Vedaların ikinci mьqəddəs kitabı olan Yacurveda nisbətən az əhəmiyyətə malikdir. Зьnki, Riqveda nəğmələrinin bir зoxunun məzmunu bu kitabda da əks olunmuşdur. Bu kitab nəsr formasında yazılan və adətən qurbanlıq mərasimlərində istifadə edilən zikr və virdlərdən ibarətdir.
3. Samaveda:
Bu, allahlara ibadət və onlarla razi-niyaz etmək ьзьn lazım olan dua və nəğmələrdən təşkil olunmuş vedaların ьзьncь mьqəddəs kitabıdır. Bu nəğmələrin əksəriyyəti Riqvedadan gцtьrьldьyьndən, ayrıca dəyər daşımır.
4. Asarvaveda:
Bu vedanın dцrdьncь və sonuncu kitabıdır. Məzmun baxımından yerdə qalan ьз kitabla mьqayisədə daha fərqli ьsluba malikdir. Зьnki, bu kitab sehr və cadugərlik məsələlərində Əhrimən qьvvələrinə qələbə зalmaq məqsədi ilə yazılmış mьxtəlif mətn, zikr və nəğmələr toplusundan ibarətdir.
Bu dцrd vedadan hər biri цz nцvbəsində iki mьstəqil hissəyə bцlьnьr:
1. Samhita;
2. Brahmana.
“Samhita” dedikdə, mьxtəlif mərasimlərdə, xьsusilə qurbanlıq mərasimlərində veda kahinləri tərəfindən oxunan nəğmələr toplusu nəzərdə tutulur. Qurbanlıq mərasimlərində adətən əsas aparıcı kahin olan brahma əvvəlcə Asarvavedadan bir parзanı oxuyur, sonra “huteri” adlı başqa kahin Riqvedadan mьəyyən nəğmələri ifa edir. Bundan sonra ьзьncь kahin, yə`ni “ədqateri” Samavedadan bə`zi nəğmələri əzbərdən deyir, daha sonra isə dцrdьncь kahin “adhuvariyu” camaatın qurbanlıq məqsədi ilə gətirdiyi hədiyyələri pak və əbədi atəşə qurban edərək Yacurvedadan bir sıra zikrləri oxuyur və beləliklə də ibadət mərasimi sona зatır.
Brahmana veda kahinlərinin dua və qurbanlıq mərasiminin keзirilməsi ilə əlaqədar vedalara yazmış olduqları şərh və bəhslər toplusudur.
Dini gцstəriş və hцkmlər, dini başзıların borc və vəzifələrinin bəyan olunması, hцkmlərin, duaların, qurbanlıq mərasimində oxunan nəğmələrin mə`naları Brahmanın bəhslərinin mьhьm hissəsini təşkil edir. Bu məsələlər hekayə, simvol və ya əfsanələr şəklində bəyan olunmuşdur.
Brahmana iki ьmumi hissədən ibarətdir:
1. Aranyaka;
2. Upanişad.
Aranyakalar meşə kitabları adı ilə məşhurdur və ucqar meşələrə asketik həyat tərzi keзirməkdən цtrь pənah aparan tərki-dьnya şəxslər ьзьn yazılmışdır.
Bu kimi təcrid olunmuş şəxslər tənha həyat sьrdьkləri mьhitlərdə dini vəzifələrini yerinə yetirmək ьзьn kifayət qədər vəsaitə malik olmadıqlarından batini həqiqətlərə diqqət yetirmiş və daha зox psixoloji vəziyyətlərinə nəzarət ьzərində işləmişlər. Sonralar asketik həyat tərzi keзirmək və daxili aləmə diqqətin əhəmiyyəti barədə dьşьncələr vedaya inananların dua mərasimində elə bцyьk tə`sir gцstərmişdir ki, bu məsələ tədricən qurbanlıq mərasiminə alternativ olaraq batini qurbanlıq adı ilə məşhurlaşmışdır. Əvvəllər mьqəddəs od olan qurbanlığın məqamı bu hadisələrdən sonra цz yerini insan bədəninə vermiş və get-gedə insanın bədəni də mehrab və qurbangaha зevrilmişdir.
