Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Hamını bir-bir xaç suyuna çəkirdilər?

Kult.az tarixçi Kərəm Məmmədovla müsahibəni təqdim edir.

 

II HİSSƏ

 

Kərəm müəllim, niyə deyirlər ki, islam Azərbaycanda qılınc gücünə qəbul olunub?

? Bizdə yalan informasiya var ki, islam Azərbaycanda qılınc gücü ilə qəbul olunub. Bu, kökündən yanlış fikirdir. Və bunu sübut da eləyə bilərəm.

Necə?

? Əgər islam Azərbaycanda qılınc gücünə yayılırdısa, niyə qonşularımız ? gürcülər, haylar öz dinini saxladı ? biri monofizitliyi, o biri diofizitliyi ? ancaq bizi məcbur elədilər ki, hökmən müsəlman olmalısınız? Bu, mümkün olan şey deyil. Deyim, bu fikir hardan gəlir. Belə şeylər türkün burda aparıcı etnos olduğunu danmaqdan irəli gəlir, baxmayaraq ki, ərəb mənbələrinin hamısı Azərbaycan haqqında deyirlər ki, bunlar türklərin məskunlaşdığı qədim yurddur, türklər burda qədim dövrdən yaşayır. Yəni hamı birmənalı şəkildə bunu qəbul eləyir, bir dənə özümüzün bəzi tarixçilərimizdən başqa.

Dedikləriniz doğrudursa, bəs türkün islamı qəbul eləməsi niyə bu qədər asan oldu?

? Bunun əsas bir səbəbi var: təktanrıçılığa görə. Çünki islamda dualizm yoxdur, təktanrıçılıq var. Eyni zamanda islamın təbliğ elədiyi düzgünlük, oğurluq eləməmək, kasıb-kusuba əl tutmaq kimi keyfiyyətlər türkün törəsində var. Və türklər də baxdı ki, onların davranış tərzi bu kitabda öz əksini tapır. Ona görə də islam dinini könüllü qəbul elədilər.

Bəs ?qılınc müsəlmanı? anlayışı hardan meydana çıxıb?

? Bu, çox eybəcər sözdür. Sual verirəm: səncə, bu ifadə hardan yaranıb?

Mənim bildiyimə görə, müsəlmanın başının üstündə həmişə qılınc olmalıdır, qılınc olmasa, deyiləni yerinə yetirmir. Yəni ?qılınc müsəlmanı? anlayışı bu cür mənalandırılır.



? Ay sağ ol. Özün də ədəbiyyatçısan, bəs Mirzə Ələkbər Sabir niyə deyir ki:

Kəsməlidirlər qafamı,

Kəsdilər sünnətimi.

Bilmirəm.

? Deyim. Biz özümüzü nə vaxt müsəlman sayırıq? Xüsusən erkək cinsindən olanda.

Sünnət olanda deyirik ki, əsl müsəlmanıq.

? Ay yaşa! Baxmayaraq ki, o mərasimin adı sünnətdir, düz deyirsən. Amma sünnət nəyə deyilir? Peyğəmbərdən nümunə götürməyə! Sünnət bu deməkdir. Məlumatlara görə, Həzrəti Məhəmməd, doğrudan da, sünnətli doğulub. Bu adət bizə qədər bircə yəhudilərdə olub. Bəs bizdə necə olub? Yenə mənbəyə qayıdaq. Musa Kalankatlının yazdığına görə, vaxtilə alban knyazı Varaz Tridat Bizansa gedir. Orda bunu həbsə atırlar ki, sən ərəblərlə yaxınlıq eləyirsən. Və onun həyat yoldaşı istəyir ki, Albaniyada üsyan qaldırsın. Üsyan qaldırarkən alban katolikosu Nerses Bakura müraciət eləyir. Nerses Bakur da xristian qardaşına müraciət eləyir, yəni hay katolikosu İlyaya. İlya da bunun əlindən xəlifəyə donos yazır ki, albanlar sizə qarşı üsyan hazırlığı görürlər. Axı erməni də çoxdan istəyirdi ki, diofizit məzhəbindən olanları öz məzhəbinə çevirsin. Yəni monofizitlərə. Və 704-cü ildə adam göndərirlər. Mənbənin yazdığına görə, həmən gün erməni olmaq istəməyən əhali islamı qəbul elədi. Yəni kütləvi şəkildə bir etnosun öz dinini dəyişməsi mənzərəsi 988-ci ildə Rusiyada müşahidə edilib.

Hamını bir-bir xaç suyuna çəkirdilər?

? Yox! Xristianlığın qaydasına görə, xaç suyuna çəkmək lazım idi. Və baxdılar ki, bu qədər əhalini bir-bir necə xaç suyuna çəkək? Ona görə də milləti töküblər çaya və çayın başında bir keşiş xaçı silkələyib, camaatda suda çimib çıxıblar və xristian olublar. Bu, asan məsələdir. Amma islamda bir az çətinlik var. Və o çətinliyin öhdəsindən müsəlman ordusunun əsgərləri gəldi. Qılıncla insanları bir-bir sünnət etdilər. ?Qılınc müsəlmanı? anlayışı da burdan yaranıb. Yəni ?qılınc müsəlmanı? ? ?qılıncla sünnət olunmuş? deməkdir, qılıncla insanın başını kəsmək və islamı zorla qəbul elətdirmək məsələsi deyil.


Date: 2016-06-12; view: 106


<== previous page | next page ==>
At negative temperatures an engine can do more work | Sünni-şiə məsələsinə qayıdaq.
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.006 sec.)