![]() CATEGORIES: BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism |
Dinin əsas dayaqları nədən ibarətdir?964-5934-62-1
Mündəricat MÜQƏDDİMƏ.. 12 BİRİNCİ DƏRS. 13 DİN.. 13 İKİNCİ DƏRS. 18 DİNƏ MEYLİN SƏBƏB VƏ MOTİVLƏRİ (1) 18 1. CƏHALƏT NƏZƏRİYYƏSİ: 18 2. QORXU NƏZƏRİYYƏSİ: 20 3. ƏXLAQİ VƏ İCTİMAİ EHTİYACLAR NƏZƏRİYYƏSİ: 22 SUAL VƏ TAPŞIRIQLAR.. 23 ÜÇÜNCÜ DƏRS. 24 DİNƏ MEYLİN SƏBƏB VƏ MOTİVLƏRİ (2) 24 4. İQTİSADİ AMİL NƏZƏRİYYƏSİ: 24 5. CİNSİ NƏZƏRİYYƏ: (FREYDİZM) 26 6. BƏXT NƏZƏRİYYƏSİ: 27 SUAL VƏ TAPŞIRIQLAR.. 29 DÖRDÜNCÜ DƏRS. 30 İBTİDAİ DİNLƏR (1) 30 FETİŞİZM VƏ ANİMİZM... 30 1. FETİŞİZM... 30 BEŞİNCİ DƏRS. 35 İBTİDAİ DİNLƏR (2) 35 3. TOTEMİZM... 35 TOTEMİZMİN ƏSAS PRİNSİPLƏRİ. 35 QƏDİM VƏ MÜASİR TOTEMLƏR.. 39 SUAL VƏ TAPŞIRIQLAR.. 40 ALTINCI DƏRS. 41 İBTİDAİ DİNLƏR (3) 41 İBTİDAİ DİNLƏRİN ORTAQ XÜSUSİYYƏTLƏRİ. 41 1. MÜQƏDDƏS BİR ƏŞYA.. 41 2. MANAYA ETİQAD.. 42 3. SEHR VƏ CADU.. 42 4. TABUYA ETİQAD.. 42 5. TƏMİZLƏNMƏ VƏ PAKLANDIRMA.. 43 6. DİRİ ZƏNN ETMƏ.. 43 7. TƏBİƏTƏ SİTAYİŞ. 43 8. QURBANLIQ.. 44 9. ÖLÜLƏRƏ HÖRMƏT QOYULMASI. 45 10. İNSAN, TƏBİƏT VƏ VARLIQ RUHUNUN VƏHDƏTİ. 45 11. VARLIQ ALƏMİNİN MƏNŞƏYİNƏ QOVUŞMAQ MEYLİ. 46 12. EŞQ VƏ SİTAYİŞ. 46 13. ƏBƏDİYYƏTƏ E`TİQAD.. 46 14. İXTİYAR VƏ SEÇKİ. 47 SUAL VƏ TAPŞIRIQLAR.. 47 MÜTALİƏ ÜÇÜN.. 48 BİR İBTİDAİ CƏMİYYƏTİN TƏDQİQİ. 48 YEDDİNCİ DƏRS. 55 VEDA DİNİ (1) 55 VEDA AYİNİNİN TARİXİ. 55 VEDA MƏ`BUDLARI. 56 SUAL VƏ TAPŞIRIQLAR.. 59 SƏKKİZİNCİ DƏRS. 60 VEDA AYİNİ (2) 60 SUAL VƏ TAPŞIRIQLAR.. 64 DOQQUZUNCU DƏRS. 65 BRAHMAN AYİNİ (1) 65 VEDA AYİNİNDƏKİ DƏYİŞİKLİKLƏR.. 65 İDEOLOJİ DƏYİŞİKLİKLƏR.. 65 1. BRAHMANA E`TİQAD: 66 2. ATMƏN.. 66 3-4. KARMA VƏ TƏNASÜX.. 68 5. MUKŞA (NİCAT YOLU) 69 SUAL VƏ TAPŞIRIQLAR.. 70 ONUNCU DƏRS. 71 BRAHMAN AYİNİ (2) 71 VEDA DİNİNDƏ DƏYİŞİKLİKLƏR.. 71 2. İCTİMAİ QURULUŞ. 71 3. MÜQƏDDƏS KİTABLAR.. 74 SUAL VƏ TAPŞIRIQLAR.. 76 ON BİRİNCİ DƏRS. 77 CAYNİZM (1) 77 TARİXÇƏSİ. 77 MÜQƏDDİMƏ.. 77 CAYNİZM AYİNİNİN BANİSİ. 77 SUALLAR.. 81 ON İKİNCİ DƏRS. 82 CAYNİZM AYİNİ (2) 82 ƏQİDƏ VƏ ƏXLAQ.. 82 MƏ`BUDA E`TİQAD.. 82 CİVA VƏ ACİVA.. 83 KARMA VƏ SAMSARA.. 84 MUKŞA.. 85 ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI) 85 POLEMİKA VƏ TƏDQİQAT. 