Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Uuml;mumi yığıncaq

6.1.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

6.1.2. Ümumi Yığıncaq birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

6.1.3. Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı haqqında ən azı iki həftə əvvəl məlumat verilməlidir.

6.1.4. Ümumi Yığıncağın səlahiyyətlərinə qanunvericilikdə başqa şərtlər müəyyən edilməmişsə, aşağıdakılar aiddir:

· Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;

· Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

· Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;

· Birliyin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi;

· Başqa təşkilatlarda iştirak və ittifaqların yaradılması;

· Birliyin təftiş komissiyasının (müfəttişin) seçilməsi;

· Birliyin fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsi, onların yerinə yetirilməsinə dair plan və hesabatların təsdiq edilməsi;

· Filial və nümayəndəliklər də daxil olmaqla birliyin fəaliyyətinin illik nəticələrinin, Auditor rəy və hesabatlarının təsdiq edilməsi;

· Birliyin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul edilməsi;

· Ləğvetmə komissiyasının təyin edilməsi, ləğvetmə balansının təsdiq edilməsi;

· Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.

6.1.5. Ümumi Yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

6.1.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnamənin dəyişdirilməsi (ona əlavələr olunması) və təşkilatın ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.



6.1.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

 

6.2. İcra orqanı

6.2.1. İcra orqanı Birliyin Sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir.

6.2.2. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:

· Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;

· Təklif və layihələr irəli sürür;

· Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;

· Birliyin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.

6.2.3. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.2.4. İdarə Heyətinin Sədri, müavinləri və digər üzvləri birliyin ümumi yığıncağı tərəfindən iki il müddətinə seçilir.

6.2.5. Sədr:

· Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;

· Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

6.2.6. Sədr müavinləri sədrin tapşırığı əsasında təşkilatın fəaliyyətinin müvafiq istiqamətlərinə rəhbərlik edirlər.

 

6.3.Nəzarət-təftiş komissiyası (müfəttiş)

6.3.1. Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olmasına, habelə birliyin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədi ilə təftiş komissiyası (müfəttiş) seçilə (təyin edilə) bilər.

6.3.2. Birliyin təftiş komissiyasının (müfəttişin) təşkil edilməsi, tərkibi və fəaliyyət qaydası Ümumi Yığıncağın qərarları ilə müəyyən edilir.

6.3.3. Nəzarət-təftiş komissiyasının qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.3.4. Nəzarət-təftiş komissiyası birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.

 


Date: 2016-01-05; view: 948


<== previous page | next page ==>
FƏALİYYƏT FORMALARI | Terminarz rekrutacji na studia I stopnia, II stopnia, jednolite studia magisterskie
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.006 sec.)