Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Cİ DƏRS: ALLAHIN ADLARI

“Həşr” surəsinin 24-cü ayəsində buyurulur: “Ən gözəl adlar Ona məxsusdur.” “Əllah” kəlməsi zatı addır və ondan 99 ad və sifət birləşir. İslamda əxlaq mövzusunun əsasını bu ad və sifətlərin tanınması təşkil edir. Hədislərdə buyurulur ki, özünüzü ilakhi əxlaqla zinətləndirin. İnsan ilahi sifətlərə yiyələnməklə həqiqi insanlıq məqamına nail olmalıdır. İdeal bir cəmiyyət qurmaq üçün bu cəmiyyətdə ilahi sifətlər cilvələnməlidir.

Məsələn, cəmiyyət sülhə eytiyaclıdır. Allahın “Səlam” adı bu sülhü ifadə edir.

Məsələn, fərdi və ictimai həyatda xoşbəxt olmaq üçün mehribanlıq və bağışlamaya ehtiyac var. Allahın “Rəhman və Rəhim” adları bu iki sifəti təcəssüm etdirir. Allahda olan elm, qüdrət, ədalət kimi sifətlər “sübutiyyə” və ya “cəmaliyyə” sifətləri adlanır. Amma elə sifətlər də vardır ki, Allah bu sifətlərdən uzaqdır. Məsələn, cism, zaman, məkan, mürəkkət kimi sifətlər Allahda yoxdur və belə sifətlər “səlbiyyə” və ya “cəlaliyyə” adlanır.

Bundan əlavə ilahi sifətlər zatı və fe`li olmaqla iki yerə bölünür. Zatı sifətlərə Allahın qüdrət, elm kimi sifətləri aiddir. Zatı sifətlərə Allahın qüdrət, elm kimi sifətləri aiddir. Zatı sifətlərin mövcudluğu heç nədən asılı deyil. Məsələ, başqa vücud olsa da, olmasa da Allah alimdir. Amma Allah bir iş görmədən fe`li sifət gerçəkləşməz. Məsələn, Allah məxluqu yaratdıqdan sonra “xaliq” sifəti gerçəkləşir.

28-Cİ DƏRS: ƏDALƏT (ƏDL)

İslam dinində beş əsas e`tiqaddan biri ədl, yə`ni Allahın ədalətli olmasıdır. Ədl Allahın kamal sifətlərindən biridir. Allah bütün işləri hikmətlə gördüyündən, alim olub bütün yaxşılıqları və pislikləri tanıdığından, zatən ehtiyacsız olduğundan Onun kimsəyə zülm etməsi qeyri-mümkündür.



İnsanı ədalətə çağıran Allah neçə ola bilər ki, kimsəyə zülm etsin. “Ər-rəhman” surəsinin 9-cu ayəsində buyurulur: “Tərəzini düz tutun və çəkini əskiltməyin”

Materialist əqidəli insanlar dünyada baş verən hadisələrin əsil mahiyyətini anlamadan bə`zən insana zülm olunduğunu iddia edirlər. Əslində isə zahirən zülm görünən hadisənin arxasında ilahi ədalət` dayanır. “Bəqərə” surəsinin 216-cı ayəsində Allah-təala buyurur: “Xoşlamadığınız bir çox şeylər var ki, sizə xeyrlidir”. Başqa bir ayədə oxuyuruq: “Qiyamət günü ədalət tərəzisini qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz.” (“Ənbiya”, 47) Demək, insan hadisələrin mahiyyətini dərk etmədən qərar çıxarmamalıdır.

Şəhid Dəstğeyb belə bir rəvayət nəql edir:

Peyğəmbərlərdən biri çay kənarından keçərkən uşaqların bir kor oğlanı suya batıraraq ona əziyyət verdiklərini görür. Peyğəmbər Allaha dua edir: “Pərvərdigara, bu uşağın gözünə şəfa ver ki, bu əziyyət çəkməsin. “Allah uşağa şəfa verir. Gözləri açılmış oğlan ətrafındakı uşaqları suya batıraraq bir-bir boğmağa başlayır. Peyğəmbər duasına peşiman olub, səhvini anlayır.

29-CU DƏRS: PEYĞƏMBƏRLİK (NÜBÜVVƏT)

Atom hissəvcəyindən tutmuş ulduzlaradək bütün yaranmışlar ilahi nizam nizam əsasında kamilliyə doğru gedir. Toxumdan cücərən nihal qol-budaq atıb iri gövdəli ağaca çevrilir. Bal arısının həyatındakı ictimai nizam insanı heyran qoyur. Demək, bütün mövcudların həyat və fəaliyyətində ilahi qanunlar hökm sürür. İnsan isə yaranmışların şərəflisi hesab olunur. Əgər belədirsə, insan qanunauyğun təkamüldən kənar qala bilərmi?!

