasına aid olunmalıdır.

Cəmi 25 ildən sonra Afrikanın, Yaxın və Orta Şərqin əhalisi iki dəfə artacaq[Bruney (11 il), BƏƏ və Qatar (13 il) mütləq rekordçulardır], halbuki bunun üçünAvropaya 282 il, bəzi Avropa ölkələrinə ? Bolqarıstana, İrlandiyaya, Macarıstanaisə 1000 ilə yaxın vaxt lazım gələcəkdir.Lider ölkələr beşliyi, əvvəlki kimi, dəyişməmişdir. Siyahıya Çin başçılıq edir:hazırda (2004-cü il) bu ölkədə 1 milyard 245 milyon insan yaşayır. Öz böyükqonşusunu daban-dabana izləyən Hindistan ikinci yerdədir ? 1 milyard 27 milyonnəfər. Ücüncü yerdə onlardan xeyli geridə qalan ABŞ gəlir ? 281 milyon 422 minadam. Dördüncü yerdə İndoneziyadır ? 203 milyon nəfər. Beşliyi LatınAmerikasının ən çox əhalisi olan dövləti ? Braziliya tamamlayır. 1991-ci ilədək288 milyon 600 min nəfər yaşayan Sovet İttifaqı dağıldıqdan sonra Rusiyanınəhalisi 147 milyon təşkil edirdi. Hesablamalar göstərir ki, son illərdə Rusiyaəhalisinin sayı 145 milyondan 144 milyona düşdüyü halda, Pakistanın əhalisi 137,5milyondan 145 milyon nəfərə qədər artmışdır. Bu ölkədə hər 100 qadına, ortahesabla, 503 uşaq doğulur. Yeri gəlmişkən, Pakistandakı doğum göstəricisi sonhədd deyil. Rəqəmlər İraq (100 qadına 525 uşaq) və Səudiyyə Ərəbistanında (100qadına 580 uşaq) daha yüksəkdirşRusiyada hər yüz qadın ömrü boyu, orta hesabla, 125 uşaq doğur ki, bu daAvropa göstəricilərinə ən yaxınıdır. Məsələn, Böyük Britaniyada hər 100 qadına168 uşaq, Almaniyada 136, İtaliyada isə 119 uşaq düşür.

Sosioloqların fikrincə, əgər demoqrafik mənzərə yaxın illərdə dəyişməsə, 2050-ci ildə Rusiyanın əhalisi 100 milyon nəfərdən çox olmayacaqdır

 

MÜHAZİRƏ 3.

DÜNYA ƏHALİSİNİN CİNS-YAŞ TƏRKİBİ

Plan.

Cins-yaş tərkibi

2.Əhalinin təkrar istehsalı

Cins-yaş strukturu əhalinin ən mühüm xarakteristikalarındandır.Coğrafiyaşünaslar və iqtisadçılar ölkələrin və bölgələrin əhalisinin yaş və cinstərkibinin öyrənilməsinə böyük əhəmiyyət vermişlər. Əhalinin yaş və cins tərkibihaqqında məlumatlar əmək ehtiyatlarının, uşaqların, təqaüdçülərinhesablanmasında zəruridir. Oğlan uşaqlarının doğum göstəriciləri, bir qaydaolaraq, qızların doğum səviyyəsini bir qədər üstələyir və ildə 100 qız müqabilində104-107 nəfər təşkil edir. Lakin 30 yaşınadək kişi və qadın əhalisinin nisbəti bərabərləşir.Bu, kişi cinsinə mənsub şəxslər arasında ölüm hallarının daha çox olmasıilə bağlıdır. 40 yaşından etibarən qadın əhalisi sayca kişiləri üstələməyə (istehsalattravmaları, alkoqola aludəlik, erkən evlənmə, ağır əmək, lazımınca qidalanmama,cəmiyyətdə qeyri-bərabər mövqe ilə bağlı ölüm hallarının çoxalması nəticəsində)başlayır.Bütün dünyada kişilərin sayı qadınların sayından 20-30 milyon çoxdur. Lakin buümumi faktın arxasında gizlənən fərqlər olduqca böyükdür.

Kişilər sayca ən çox cənubi və Şərqi Asiyada üstündürlər (Hindistanda ? 24milyon, Pakistanda - 4,5 milyon, Çində -31 milyon). Kişilərin sayca üstünlüyücənub-Qərbi Asiyanın bütün ərəb-müsəlman ölkələri üçün səciyyəvidir. Afrikaölkələri üçün əhalinin cins-yaş tərkibində ciddi tərəddüdlər səciyyəvi deyil vəonların böyük əksəriyyətində kişilərlə qadınların sayı təqribən bərabərdir.