88 ON ÜÇÜNCÜ DƏRS. 89 BUDDİZM (1) 89 BUDDA.. 89 SUALLAR.. 93 ON DÖRDÜNCÜ DƏRS. 94 BUDDİZM (2) 94 ƏQİDƏLƏRİ. 94 KARMA VƏ SAMSARA.. 97 SUAL VƏ TAPŞIRIQLAR.. 98 ON BEŞİNCİ DƏRS. 99 BUDDİZM (3) 99 ƏXLAQ.. 99 SUAL VƏ TAPŞIRIQLAR.. 104 POLEMİKA VƏ ARAŞDIRMA: 104 ON ALTINCI DƏRS. 105 BUDDİZM (4) 105 AYİN VƏ MƏRASİMLƏR.. 105 MÜQƏDDƏS KİTABLARI. 109 SUAL VƏ TAPŞIRIQLAR.. 109 ON YEDDİNCİ DƏRS. 110 BUDDİZM (5) 110 FİRQƏLƏR.. 110 SUAL VƏ TAPŞIRIQLAR.. 115 ON SƏKKİZİNCİ DƏRS. 116 HİNDUİZM (1) 116 MƏQSƏDLƏR VƏ YOLLAR.. 116 HƏYATIN DÖRD MƏQSƏDİ. 117 NİCAT YOLLARI. 119 SUAL VƏ TAPŞIRIQLAR.. 121 ON DOQQUZUNCU DƏRS. 122 HİNDUİZM (2) 122 ALTI MƏKTƏB.. 122 POLEMİKA VƏ TƏDQİQAT. 126 İYİRMİNCİ DƏRS. 127 HİNDUİZM (3) 127 TRİMURTİ. 127 MƏ`BUDLARIN HƏYAT YOLDAŞLARI. 131 POLEMİKA VƏ TƏDQİQAT. 131 İYİRMİ BİRİNCİ DƏRS. 132 HİNDUİZM (4) 132 DİGƏR ƏQİDƏLƏR.. 132 1. SAYSIZ-HESABSIZ TANRILAR.. 132 2. İBADƏT VƏ PƏRƏSTİŞ. 133 3. MƏ`BƏDLƏR.. 133 4. QANQA ÇAYI. 134 5. BRAHMAN.. 135 6. İNƏYİN HÖRMƏTİ. 136 SUAL VƏ TAPŞIRIQLAR.. 137 İYİRMİ İKİNCİ DƏRS. 138 HİNDUİZM (5) 138 FİRQƏLƏR.. 138 POLEMİKA VƏ TƏDQİQAT. 142 İYİRMİ ÜÇÜNCÜ DƏRS. 143 SİQH AYİNİ (1) 143 SİQH AYİNİNİ FORMALAŞDIRAN ZƏMİNLƏR.. 144 NANAKIN TƏBLİĞAT METODU.. 145 SUAL VƏ TAPŞIRIQLAR.. 146 İYİRMİ DÖRDÜNCÜ DƏRS. 147 SİQH AYİNİ (2) 147 ƏQİDƏLƏRİ. 147 2. ALLAHI ZİKR ETMƏK.. 148 5. QRANT. 151 SUAL VƏ TAPŞIRIQLAR.. 151 İYİRMİ BEŞİNCİ DƏRS. 152 TAO AYİNİ (1) 152 KÖKLƏRİ VƏ FƏLSƏFƏSİ. 152 TAO AYİNİN KÖKLƏRİ. 152 SUALLAR.. 156 İYİRMİ ALTINCI DƏRS. 157 TAOİZM (2) 157 ƏXLAQ VƏ DİN.. 157 LAO-TZE FƏLSƏFƏSİ ƏSASINDA ƏXLAQIN ƏSASLARI. 157 B) TAOİZMDƏ SEHRKARLIQ.. 159 C) TAOİZMİN DİNİ YÖNLƏRİ. 160 SUALLAR.. 161 İYİRMİ YEDDİNCİ DƏRS. 162 KONFUSİON AYİNİ. 162 KÖKLƏRİ. 162 KONFUSİON BARƏSİNDƏ.. 162 KONFUSİON AYİNİNİN ƏSAS MƏNBƏLƏRİ. 163 KONFUSİON AYİNİNİN FORMALAŞMA ZƏMİNİ. 164 SUAL VƏ TAPŞIRIQLAR.. 166 İYİRMİ SƏKKİZİNCİ DƏRS. 167 KONFUSİON AYİNİ (2) 167 ƏSAS VƏ E`TİQADLARI. 167 KONFUSİON ƏXLAQI. 167 KONFUSİON AYİNİNİN ƏQİDƏLƏRİ. 170 SUAL VƏ TAPŞIRIQLAR.. 171 İYİRMİ DOQQUZUNCU DƏRS. 172 ŞİNTO AYİNİ. 172 ŞİNTONUN MƏ`NASI. 172 ƏSASLARI VƏ E`TİQADLARI. 173 DİNİ DƏYİŞİKLİKLƏR.. 174 DİNİ AYİN VƏ MƏRASİMLƏR.. 