İnsan azaddır və daim iki yol ayrıcındadır. Onun kamilliyi batil yox, haqq yolu seçib, davamlı hərəkət etməkdədir.

Yaranmış öz yaradıcısının qununlarına tabe olmadan səadətə çata bilməz. Bəs bu qanunları haradan əldə etməlidir? “Bəqərə” surəsinin əvvəllər zikr etdiyimiz 2-ci ayəsinə bir daha nəzər salaq:” ... təqvalılara doğru yol göstərən kitab” Bu kitabın ayələri 23 il ərzində Həzrət Məhəmmədə” vəhy olunmuşdur. Bütün peyğəmbərlərin vəzifəsi insanları doğru yola də`vət etməkdir.

Müxtəlif dini mənbələrdə bəşəriyyətə 124 min peyğəmbər göndərildiyi bildirilir. Onlardan beşi “ülul-əzm”, yə`ni böyük peyğəmbər hesab olunur: Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə)və Məhəmməd(s).

Peyğəmbərlik və ya nübüvvət tovhid və ədldən sonra 3-cü əsas e`tiqaddır. Hər bir müsəlmanın peyğəmbərlik həqiqətini qəbul edib, peyğəmbərlərin gətirdiyi ilahi göstərişlərə itaət etməsi vacibdir.

30-CU DƏRS: NÜBÜVVƏTİN DƏLİLLƏRİ

İstənilən birimiz savadsız bir dostumuzdan gözəl işvədə yazılmış, mntiqli bir məktub alsaq, bu məktubun başqa birisi tərəfindən yazıldığını iddia edərik. Bəs nə üçün əksəriyyəti savadsız, təhsil görməmiş peyğəmbərlərin əsrarəngiz, ilahi üslubda çağırışı insanları düşündürmür? Son peyğəmbər Həzrət Məhəmmədin (s) hansı hansı mühitdə boya-başa çatdığı hamıya bəllidir. Bə`zi düşündürücü məqamlara nəzər salaq:

1. Elmdən uzaq cahil ərəb mühitində ərsəyə çatmış həzrət Məhəmməd (s) təhsil almadığı halda, tanınmış dünya alimlərini heyran qoyan Qur`anı heç vəchlə özündən uydura bilməzdi. ”Yunis” surəsinin 16-cı ayəsində həzrətin (s) dili ilə buyurulur: “Mən Qur`andan qabaq bir ömür sizin aranızda qalmışam, başa düşmürsünüzmü?”

2. Bəşər tarixində yalancı peyğəmbərlər çox olub. Yalançı peyğəmbərliyin əlamətlərindən biri xalqdan təmənna olub. Məkkə böyükləri peyğəmbərlik iddiasından əl çəkməsi müqabilində həzrət Məhəmmədə (s) vəzifə, var-dövlət təklif etdikdə həzrət (s) belə cavab verir: “And olsun Allaha, günəşi sağ, ayı da sol ovucuma qoysanız da, öz risalətimdən əl çəkməyəcəyəm.” “Hud” surəsinin 51-ci ayəsində bu təmənnasızlıq öz əksini belə tapır: “Mən peyğəmbərliyimə görə sizdən əvəz istəmirəm.”

3. Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə ən aşkar dəlil mö`cüzə hesab olunan Qur`ani-kərimdir. “İsra” surəsinin 88-ci ayəsində oxuyuruq: “Əgər insanlar və cinlər əl-ələ versələr belə, Qur`anın mislini gətirə bilməzlər.”

31-Cİ DƏRS: İMAMLIQ (İMAMƏT)

Nübüvvət ilahi hökmləri təbliğdən ibarətdirsə, imamət bu hökmlərin cəmiyyətdə reallaşmasını tə`min edir. Həzrət İbrahim (ə) əvvəlcə nübüvvət, sonra isə imamət məqamına seçilmişdir. Allah-təala İbrahim peyğəmbərə (ə) buyurur: “Sənin insanlara imam etdim.” (“Bəqərə”, 124

Həzrət Məhəmməd (s) də təkcə nəbi yox, eləcə də imamlıq məqamına malik idi. Onun rehlətindən sonra imamlıq müssiyası başa çatmır. İlahi göstərişlərin cəmiyyətdə icrası üçün bu məqam son peyğəmbərin soyundan olan 12 mə`sum imama həvalə olunur. Müsəlmanların beş dini e`tiqadından biri 12 imamın ilahi məqamına inamdır. Həzrət Əli (ə) ilk imamlığa seçildiyi zaman ayə nazil olur: Bu gün dinimizin kamil etdim.” (Maidə, 3) Məşhur “səqəleyn” hədisində Həzrət Məhəmməd (s) buyurur: “Sizin üçün iki əmanət qoyub gedirəm: Qur`an və əhli-beyt.” Rəvayətlərə əsasən əhli-beyt həzrət Fatimə (s) və on iki mə`sum imamdır.