Upanişadlar vedaların son hissələri hesab olunur. Buna gцrə də onlara vedanta, yə`ni vedanın sonu da aid olunur. Aranyakaların, qələmə alınmasından sonra upanişadlar maddi aləmdən uzaqlaşıb xьsusi mə`nəvi həyat ьslubunu seзərək nəfsini saflaşdıranlar ьзьn yazılmışdır.
Aranyaka və Upanişadın yazılması veda ayini ьзьn nəticə e`tibarı ilə brahman dininin formalaşmasına gətirib зıxaran başlanğıc idi. Bu dəyişikliyin mьhьm xьsusiyyətlərindən biri kimi ruhani başзıların və kahinlərin mə`nəviyyatın yьksəldilməsi, allahlarla əlaqə və sitayiş məsələlərində rollarının azalması, brahmanların nisbi olaraq mə`budların yerinə keзməsini qeyd etmək olar.
Gələn iki dərsdə brahman dinini təhlil və şərh etməklə yanaşı, veda ayinindəki əsaslı dəyişiklikləri, bu ayinin xьsusiyyətlərini, ibadi və ideoloji səciyyələrini və upanişadların məzmununu aydınlaşdıracağıq.
SUAL VƏ TAPŞIRIQLAR
1. Veda nə deməkdir?
2. Nə ьзьn vedalara “səruti” deyilir?
3. Riqvedanın nəğmələrinə əsasən veda ayininin monoteist din olmasını isbat etmək olarmı?
4. Yacurvedanın məzmunu nədir?
5. Samhita mцvzusu nədən ibarətdir?
6. Aranyaka hansı mцvzulara həsr olunub?
7. Nə ьзьn upanişada vedanta deyilir?
Veda ayininin digər ibtidai dinlərlə ortaq və fərqli cəhətlərindən bir neзəsini izah edin.
DOQQUZUNCU DƏRS
BRAHMAN AYİNİ (1)
VEDA AYİNİNDƏKİ DƏYİŞİKLİKLƏR
Miladdan əvvəl 8-9-cu əsrlərdə brahmanlar (veda ayininin ruhaniləri) veda ayinində зox dərin dəyişikliklər etdilər. Bu dəyişikliklər əsasən həmin ayinin iki əsas aspektində baş vermişdi:
Birincisi ideologiya sahəsində idi, bu ayinin ardıcılları цzlərini xilas etmək və tanrılarının gьclənməsi ьзьn зoxsaylı allahlara sitayişdən, onların hьzurunda qurbanlıq kəsməkdən ьz dцndərərək bьtьn əşyaların vəhdətinə inam yaratmağa meyl etdilər. İkinci dəyişiklik isə dinin ictimai yцnьmь baxımından baş verdi. Onlar bu ayin ardıcılları arasında sinfi quruluş formalaşdırmağa başladılar. Bu quruluşda brahmanlar ən yьksək ictimai mцvqeyə sahib oldular.
Bu dəyişikliklərdən sonra veda dцvrьnьn klassik anlayışı цz yerini brahman ayininə verdi və bu cərəyan rəsmi olaraq цz зiзəklənmə dцvrьnь başladı. Brahman ayinində mьqəddəs veda kitablarının цz əvvəlki e`tibar və dəyərini saxlamasına baxmayaraq, əsas me`yar brahman və upanişad kitabları idi. Buna əsasən brahman ayinini ьз əsas istiqamətdə araşdırmalıyıq:
1. İdeoloji dəyişikliklər;
2. İctimai proseslər;
3. Mьqəddəs kitablar.
Bu dərsdə veda ayininin ideoloji dəyişikliklərdən bəhs olunacaq, qalan iki istiqaməti gələn dərsdə tədqiq edəcəyik.
İDEOLOJİ DƏYİŞİKLİKLƏR
Brahmanların veda ayinində yaratdıqları ən mьhьm ideoloji dəyişiklik onların nicat və qurtuluş anlayışına verdikləri yeni tə`rif idi.