175 SUAL VƏ TAPŞIRIQLAR.. 176 OTUZUNCU DƏRS. 177 ZƏRDÜŞTİLİK (1) 177 MÜQƏDDİMƏ.. 177 ZƏRDÜŞTİLİYİN TARİXÇƏSİ. 177 MUĞAN DİNİ. 178 MEHRPƏRƏSTLİK, YAXUD MİTRAİZİM... 179 SUAL VƏ TAPŞIRIQLAR.. 180 OTUZ BİRİNCİ DƏRS. 181 ZƏRDÜŞTİLİK (2) 181 PEYĞƏMBƏRLİYƏ SEÇİLMƏ.. 182 SUAL VƏ TAPŞIRIQLAR.. 184 OTUZ İKİNCİ DƏRS. 185 ZƏRDÜŞTİLİYİN ƏQİDƏLƏRİ. 185 SUAL VƏ TAPŞIRIQLAR.. 188 OTUZ ÜÇÜNCÜ DƏRS. 189 AVESTA.. 189 SUALLAR.. 192 OTUZ DÖRDÜNCÜ DƏRS. 193 ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ. 193 SUAL VƏ TAPŞIRIQLAR.. 196 OTUZ BEŞİNCİ DƏRS. 197 ZƏRDÜŞT DİNİNDƏKİ DƏYİŞİKLİKLƏR.. 197 1. FİRQƏLƏR.. 197 2. YENİ DİNLƏR.. 198 3. SİAYSİ DƏYİŞİKLİKLƏR.. 200 SUALLAR.. 200 OTUZ ALTINCI DƏRS. 201 BƏNİ-İSRAİL QÖVMÜ.. 201 SUAL VƏ TAPŞIRIQLAR.. 204 OTUZ YEDDİNCİ DƏRS. 205 HƏZRƏT MUSA (Ə) 205 TƏVƏLLÜDÜ VƏ UŞAQLIQ İLLƏRİ. 205 CAVANLIĞI VƏ AİLƏ QURMASI. 206 PEYĞƏMBƏRLİYƏ ÇATMASI. 207 SUALLAR.. 208 OTUZ SƏKKİZİNCİ DƏRS. 209 YƏHÜVƏH.. 209 SUALLAR.. 213 OTUZ DOQQUZUNCU DƏRS. 214 YƏHUDİ TƏFƏKKÜRÜ.. 214 TÖVHİD VƏ ŞİRK.. 214 SEÇİLMİŞ QÖVM... 216 AXİRƏT. 217 SUALLAR.. 217 QIRXINCI DƏRS. 218 YƏHUDİ AYİNLƏRİ VƏ İXTİLAFLARI. 218 ŞƏNBƏ GÜNÜ MƏRASİMİ. 219 BAYRAMLAR.. 220 ŞƏRİƏT HÖKMLƏRİ. 221 YƏHUDİ ƏXLAQI. 221 SUAL VƏ TAPŞIRIQLAR.. 222 QIRX BİRİNCİ DƏRS. 223 TÖVRAT. 223 SUAL VƏ TAPŞIRIQLAR.. 226 QIRX İKİNCİ DƏRS. 227 TƏLMUD.. 227 TƏLMUDUN YAZILMASI. 227 TƏLMUD TƏLİMLƏRİNDƏN BƏZİ NÜMUNƏLƏR.. 229 SUAL VƏ TAPŞIRIQLAR.. 230 QIRX ÜÇÜNCÜ DƏRS. 231 YƏHUDİ FİRQƏLƏRİ. 231 1. FƏRİSYUN.. 231 2. SƏDUQİYYUN.. 232 3. SAMİRİYYUN.. 232 4. İSİNİYYUN.. 233 5. QURRAVUN, YAXUD ƏNANİYYUN.. 233 6. QƏBALƏT. 233 SUAL VƏ TAPŞIRIQLAR.. 234 QIRX DÖRDÜNCÜ DƏRS. 235 SİONİZM... 235 SİONİZM NECƏ YARANMIŞDIR?. 235 SİONİST TƏRZİ-TƏFƏKKÜRÜ.. 237 SUAL VƏ TAPŞIRIQLAR.. 239 QIRX BEŞİNCİ DƏRS. 240 SABEİ DİNİ. 240 MÜQƏDDİMƏ.. 240 SABE KƏLMƏSİNİN LÜĞƏT MƏNASI. 240 DİNİ ƏSASLARI. 241 MÜQƏDDƏS KİTABLARI. 241 FİRQƏLƏR.. 242 ƏQİDƏLƏRİ. 242 AYİNLƏR VƏ HÖKMLƏR.. 243 SUALLAR VƏ TAPŞIRIQLAR.. 243 QIRX ALTINCI DƏRS. 244 MƏSİHİLİK.. 244 MÜQƏDDİMƏ.. 244 İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR.. 245 SUALLAR.. 247 QIRX YEDDİNCİ DƏRS. 248 HƏZRƏT İSA (Ə) VƏ MƏRYƏM... 