![]() CATEGORIES: BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism |
Selefler.com» saytının redaksiyası tərəfindən hazırlanıbSELEFLER.COM Quran və Sünnə Sələfin fəhmi ilə
YALANÇI Ticaninin iftirasına cavab
Müəllif: Rəşad Hümbətov
Selefler.com» saytının redaksiyası tərəfindən hazırlanıb Rəhmli və Mərhəmətli Allahın adı ilə Rafizilər adətən Peyğəmbərin – (sallAllahu aleyhi və səlləm) - “Həqiqətən bu (Əli ibn Əbu Talib) mənim qardaşım, vəsiyyət etdiyim və məndən sonra mənim xəlifəmdir.” – hədisinə əsaslanaraq: “Bu hədis Əlinin (radıyAllahu anhu)–Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) sonra Onun vəsiyyəti və xəlifəsi olduğuna açıq-aşkar bir dəlildir.” Necə ki, Müasir şiənin ən böyük alimlərindən sayılan Ticani və həmçinin digərləri də, bu hədisə əsaslanaraq xəlifənin məhz Əli ibn Əbu Talibin (radıyAllahu anhu) olduğunu və digər Raşidi xəlifələrin xilafətininin batil olduğunu iddia etmişdir. Ticani deyir: Bu batil iddia cavab olaraq deyirəm ki, bu hədis yalan və uydurmadır. Bu hədis heç bir hədis kitabında, nə Səhihlərdə, nə Sünənlərdə, nə də Musnədlərdə sabit olmamışdır. Bu hədisin uydurma olmasını böyük hədis alimləri isbat etmişdirlər. Şeyxul İsləm İbn Teymiyyə (rahiməhullah) bu hədis haqqında buyurmuşdur: Həmçinin İbn Teymiyyə (rahiməhullah) buyurur: İmam Zəhəbi (rahiməhullah) Mətr İbn Meymunə əl-Əskafın tərcümeyi-halında bu hədisin uydurma olduğunu söyləmişdir. İmam Zəhəbi buyurur: İmam Suyuti buyurmuşdur: Beləcə, aydın olur ki, bu hədisin heç bir əsli yoxdu, o yalan və uydurmadır. Necə ki, bu haqda elm əhli, tədqiqatçılar və hədis elmi, onun isnadları ilə məşğul olan alimlər ittifaq etmişdir. Lakin təəccüblü olan odur ki, bu rafizi, yəni Ticani, necə də bu yalanı danışmağa cürət etmişdir?! Axı bu hədislər əslən batil və uydurma hədis olaraq məşhurlaşmışdır. O, isə bu hədislərin Əhli-Sünnə mənbələrində səhih adlandırıldığını iddia etmişdir. Ticani deyir: Həmçinin Ticani deyir: Ey oxucu, bu müəllifin (Ticaninin) necə yalançı və iftiraçı olduğuna şahid ol! Ticani oxucunu aldadaraq, həmin kitabına, səhih hədislər adı altında elm əhlinin inkar etdiyi zəif və uydurma hədisləri toplamışdır. Bu yerdə Rasulullahın (sallAllahu aleyhi və səlləm) bu hədisi yerinə düşərdi: Müəllif: Rəşad Hümbətov Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!
Date: 2016-01-05; view: 901
|