ABŞ-da, ötən əsrin 70-ci illərində isə Kanadada qadınların üstünlüyü nəzərəçarpmağa başladı. Bu, xüsusilə ahıl yaşlılara aiddir. Afrikada olduğu kimi, Latın

Amerikasında da kişilərlə qadınların sayı, təqribən, bərabərdir. Ayrı-ayrı ölkələrdə

də cinsi strukturda böyük fərqlər yoxdur. Hazırda, demək olar, bütün ölkələrdəqadınlar üstünlük təşkil etsələr də, bu üstünlük çox da böyük deyildir.

Əhalinin yaş üzrə təsnifatı iki əlamətə ? bioloji və iqtisadi əlamətlərə görəaparılır. Birinci əlamət üzrə əhali istehsaledici yaşa (qadınlar üçün tertil ? 15-49yaş arasında müəyyən edilir), yeniyetmə (15 yaşadək) və ahıl (50 yaşdan sonra)yaşa görə bölünür. İkinci əlamət üzrə əhali əmək qabiliyyətli (Azərbaycandaqadınlar üçün 16-dan 57,5 yaşınadək, kişilər üçün 16-dan 62,5 yaşınadək), əmək qabiliyyətini itirmə və əmək qabiliyyətindən sonrakı yaşlara görə bölünür.Əmək qabiliyyətli əhalinin başlıca səciyyəsi əhalinin ümumi sayında iqtisadifəal əhalinin ? yəni, onun ictimai faydalı əməklə məşğul olan, yaxud fəal işaxtaran hissəsinin payı ilə müəyyən edilir. İşləməyə ehtiyaci olanların sayı, adətən,bir neçə faizlə ölçülür, əslində isə işsizlik böyükdür (gizli işsizlik). İşsizlik aqraryönlü təsərrüfata malik ölkələrdə daha çoxdur: kənd yerlərində, torpağın qıt olduğuməkanlarda tez-tez artıq işçi qüvvəsi yaranır.

İnkişaf etmiş ölkələrdə iqtisadi fəal əhalinin xeyli hissəsi xidmət sahəsində

çalışır. Məsələn, 1990-cı illərin əvvəlində ABŞ-da işləyənlərin cəmi 3%-i kənd və

meşə təsərrüfatında, 28%-i sənayedə və tikintidə, 69%-i isə qalan sahələrdə məşğul

idi. əhalinin yaş strukturu,hər şeydən əvvəl, keçmişdə və hazırda təkrar istehsalın

xüsusiyyətindən asılıdır. Bu isə iki tip ölkələr ? inkişaf etmiş və inkişaf etməkdə

olan ölkələr arasında bir daha fərq qoymaq imkanı verir. İnkişaf etmiş ölkələrdə

əhalinin yaş strukturu uşaqların xüsusi çəkisinin aşağı olması (adətən, əhalinin

beşdə birindən azı), əmək qabiliyyətli əhalinin və orta ömrün uzun olmasınəticəsində ahıl yaşdakıların çoxluğu (ümumi sayın beşdə biri qədər) ilə

səciyyələnir. Əhalinin təbii hərəkətinin yüksək olduğu inkişaf etməkdə olanölkələrdə uşaqların payı çox, xüsusilə nəsillərin sürətlədəyişdiyi və orta ömür

müddətinin aşağı olduğu ölkələrdə ahıl yaşlı əhalinin sayı azdır. Məsələn,Keniyada uşaqlar əhalinin 51%-ni, əmək qabiliyyətli yaşda olanlar 45%-ni, əmək

qabiliyyətlilərdən yaşlı olanlar isə 4%-ni təşkil edirlər. Almaniyada bu nisbət,müvafiq olaraq, 16%, 64%, 20% təşkil edir.

Əhalinin cins-yaş tərkibi haqqında əyani təsəvvürü onun qrafik təsviri olan cinsyaşpiramidası verir. Piramidanın cizgiləri əsasında təkrar istehsalın tipi haqqındada nəticə çıxarmaq olar. I tip təkrar istehsalda ? artım sabit, yaş strukturu dəyişməzolduqda fiqur dar uzunsov şəkil alır, əhali azaldıqda, yaş strukturu tənəzzüləuğradıqda aşağıya doğru daralır. II tipdə ? sadə yaş strukturunda isə piramidaüçbucaqlı olur. Miqrasiya əhalinin cins strukturuna təsir göstərir. Məsələn,Küveytdə kişilərin qadınlardan çoxluğu bununla izah olunur. Şəhər və kənd,məskunlaşdırılmaqda olan və məskunlaşdırılmış bölgələrin əhalisinin cinsstrukturundakı fərqlər də xeyli dərəcədə miqrasiya ilə bağlıdır.

 

MÜHAZİRƏ 4.


Date: 2016-06-13; view: 383


<== previous page | next page ==>
Activity One: Modifying Sentences | Təbii artım və əhalinin ömür müddətinin uzunluğu
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.008 sec.)