Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Maraqlıdır ki, Şah İsmayıl türk dilini dövlət dili elan eləyəndən sonra...

? Rəsmi elə bir şey yoxdur ki, İsmayıl türk dilini dövlət dili elan eləyib. Yəni İsmayıl çıxıb deməyib ki, hamı türk dilində danışmalıdır. Sadəcə, rəsmi elən olunmadan dövlət dili türk dili idi. Özü də bu məsələdə təkcə İsmayılı götürmək yanlışdır. Məgər Şah Abbasın dövründə bizim yazışma dilimiz fars dili olub? Şah Abbasa gələn məktubları Allah qoysa, çap elətdirəcəm. Rus çarı Aleksey Mixayloviçin Şah Abbasa məktubu var. Məktub belə başlayır: ?Xu! ? bilirik ki, bu söz qəbul olunmuş qaydadır ? ulux padşah əziz qarındaşım Xüdabəndə oğlu Abbasa Mixailin oğlu Alekseydən!?. Bu, hansı dildir? Əsl türk dilidir. Axı o vaxt Osmanlı sarayında bu cür yazışma yox idi. Osmanlı sarayı fars dilində geydirmə sözlərlə doluydu. Amma bu məktubda bir dənə padşahdan başqa qalan bütün sözlər türkcədir. Fikir ver, hətta ?Aleksey Mixayloviç? yazmayıb, ?Mixailinoğlu Alekseydən? yazıb. Bəs necə olur ki, Səfəvilər dövlətində əsas dil fars olur?

Kərəm müəllim, dünya Şah İsmayılı necə qəbul eləyir? Tutalım, Avropaya Şah İsmayılın hansı formada təbliği daha maraqlı olardı?

? Avropaya Şah İsmayılın türk hökmdarı kimi təbliğ olunması heç cür sərf eləmir.

Deyirlər, Amerikanın Mərkəzi Kəşfiyyat idarəsi Güntay Gəncalpa tapşırıq verib ki, belə kitab yazsın və tariximizi təhrif etsin. Ona görə soruşdum.

? Əgər Amerikanın Mərkəzi Kəşfiyyat idarəsi Cavanşir Mənuhçöhrlə (Güntay Gəncalp) işləyirsə, vay onun halına! (gülür) Həqiqi sözümdür. Bəlkə, Güntay dediyin adam özünü ora təqdim eləmək istəyir, bu başqa məsələ.

Möhtəşəm yüz il? serialında da Şah İsmayıl haqqında təhqiramiz epizodlar getdi, gördünüzmü?

? Bir neçə yox, o serial başdan ayağa Şah İsmayılı təhqir edirdi.

Sultan Süleyman əsəbiləşir ki, Şah İsmayıla ?şah? deməyin, ?əmir? deyin.



? Yaxşı, bəs niyə Sultan Süleyman Əhləd döyüşündən sonra Şah Təhmasibə ?şah? deyə müraciət eləyirdi? Bunu niyə demirlər? Şah Təhmasib dərk eləyirdi ki, yaxın orta şərqdə üç türk dövləti var. Amma Süleymanda türklük duyğusu olmayıb.

Görəsən, niyə olmayıb?

? Konqresdə heykəlinə baxın, onun adı ora Süleyman yazılmayıb, Solomon yazılıb.

Yəni Sultan Süleyman türk deyildi?

? Qardaş, 44 Osmanlı sultanından 42-si qeyri-türkdür. Hələ Osmanlı təzə-təzə qurulanda I Murad artıq özünü türk saymırdı. Halbuki I Murad Osmanlının səhv eləmirəmsə, 3 yoxsa 4-cü hökmdarı olub. I Murad türkə ?qaba türkman? deyirdi. Osmanlı bir də Əbdülhəmidin dövründə ayılır ki, bıy, bunlar türküymüş! Buna qədər onlar özünü türk saymayıb. Ay qardaş, Osman kimdir? Axı sənin baban türkmandır. Gör, Səfəvidə belə şeylər var? Qətiyyən!

? Bizim bəzi tarixçilər Güntayın yazdığı kitaba tarixçi alim kimi yox, daha çox vətəndaş kimi cavab verirlər. Hisslərlə, emosiyalarla, əsəblə?

? Elə evimizi yıxan da budur. Əsəbiləşmək lazım deyil, faktlarla cavab vermək lazımdır.

Güntay kitabında Şah İsmayılın şair olub-olmamasına da şübhə ilə yanaşır.

? Bu, artıq günahdır. Necə yəni Şah İsmayıl şair olmayıb? Adamın şeirləri var. Özü də ?Xətai? təxəllüsü ilə yazıb.

Deyir, guya Anadoluda ?Xətai? təxəllüsü ilə şeirlər yazan çoxlu şairlər olub, o şeirlər hamısı Xətainin adına çıxılıb.

? Nəzirələr olub. Mənüçöhr Cavanşir (Güntay Gəncalp) də müqayisə eləyib deyir ki, bu şeirlər bir-irinə oxşayır. Nə olsun oxşayır? Hamısı yalan informasiyalardır.


Date: 2016-06-12; view: 179


<== previous page | next page ==>
Bir sual da verim: Uzun Həsənin, doğrudan, boyu uzun olub deyə, ona bu adı qoyublar? | Deyirlər, Güntayın ya psixi problemləri var, ya da doğrudan, harasa işləyir.
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.008 sec.)