Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






CÜ DƏRS: XOŞBƏXT OLMAQ ÜÇÜN.

İnsan Nyutonun qanunlarını, nisbilik nəzəriyyəsini bilmədən xoşbəxt ola bilər. Nə Nyuton, nə də Eynişteyn bu biliklərdən xəbərsiz insanları bədbəxt hesab etməmişlər.

Bu dini biliklər necə, bu biliklərə malik olmayan insan xoşbəxt ola bilərmi? Əgər insan hətta cəmiyyətdən ayrılıb, kimsəsiz bir səhraya pənah apardıqda belə öz qanunları ilə yaşaya bilmirsə, demək daha üstün qanunlara ehtiyac var. Yalnız ən qüdrətli varlığın çıxardığı qanuna tabe olan insan xoşbəxt ola bilər. Ən qadir varlıq isə Allah-təaladır və onun qanunları bütün varlıq aləmini öz tə`siri altında saxlayır. İnsanın səadət yolunu Allahdan yaxşı kim tanıya bilər?! Böyük yaradıcı isə göndərdiyi din vasitəsi ilə insana xoşbəxtlik yolunu göstərir. Demək dini biliklərdən məhrum insanın səadət yolunu tapması qeyri-mümkündür.

Amma ali dini təhsil almaq olduqca çətindir. Ötən 22 dərsdən mə`lum oldu ki, İslam elmləri nəhayətsiz bir ümmandır. Bu elmlərə yiyələnmək istəyənlər tarix boyu vətənindən və doğmalarından ayrılıb, uzaq ölkələrə hicrət etmiş, min bir əziyyətə qatlaşaraq İslami biliklərə yiyələnmişlər. Belə bir fədakarlıq çətin olsa da, insan zəruri dini biliklərdən xəbərsiz qala bilməz. Gündəlik mütaliə üçün vaxt ayırmaq olduqca zəruridir.

Biz İslam elmləri ilə xülasə şəkildə tanış olduq. İndi isə qarşıda sual durur: nə etməli?

CÜ DƏRS: DİN

Din bəşəriyyətə səadət yolunu göstərmək üçün Allah tərəfindən peyğəmbərlər vasitəsi ilə göndərilmiş həyat proqramıdır. Xoşbəxt olmaq istəyən insan bu proqrama əməl etməlidir. Dini əqidə insanın qəlbində yerləşmiş gizli nəzarətçi kimidir. O, insanı çirkin işlərdən çəkindirir, gözəl sifətlərə vadar edir.

Dünya həyatı öz eniş-yoxuşları ilə labirinti xatırladır. Din iki yol ayrıcında dayanmış insana doğru yolu göstərir. Dünya çətinlikləri ilə üzləşmiş insan iman qüvvəsindən güc alaraq Allaha üz tutur və Allahın yardımı ilə keçilməz sədləri aşır.



124 min peyğəmbərin sonuncusu Həzrət Məhəmməd (s), beş ilahi kitabın sonuncusu isə Qur`ani-kərimdir. Qur`ani-kərimin “Bəqərə” surəsində buyurulur: “Bu kitab heç bir şübhə olmayan və təqvalılara doğru yol göstərən kitabdır. (Təqvalılar) o kəslərdir ki, qeybə inanır, namaz qılır, və onlara verdiyimiz ruzilərdən ehsan edirlər.” (a - 2 – 3)

İslam tə`limləri üç hissədən ibarətdir:

1. E`tiqadlar (üsuli-din: tövhid, ədl, nübüvvət, imamət, məad).

2. Əxlaq

3. Əməllər (fürui – din: namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be mə`ruf, nəhy əz münkər, təvəlla, təbərra)

Bu üç elmi öyrənmək üçün bütün müsəlmanlar üçün fərizə, yə`ni vacib hesab olunur. Xoşbəxt olmaq istəyən insan dinin əsaslarına inanmalı, düzəldib dini hökmlərə əməl etməlidir.

