Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Faət istəmək,birinci mənadakı duadır

Mamlar (ə) – dan şəfaət İstəmək

Vəhhabilərin nəzərinə görə Peyğəmbər(s), imamlar(ə) və Allahdan başqa, hər bir mövcuddan şəfaət istəmək və təvəssül, şirk və haramdır. Onlar bu məsələni isbat etmək üçün,

”“Allahdan başqa heç kəsə ibadət etməyiın”[1]şərif yəsinə istinad edib deyirlər: فلا تدعوا مع الله احدا“

“Hər bir dua və çağırmaq ibadətdir. Əgər dua Allahdan qeyrisi üçün olsa, onu pərəstiş etmək mənasınadır və ona görə də şirkdir.”.

Duanın mənalarına yenidən bir baxış

Dediyimiz kimi, “dua və çağırmağın” iki mə`nası var: Biri ümumi mə`na və o biri xüsusi mə`na. Duanın ümumi mə`nası budur ki, insan bir kəsi çağıra, səsləyə ya sual edə. Amma duanın xüsusi mə`nası, hansı ki, o mənada. “ürfi həqiqət” olmuşdur, təvəssül, hacət istəmək və çağırmaqdır ki, biz uca Allah üçün, həmçinin hər kəs öz Allahı və mə`budu qarşısında yerinə yetirir.

Bütpərəstlər də, bütlərin qarşısında belə dua edirlər.

Duanın ikinci mə`nası, onun ikinci dərəcəli mə`nasıdır. Hər vaxt siz desəniz: dua etmək istəyirik, “səhər duası”, “gecənin əvvəlinin duası” və bundan qeyri ibarətlər işlədirsiz, “dua” kəlməsini, onun ikinci mə`nasında işlətmisiniz. Bu işlətməyin iki ehtimalı var: Ya kullini öz əczalarından birinə şamil etmək cəhətindəndir, Çünki dua xüsusi mənada da, lüğətdəki duanın əczalarından sayılır. Ona görəki hər bir halda çağırmaqdır”.Allahummə inni əsəlukə” nidadır, “Ya Allah,ya Allah,ya Allah” nidadır.Həmçinin belə demək olar: “Dua” kəlməsi ikinci mə`nada (ibadət mə`nasında) çox işləndiyi üçün, ibadət onun ikinci mənası olaraq qəbul edilmişdir. Çünki ibadət bir iş ya sözdür ki, onda bir mövcud qarşısında son dərəcə təvazo və zəlillik olsun ki, insan onu malik, rəbb və tədbir edən bilir.



Rəvayətlərdə gəlmişdir ki, “Əd-dua hiyəl ibadə”[2](Dua eyni ibadətdir) ya “Əd-dua moxxul ibadə”[3]

(Dua ibadətin beynidir), məqsəd bu növ duadır. Sizin oğlunuzu səsləməyiniz isə ibadət deyil. Həzrət Nuh (ə) – da deyir:

”Rəbbi inni dəvtu qəvmi”.Mənası bu deyil ki, öz tayfasına ibadət etmişdir. Doğrudur, tayfasını çağırıb, amma hər çağırmaq ibadət deyil,bəzi çağırmaqlar ibadətdir.

Beləliklə, demək lazımdır “Fəla təd’u məllahi əhəda” ayəsinin mə`nası budur ki, Allahı çağırıb, ibadət duası yerinə yetirib və raz və niyaz etdiyin kimi, digərini çağırma. Bu söz doğrudur. Ona görəki heç vaxt, Allahı səslədiyimiz kimi, Allahdan qeyrisini səsləməməliyik.

