Mübarək “Və ənnəl məsacidə lillah” ayəsi üçün, başqa məna
Ayə üçün deyilən mənadan başqa, digər bir məna da Həzrət Cavad (ə)-dan rəvayət olub. Əllamə Təbatəbai onu Səid bin Cübeyrdən və səhabənin bəzi tabeinlərindən bu məzmunla nəql ediblər:[1] Mötəsim Əbbasi, alimlərdən təşkil olunan və iman Cavad (ə) – ın da hazır olduğu bir məclisdə, bu sualı verdi ki, oğrunun əlini harasından kəsmək lazımdır? Əvvəlcə ordakı alimlər cavab verməyə başladılar: Biri dedi: dirsəkdən kəsmək lazımdır. Digəri dedi: Biləkdən kəsmək lazımdır və hərəsi bir şey dedilər.
Bu zaman İmam Cavad (ə) buyurdular: “Əlin barmaqlarını kəsmək və əlin içini saxlamaq lazımdır”.
Onlar Həzrətdən dəlil istədikləri vaxt, o Həzrət buyurdu: Allah Rəsul buyurdu: Səcdə yeddi üzvədir: alın, iki əlin içi, iki diz və ayağın iki böyük barmağı. Əgər onun əlini biləkdən ya dirsəkdən kəssəniz, onun üçün səcdə etməyə bir əl qalmaz . Allah taala da buyurub: “Və ənnəl məsacidə lillah fəla təd’u məllahi əhəda”. Allaha məxsus olan şey kəsilməz”.
Mötəsim bu sözdən sevindi və oğrunun əlini barmaqların ələ birləşdiyi yerdən kəsilməsini əmr verdi.[2]
Bu rəvayətdə, İmam Cavad (ə) ayədəki “məscid” kəlməsini, səcdədə yerə qoyulan yeddi üzv mənasında təfsir etmişdilər.
Bu mənanın aydın olması üçün, diqqətlə şərif ayəyə baxdıqda, səbəbləndirmə və nəticə almanın olduğunu görürük. Ayənin birinci hissəsi səbəbləndirmə, ikinci hissəsi isə nəticə almadır. Səbəbləndirmə və nəticə almanı bir – birinə əlaqələndirmək üçün, belə məna etməliyik: Səcdə yerləri Allahındır və buna görə də səcdə və ibadət Allahdan başqası üçün yerinə yetirilməməlidir. Çünki ( ...Fəla təd’u…) xüsusi dua mənasındadır, yəni bir növ ibadətdir. Ona görə də səbəbləndirməyə, bu nəticə alma əlavə olubdur. İmam Cavad (ə) – ın təfsirinin ayənin təvili olması mümkündür, nəinki onun zahiri mənası və təfsiri.
Təfsir alimlərinin çoxu da duanı bu ayədə “ibadət” mənasında tutblar. İndi istər “məsacid” kəlməsini “məscid” – in cəmi bilək (necə ki onların çoxu belə deyiblər) və istər səcdə yerləri mənasına.Biz dedik ki, “təd’u” dua mənasındadır, lakin ibadət olan bir dua, amma təfsirçilər əsasən “la tədu” – nu “la tə`budu” mə`nasına tutublar.
Bu barədə Əlmənarın təfsirçisi, “İnnəlləzinə təd’unə min dunillahi ibadun əmsalukum”[3]ayəsinin ardınca deyir:
“Dua, ibadətin özəyi, əsası və böyük sutunudur. Deməli, yalnız Allahı çağıran və Onunla yanaşı başqasını çağırmayan şəxsin tövhidi doğrudur. Necə ki, Allah buyurur: Allahla yanaşı heç bir kəsi çağırmayın və dua etməyin. Təfsirçilər də deyirlər:Dua belə ayələrdə ibadət mənasındadır və bu kullun cüzün adıyla adlandırılması qəbilindədndir. Ona görə də təfsirçilər “tədunə” kəlməsini “tə`budunə” – yə (çağırmayın kəlməsini, pərəstiş etməyin kəlməsinə) təfsir edirlər”.[1]
Beləliklə, təfsirçilərin təfsirinə əsasən, ayənin mə`nası budur ki, Allahla yanaşı, Allahdan qeyrisinə ibadət etməyin. Amma Əlmənar təfsiri bu mənanı qəbul etmir və deyir: “tədu” xüsusi mənada olan dua etməkdir, yəni ibadət duası və insanın Allah qarşısında yerinə yetirdiyi dua mənasındadır. Bu düz sözdür, Çünki, məşhur məna, zahiri mənanın əksinədir və zahiri məna budur ki, “la tədu” yəni dua etməyin, məqsəd duanın ikinci qismi, yəni ibadət duasıdır, nəinki mütləq dua, hətta səsləmək və nida etməyə də şamil olmur. “La təd’u” “la tə`budu” mənasındadır deməklə, öz mənasında olur yə`ni duadır lakin ibadət halında olan bir duadır, demək arasında fərq var.