Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Sünni-şiə məsələsinə qayıdaq.

? Hə, gələk bu məsələyə. Bizdə ərəblərdən fərqli olaraq, eyni kənddə Ömər də var, Əli də var. Deməli, burda sünni-şiəlik olmayıb. Əgər, doğrudan da, sünniliklə şiəlik arasında həddindən artıq rəqabət vardısa, eyni kəndin əhalisi həm Əliyə, həm Ömərə...

Bir sıra tarixçilər də eyni fikri deyir, yəni sünniliklə şiəlik arasında rəqabət yox idi. Və deyirlər ki, şiəliyi dövlət ideologiyasına çevirməklə bu rəqabəti Şah İsmayıl yaratdı.

? Şah İsmayıl şiə olmayıb.

Bəs məzhəbi nə olub?

? Şah İsmayıl qızılbaş olub. Və qızılbaşlığın mənbəyi də gedib xürrəmiliyə çıxır. Xürrəmilikdən süzüldü, süzüldü, Hülakülərdən sonra hürufilik oldu, hürufilikdən süzüldü, süzüldü və qızılbaşlıq yarandı. Qızılbaşlığı əsarət içinə alan da cəfəri şiəliyi oldu. Bu gün İranda qızılbaşları sevirlər? Yox! Əgər qızılbaşlıq şiəlikdirsə, İran niyə onlara köksünü açmır? Niyə demir ki, nə gözəl cərəyandır? Sual verirəm, niyə sevmir?

Səbəb budur ki, qızılbaşlıq türk islamıdır?

?Bəli, səbəb budur. Deyirlər, niyə qızılbaşda saz var? Buna görə də qızılbaşları sevmirlər.

Kərəm müəllim, mən Güntay Gəncalpın ?Səfəvilər? kitabını oxumuşam. Bu kitab bizim bu günə qədər öyrəndiyimiz və bildiyimiz tarixi alt-üst eləyir. Və həmin kitab yüksək tirajla yayılıb. Əksər tarixçilərimiz də deyir ki, Güntay xəstədir, ona baş qoşmaq lazım deyil. Amma mənə elə gəlir ki, bu adama əhəmiyyət verməmək səhvdir. Niyə Azərbaycan tarixçiləri tərəfindən, lap elə Tarix İnstitutu tərəfindən bu kitaba fundamental şəkildə cavab verilmir? ?Səfəvilər? kitabı yalandırsa, iftiradırsa, niyə bir tarixçimiz çıxıb əks arqumentlərlə onun fikirlərini darmadağın eləmir?



? Əvvəla, o adamın adı Güntay Gəncalp deyil, Mənüçöhr Cavanşirdir. Adam adını dəyişib. Deməli, tarixini də dəyişmək onun üçün asan məsələdir. İkincisi, onun yazdığı kitab akademik nəşr deyil, elmi nəşr deyil. Sadəcə olaraq, publisistik kitabdır. Və Mənüçöhr Cavanşirin onda bəxti gətirib ki, akademik dildə yazılan kitabları həzm eləmək çətindir. Bütün millətlərdə əhalinin ən azı 60 faizi akademik dili başa düşmür və həzm eləyə bilmir. Hamı tarixçi ola bilməz ki... Kütləyə ən gözəl təsir vasitəsi roman və ya publisistik kitabdır.

Bu kitaba ? ?Səfəvilər?ə ən tutarlı və ləyaqətli cavab akademik Ramiz Mehdiyev tərəfindən verilib! O, təkzibolunmaz faktlarla Güntay Gəncalp, İsgəndər Pala kimilərin Şah İsmayıl haqqında dediklərini darmadağın edib...

? Əlbəttə, bu, alqışlanmalıdır. Amma Azərbaycanda bu boyda elmi institutlar var: Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Tarix İnstitutu, Etnoqrafiya İnstitutu... Bunlar niyə o yazıçılara cavab vermirlər? Bu institutlar nə işlə məşğuldur ki, Prezident Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev bu adamlara cavab verməli olur? Tarixçilər yazmalı və sübut etməli idilər ki, Şah İsmayıla iftira atılır. Axı əlimizdə bu qədər tarixi faktlar, mənbələr var. Tarixi həqiqətləri ortaya qoymaq üçün bütün vasitələrdən istifadə olunmalıdır.

Sizcə, niyə Sovet dövründə Şah İsmayıl haqqında romanlar yazılmasına imkan verilib?

?Rusların bir əzəli rəqibi var: Osmanlı. Bu dava da İstanbulun üstündədir. Kim Osmanlıya qarşı döyüşübsə, ruslar onu təbliğ eləyirdi.


Date: 2016-06-12; view: 112


<== previous page | next page ==>
Hamını bir-bir xaç suyuna çəkirdilər? | Bir sual da verim: Uzun Həsənin, doğrudan, boyu uzun olub deyə, ona bu adı qoyublar?
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.01 sec.)