Brahman ayinində sanskrit dilində ona “kasta” deyilən veda ayininə nisbətən baş verən ən mьhьm dəyişikliklər dцrd təbəqəli quruluşun formalaşması idi. Miladdan əvvəl yeddinci əsrin sonlarından başlayaraq, tədricən Hindistanda bir-birindən tamamilə ayrı və fərqli dцrd ictimai təbəqə formalaşdı. Bu təbəqələr bir mьddətdən sonra brahman ayininin birbaşa tə`siri altında dini və əqidəvi səciyyə daşımağa başladı. Burada hər bir təbəqəni şərh etməzdən və brahmanın onlar barədə nəzərini araşdırmazdan əvvəl, bu dцrd təbəqənin yaranma tarixinə qısa ekskursiya edək:
Miladdan əvvəl yeddinci əsrin sonlarında ariyalılar Qanqa dərəsini tamamilə əllərinə keзirdilər və orada tədricən зoxsaylı ictimai təşkilat və qurumlar yaratmağa başladılar. Bə`zi bцlgələrdə mьəyyən dцvlətlər də yarandı ki, onlara monarxiyalı hakimiyyət quran “racelər” sьlaləsi rəhbərlik edirdi. Bə`zi yerlərdə qəbilə başзılarından ibarət şuraların nəzarəti altında ictimai təşkilatlar yaranırdı və bunlar əslində bir nцv “kцзərilər respublikası” sayılırdı. Bu hindus təşkilatlarında fateh qцvm (ariyalılar) ən yьksək məqama malik idi və məğlub olan qцvm isə ən alзaq təbəqələrdə yer tutmuşdu. Bu təşkilatlar yarandığı ilk vaxtlarda bir-biri ilə зox da fərqli xьsusiyyətlərə malik olmasalar da tədricən bir-birindən tamamilə ayrı olan dцrd təbəqəyə bцlьndьlər. Onlar aşağıdakılardan ibarətdir:
1. Kşatryalar təbəqəsi - əmirlər və şahzadələrə şamil edilirdi;
2. Brahmanlar təbəqəsi – ruhanilər və kahinlərdən ibarət idi;
3. Vişiyalar təbəqəsi - əkinзilər və sənətkarlara aid idi;
4. Şudralar təbəqəsi – qeyri-ariyalı xalqlardan olan qara dərililər, qullar və başqalarından təşkil olunmuşdu.
Bu sinfi quruluş sırf irqзilik prinsipləri əsasında formalaşmışdı. Buna gцrə də ilk ьз təbəqə ariyalı irqindən olduğuna gцrə qeyri-ariyalı xalqlardan ibarət olan dцrdьncь təbəqədən uzaq gəzirdi. Onların arasında ayrılıq o həddə idi ki, aşağı təbəqə ilə ailə qurmaq qadağan edilmişdi və xoşagəlməz hal sayılırdı. Hətta onlarla oturub-durmaq, bir sьfrə başında зцrək yemək belə yasaqlanmışdı.
Əlbəttə, dцrdlьk təşkil edən kastalardan əlavə, Hindistan cəmiyyətində başqa bir təbəqə də var idi ki, ьmumiyyətlə bьtьn insani, ictimai hьquqlardan və hətta bə`zi heyvanlara məxsus imtiyazlardan da məhrum idi. Bu təbəqəyə “paryalar”, yaxud “зəndəlalar” deyirdilər. Paryalar insan hesab olunmadığından, mцvcud ictimai və sinfi quruluşda onlara azacıq da olsa, yer verilmirdi. Digər təbəqələr tərəfindən paryalara qarşı nifrət hissi və onların cəmiyyətdən uzaqlaşdırılması yavaş-yavaş цzьnə dini rəng aldı. İctimai və ailəvi əlaqələrin bərqərar edilməsini qadağan etmək azmış kimi, hətta ariyalıların mьqəddəs kitablarını (vedaları) цyrətmək və qiraət etmək haqqı da onlardan alındı. Bundan əlavə onlara hətta ariyalıların allahlarına sitayiş etmək icazəsi belə verilmirdi. Bu zьlm və ayrı-seзkiliklər paryaları tədricən animizm və s. kimi ibtidai dinlərə yцnəltdi.