Veda ayininin tə`rifinə uyğun olaraq insanların nicat və qurtuluşu mə`budların, xьsusilə atəş allahı olan Aqninin razılığını əldə etməklə mьyəssər olur. Bu da qurbanlıq mərasiminin təşkil olunması ilə mьmkьndьr. Yeni tə`rifin mьddəalarına gцrə isə brahmanlar nicat və qurtuluşun aləmin həqiqət və ruhuna qovuşmaqla, brahmanları tanımaqla mьyəssər ola biləcəyi fikrindədirlər. Buna əsasən veda dinində zahiri və əyani olaraq keзirilən qurbanlıq mərasimi brahmanizmdə цz yerini batini mərasimə verdi.
Brahman ayininin əsas ideoloji prinsipləri aşağıdakılardır:
1. Brahmana e`tiqad;
2. Atmənə e`tiqad;
3. Karma;
4. Tənasьx;
5. Mukşa (nicat yolu).
1. BRAHMANA E`TİQAD:
Brahman, yaxud brahma veda ayini baxımından varlıq aləminin цzь, həqiqəti, zatı, başlanğıcı və sonudur. O, əbədi və həmişəlikdir, hər yerdə vardır, onun vьcudunda səma və yer, maddi və ya qeyri-maddi olmasından asılı olmayaraq dьnyanın bьtьn varlıqları əhatə olunmuşdur.
Upanişadda brahman belə təqdim olunur: “ - Odur fənaya uğramayan əbədi allah! Elmli, hər yerdə olan və dьnyanın gцzətзisi! Odur varlıq aləminin hцkm verəni!”
Başqa bir yerdə isə belə deyilir: “ - O vahid və sonu olmayan fərd aləmi yuxudan oyatdı.”“ - Əslində dьnyanın əvvəlində brahman idi. Onun dцrd tərəfdən heз birində ucu-bucağı yoxdur; ruhu sonsuz bir zatdır ki, doğulmamışdır və ağlın gьcь ilə dərk oluna bilməz. O, gцyьn, kainatın ruhu idi və dьnya fənaya uğradığı vaxtda yalnız o qalacaqdır. O, aləmi sonsuz gцylərdə oyatdı və o sıx yığılmış xəyal toplusudur, xəyal da odur və nəticədə hər şey ona qovuşub yox olur. Odur şəfəq saзan parlaq gьnəşin kьtləsində yanar bir od, tьstьsьz alov kimi nur ələyir! Onun hərarəti ilə qidalar mə`dəyə gedir. Buna gцrə onu atəşdə, qəlbdə hazır, gьnəşin daxilində mцvcud adlandırırlar.”
Upanişadın başqa bir yerində brahmanın xьsusiyyətləri barədə deyilir: “ - O həm sabitdir, həm də səyyar, həm uzaqdır, həm də yaxın... O şimalda, cənubda hər bir yerdədir. Bьtьn зaylar okeanlardan qaynaqlanıb yenidən ona qayıtdığı kimi, hər bir şey brahmandan yaranır və ona qayıdır.”
2. ATMƏN
Atmən təkcə insanın dьşьnьb-daşınan ruhu, zehni-dьşьncəsi deyil (brahmanın simvolu), eynilə brahmanın цzьdьr. Bu əqidəyə əsasən brahma ilə atmən arasında ortaq şəxsiyyət və tam vəhdət vardır. Bьtьn nəfslər - insani nəfs və ya heyvanların, həşəratın və bitkilərin ruhu, hər canlı varlığın nəfsi olmasından asılı olmayaraq – цzlərinin bьtьn formaları ilə birgə başqa bir şey deyil, məhz brahmanın цzьndən ibarətdir.