25-Cİ DƏRS: ALLAHA İNAM (TÖVHİD)

Heç bir insan, hətta yaranmışların ən şərəflisi olan həzrət Məhəmməd (s) Allahın müqəddəs zatını dərk edə bilməz. İnsanın başa düşə biləcəyi yalnız Allahın adlarıdır. Allahın elə adları vardır ki, bu adları yalnız övliyalar dərk edə bilər.

Ad nişanə, əlamətdir. Bütün yaranmışlar, eləcə də bütün aləm Allahın müqəddəs zatının nişanələridir. Xaricdən səbəb olmadan bir şey digərinə çevrilə bilməz. Məsələn suyun buza dönməsi üçün xaricdən səbəb olmalıdır. Demək, heç nə öz-özünə yaranmır və bir haldan başqa hala keçmir. Bu deyilənlər varlıq aləminin yaranmasında yaradanın varlığına əqli dəlildir.

Əlbəttə ki, bir həqiqətin qəbulunda dəlillərə malik olmaq müsbət haldır. Amma Allaha inam məsələsində dəlil taxta ayaq kimi gücsüzdür. İnsanın vicdanı var və bu vicdan insanı daim Allaha iman gətirməyə cağırır. Təəssüf ki, həqiqətə gedən yolda nəfs istəkləri maneə olaraq qalır. Allah-təala peyğəmbər vasitəsi ilə kitab göndərərək insana əl tutur.

Qur`ani-kərimin “Ə`raf” surəsinin 59-cu ayəsində oxuyuruq: “(Nuh öz qövmünə dedi) Ey mənim qövmüm, Allaha ibadət edin, sizin ondan başqa tanrınız yoxdur”: Eyni çağırışla uyğun surənin 73-cü və 85-ci ayələrində qarşılaşırıq.

İslam peyğəmbərinin ilkin şüarı da bu oldu: “Deyin: Allahdan başqa tanrı yoxdur!”

26-CI DƏRS: TÖVHİDİN DƏLİLLƏRİ

Əvvəlki dərslərdə qeyd etmişdik ki, dinin beş üslunu kor-koranə qəbul etmək olmaz və bu məsələdə təqlidə icazə verilmir. İnsan istənilən bir yolla dinin beş əsasına inam əldə etməlidir. Qur`an və hədislərdə Allahın birliyinə dəlil olacaq kifayət qədər buyuruqlar vardır.

“Bəqərə” surəsində oxuyuruq: “Sizin tanrınız vahid Allahdır və Ondan başqa tanrı yoxdur... Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini tə`qib etməsində, insanlara fayda üçün dənizdə üzən gəmilərdə, Allahın yağış endirib ölü yeri diriltməsində, növbə-növ heyvanları ətrafa yaymasında, küləkləri dolandırmasında, göylə yer arasında Allaha tabe olan buludlarda ağıl sahibləri üçün dəlilər vardır:” (a. 163-164)

Təbiətə nəzər salın, yerin günəş, ayın yer ətrafındakı hərəkətini izləyin. Yerin günəş ətrafında fırlanmasından dörd fəsil, yerin öz oxu ətrafında fırlanmasıından isə gecə gündüz yaranır.

Günəş istisindən dənizin suyu buxarlanıb buludu dönür, havadakı istilik fərqindən yaranmış küləklər buludları dağlara qovur. Dağlara yağan qar və yağışlardan yaranmış çaylar yer üzünün yaşıl örpəyini dirçəldərək yenidən dənizlərə qayıdır.

Bütün bu qanunauyğunlular, kainatın obyektiv nizamlı quruluşu bir Allahın varlığına şəhadət vemirmi?! Tovuz quşunun günəş şüaları altda bərq vuran əsrərəngiz surəti böyük rəssamdan danışmırmı?!

Təssüf ki, bir dəlillə kifayətlənməli olduq...


Date: 2016-01-14; view: 746


<== previous page | next page ==>
Cİ DƏRS: ÜRFANDA MƏNZİLLƏR. | Cİ DƏRS: ALLAHIN ADLARI
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)