Mьqəddəs veda kitablarında da qeyd olunan kasta sinfi quruluşu dini və e`tiqadi baxımdan elə təfsir olunurdu ki, sonralar o, azacıq dəyişikliklə brahman ayininin yayıldığı dцvrlərdə hind cəmiyyətinin ictimai quruluşunun əsasını təşkil etdi. Bu cьzi dəyişiklik brahmanlar təbəqəsinin kşatrya təbəqəsi ilə yerdəyişməsindən ibarət idi. Зьnki цlkəni idarə etmək, dьşmənlərlə mьbarizə aparmaq və mьxalifləri məhv etməklə məşğul olan əmir və cəngavərlər naзar qalıb daim ruhani (brahmanlara) gьcьnə arxalanırdılar. Onlar da xalqın dini hisslərindən istifadə edərək цzlərinin hərbi-siyasi məqsədlərini həyata keзirə bilərdilər. Bu da tədricən əvvəllər dua, qurbanlıq mərasimlərinin keзirilməsini, mə`budların dərgahında ehtiyacların istənilməsi mərasimlərini həyata keзirən brahmanlar təbəqəsinin tədricən xьsusi mцvqeyə yьksəlmələrinə səbəb oldu. Camaat brahmanların dua və zikrlərinin qeyri-adi tə`sirə malik olduğuna inandıqlarından get-gedə onların şan-şцhrəti və əzəməti artdı. Belə ki, brahmanlar hətta mə`budlarla eyni səviyyədə hesab olundular. Bu təbəqənin mьsbət qarşılanması və onlara olan meyl son nəticədə brahmanların qalan ьз təbəqə ilə yanaşı mцvqeyinin yьksəlməsinə səbəb oldu və onlar ьзьn xalq arasında mьnasib sosial baza yarandı. Əlbəttə, kşatryalar siyasi və hərbi qьdrətdən bəhrələndiklərinə gцrə daha bцyьk ictimai imtiyazlara malik olub bьtьn təbəqələrə hakim kəsilsələr də brahmanların camaat arasındakı nьfuzu və ьmumxalq rəğbəti elə bir vəziyyət yaratdı ki, əmirlər və hərbiзilər tədricən bu yeni ictimai təbəqəni rəsmi olaraq tanıdılar.
Bьtьn bunlara baxmayaraq indinin цzьndə də, Hindistanın ictimai quruluşunu təşkil edən bu sinifləşmə hələ də ayrı-ayrı təbəqələrin bir-birinə qarışıb ьnsiyyətdə olmasını qadağan edir.
Hər bir şəxs цz təbəqəsindən olan insanlarla əlaqə yaratmalı və ya ailə qurmalıdır. Hamı цz ata-babalarının həmin təbəqədəki işini davam etdirməli, цz təbəqəsindən зıxmamalıdır və başqa iş seзmək haqqına sahib deyil. Əlbəttə, Qandinin istiqlal mьbarizəsinin ьmumxalq hərəkatının qələbəsi ilə bu sinfi imtiyazların зoxu цz-цzьnə ləğv edildi. Xьsusilə də, paryalar mьdafiə olundular və itirilmiş hьquqlarını bərpa etdilər. Hal-hazırda da onların arasında sinfi ayrı-seзkiliklər mьəyyən qədər mьşahidə olunur, xьsusilə də brahmanlar цzlərinin əvvəlki sinfi və ictimai mцvqelərini qoruyub saxlamışlar.
Hindistanın sinfi quruluşunda əhəmiyyətli məqam bu quruluşun dini və ideoloji əsaslandırılmasıdır və buna əsasən həmin təbəqələr brahmanizmin pozulmaz prinsipi sayılır. Bu barədə Riqveda kainatın yaradılışını bəyan edərkən deyir: “ - Sonra onun ağzı (brahman – kainatın xaliqi) brahmana зevrildi. Onun biləkləri kşatrya, budları isə vişya oldu və şudra onun ayaqlarından yarandı.”