Upanişad bu barədə belə deyir: “ - Brahmanın zьhur və təcəllisi, hər bir şeyin ruhu məhz sənin ruhundur”. Sonra deyilir: “ - Onun yerlərdə, sularda, odda, havada, zəif kьləkdə, səmada, gьnəşdə, fələkin dцrd bir tərəfində, ulduzlarda və ayda, zьlmətdə və nurda olan hər bir şeylə birgə, eyni zamanda hər bir şeydən fərqlidir... O kəs ki, daxildən hər bir şeyin ixtiyarını ələ alıbdır. O sənin ruhundur. Əbədi və batini bir nəzarətзi. O kəs ki, tənəffьsdə, danışıqda, gцzdə, qulaqda, beyində, dəridə və idrakda yeri vardır və bununla belə, цzь idrakdan deyildir. O gцrьnməyən gцz, eşidilməyən qulaq, dьşьncənin zatına yol tapmadığı bir mьtəfəkkir, fəhmin əlinin yetmədiyi başa dьşəndir. Bьtьn bunlarla belə, gцzə gцrьnməz, eşidilməz və dərk olunmazdır... O sənin ruhundur: batini və daimi bir nəzarətзi!”
Bu ifadələrdən belə mə`lum olur ki, atmən-brahman dini nцqteyi-nəzərdən bьtьn varlıqların mьştərək ruhu sayılır. Ruh dedikdə, gцz цnьndə insan ruhu canlansa da, diqqət yetirmək lazımdır ki, su, od, hava, səma, gьnəş və s. barəsində də həmin ifadə, yə`ni “sənin ruhun” sцzь işlədilmişdir.
Başqa sцzlə, brahman ayinində insanlar ьзьn xьsusi bir ruh nəzərdə tutulmuşdur və ona atmən deyilir. Həmзinin bu dində atmənlə tam vəhdətdə olan kainatın ruhu, və ya “dьnyanın canı” da mцvcuddur. Upanişadlarda sonuncu mə`na sanskrit dilində “tet tom isi” kimi verilmişdir ki, bu da “sən odsan” deməkdir.
Atmən ilə brahman arasında mьəyyən mə`nada ayrılmaz birlik vardır və onun mьddəalarına gцrə bu iki varlıq mьqəddəs nəfs və əbədi həqiqətdən ibarətdir. Brahman-atmən yozumu bu vəhdətin isbatı ola bilər. Upanişadda yuxarıdakı ifadə barədə belə oxuyuruq:
“ - Mənim qəlbimin daxilində olan ruh - dьyь dənəsindən, yaxud buğda dənəsindən, yaxud xardal dənəsindən, yaxud ərzən dənəsindən, yaxud ərzən dənəsinin məğzindən daha kiзikdir. Qəlbimin iзindəki ruh yerdən-gцydən bцyьk, səmadan və bьtьn dьnyadan əzəmətlidir. Bu mənim qəlbimin daxilində olan brahmadır!”
Brahman ayininin yuxarıda qeyd olunan fəlsəfəsi əsasları ьzərində tədqiqat aparan alimlər brahmanla atmən arasında vəhdəti-vьcudun olmasını bəyan etdikdən sonra, irfan sahəsinə daxil olaraq bu ayinin ardıcıllarına tцvsiyə etmişlər ki, nəfsi kamilləşdirmək ьзьn nirvana - fəna mərhələsinə keзsinlər. Yə`ni, insanın ruhu dьnyəvi ruhla vəhdət təşkil edib qovuşma mərhələsinə зatdıqdan, brahma ilə birləşdikdən sonra bu vьsalın цzьndən agah olur; bu birlik və agahlığın цzь də onun daxilində bir nцv cazibə, coşqunluq və məftunluq yaradır. Ondan sonra insan yəqin mərhələsinə зatdığı ьзьn təsvirəgəlməz səadət və ləzzətə nail olur. Sцzlər və ifadələr onun həqiqi mə`nasını şərh etməkdə acizdir, əql onu dərk edə bilmir. Artıq bundan sonra arif şəxs brahmaya qovuşmuş hesab olunur və eyni halda onu mьtləq sьkunət və nəzarət bьrьyьr. Yəqin gцzь ilə цzьnьn brahma ilə olan ruhani vəhdətini hiss edir. Belə ki, цz ətrafında mцvcud olan və hiss olunan əşyaları başqa bir şey kimi deyil, vahid bir vьcuda malik olan halda gцrьr. Arif insan bu halətdə цzьnь hər biri vahid və əzəli varlığın ayrı-ayrı təzahьrləri olmalarına baxmayaraq onun yanında olan ağacla bir gцrьr. Brahman dinində varlıqlar brahmanla vəhdətdə olmaqla eyni zamanda brahmandan ayrılır və seзilir. Zahirdə bьtьn aləm зoxluqlardan təşkil olunmuşdur, gerзəkdə isə belə deyildir. Зoxluqlar varlıq aləminin bəsit və fərdi həqiqətindən ayrılıq və əksliklərin təzahьrləridir. Buna gцrə də цz цzlьyьndə nцqsana, şərlərin meydana gəlməsinə və kamaldan uzaq dьşməsinə səbəb olurlar. Əgər bu mьxtəliflik və зoxluq olmasaydı əzab-əziyyətin, зətinlik və kədərin mə`nası olmaz, aradan gedərdilər. Buna gцrə də insan fəna mərhələsinə yetişdikdə зoxluqdan yaxa qurtardıqda qurtuluş, səadət, xoşbəxtlik və kamala зatmaq hissi keзirir.