248 QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT MƏRYƏM (Ə) 248 QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT İSA (Ə) 249 İNCİL NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT İSA (Ə) 250 SUAL VƏ TAPŞIRIQLAR.. 251 QIRX SƏKKİZİNCİ DƏRS. 252 PULS RƏSUL.. 252 PULSUN KEÇMİŞİ. 252 PULSUN İFA ETDİYİ ROL.. 253 SUAL VƏ TAPŞIRIQLAR.. 256 QIRX DOQQUZUNCU DƏRS. 257 MƏSİHİLİYİN ƏQİDƏLƏRİ (1) 257 BİRİNCİ MEHVƏR.. 257 MƏSİHİLİK TƏFƏKKÜRÜNDƏ ALLAH ANLAMI. 257 MƏSİHİ MƏNBƏLƏRİNDƏ TÖVHİD VƏ TƏSLİS. 258 SUALLAR.. 260 ƏLLİNCİ DƏRS. 261 MƏSİHİLİYİN ƏQİDƏLƏRİ (2) 261 İKİNCİ MEHVƏR.. 261 HƏZRƏT MƏSİHİN İNSAN SURƏTİNDƏ NAZİL OLMASI. 261 FİDA.. 262 TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR.. 263 ÜÇÜNCÜ MEHVƏR.. 264 HƏZRƏT MƏSİHİN MÜHAKİMƏSİ. 264 SUALLAR.. 265 ƏLLİ BİRİNCİ DƏRS. 266 MƏSİHİLİYİN ƏXLAQI. 266 ASİMANİ MƏLƏKUT ÜÇÜN HAZIRLIQ.. 267 İNSANLARA MƏHƏBBƏT. 268 RİYAKARLIQDAN UZAQ OLMAQ.. 269 SUALLAR.. 270 ƏLLİ İKİNCİ DƏRS. 271 MƏSİHİLİYİN DİNİ QAYDA-QANUNLARI VƏ MƏRASİMLƏRİ. 271 SUALLAR.. 274 ƏLLİ ÜÇÜNCÜ DƏRS. 275 İNCİL.. 275 SUALLAR.. 280 ƏLLİ DÖRDÜNCÜ DƏRS. 281 RAHİBLİK (TƏRKİ DÜNYALIQ) 281 MÜQƏDDİMƏ.. 281 TARİXÇƏSİ. 281 QƏRBDƏ RAHİBLİK.. 283 SUALLAR.. 284 ƏLLİ BEŞİNCİ DƏRS. 285 MƏSİHİ MƏZHƏBLƏRİ (1) 285 MƏSİHİLİKDƏ MƏZHƏB VƏ FİRQƏLƏRİN YARANMA SƏBƏBLƏRİ. 285 ORTODOKS (ORTHODOX) 287 SUALLAR.. 288 ƏLLİ ALTINCI DƏRS. 289 MƏSİHİ MƏZHƏBLƏRİ (2) 289 KATOLİK (CATHOLİC) 289 PROTESTANT (PROTESTANT) 290 SUALLAR VƏ TAPŞIRIQLAR.. 292 ƏLLİ YEDDİNCİ DƏRS. 293 MƏSİHİ FİRQƏLƏRİ (1) 293 PROTESTANT FİRQƏLƏRİ. 293 1. KALUNİSTLƏR.. 293 2. ANABA PETİSTLƏR.. 294 3. NANKONFURMİSTLƏR.. 294 4. PİVERİTENLƏR.. 294 5. KƏVİKİRLƏR.. 295 6. PİTİSTLƏR.. 295 SUALLAR.. 296 ƏLLİ SƏKKİZİNCİ DƏRS. 297 MƏSİHİ FİRQƏLƏRİ (2) 297 YƏSUİLƏR.. 297 NURMUNLAR.. 298 YƏHÜVƏH (ŞAHİDLƏR) 299 MUNİZM... 299 SUAL VƏ TAPŞIRIQLAR.. 300