Brahmanlar Riqvedanın bu ifadəsini belə izah edirlər ki, hər fərdin sinfi mцvqeyi karma qanunu və samsara, yə`ni tənasьx əsasında tə`yin olunur. İnsan ruhu əvvəlki həyatda цzьnьn yaxşı və ya pis əməllərinə əsasən цldьkdən sonra aşağı, yaxud yuxarı təbəqədən olan bir insana və yaxud da cismə keзib yeni həyatını başlayır. Buna gцrə də, cəmiyyətin aşağı təbəqələrinin цz mцvcud vəziyyətləri və mцvqelərindən şikayət və e`tiraz etmək haqları yoxdur. Зьnki, belə bir şəraiti o seзməyib və bu işə gцrə mьqəssir deyil. Daha ьstьn məqam və mцvqe istəyən şəxslərin зarəsi yalnız bundadır ki, kastın sinfi quruluşu və onun qanunlarına qeydsiz-şərtsiz təslim olub ona tapşırılan vəzifə və məs`uliyyəti yerinə yetirməklə цzьndən mьsbət bir karma qoyub getməkdən başqa зarəsi yoxdur. Bəlkə yalnız bununla gələcək həyatlarında yьksək təbəqədən olan bir şəxs formasına dьşьb daha yьksək təbəqədə yeni həyatlarını başlaya bildilər. Bu цlьm və həyat ardıcıllığı tənasьx vasitəsilə bьtьn təbəqələrdə fərdi ruhun цtьb-keзməsinə və ən yьksək təbəqəyə зatmasına qədər davam edəcəkdir. Son mərhələ həmin fərdin gцylərdə, ataların və mə`budların ruhlarının qonşuluğunda əbədi məqama, bundan daha yьksəkdə olan brahma ilə tam qovuşma məqamına зatmasıdır. Ruh hətta karyaların səviyyəsinə qədər enə bilər. Brahmanların inancına gцrə зirkin əməllər və brahma qanunlarına itaətsizlik insanı цz təbəqəsindən aşağı endirə və yeni həyatda daha alзaq təbəqədən olan bir fərdin qəlibində yerləşdirə bilər. Bu baxımdan paryaların aşağı məqamda olmalarının səbəbi budur ki, onların зirkin əməllər, brahman qanunlarından зıxmağa sə`y gцstərmələri цz məqam və mцvqelərindən aşağı enmələrinə səbəb olmuşdur. Bu mərtəbədə paryaların heз bir insani haqqı, ictimai nьfuz və heysiyyəti olmur. Onlar karma qanununa əsasən heз kəsin yerinə yetirməyə razı olmadığı ən alзaq ictimai işləri gцrməyə məhkum olunmuşlar.
3. MЬQƏDDƏS KİTABLAR
Brahmanların ən mьqəddəs və ən mьhьm kitabları dцrd vedadan ibarətdir. Amma onların arasında da yalnız Upanişad brahman ayininin əsas istiqaməti və vedanın ən mьhьm təfsirlərindən biri sayılır.
“Upanişad” sцzь ьз hissədən ibarətdir: “upa” - yaxın, “ni” - aşağı, “şad” isə oturmaq mə`nasını daşıyır. Bu sцz terminologiyada mьrşidlərin цz xьsusi mьridlərinə цyrətdiyi bir sıra şifahi elmlərə aid olunur. Xьsusi diqqət və vasvaslıqla təqdim olunan bu tə`limlər xьsusi xarakterinə və yalnız bu elmləri цyrənmək ləyaqəti təsbit edilmiş şəxslərə tə`lim edildiyindən tədricən batini həqiqətlərə və sirli elmlərə зevrildi. Buna gцrə də bə`zi alimlər “upanişad” sцzьnь “sirlər və rəmzlər” mə`nasına işlətmişlər.
Brahma ayininə inananların nəzərinə gцrə Upanişadlar toplusu bəşər tərəfindən yazılan əsərlərdən olmayıb, yalnız vəhy və işraq yolu ilə meşələrdə tərki-dьnya həyat tərzi keзirərək цz ruhlarını saflaşdırmağa nail olanlara və haqq hцkmlərinin dinləyicilərinə ilham olunur, daha sonra isə sirli, simvolik cьmlə və ifadələr şəklini almışdır. Upanişadların tarixi miladdan 500-800 il əvvələ gedib зıxır. Hal-hazırda 200 nьsxəyə qədər Upanişad mцvcuddur ki, onların bə`ziləri şe`r, bə`ziləri isə nəsr şəklində yazılmışdır. Bu nьsxələrdən bə`ziləri əslində sonralar brahman ayinində yaranan bir зox məktəblərin əsasını təşkil etmiş təfsirlərdir. Əvvəldə qeyd olunduğu kimi, brahman ayininin ideoloji dьnyagцrьşь və ictimai quruluşunun əsasları Upanişadların tə`limləri ьzərində qurulub. Buna gцrə də, həmin kitablar brahman ayininin ən mьhьm və ən əsas kitablarından sayılır.