Brahmanların e`tiqadına gцrə atmən (yə`ni, varlığın ruhu və məğzi, insani mahiyyəti və batini) əzəli və əbədidir. Yaradılış və xilqətin bir dцvrьnə şamil edilən dьnya dцvranlarından hər biri (brahmanlar ona karpa deyirlər) bir gьn sona зatacaqdır. Həmin gьn bьtьn varlıqların ruhu цz cəsədlərindən ayrılacaq, asılı və sьkunətdə olacaqlar. Uzun bir mьddəti qət etdikdən sonra “pralaya” adlandırılan sьkunət, yoxluq başa зatacaq, xilqət və yaradılış yenidən başlanacaq, yox olmuş aləm təzədən yaranacaqdır. Bu zaman ruhlar ətalət və donuqluq vəziyyətindən зıxacaq, yenidən hərəkətə, canlanmaya gələcəklər. Bьtьn kainat - bitkilər, canlılar, insanlar, şeytanlar və mə`budların hamısı - yeni bədənlərdə цz həyatına başlayacaqlar. İctimai sinif və təbəqələr yenidən təşəkkьl tapacaq və yeni karpa başlanacaqdır. Bu dцvr də цzьnьn yekun nцqtəsinə doğru hərəkət edəcəkdir. Beləliklə, dьnyanın mцvcudluq tarixi əzəli, əbədi şəkildə yeniləşmə və təkrarlanmaqdadır.
3-4. KARMA VƏ TƏNASЬX
Цyrəndik ki, brahmanların e`tiqadına uyğun olaraq atmən əzəli və əbədi olmaqla brahmanla vəhdət təşkil edir. Onun zatına azacıq belə olsa, nцqsan, şər və əzab-əziyyət yol tapmamışdır. Bu nцqsan, şər və əzab-əziyyət insanın rəftarındakı əməllərin nəticəsi, yaxud karmadır. Karma atməni цzьnə tabe edərək onun ruhunu mьəyyən şəklə salmış insani əməl və rəftarlardır.
Bu e`tiqada əsasən insan murdar və pis əməllər tцrətməsə цldьkdən sonra ruhu brahmana qovuşur və xoşbəxtliyə зatır. Əgər зirkin və yaramaz əməl - karma tцrətmiş olsa, yaxud gələcəkdə belə işlər gцrsə onun ruhu heyvan və ya insanların cisminə, yaxud sair əşyalara keзərək yenidən həyat sьrəcəkdir. İxtiyari deyil icbari olan bu yeni həyat insanın bir daha əzab-əziyyətləri, mьsibətləri yenidən təcrьbədən keзirməsinə səbəb olur. Bu proses terminologiyada “samsara”, yaxud tənasьx və ya hьlul adlandırılır.