Biz Allahı, iradə etdiyi hər bir şeyin faili, ruzi verəni və xaliqi bilirik. Ondan istəyir, Onu çağırır və Onun qarşısında təvazo və zəlillik edirik. Amma Allahdan qeyrisinin qarşısında (kim olursa olsun) bu işi etməməliyik.

faət istəmək,birinci mənadakı duadır

Buna əsasən, ayənin qadağası, ibadətdən qeyri çağırmağa yə`ni adi sual və nidaya şamil olmur.Biz Peyğəmbər (s) – dən istəyib, desək; “Ey Allahın Rəsulu! Mənə şəfaət et”. Bu ümumi mənadakı çağırmaq və duadır. Lakin ibadət duası olan, xüsusi mə`nadakı çağırmaq və dua deyil. Bu sizin dediyiniz kimidir ki, “Ey Zeyd! filan işi mənim üçün yerinə yetir”. Bunlar dua olub,ibadət olmadığına görə “Fəla təd’u məllahi əhəda ” ayəsi ona şamil olmur.

Mübarək ayədəki “məllah” kəlməsi, bu mənanı çatdırır ki, Allahı çağırdığınız kimi,heç kəsi çağırmayın. Malik, rəbb və tədbir edənə e`tiqad etməklə, təvazo, kiçiklik və zəlilliklə yanaşı çağırmaq, Allaha məxsusdur.

Bütpərəstlər, bütü təvazo halında və rəbb və Allah olmalarına etiqadla çağırır və dua edirdilər. Onları belə dua etməkdən çəkindirən, çoxlu ayələrimiz var. Bu ayələrin özü, büt pərəstlərin, bütləri, ruzi və bərəkət mənşəyi və tədbir mənşəyi və s... bilmələrinə və onlardan hacət istəməklərinə dəlildir.

Biz burada həmin ayələrdən bəzisinə işarə edirik:

”وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ لاَ يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلآ أَنفُسَهُمْ يَنْصُرُونَ“

“Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!”.[1]

Bu ayədən onların bütlərdən kömək istəməkləri, başa düşülür, əks halda, ayənin bu əməli inkar edib, pisləməyinin mənası olmazdı.

”إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللّهِ عِبَادٌ أَمْثَالُكُمْ“

“Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir”.[2]

Yəni sizin öz ehtiyaclarınızı yerinə yetirməyə qüdrətiniz olmadığınız kimi, onlar da sizin hacətlərinizi yerinə yetirə bilməzlər.

” وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ “

“Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. ”.[3]

”لَهُ دَعْوَةُ الْحَقِّ وَالَّذِينَ يَدْعُونَ مِن دُونِهِ لاَ يَسْتَجِيبُونَ لَهُم بِشَيْء “

“Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməzlər)”.[4]

”وَلاَ تَدْعُ مِن دُونِ اللّهِ مَا لاَ يَنفَعُكَ وَلاَ يَضُرُّكَ“

“Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə (tanrılara və bütlərə) ibadət etmə!”.[1]

Bu ayədən, Allahdan qeyrisini çağıranların məqsədlərinin, hacət istəmək və mənfət əldə etmək ya zərəri aradan qaldırmaq olmaları məlum olur.

”وَمَنْ أَضَلُّ مِمَّن يَدْعُو مِن دُونِ اللَّهِ مَن لَّا يَسْتَجِيبُ لَهُ إِلَى يَومِ الْقِيَامَةِ“

“Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?!”.[2]

” قُلِ ادْعُواْ الَّذِينَ زَعَمْتُم مِّن دُونِهِ فَلاَ يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنكُمْ وَلاَ تَحْوِيلاً“

“De: “(Allahdan) başqa tanrı güman etdiklərimizi (köməyə) çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!”.[3]

Bu ibarət, onların bütlərdən zərər və giriftarlığı aradan götürməyi istəmələrini və bütləri öz Allahları düşünən halda, onlara ümidvar olduqlarını, göstərir. Əgər onlar hacətlərini və zərəri uzaqlaşdırmağı və mənfəəti istəməsəydilər, yalnız “bizə şəfaət et, ya bizim üçün dua et”, desəydilər, bu ayənin cavabında deyərdilər: İlahi! Biz ki, bütlərdən giriftarlığı aradan götürməyi ya mənfəət əldə etməyi və hacət istəmədik.