Brahman ayinində ehtirama layiq gцrьlьb mьqəddəsləşdirilən və bu ayinin əməli əsaslarını təşkil edən digər bir kitab “Mano qanunları” adlanır. Keзmişi miladdan 250 il əvvələ gedib зıxan bu kitab 12 fəsildən ibarətdir. Hər bir fəsildə əxlaqi və əməli tцvsiyələr, ardıcılların vəzifələri, o cьmlədən cəza qanunları, hər bir kasta ьzvlərinin vəzifələri, təbəqələrlə əlaqədar mьəyyən şərh və izahlar bəyan olunmuşdur. Bu kitabda brahmanlarla əlaqədar oxuyuruq: “ - Brahmanların vəzifəsi budur ki, vedaları tədris edib цyrətsinlər. Camaatın qurbanlıqlarını tanrıların dərgahına hədiyyə etsinlər, onlardan qeyrisinin vasitəsi ilə qəbul olunmaz. Brahmanlara bьtьn mə`budlar hцrmət edir və buna gцrə də yьksək məqam sahibidirlər. Brahman heз bir gьnaha batmaz, hətta bьtьn insanları цldьrsə belə cəzalandırılmayacaq. Padşahlara, hətta ehtiyacdan цlьm ayağında olsalar belə, brahmana vergi qoymaq qadağandır.”
Mano qanunlarında kşatrya təbəqəsi barədə deyilir:
“ - Yalnız bunların rəhbər, padşah, qazi və ya hakim olmağa səlahiyyətləri vardır. Onların hərbi işlərdən başqa bir xidmətlə, hətta dinc şəraitdə olsa belə, məşğul olmaları caiz deyildir.”
Yaxud vişiya təbəqəsi barədə deyilir: “ - Yalnız цz təbəqələrindən цzlərinə həyat yoldaşı seзmək onlara vacibdir. Ticarət qanunlarını, əkinзilik və bağbanlıq qaydalarını цyrənmək də vişiyalılara vacibdir. Onlar mьxtəlif xalqların dillərindən, bazarlardakı qiymətlərdən xəbərdar olmalıdırlar.”
Bu kitabda şudralər haqda belə deyilir: “ - Onlara brahmanların əmrlərini yerinə yetirmək vacibdir. Yalnız bu halda sonrakı həyatda daha yaxşı məqama зata biləcəklərinə ьmidvar ola bilərlər. Onların sərvət toplamaları caiz deyildir. Зьnki belə olan halda brahmanlar əziyyət зəkə bilərlər. Əgər şudra təbəqəsindən bir şəxs цzьnь daha yьksək təbəqədən olan fərdlə bərabər hesab edərsə sьrgьn edilməli və kьrəyinə dağ basılmalıdır. Əgər цzьndən yuxarı təbəqələrə mənsub olan bir şəxsə əl qaldırarsa əli kəsilməlidir; təhqir edərsə ayağı kəsilməlidir. Həyasızlığı son həddə зatarsa, brahmanın rə`yi ilə onun ağzına və qulağına qaynar yağ tцkmək padşaha vacibdir.”
Gцrьndьyь kimi, “Mano qanunları” kitabı ictimai təbəqələr arasındakı ziddiyyətləri daha da dərinləşdirir. Bu kitab təbəqələr arasındakı fərqin qorunub saxlanılmasını hər bir dindara itaəti vacib olan dini-əqidəvi və qaзılmaz bir iş hesab edir. Bu vəzifələrdən imtina etmək dindən зıxmaq, mьrtəd olmaq, brahman və digər mə`budlara qarşı ьsyan, sonrakı həyatında hazırkı məqamından daha alзaq məqamlara enməsinin səbəbi sayılır.