MÜQƏDDİMƏ İslamın əziz Peyğəmbəri (s) və məsum imamlar (Allahın salamı onlara olsun) Quranın elmi əsaslarını həyata keçirməklə cəmiyyətdə müqəddəs İslam dininin inqilabi və parlaq mədəni təməlinin əsasını qoymuşlar. O əzizlər maariflərini həyatda yaşatmaq və onun yayılması, tə`limi naminə bu işin ağır yükünü çiyinlərinə çəkməyə qüdrəti olanlardan heç nəyini əsirgəməmək üçün şəriətşünas, təmiz alimlər tərbiyə etmişlər. Müasir dövrdə də istismarçı və zülmkarların ruhanilik, dini təhsil ocaqlarının kökünü kəsmək və ya onların inkişafına, yüksəlişinə mane olmaq, doğru yollarından sapdırmaq üçün göstərdikləri təzyiqlərə rəğmən bu müqəddəs qurum əvvəlkitək möhkəm iradə və alnıaçıqlıqla öz inkişaf və yüksəliş yolunu davam etdirir. Bu qüdrətli elmi-dini mərkəz mövcud olduğu dövrdə müxtəlif nəsillərin ehtiyacını ödəmiş, bəşər tarixində dost və düşmənlərin sual və şübhələrinin aradan qaldırılmasına nail olmuşdur. Belə bir xüsusiyyəti isə o, daha çox mülayimlik, açıqlıq və novatorluq nümayiş etdirdiyi dövrdə kəsb etmişdir. Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər: 1 .İslam elm-maarifinin bütün sahələrinə diqqət yetirmək, bu sahələrin hər birində yorulmadan araşdırma aparmaq və davamlı sə`y göstərmək; 2. Günün tələbinə uyğun və elmi inkişaf, novatorluq xüsusiyyətlərilə dərin düşüncə və qiymətli İslam mirası ilə əlaqəsinin qorunub saxlanılmasını özündə birləşdirəcək şəkildə tədris və dərsliklərin hazırlanma metodlarının mütəmadi olaraq yenidən nəzərdən keçirilməsi; 3. Günümüzün problemləri ilə tanışlıq və Qur`anın elmi prinsiplərinə, möhkəm əqli əsaslara istinad etməklə şübhə və yeni yaranan ehtiyaclara zəmanənin tələbi ilə səsləşən və hətta onu da qabaqlayacaq bir səviyyədə cavab vermək məs`uliyyətini öhdəsinə götürmək. Belə bir şəraitdə, ölkə xaricində Dini-Elmi Müəssisələr Təşkilatı görkəmli tədqiqatçı və alimlərin əsərlərindən faydalanmaqla hazırladığı və təhsil, tədris metodları, dərsliklərin işlənməsini əhatə edən yeni təhsil planında aşağıdakı məqamları nəzərə almışdır: a.) Hər bir dərs saatı üçün nəzərdə tutulan proqrama əsasən hər bir dərsin təhsil məqamlarına riayət olunması; b.) Tədris pillələrinin hər birində tələbələrin elmi səviyyəsinin gözlənilməsi; s.) Bir semestrin dərslikləri arasında bağlılıq və mütənasibliyin gözlənilməsi, materialların keçilməsində yüklənmə və səthilikdən çəkinmək; d.) Dərsliklərin hazırlanma prinsiplərinə riayət etməli.
BİRİNCİ DƏRS
DİN Din nədir? Dinin əsas dayaqları nədən ibarətdir?