Əlbəttə, burada avam camaatın nadanlıq üzündən elədiyi bəzi işlər barəsində, izah vermək lazımdır:

Arabir bəzi şəxslərin, ağac budağına parça ya başqa şeylər bağlamaları və ağacdan hacət istəmələri ilə rastlaşırıq. Əgər bu işi diqqət və bilərəkdən yerinə yetirsələr, ağacdan heç bir xeyir və zərərin onlara yetişmədiyini nəzərə alaraq, bunların işinin bütpərəstlərin işi kimi olduğunu demək lazımdır. Amma bir kəs Allah övliyalarından birinə (ə) ya Allah dərgahına yaxın olan bir saleh insana təvəssül etsə və avam ruhuna görə təvəssülün kənarında, zərihə ya başqa yerə qıfıl da bağlasa,lakin həqiqətən nəzəri budur ki, o, onun üçün dua edə, nəinki, öz hacətini zərihdən ya başqa şeylərdən istəyə, belə təvəssülün eybi yoxdur. Amma yalnız daşdan ya taxtadan yaxud ağacdan, öz hacətini istəsə, bunların xeyir ya zərər yetirmədiyini nəzərə alaraq, bu iş bütpərəstlərin işinə oxşayacaq.

Hər halda, bütpərəstlərin əksinə olaraq, bizim Peyğəmbər(s)-ə və Allah övliyalarına təvəssülümüz, həmçinin onlardan dua, şəfaət və hətta hacət istəməyimiz bu mənayadır ki, onlar vasitə olsunlar. Allahdan bizim hacətimizi yerinə yetirməyi, Allahın bizim duamızı qəbul etməsini, Allahın Peyğəmbər(s)-in şəfaətini bizim haqqımızda qəbul etməsini diləmək, bu istəmələrin hamısı Allaha qayıdır, lakin, ondan istəyirik ki, “sən istə”.

Möminlərdən və salehlərdən, diri olduqları zaman hacət istəmək və dua etmək, vəhhabilərin özünün, o cümlədən ibn Teymiyyənin qəbul etdiyi məsələdir.Digər sözlərində də gəlmişdir ki, Allah istəsə, sonradan danışacağıq.

Deməli, ayənin qadağan etdiyi yer, ibadət halında olan duadır. Bu məsələni ayənin əvvəlində gələn ibarət də təsdiqləyir. Əvvəlcə buyurur: “Və ənnəl məsacidə lillah” sonra təfri (bir – birindən ayırma) fa – sı vasitəsilə buyurur: “Fəla təd’u məllahi əhəda” yə`ni Məscidlər Allaha məxsus olduqlarına görə, məsciddə Allahla yanaşı başqa birisini çağırmamalısınız. Bu ayə demək istəmir ki, Məscidlərdə bir – birinizi səsləməyin və hətta deməyin: Cənab! Mənə su ver, çay gətir, səccadəni gətir və ...

Məscidlərdə qadağan olunan budur ki, Məscidlərdə Allahdan başqa, digər bir varlığı ibadət formasında dua edib və çağırmaq olmaz. Yə`ni Allahdan istədiyi kimi həmin etiqadla, Allahdan qeyrisindən istəməməlidir, Çünki “La təd’u məllah” ayəsi ona şamil olur.

Amma əgər desə:“يا رسول الله استغفرلي” “Ey Allahın Rəsulu mənim üçün bağışlamaq istə”. Bu yalnız xahişdir və qətiyyən ibadət deyil. Bu “mənə su ver” deyən şəxs kimdir.

Deməliyik ki, bu ayədə “Məscidlər” kəlməsinin zikr olması yalnız məscidlərdə Allahdan qeyrisini çağırmağın qadağan olması və məscidlərdən başqa yerdə maneçiliyin olmaması mənasında deyil,əksinə çox vaxt dua və ibadətin məsciddə baş verdiyinə görə “Məscidlər” kəlməsi işlənmişdir.


Date: 2015-12-11; view: 848


<== previous page | next page ==>
David Wilcock Major Update: History of 'Old One's', Draco's, SSP, Plan for Disclosure in 2015, Cabal Surrender, Sphere Beings, and Much More | Mübarək “Və ənnəl məsacidə lillah” ayəsi üçün, başqa məna
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.006 sec.)