Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






nformasiyanın ötürülməsi texnologiyaları. İnternet şəbəkəsinin informasiya resursları. Elektron kitabxana

İnternetdə işləmək üçün aşağıdakılar vacibdir:

v Ümumdünya şəbəkəsinin düyünlərindən birinə kompüterin fiziki qoşulması

v Daimi və ya müvəqqəti IP ünvanının alınması

v İnternetin müştəriyə istifadə üçün təqdim edilən proqram təminatının qurulması və sazlanması

İnternetdə IP ünvanının seçilməsini və müştərinin şəbəkədə öz düyününə qoşulmasına şərait yaradan təşkilat servis-provayder adlanır. Təşkilat belə işləri müştəri ilə müqavilə əsasında həyata keçirir. İnternetdə fiziki qoşulma ayrılmış (seçilmiş) və ya kommutasiya edilmiş ola bilər. Ayrılmış qoşulma üçün yeni və ya icarəyə götürülmüş hazır fiziki əlaqə xəttinin (kabel xətti, radiokanal, peyk kanalı və s.) olması vacibdir. Belə birləşmədən böyük həcmdə verilənləri ötürmək məcburiyyətində qalan təşkilatlar və müəssisələr istifadə edirlər. Xəttin buraxma qabiliyyəti onun mahiyyətindən asılı olur və saniyədəki bitlərin sayı ilə ölçülür. İndiki zamanda güclü əlaqə xətlərinin ötürmə qabiliyyəti saniyədə yüzlərlə Mbayt informasiyaya bərabərdir.

Internetdə informasiya serverlərdə saxlanılır. Serverlərin öz ünvanları olur və onlar xüsusiləşdirilmiş proqramlar vasitəsilə idarə olunurlar. Onların köməyilə poçtu və faylları göndərmək, verilənlər bazasında informasiya axtarışını aparmaq və s. həyata keçirmək mümkündür. Serverlər arsında informasiya mübadiləsi yüksək sürətli rabitə kanalları ilə həyata keçirilir. Ayrı-ayrı istifadəçilərin İnternet-in informasiya resurslarına daxil olması adətən telefon şəbəkəsi ilə provayderlər və ya korparativ şəbəkələr vasitəsilə həyata keçirilir. Provayder kimi kliyentlərlə əlaqə saxlaya bilən və Ümumdünya şəbəkəsinə çıxışı olan hər hansı bir təşkilat iştirak edə bilər.



Toplanan informasiyanın emal edilməsi üçün o emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən avtomatlaşdırılmış halda isə kompüter vasitəsi ilə aparılır. İnformasiya toplanan məntəqədən emal məntəqəsinə qədər olan məsafədən asılı olaraq, informasiyanın ötürülməsi müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə olunur. Müasir kompüterlərdə infromasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və ötürülməsi üçün modem (modulyator-demodulyator) adlanan xüsusi qurğudan istifadə olunur.

Müasir dövrdə informasiya cəmiyyətinin əsas məqsədi bütövlükdə cəmiyyətin və ayrı-ayrı şəxslərin informasiya tələbatını ödəmək üçün informasiya texnologiyaları bazasında müxtəlif təyinatlı informasiya resurs və fəzalarının formalaşdırılmasıdır. (6.75) Bu baxımdan, kitabxanaların qarşısında duran ən ümdə vəzifələrdən biri kitabxana fondunu tam şəkildə əks etdirən elektron kataloq yaratmaq və bununla da, müasir informasiya texnologiyalarının dinamik inkişaf etdiyi in-formasiya məkanna inteqrasiya etməkdir. Kitabxanaların informasiyaşdırılmasının əsas istiqamətlərindən biri hesab olunan elektron kataloqlar kitabxanalarda informasiyanın hamı üçün əlyetərli olmasına şərait yaradır, kartoçka kataloqundan istifadə ənənələrini özündə qoruyub saxlamaqla müasir hesablama texnikasının ona verdiyi bütün üstünlüklərdən istifadə edir. Ümumiyyətlə, elektron kataloq «oxucu üçün açıq istifadəli, mütəmadi yenimlənəbilən və dəyişəbilən olması ilə nümunəvi kitabxana xidməti vasitəsi» hesab olunur. (5. 26) Elektron kataloqlar, həmçinin kitabxanalarda informasiya-axtarış sistemlərinin özəyi və əsas tətbiq obyektidir. Məhz elə bu xüsusiyyətlərinə görə də onu çox vaxt obrazlı şəkildə «kitabxananın beyni və yaddaşı» adlandırılar.


Date: 2015-12-24; view: 613


<== previous page | next page ==>
Təhsilin informatlaşması texnologiyaları. Elektron təhsilin xüsusiyyətləri | C. Základní software pro jednotlivá zařízení (harddisk, ...).
doclecture.net - lectures - 2014-2019 year. Copyright infringement or personal data (0.001 sec.)