Din kəlməsinin müxtəlif mənaları vardır. Onlardan: cəza, itaət, adət, hökm, bağlılıq, qəhr və qələbə və s. qeyd etmək olar. Amma, bu sözün ən mühüm və ümdə mənası İtaət və əmrə tabe olmaqdır. Əlbəttə, dinin bağlılıq mənasında olmasını da nəzərdən qaçırmaq olmaz. Bütün bu mənalara diqqət yetirməklə din anlamını belə tərif etmək olar: 1. Varlığın mənşəyinə itaət üçün insan həyatını nizama salan qanun və hökmlər toplusuna din deyilir. Yuxarıdakı tə`rifi daha da dəqiqləşdirmək üçün dini belə də tərif etmək olar: 2. Din - varlığın mənşəyinə əqidə yolunda insanın rəftar və əməllərində qəbul etdiyi bir bağlılıqdır. Bu iki tərifə əsasən dinin iki mühüm və əsas kökü olacaqdır: 1.Varlığın mənşəyinə əqidə; 2.Bu əqidədən doğan tələblərə əməl etmək. İnsanların, varlığın mənşəyi haqda olan baxışları müxtəlif olduğundan, onların dinə olan münasibətləri də bir-birindən fərqlidir. Ayrı-ayrı şəxslər və ya cəmiyyətlər arasındakı dini ixtilafların da kökü məhz budur. Mərhum Əllamə Təbatəbai din haqda belə deyir: -Quran nöqteyi-nəzərindən, xalq arasında mövcud olan ictimai adət və ən`ənələrə din deyilir. Bu ictimai adət-ən`ənələr də öz növbəsində fitri və haqq dinə və bir də təhrif olunmuş və qeyri-fitri dinə bölünür. Digər bir cəhətdən də, ilahi dinlər ayrı-ayrı fərdlərin və cəmiyyətin islahı, təkamülü, nicat və xoşbəxtliyi üçün göndərilmişdir. Ona görə də dinin mahiyyətini başqa bir ifadə ilə belə izah edirlər: - Din, Allah-Təala tərəfindən bəşəriyyətin xoşbəxtliyə çatmasından ötrü haqq peyğəmbərlərə nazil olan hökmlər və göstərişlər toplusudur. Ona görə bu əmrlərə və qayda-qanunlara tabe olmağı lazım bilmişdir ki, insanlar bunlara tabe olmaqla Allahın və`d və zəmanət verdiyi səadətə çatsınlar. Bəzi alimlər və tədqiqatçılar isə din haqqında belə demişlər: - Din elə bir ilahi quruluşdur ki, ağıl və təfəkkür sahiblərini öz iradə və ixtiyarı ilə dünyada xeyirə və axirətdə isə səadətə tərəf sövq etdirir və onları düzgün yola istiqamətləndirir. Qərb alimləri də din haqqında müxtəlif mülahizələr irəli sürmüşlər. Onlardan bəziləri deyirlər: - Din, yaranmışların yaradan qarşısındakı, insanın Allah, cəmiyyət və özü qarşısındakı vəzifələr toplusudur. Yaxud, - Din insanların öz vacib və zəruri vəzifələrini ilahi əmrlərin nəzərə alınması əsasında olduğunu dərk etmələrinə deyilir. Başqa bir tə`rifdə deyilir: - Din, həmin ibadətdir. İbadət iki məqulədən, iki ünsürdən ibarət bir əməldir. 1.İbadət insan ağlının qəbul və təsdiq etdiyi bir əməldir. İnsan onun vasitəsilə yenilməz bir qüvvənin varlığını qəbul edir; 2.İbadət məhəbbətlə yoğrulan içəridən gələn bir əməldir. İnsan onun vasitəsilə yenilməz bir qüvvənin eşq-məhəbbətinə doğru yüksəlir. Dinə verilən bütün bu təriflərin hamısında müəyyən iradlar və çatışmazlıqlar tapmaq olar. Tərif və izahların müştərək nöqtəsi budur ki, onların hamısı səmavi vəhyə, mütləq vücud sahibinin (yəni Pərvərdigarın) varlığına inama əsaslanır. Ona görə də belə tərifləri yalnız ilahi dinlərə aid etmək olar. Halbuki, bəşəri əqidələrin arasında qeyri-İlahi dinlər də mövcuddur. Kor- təbii surətdə yaranaraq təkcə insan ağlına əsaslanan, yaxud xəyal və gümanlardan yaranan xurafat dinlər və ümumiyyətlə bütlərə, ulduzlara, mələklərə və s. əsaslanan dinlər də vardır. Bunları nəzərə alsaq, belə dinlər yuxarıdakı tərifdən kənarda qalacaq. Halbuki, Quran nöqteyi-nəzərindən bu kimi düzgün olmayan əqidələr də din adlandırılmışdır. Ali-İmran surəsinin 85-ci ayəsində oxuyuruq: - Hər kim İslamdan başqa bir din ardınca gedərsə, heç vaxt ondan qəbul olunmaz. Bundan əlavə, Kafirun surəsinin 5-ci ayəsində buyurulur: - Sizin öz