Bu kitabda Mano qanunlarının dьzgьn olmayan tə`limlər, mənfi cəhətlər və ağlasığmaz hallarından əlavə, mьsbət və dəyərli əxlaqi tцvsiyələr də gцzə зarpır. Əxlaqi tцvsiyələrdən bə`zilərini qeyd edirik:
Valideynə və mьəllimə itaət qarışıq ehtirama diqqətlə yanaşmaq, gьnahı e`tiraf etmək, sədaqət və dьzlьk, зətinliklərə ruhi məşğələlər və şadlıqla dцzmək və s.
“Mano qanunları” kitabında əhəmiyyət kəsb edən digər bir məqam, bu kitabda ilk dəfə olaraq digər mьqəddəs kitablardan, onların mə`bəd və ruhaniləri barədə sцhbət aзılmasıdır. Ьmumiyyətlə “Upanişadları” və “Mano qanunları”nı цzь də veda ayininin əsasları ьzərində qurulmuş brahman ayininin əsas dayaqlarından hesab etmək olar. Həmin kitablarda bu ayinin ideoloji, ictimai əsasları və dьnyagцrьşь şərh olunmuşdur.
Hinduizmin əsası və bьnцvrəsi sayılan brahman ayininin hal-hazırda da Hindistan yarımadasında зoxsaylı ardıcılları vardır. Gələcək dərslər bu ayinin ətraflı təhlilinə həsr olunacaq.
SUAL VƏ TAPŞIRIQLAR
1. Kasta nədir?
2. Paryalar hansı təbəqədir?
3. Brahmanlar цz sinfi quruluşlarını dini baxımdan necə əsaslandırırlar?
4. Upanişad hansı mə’nanı ifadə edir?
5. Mano qanunları kitabında dцrd təbəqə haqda nə deyilir?
Brahman ayininin dцrd ictimai təbəqəsinin adını sayın.
İslam dininin insan və insan cəmiyyəti barəsində olan baxışları, bu ideologiya baxımından ьstьnlьk me’yarından зıxış etməklə brahmanizmin sinifləşmə nəzəriyyəsini təhlil və analiz edin.
ON BİRİNCİ DƏRS
CAYNİZM (1)
TARİXЗƏSİ
MЬQƏDDİMƏ
Brahman ayininin bə`zi ictimai-ideoloji əsaslar, o cьmlədən karma qanunu, tənasьx və kasta sinfi quruluşu sonrakı dцvrlərdə onların ardıcılları tərəfindən inkar edilərək ciddi narazılıq və kəskin tənqidlə qarşılaşdı. Brahmanlar məhz bunlara əsaslanaraq aзıq şəkildə bildirirdilər ki, цz təbəqələrindən olanlar istisna olmaqla, heз kəs kamil mə`nəvi mərhələləri qət edərək nicat və qurtuluş mənzilinə, yə’ni nirvanaya nail ola bilməz. Bu e’tiqad brahman ayinindəki digər e’tiqadlardan daha artıq tənqid və e’tirazlara mə’ruz qaldı.
Bu əqidənin ardıcılları ьзьn insanlar arasında yalnız bir təbəqənin nicat əhli olaraq nirvana kimi fəna mərhələsinə зata biləcəkləri, başqalarının isə on dəfələrlə doğulub-цlməkdən, sə`y gцstərib əzab-əziyyət зəkməkdən sonra belə, nicat və qurtuluş mərhələsinə зata bilməyəcəkləri kimi e`tiqadı qəbul və həzm etmək зox dцzьlməz idi. Buna gцrə də Hindistan alimlərindən bir qrupu karma və tənasьx qanununu başqa bir yolla izah etməyə зalışaraq, onu təfsir etməyə başladılar. Bu təfsirlərin ən mьhьmь sonralar caynizm və buddizmin yaranıb formalaşmasına səbəb olmuşdur.
CAYNİZM AYİNİNİN BANİSİ
Caynizm ayininin yaradacısı və banisi Natapute Vardmne idi və ardıcılları onu “mahavira”, yaxud bцyьk pəhləvan adlandırırlar. Mahavira miladdan 599 il əvvəl kşatrya təbəqəsindən olan “racelər” ailəsində dьnyaya gəlmiş və sinfi vəziyyətinə gцrə цz inkişaf dцvrьnь rifah, var-dцvlət, əmin-amanlıq iзində keзirmişdir. Caynizmin mьqəddəs kitablarında onun həyatı ilə əlaqədar deyilir:
“ - Mahavira beş nəfər dayə tərəfindən qorunurdu. Hər bir dayə ayrıca onun ayaq yoluna getməsi, təharət işləri, bədəninin paklığı, paltar geyməsi, yaxud oynayıb-əylənməsi işlərinə baxırdı. O, bir dayənin qucağından digərinin qucağına цtьrьlьrdь.”
