Ürfanda həqiqətə çatmaq üçün mənzillər müəyyənləşdirilmişdir.
İlk mənzil “iradədir”. İradə həqiqətə çatmaq üçün insanda yaranmış rəğbətdir. O, əslində yatmış şüurun oyanmasıdır. İradə insanın tənhalıq hiss edərək öz əslinə qayıtma istəyidir. İnsan elə bir həqiqətə çatmaq istəyir ki, tənhalıq hiss etməsin.
İkinci mənzil”riyazət”dir. Riyazətin üç hədəfi var: yoldan maneləri kənarlaşdırmaq, əmmarə nəfsi cilovlamaq, batini, agahlıq üçün yumuşaltmaq.
“Riyazətin” ürfanı mə`nası nəfsi incitməkdir. Amma bu sözün lüğət mə`nası cavan atın tə`limidir.
İradə və riyazətdən sonra insanın qəlbində olduqca ləzzətli ani işıqlanmalar olur. Ariflər bu halı “ovqat” adlandırırlar.
Nəhayət, riyazət bir həddə çatır ki, “ovqat” “səkinə” halı ilə əvəz olur. Qəlbdəki qığılcım daimi şö`ləyə çevrilir. Səkinə halında olan insana baxan şəxs onun qeyri-adi halda olduğunu hiss edir.
Lakin insan bu məqamda dayanmır. Anba an həqiqətə yaxınlaşdıqca insan öz ixtiyarından çıxır və hər zaman özünü Allahın hüzurunda hiss edir. Bu mərhələyə çatmış insan hətta özünə baxdıqca həqiqəti müşahidə edir.
Nöbəti mərhələdə insan özünü unutmağa başlayır və həqiqətə qovuşur.
18-Cİ DƏRS: FİQH ÜSULU (USULİ-FİQH)
Mövzumuz üsul elmidir. Üsul elmi fiqh və üsul elmlərinin birləşməsindən yaranmışdır. Üsul elmi fiqh elmi üçün müqəddimə rolunu oynayır.
Fiqhin lüğət mə`nası dərin fəhmdir. Qur`ani-Kərimdə, peyğəmbər və imamların buyuruqlarından tez-tez “təfəqqüh” kəlməsi ilə rastlaşırıq. Təfəqqüh din elmlərinin öyrənməsinə işarədir.
Sözsüz ki, İslam hökmlərində bütün məsələlər işıqlandırıla bilməz.
Fiqh elmi ilə məşğul olan alimin, yə`ni fəqihin vəzifəsi mö`təbər mənbələrə əsaslanaraq yeni hadisələr barədə öz nəzərini bildirməkdir. Fiqh e`tiqad yox, əməli hökmlər haqqında elmdir.
Hər bir fəqih aşağıdakı elmlərdən müqəddimə kimi istifadə edir:
1. Ərəb ədəbiyyatı, yə`ni nəhv, sərf lüğət, məani, bəyan, bədi`.
2. Qur`ani-Kərimin təfsiri
3. Məntiq
4. Rical elmi (rical elmi hədisləri nəql etmiş raviləri tanımaqdır)
5. Hədis elmi
6. Fiqh üsulu
Üsul elmi hər hansı bir hökmün sübutu elmidir. Bu elm fiqh mənbələrindən istifadə edərək düzgün subut etmə üsulunu öyrədir.
19-CU DƏRS: FİQH ÜSULU ELMİNİN MƏNBƏLƏRİ
Şiə məzhəbində fiqh elminin dörd mənbəsi vardır: 1. Qur`an; Sünnət, yə`ni peyğəmbər və imamların buyuruğu və əməli; 3. İcma; 4. Əql.
İslam hökmlərinin ilkin mənbəsi Qur`andır. Əlbəttə ki, Qur`an yalnız əməli hökümlərdən ibarət deyil. Qur`anın 6666 ayəsindən beş yüz ayəsi əməli hökmlərə aiddir.
Müsəlmanlar İslamın əvvəl vaxtlarında bir hökmün sübutu üçün Qur`ana müraciət ıedərdilər.Sonradan özünü işə hesab edən “əxbariyyin” adlı kiçik bir qurup adi insanlara Qur`ana əsaslanmağı caiz bilirdilər.
Sünnət dedikdə peyğəmbər və mə`sum imamların sözü və əməli nəzərdə tutulur. Demək olar ki, bütün məzhəblər sünnətə müraciət edir. Şiələr belə hesab edirlər ki, yalnız şiə və adil insanların, ən azı doğruçuluğu sübut olunmuş insanların nəql etdiyi hədislər etibarlı sayıla bilər. İcma bir məsələ haqqında müsəlman alimlərin yekdil rə`yidir. Əgər peyğəmbər dövründə yaşamış əksər alimlər müəyyən məsələlər barədə vahid rə`ydə olmuşlarsa, demək, onların rə`yi peyğəmbərin nəzərinə uyğundur. Demək icma yalnız peyğəmbər və imamların müasiri olmuş alimlərə aiddir.
Fiqh elminin dördüncü mənbəsi əqldir. Əgər əql yolu ilə gətirilən dəlildən yəqinlik hasil olarsa, əqlə əsaslanmaq olar.
20-Cİ DƏRS: FİQH ELMİ
Fiqh elminin tarixi bütün digər İslam elmlərindən qədimdir. Bu günkü dünyada hüquq adı altında birləşən müxtəlif sahələrə aid hüquqlar fiqh elmində İslam baxımından təsbit olunur. Amma fiqh elmində elə məsələlər var ki, dünya hüququnda təsbit olunmayıb. Məsələn, ibadət.
Əlbəttə ki, səhabələrdən olan alimlər fəqih adlandırılmırdı. Qeyd etdik ki, fiqh və fəqih kəlmələri Qur`an və sünnətdəki “təfəqqüh” kəlməsindəndir. Tarixi mə`lumatlara əsasən mə`sum imamlar öz tələblərini və bə`zi səhabələri fəqih adlandırardılar.
Qur`an və sünnətdə fiqh geniş elm kimi tanıtdırılsa da tədricən yalnız əməli hökmlərə aid edilmişdir. Qeyd etmişdik ki, İslam tə`limi üç hissədən ibarətdir. Bu üç hissənin sonuncusu əhkam və əməli məsələlər fiqh elmini təşkil edir.
Şiə fiqhinin tarixi on ikinci imamın (ə) kiçik qeybət dövrünə təsadüf edir. İmamların dövründə tanınmış şiə fəqihləri olsa da, onlar fitva verməkdən çəkinərdilər. Son imamın qeybətindən sonra isə vəziyyət dəyişdi.
Hicri üçüncü əsrdən başlayaraq fiqh elminin həyatında heç bir fasilə olmamışdır. Fiqhin ilkin mərkəzi Bağdad, sonra Nəcəf, sonra رجبل عامل daha sonra Hillə və Hələb olmuşdur. İran şəhərlərindən yalnız Qum şəhəri İslamın ilkin əsrlərində fiqh mərkəzi kimi tanınmışdır.