Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Bir sual da verim: Uzun Həsənin, doğrudan, boyu uzun olub deyə, ona bu adı qoyublar?

? Boyu uzun olmaq türk üçün normal bir şeydir. Amma niyə buna ?Uzun Həsən? deyib təhqir eləyirsən ki? Biz IV Murada ?impotent Murad? demirik ki... Bəs sən niyə mənim hökmdarımı təhqir eləyirsən? Kişinin fərmanları var. Yazır ki, ?biz Azərbaycan Sultanı Həsən Padşah Bayandurlu?... Niyə mən öz hökmdarımı bu cür təbliğ eləmirəm? Niyə? Nədi-nədi, Osmanlıda onu sevməyən iki-üç saray tarixçisi olub və onlar mənim hökmdarıma Uzun Həsən deyib, buna görə?

Kərəm müəllim, Osmanlılar Səfəvilərlə müharibəyə hansı ideoloji əsasdan yanaşırdılar? Dünya ağalığı, ərazi, yoxsa məzhəb davası...?

? Xeyr, bu dava məzhəb davası deyildi. Yəni mən belə deməzdim.

Bəs nə davasıydı?

? İki konkret misal çəkim: əgər bu, məzhəb savaşıydısa, Osmanlılar Səfəvilərin üstündən keçib Misirə girdilər. Misirdə kim idi onda?

Məmlük Sultan...

? Bəli... O Məmlük Sultan ki, monqol ağalığı dövründə islami dəyərləri qoruyub saxlamışdı və xəlifəyə də sığınacaq vermişdi. Məmlük Sultan məzhəbcə sünni idi. Bəs Osmanlıların Məmlük Sultanla davası nə idi? Bu ki sünnüdür. İkinci misal: Qaraqoyunlu dediyimiz dövlət ? yəni Azərbaycanda Baharlı sülaləsinin hakimiyyətdə olduğu dövrdən söhbət gedir ? həmən Baharlılar məzhəbcə sünni olmayıblar, hürufi olublar. Hürufilik də indiki şiəliyə yaxın bir qoldur. Osmanlılar Baharlılarla müttəfiq olduğu halda, tərtəmiz sünni olan Bayandurlularla niyə müharibə eləyib? Axı Ağqoyunlu dediyimiz dövlətin məzhəbi sünni olub. Sadəcə olaraq, Osmanlılar özünün dövlət maraqlarını dinlə pərdələyə bilib, amma biz yox! Necə ki Rusiya bolşevik ideologiyası ilə öz atdığı addımları pərdələyə bilirdisə, Osmanlı da bunu bacarırdı.

Osmanlılarla Səfəvilər arasındakı müharibə, doğrudan da, məzhəb savaşı deyildisə, bəs Yavuz Sultan Səlim niyə məktublarında Şah İsmayıla ?kafir? deyə müraciət edirdi?



? Bu, sadəcə, bəhanə idi, səbəb deyildi. Hələ o da məlum deyil ki, ?Yavuz? dediyimiz adam Sultan Səlimin doğma oğludur, yoxsa yox. Heç ən insafsız oğul da atasını üzünün tükünü yoldura-yoldura öldürtdürməz!

Ks tərəf də Şah İsmayılın öz anası Aləmşah Bəyimi öldürdüyünü deyir...

? Ay qardaş, bu yalandır! Bunun hamısı nağıldır. Şah İsmayılın anasının adı Marta xanım idi, Aləmşah Bəyimi yalan deyirlər. Və anası öləndə Şah İsmayılın altı yaşı varıydı. İsmayılın anasını Şəması döyüşündən sonra öldürdülər. De görüm, 6 yaşında uşaq anasını öldürtdürə bilər?

Güntay Gəncalp Şah İsmayılın 14 yaşında hakimiyyət başına keçməsinin türk ənənələrindən irəli gəldiyini inkar edir. Deyir, bu yaşda uşaq nə bilirdi ki, dövlət nədir?

? Niyə bilmir ki? Burda qəribə bir şey yoxdur. Əksinə, bu qüdrət göstəricisidir. Guya, rus çarlarının hamısı 30 yaşında taxta çıxıb? Mixail Ramanov taxta çıxanda 13 yaşı varıydı.

Güntay Gəncalp müsahibəsində deyir ki, Səfəvilərin siyasi kökü yoxdur və bu fikri onunla əsaslandırmağa çalışır ki, məsələn, türk tarixində dövlətlərin qurulma ənənəsi olub. Yəni hər dövlət bir türk boyuna dayanmışdı. Tutalım, Səlcuqlar ? Qınıq boyu, Ağqoyunlular ? Bayındırlı boyu, Qaraqoyunlular ? Baharlı boyu, Osmanlı ? Qayı boyu? Ancaq Şah İsmayıl tamam yad irsi daşıyan dövlət yaratdı.

? Səfəvilərin o biri dövlətlərdən üstünlüyü də bu idi ki, bir tayfadan yox, bütün türk tayfalarının birliyindən doğmuşdu. Şamlı, Rumlu, Ustaclı, Bayandurlu, Baharlı, Qacar, Afşar, Bayat, Borçalu... Oruc bəy Bayat 14 tayfa sadalayır. Yəni Səfəvilər artıq tayfa dövləti deyildi. Xalq dövləti idi. Bu fikirlə Güntay Gəncalp dediyin şəxsin hələ tayfa məntiqindən, tayfa təfəkküründən çıxmadığını məlum olur. Belə çıxır ki, İsmayılın əməyi boşuna gedib? Piri bəy Qacar, Hüseyn Lələ... Və tayfalar birləşib İsmayılı dövlətin başına gətirdilər. Bunların hərəsi bir tayfanın başçısıydı. Axı türk xalqlarında idarəçiliyin çox gözəl forması var: ailə, oba, el, ulus. Və Səfəvilər ulus dövləti idi.


Date: 2016-06-12; view: 172


<== previous page | next page ==>
Sünni-şiə məsələsinə qayıdaq. | Maraqlıdır ki, Şah İsmayıl türk dilini dövlət dili elan eləyəndən sonra...
doclecture.net - lectures - 2014-2025 year. Copyright infringement or personal data (0.141 sec.)