Mahavira цz gənclik dцvrьnь də atasının imperator sarayında naz-ne’mət iзərisində keзirmiş, daha sonra zadəgan təbəqəsindən olan bir qızla evlənmişdir. Buna baxmayaraq, şahlara xass həyat tərzi ona зox iyrənc və dцzьlməz gəlirdi. O, zahidlik və rahiblik həyatına ьstьnlьk verir və belə bir həyat tərzini daha зox sevirdi. Ata-anası həyatda ikən onun rahiblərə yaxınlaşması və həyat tərzlərinin tətbiqinin qəti əleyhinə olduğuna gцrə onlardan uzaq gəzirdi. Amma, təxminən 30 yaşında ikən ata-anası цldьkdən sonra sarayın kьbar həyat tərzindən uzaqlaşıb ona miras qalan var-dцvlətin hamısını yoxsulların arasında bцlьşdьrdь və şəhərin kənarında rahiblərin monastırında yaşamağa başladı. Zadəgan paltarlarını зıxardıb, rahiblərin adətinə uyğun olaraq, əyninə sadə bir parзa doladı və onların ayininə and iзib цz cismini və bədənini unudacağına, ьzləşəcəyi bьtьn xoşagəlməz hallara və зətinliklərə səbr edəcəyinə sцz verdi.
Mahavira bir mьddət rahiblərlə birgə yaşadıqdan sonra nicat və qurtuluşa nail olmaq, mukşadan nicat tapmaq ьзьn rahiblərin monastırını tərk etdi. Əbasını зiynindən gцtьrdь, зılpaq şəkildə səhralara ьz qoydu, evsiz-eşiksiz didərginlər kimi цzьnьn asketik həyat dцvrьnь başladı. Yazırlar ki, o, цz səyahət və seyri-sьluk mьddətində bir gьndən artıq bir kənddə və beş gьndən artıq heз bir şəhər və ya qəsəbədə qalmamışdır. Belə ki, bir yerdə bundan artıq dayanmağı həmin yerlərə ьrək bağlamaq kimi qiymətləndirirdi. Yalnız yağışlar mцvsьmьndə bir yerdə qalmaq ьзьn yer seзir və orada mьtləq sьkunətə dalırdı. Bu fəsildə yer ьzьndə bir зox canlılar hərəkətə gəldiyindən Mahavira onları əzməmək və əzab-əziyyət verməmək ьзьn hərəkət etmirdi. O, nicat və qurtuluş prinsiplərindən birinin də canlılara əzab-əziyyət verməmək olmasına inanırdı. Buna gцrə də, yeriməyə başladıqda yumşaq bir sьpьrgə ilə цz yolunu təmizləyirdi ki, kiзik həşəratları, yaxud qarışqaları yolun ьzərindən gцtьrsьn və onlara əzab-əziyyət verməsin.
Məhz bu səbəbdən, heз vaxt ət xцrəkləri yeməzdi ki, heyvanların цldьrьlməsində payı olmasın. Həmişə dilənməklə başqalarının hazırladığı yeməklərdən yeyərdi. Su iзən zaman nazik bir parзa ilə suyun ьzərini təmizləyirdi ki, onda kiзik canlılar olmasın. Hətta, həşəratların ağzına girib цlməməsi ьзьn danışan zaman ağzına bir dəsmal tuturdu. Yatan zaman da цz yatağını diqqətlə axtarırdı ki, hər hansı bir həşarat, yaxud həşaratın sьrfələri olarsa, onlara zərər toxunmasın. Yazırlanlara gцrə o, başqa rahiblərin nazik paltar geydikləri və цz bədənlərini od qalamaqla qızdırdıqları soyuq fəsillərdə də зılpaq gəzər, ağaclara sцykənməkdən зəkinər və heз vaxt sığınacağa girməzdi. Soyuq fəsillərdə kцlgədə, isti fəsillərdə isə yandırıcı gьnəşin altında oturmaqla dərin dьşьncə və meditasiyalara qərq olardı.