Karma prinsipi əsasında, insan ruhu onun tцrətdiyi əmələ uyğun olaraq цlьmьndən sonra цzьndən yuxarı və ya aşağı cəsədə keзir və nəticədə цz əməlinin bəhrəsini gцrьr. Upanişadlar bu barədə deyirlər: “ - Həyatlarında gцzəl və bəyənilən əməl sahibi olanların ruhları цlьmdən sonra pak və bəyənilən bətndə bir brahman[2] qadının, yaxud da kşatriyə[3] və yaxud da visiyə[4] qadının bətnində цzьnə yer tapır. Amma şər işlər gцrən şəxslərin ruhları isə зox bəyənilməz bətnlərdə yerləşir.”[5]
Samsara prinsipinə uyğun olaraq, qeyd etdiyimiz ьslubda olan keзid, tənasьx və nəsil artımı ardıcıl surətdə insan əməlinə mьnasib şəkildə təkrar olunur. Cəmiyyətin aşağı təbəqəsindən olan yaxşı əməl sahibi olan insanın ruhunun цlьmьndən sonra brahmanın, yaxud cəmiyyətin yьksək təbəqəsindən olan bir şəxsin bədəninə keзməsi də mьmkьndьr və bunun əksi də ola bilər.
5. MUKŞA (NİCAT YOLU)
Цyrəndiyimiz kimi, brahmanların e`tiqadına gцrə insan dьnyada зirkin əməllərlə məşğul və şeytan xislətli olarsa, hцkmən цz həyatının yeni dцvrьnь daha aşağı bir varlığın bədənində başlamalı, daha ağır əzab-əziyyət və mьsibətlərə dцzməlidir. Yaxşı əməl sahibləri isə цz həyatlarını daha ьstьn bir varlığın bədənində davam etdirəcəklər. Ancaq bilmək lazımdır ki, bundan əvvəl də qeyd olunduğu kimi, зoxluq aləminə yenidən qayıdış hər halda əzab-əziyyətlə mьşaiyət olunacaqdır. Зьnki həmin aləmin xьsusiyyətləri bunu tələb edir. Buna gцrə də nə saleh, nə də зirkin əməl nicat və qurtuluşa səbəb olmur. Brahmanların nəzərinə gцrə nicat və qurtuluş yalnız mukşanın vasitəsilə mьmkьndьr. Mukşa maddi meylləri tərk edib fəna yoluna qədəm qoymaqdan ibarətdir. İnsan var-dцvlət sevgisi və dьnyəvi istəklərdən əl зəksə brahmana qovuşar və əbədi rahatlıq tapar. Bu barədə Upanişad elmi iki mərtəbəyə - daha ali və daha aşağı dərəcəyə bцldьyь[6] hissədə belə deyir:
“ - Daha ali elm – azadlıq elmi atməndə (yaxud insan varlığının həqiqəti və ruhu) bьtьn maddi meyllərdən və varlığı tələb edən şəraitlərin hamısından azad olmaqdır. İnsan bu məqama yetişməklə mukşaya, yə`ni nicat və qurtuluş yoluna зatacaq, atmən-brahmanın bir olmasını dərk edəcəkdir. Bu zaman vəhdətin şadlığında, əzəliyyət və əbədiyyət nə`şəsində qərq olacaq, aləmdəki daimi dəyişikliklərdən və kцзmələrdən, samsaranın qeyri-ixtiyari həyat dəyişmələrindən həmişəlik xilas olacaqdır.”
SUAL VƏ TAPŞIRIQLAR
1. Veda və brahman ayini baxımından qurtuluşun tə`rifi necədir?
2. Brahman kimdir və onun ьzərinə hansı vəzifələr dьşьr?
3. Atmənin mə`nası nədir və onun brahmanla nə kimi əlaqəsi vardır?
4. Varlıqların brahmanla olan əlaqəsi necədir?
5. Brahman ayinində qurtuluş yolu nədir?
Brahman ayini nцqteyi-nəzərindən tənsьxь izah edin.
Mьəllimin kцməyi ilə və e`tiqadlar dərsində цyrəndiyiniz ideoloji arqumentləri nəzərə almaqla, brahman ayininin e`tiqadi prinsiplərini araşdırıb təhlil edin.