Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Ilk yanğınsöndürmə vasitələri və onlardan istifadə qaydaları.

Geniş tətbiq olunan ilk yanğınsöndürücü vasitələrdən köpüklə (OP-5 növlü), karbon qazı ilə (OU-2, OU-5, OU-8 növlü), karbon anhidridli etilbromidlə (OUB növlü), tozşəkilli maddə ilə (OPS-10 növlü) iş-ləyən əl yanğınsöndürücülərini göstərmək olar.

Hərəkət edən bir, yaxud ikibalonlu UP-1M və UP-2M odsöndürücülərdə geniş tətbiq edilir.

Köpüklü odsöndürücülər bərk və maye maddələrin yanmasının söndürülməsində işlədilir. Su köpük məhlulu yanğının güclənməsinə səbəb olduqda və yaxud elektrik cərəyanı keçirdikdə köpüklü odsöndü-rücülərdən istifadə edilməlidir.

Qazla işləyən odsöndürücülərdən kiçik yanğınları söndürmək üçün istifadə edilir. Oksigensiz davam edən yanmada belə odsöndürücüdən istifadə olunmur. Odsöndürücü vasitə kimi karbon qazından, azot-dan, yaxud başqa inert qazlardan istifadə edilir.

Köpük və ya karbon qazı ilə işləyən odsöndürücülər kömək etmədikdə, yaxud yanğını daha da güclən-dirdikdə xüsusi konstruksiyalı tozşəkilli karbon anhidridli etil bromidlə və s. maddələrlə işləyən odsöndü-rücülər tətbiq olunur.

İnert qazlar dedikdə su buxarları yanacaq buxarları və qazlarla tez qarışaraq oksigenin konsentrasiya-sını azaldır, bir sıra hallarda isə yanmanın kəsilməisinə şərait yaradır. Bundan əlavə inert qazlar və su bu-xarı yanacaq maddəsi ilə qarışaraq ayrılan istiliyin xeyli hissəsini udur, yanma mühitini soyudur və nəti-cədə yanma prosesi tormozlanır.

Karbon qazı yanğını tez (2-10 can) söndürmədə daha əlverişlidir. Karbon qazı kiçik səthli maye ya-nacaqların, elektrik və daxili yanacaq mühərriklərinin, elektrik qurğularının və s. yanmasının söndürül-məsində müvəffəqiyyətlə tətbiq edilir. Bu məqsədlə avtomat, əl stasionar və hərəkət edən qurğulardan is-tifadə olunur.



Karbon qazı ilə işləyən SUM-8 srasionar qurğusunda hərarətin təsirindən istilik qıfılı əriyir və tros odsöndürücü maddənin blokunu işə salır.

Su və başqa vasitəlrlə söndürülə bilməyən kiçik yanğınlarla mübarizədə inert bərk maddələrdən (qələ-vi və torpaq-qələvi materialların xloridləri, albumin tərkibli maddələr, karnalit, potaş, zəy, qum, quru tor-paq və s.) istifadə olunur. Bu maddələr yanma səthini özləri, yaxud hərarət təsirindən əridikdə əmələ gə-tirdikləri maddələrlə örtür, yanma səthini yanacaqdan ayirir.

Tozşəkilli odsöndürücü maddələr yanma yerinə OPS-10 və OPPS-100 markalı odsöndürənlər və sta-sionar, yaxud səyyar qurğularla verilir. Bu qurğularda hərəkətetdirici sıxılmış hava, yaxud azot qazı olur.

Bir çox hallarda qurğu və cihazların kip olmayan birləşmələrində və s. yanğını sönkdürmək üçün as-best örtüyündən, keçədən ə s. istifadə olunur.

Maye odsöndürücü madddələr yanğını söndürmək üçün sudan əlavə, müxtəlif duzların (potaş, ammo-nium xlor, xörək duzu, qlauber duzu və s.) məhlullarından istifadə olunur. Bu məhlulların adi sudan fərqi ondadır ki, onların tərkibindəki duzlar yanma səthini pərdə şəklində örtür və əlavə soyutmaya şərait yara-dır, eyni zamanda hərarət nəticəsində həmin duzların parçalanması yanğının daha səmərəli sönürülməsi üçün inert qazların ayrilmasına səbəb olur.

Atomatik odsöndürücü stasionar qurğular alova, tüstüyə və ya temperatur yüksəlməsinə həssas verici boru sistemi yaxud elektrik dövrəsi vasitəsilə qurğunu işə salan qurulişa yanğın haqqında siqnal ötürür

İşə salan quruluş mühafizə olunan sahəyə odsöndürücü maddənin boru sistemi vasitəsilə verilməsini təşkil edir. Odsöndürücü maddə təzyiq yaratmaq üşün nasoslar və s. ilə təchiz olunmuş tutumlarda saxla-nılır.

Avtomatik, pnevmatik, elektrik və s. işəburaxma quruluşları olan müxtəlif avtomatik odsöndürən sta-sionar qurğular da mövcuddur.

 


Date: 2016-03-03; view: 2593


<== previous page | next page ==>
 | The organs of speech and their work
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.008 sec.)