dininiz və mənim də öz dinim vardır. Yuxarıda qeyd olunan bu çatışmazlığlar, bəzi dinşünas alimlərin dinin tərifini genişləndirməsinə səbəb olmuşdur. Onlar dinin tərifində yazırlar: - Din, insanların mütləq azadlığına və özbaşınalıqlarına mane olan çəkinmələr və pəhrizlər toplusuna deyilir. Başqa bir tərifdə deyilir: - Din, insanların müqəddəs hadisə və varlıqlarla bağlı olan əməl və etiqadlarından ibarətdir ki, onlar bir-biri ilə sıx əlaqədədir. Yuxarıdakı iki tərifdə mütləq vücud və varlıq sahibindən danışılmır. Bu kimi izahları qəbul edənlər, əslində qeyri-İlahi dinləri də dinin tərifinə daxil etmək istəmişlər. Lakin bu mövzuda başqa bir məsələyə də diqqət yetirmək lazımdır. Dinlər tarixi barədə nəzəriyyə irəli sürən tarixçilər yekdilliklə bu qənaətə gəliblər ki, bəşər tarixində formalaşan bütün cəmiyyətlərdə daimi olaraq, insan həyatının əvvəli və sonu, varlığın və yaradılışın səbəbləri haqda düşünüblər. Bu barədə onlar müəyyən fikirlər irəli sürmüş və ona e`tiqad bəsləmişlər; düzgün və ya səhv, haqq və ya batil, ağıl və məntiqə uyğun və ya xurafi olmasından asılı olmayaraq, onları qəbul etmişlər. Başqa sözlə desək, xurafi dinlərin meydana gəlməsi insanların özü barəsindəki suallara necə cavab tapmalarından asılı olub. İnsanlar daim - Haradan gəlmişəm?, - Nə üçün gəlmişəm?, - Hara gedirəm? və bu kimi digər suallara cavab tapmağa çalışıb. İlahi və xurafi olmasından asılı olmayaraq, demək olar ki, bütün dinlər varlığın nizam və quruluşu barədə müxtəlif cür düşünüb müəyyən nəzəriyyələr irəli sürüblər. Onların arasında nəzərə çarpan fərq, yalnız bu fikirlərin məntiq və əql və ya xurafat və mövhumat əsasında olmasındadır. Gələcək dərslərdə öyrənəcəyik ki, Buddizm, Caynizm və Konfisiyus əqidələrində varlığın yaradanına etiqadın olmasını təsəvvür etmək səhv və qəbulolunmazdır. Buradan mə`lum olur ki, varlığın mənşəyinə e`tiqad bütün dinlərin əsas özəyini təşkil edir. Diqqət olunmalı başqa bir əsas da pərəstiş və ibadətin əsaslarıdır ki, yuxarıdakı təriflərin bəzilərində öz əksini tapmışdır. İnsan varlıq aləminin başlanğıcını dərk etdikdən sonra başa düşür ki, onun yaradanı sonsuz qüdrət və diqqət sahibidir. İstər-istəməz insan Onun bu əzəmət və qüdrəti qarşısında özünü zəif, gücsüz və möhtac hesab edir. Ona görə də insanda bütün qəlbi ilə əyilmə, boyun əymə, itaət hissi yaranır. Bu hisslə yanaşı insanda mütləq varlıq müqabilində ehtiyac hissi və müqəddəs bilmək, məhəbbətini izhar etmək hissi əmələ gəlir. Belə bir halətə ibadət və pərəstiş deyilir. Əslində, insan bir tərəfdən varlığın Yaradanının qəzəb və tədbirinin qorxusundan amanda qalmaq, başqa tərəfdən də Onun razılığını, lütf və mərhəmətini qazanmaq istəyir; Ondan kömək almaqla öz ehtiyaclarını tə`min etməyə çalışır. Bu iş adətən xüsusi əməl və zikrlər vasitəsilə həyata keçirilir; bu hər bir din və məzhəbdə özünə xass şəkildə, müxtəlif cür baş verir. Ona görə də hər bir dinin ibadət və mərasimləri başqa dinlərdən fərqlidir. Müəyyən bir dinə e`tiqad bəsləyən şəxsin ibadət forması onun varlıq mənşəyini necə tanımasını və dərk etməsini göstərir. Qeyd etmək lazımdır ki, dində boyun əymə və itaət yalnız varlığı idarə edən yenilməz qüvvə sahibinə tabe olmaqdan ibarət deyil. Çünki, varlıq aləmində yerin cazibə qüvvəsi kimi elə qüvvələr vardır ki, insanlar istər-istəməz onlara boyun əyir və tabe olur. Bu kimi hallara adətən ibadət deyilmir. İbadət elə bir təzim, itaət və boyun əyməyə deyilir ki, əvvəla o, tə`zim olunan və müqəddəs sanılan bir zat və həqiqi varliğın müqabilində olsun. Məlum olduğu kimi, varlıq aləmində heç bir qüvvə təkcə qorxulu və qəzəbli olduğu