Deyirlər, Güntayın ya psixi problemləri var, ya da doğrudan, harasa işləyir.
? Yox, xəstə-zad deyil, başı da yaxşı işləyir...
Bəs nə məsələdir?
? Sadəcə olaraq, antropologiyasına diqqətlə baxmaq lazımdır.
Ouml;zündən uydurub.
? Bu da onun təxəyyülünün məhsuldur.
Tarix təxəyyül məhsulu olmalı deyil axı.
? Axı Güntay tarixçi deyil. Adam məgər deyir ki, mən tarixçiyəm?
Mən bilən, özünə ?tarixçi-araşdırmaçı? deyir.
? Araşdırmaçı ayrı şeydir. Mən də hansısa kriminal əhvalatı araşdıra bilərəm, bu o deməkdir ki, mən krminalistəm?
Kərəm müəllim, mən sizinlə söhbətdə mövqe nümayiş etdirmirəm. Sadəcə, mənim üçün maraqlıdır. Ona görə bu sualları verirəm...
? Əlbəttə! Başa düşürəm. İstəyirsən ki, tarixi həqiqət üzə çıxsın.
O səbəbdən bilmək istərdim: Səfəvi nə deməkdir? Niyə buna Azərbaycan dövləti demirlər?
? Səfəvi Şeyx Səfinin adından götürülüb. Əslində, dərviş orden olub. O vaxt bu cür cərəyanlar çox idi: nöqtəvilik, səfəviyyə... Yenə deyirəm, bunlar bir yerə yığılıb qızılbaşlığı formalaşdırdılar. Şah İsmayıl qızılbaşlığı bir fikir cərəyanı olaraq dövlət ideologiyası statusuna qaldırdı. Yəni qızılbaşlıq türk islamı idi. O ki qaldı digər məsələyə, mən də dəfələrlə demişəm ki, Səfəvi, Ağqoyunlu, Qaraqoyunlu... Bu adlar yığışdırılmalıdır. Bunların hamısı Azərbaycan dövlətidir və bu cür də adlandırmaq lazımdır.
Bəzən də tarixə bu günün maraqları ilə yanaşırlar. Məsələn, Səfəvi-Osmanlı haqqında danışanda Türkiyə-Azərbaycan münasibətləri nəzərə alınır.
? Çox nahaq! Yadıma gəlir, hardasa, 10 il qabaq Ərdoğan bir ifadə işlətmişdi. Demişdi ki, biz Otluqbellidə, Çaldıranda qazanmışların nəvəsiyik. Mən Lider TV-yə müsahibəmdə dedim ki, Ərdoğan bununla fəxr edirsə, mən də Malatiyada, Mollhəsənlidə, Əhləd döyüşlərində qazanmış kişilərin nəvəsiyəm. Biz də o döyüşlərdə qalib gəlmişik. Amma keçmişin xurafatı ilə yaşamaq düzgün deyil, onda bu millətin gələcəyi olmayacaq. Bu gün iki dünya müharibəsində bir-birini didmiş, etnik baxımdan bir-birindən tamamilə fərqli olan, dini məzhəb baxımından da ayrı olan almanlar və fransızlar necə olur ki, Avropa Birliyində birləşə bilir, vahid valyutadan istifadə eləyə bilir, biz hələ Səfəvi-Osmanlı savaşlarını qurtara bilməmişik. Axı Səfəvi-Osmanlı münasibətlərini başdan-ayağa qara boya ilə təsvir eləmək düzgün deyil. Şah Abbasın Osmanlı sarayına məktubu var. Deyir, əziz qardaşım, sənin firənglər üzərində qələbəni eşitdim və çox şad oldum. Belə yürüşlərə gedəndə bizləri niyə çağırmırsan ki, biz də xoşhal olaq bu qələbədən, bizim də qılınclarımız işləsin. Düşmən düşmənə belə şey yaza bilər?
Deməli...
? Deməli, güclü olmaq lazımdır ki, hamı sənə ?qardaş? desin. Necə ki, Abbasın güclü olan vaxtlarında Osmanlı ona ?qardaş? deyirdi, İsmayıl güclü olanda Bəyazid ona məmnuniyyətlə oğlum deyirdi. Yaxşı da münasibətləri var idi. Qoy, Türkiyə də güclü olsun, Azərbaycan da. Daha güclərindən bir-birlərinə qarşı istifadə eləməsinlər. O qədər düşmən var ki...
Yəni tarixdə nə olub-olub, indi əl-ələ verib dost olaq...
? Yox, belə deməzdim. Tarixdən ibrət götürməyən millətin gələcəyi yoxdur. Əgər ibrət götürməsə, tarix bir də təkrar olunacaq.
Maraqlıdır, türk dili Səfəvilərdə rəsmi dövlət dili kimi qəbul olunurdu və geniş yayılmışdısa, niyə bu dövrdə Dədə Qorqud, Nəsimi, Füzuli kimi dil abidəsi yaranmadı?
? Bəs Aşıq Abbas Tufarqanlı kimiydi? Bəs ?Əsli və Kərəm? dastanı nədir? Bizim dastanlarımızın 80 faizi elə o vaxt yarandı. Şah Abbas Azərbaycan hökmdarıydı və xalqın ona sevgisi varıydı. Xalqın Şah Abbasa sevgisi olmasaydı, bütün nağıllarda Abbası cənnətlə müjdələyərdi? Amma Sultan Süleyman guya, Osmanlıların ən mərifətli hökmdarı olub. Deyə bilərsən, onun nə qədər arvadı olub?
Saysız-hesabsız...
? Hər arvaddan da uşaq doğulurdu, törəyirdi. Taxta çıxan qardaşlarına Sultan Süleyman hansı münasibəti göstərirdi, bilirsən? Hərəsinə bir metrlik qaytan göndərirdi. Deyirdi ki, özünüzü boğun! Və ya boğdurun. Amma Təhmasib hansı qardaşını boğdurub? I Pyotr öz oğlunu döyə-döyə öldürtdürüb. Rus hardasa bunu yazır? Yox! I Pyotra ruslar qəddar deyir? Yox! Halbuki yeganə varisini vurub öldürdü. İvan Qroznıya ruslar qaniçən deyir? Yox!