üçün müqəddəs sayılmır və təzim olunmur. İkincisi, elə bir zat və varlığı müqəddəs sayılır və təzim olunur ki, mütləq dərəcədə kamala və yenilməz vəsflərə malik olsun. Belə ki, o zat və qüdrət bütün varlıqlardan üstün olmalıdır ki, insan bu mütləqiyyətə görə özünü ona möhtac bilib onun müqabilində pərəstiş hissi keçirsin. Beləliklə, məlum olur ki, hər hansı bir varlığı müqəddəs sanmaq və ya ona təzim etmək heç də həmişə sitayiş etməklə yanaşı olmur. Məsələn biz şərəf, namus, azadlıq, səxavət və s. bu kimi məfhumlara dərin hörmət və təzimlə yanaşır, lakin heç vaxt onlara ibadət və pərəstiş etmirik. Üçüncüsü, elə bir zat və qüdrətə pərəstiş olunur ki, təbiət və maddi varlıqların növündən olmasın. Bu zat və varlıq hər bir şeydən yüksək olub, bütün varlıqlara hakim olmalıdır; bütün yaranmışlarda dəyişiklik etmək qüdrətinə malik olub, mənəvi və maddi ehtiyaclarımızı ödəyə bilməlidir. Nəhayət, bu ulu və müqəddəs Zat bütün varlıq aləminin tədbirini öz üzərinə götürməlidir; varlıqlardan və mövcudatdan ayrı olmamalı, bəşəriyyətlə, bütün yaranmışlarla dərin və qırılmaz tellərlə bağlanmalıdır; onların bütün sirlərini və ehtiyaclarını bilməlidir, dərd-qəmindən və istəklərindən xəbərdar olmalıdır. O, hər bir dində mövcud olan - xüsusi şərtlərə riayət olunduqda onları istəklərinə çatdırmalıdır. Beləliklə, aydın olur ki, dində boyun əymə və tə`zim hissi əslində varlıq aləminin mənşəyi olan mə`bud kimi pərəstiş və ibadət olunan yenilməz qüvvət və qüdrət sahibini müqəddəs sayıb ona tə`zim etməkdən ibarətdir. Burada belə bir sual qarşıya çıxa bilər. Bu qayda-qanunlar bütün ilahi və qeyri-ilahi dinlərə də aiddirmi? Məlum olduğu kimi, bir çox ibtidai-xurafi dinlərdə daş, ağac, çay, dəniz, ulduz, quşlar və bu kimi digər şeylər müqəddəs sayılır və insanlar onlara pərəstiş edirdilər. Amma yuxarıda sadaladığımız xüsusiyyətlərin heç biri onlarda yoxdur. Bu sualın cavabında demək lazımdır ki, belə ibtidai dinlərin ardıcıllarının fikirlərini, düşüncə tərzlərini tədqiq etdikdə mə`lum olur ki, bizim totem və ya büt adlandırdıqlarımızın heç birinə onlar heç vaxt müstəqil bir rəbb və məbud inancı ilə ibadət etməyiblər. Yəni, heç də ibtidai insanlar daş, ağac və s. şeylərə, onların həyatında və işlərində hansısa bir ehtiyaclarını ödəyə biləcək bir tərzdə əqidə bəsləməyiblər. Onlar öz səhv etiqadlarına görə bütün bunları uca və yenilməz qüdrətin feyz və rəhmət vasitəsi hesab edirdilər; güman edirlərmiş ki, bu əşyaları müqəddəsləşdirməklə və onlara təzim etməklə həqiqi rəbbi özlərindən razı salar və yaxud onların vasitəsilə öz hacət və istəklərinə çatarlar. Onlar bu totem və bütləri e`tiqad bəslədikləri həqiqi məbudun xüsusiyyətlənin təcəllisi kimi düşünürdülər. Qurani-Kərimdə bütpərəstlərin məntiqi və onların bütləri müqəddəsləşdirmələrinin səbəbi barəsində belə oxuyuruq: (Bütpərəstlər)dedilər: - Biz bunlara (bütlərə) yalnız Allaha yaxın olmaqdan ötrü pərəstiş edirik. Bu izahla əvvəldə dediklərimizi belə tamamlayırıq. Dinin iki əsas dayağı vardır: 1. Varlıq aləminin sahibinə etiqad - yə`ni öz yenilməz qüvvət və qüdrəti ilə varlıq aləmini idarə edənə e`tiqad. 2. Bu etiqaddan doğan tələblərə əməl etmək və onun mütləq varlıq sahibinə məbud, rəbb adı ilə təzim və pərəstiş etmək - bu yolla onun razılığını qazanıb, maddi-mənəvi ehtiyaclarımızı təmin etmək.
SUALLAR
1. Dinin lüğəvi mənası nədir? 2. Dinin terminoloji mənası nədir? 3. Dinin əsas kökləri hansılardır? 4. Bütün dinlərdə Allaha etiqad inancı vardırmı? 5. Bütün dinlərdə pərəstiş və ibadət ayini vardırmı? İKİNCİ DƏRS
DİNƏ MEYLİN SƏBƏB VƏ MOTİVLƏRİ (1) Date: 2015-12-11; view: 1178
|