1. Həzrət Əmirəl-Mö`minin Əli ibni Əbu Talib (ə)

2. Həzrət İmam Həsən Müctəba (ə)

3. Həzrəti İmam Hüseyn Seyyidüşşühəda (ə)

4. Həzrət İmam Səccad (ə) (Zeynəl –abidin)

5. Həzrət İmam Məhəmməd Baqir (ə)

6. Həzrət İmam Cəfəri Sadiq (ə)

7. Həzrəti İmam Museyi Kazim (ə)

8. Həzrət İmam Riza (ə)

9. Həzrət İmam Məhəmməd Təqi (ə)

10. Həzrət İmam Əliyyən Nəqi (ə)

11. Həzrət İmam Həsən Əsgəri (ə)

12. Həzrət İmam Mıehdi (ə)

32-Cİ DƏRS: İMAM VƏ RƏHBƏRİN VƏZİFƏLƏRİ

Ayə və hədislərə əsaslanaraq İmam Rahil (r) “Yeni risalətdə” imam və rəhbərin vəzifələrini bəyan edir:

1. İmam əmələn İslam və Qur`anın aynası olmalı və xalq onun mə`rifətindən faydalanmalıdır.

2. İmam ictimai nizamı qorumalı, mə`suliyyətləri bölüşdürməlidir.

3. İmam təfriqələrin qarşısını alıb, birlik yaratmalıdır.

4. İmam kor-koranə təqlidlə mübarizə aparmalıdır.

5. Yaxşıya də`vət və pisdən çəkindirmə (əmr be mə`ruf və nəhy əz münkər)

6. Zərərli və murdar maddələr, qidalar qadağan olunmalıdır.

7. Xalqın istismarına verilməməlidir.

8. Tövhidə bağlı cəmiyyət tərbyə olunmalıdır.

9. İmam zülmə yol verməyib, zalımlarla mübarizə aparmalıdır.

10. İstimai ədalətin bərpası və hifzi

11. Günahkarlığın qarşısının alınması

12. Cəmiyyətdə dini hökmlərin icrası

13. Düşmənlə mübarizə

14. Gəlirlərin bölküsü

15. Cümə və cəmiyyət namazlarının bərpası

16. İmam məzlumları müdafiə etməlidir.

17. İmam dində bid`ətlərin, dəyişikliklərin qarşısını almalıdır.

18. Dinsizlərin dinə təcavüzünə cavab.

33-CÜ DƏRS: MƏAD (ÖLÜMDƏN SONRA HƏYAT)

Qur`ani kərimdə yüzdən çox ayədə məaddan, yə`ni ölümdən sonrakı həyatdan danışılır. Yaranış nizamının məntiqi davamı olan məada e`tiqad İslamda beşinci əsas e`tiqaddır.

İnsan bir damla sudan yarandığını unudubmu?! Doğrudanmı, heçdən yaranmış bir məxluq qəbirdəki çürümüş sümüklərdən yenidən diriləcəyinə inanmaya bilər?!

“O, yaradılışı başlayan, sonra onu bir daha təkrar edən kəsdir. Bu iş onun üçün çox asandır.” (“Rum”, 27) “...Göyləri və yerləri yaradan, bu yaradılışda acizlik göstərməyən Allah ölüləri diriltməyə də qadirdir.” (Əhqaf,” 33)

Məadın inkarı ilahi ədalətin inkarıdır. Əgər dünya həyatı ölümlə sonuclansaydı, hansı ilahi ədalətdən danışmaq olardı?! Millətlərin qanını sovurub, uca imarətlərini al rəngə boyayan zalımlar cəzalanmayacaqsa, həqiqət yolunda fədakarlıq nəyə lazımmış?! Yox! Belə olası deyil! “Hər kəs zərrəcə pislik etsə, cəzasını alacaqdır.” (“Zilzal”, 7 – 8)

...Bütün insanlar öz ruhunu nə zamansa Əzrail mələyə təslim edəcək. Qəbr evində ilkin sorğudan keçən insan bərzəx aləmində müvəqqəti sığınacaq tapacaq. Və`d olunmuş gündə qiyamət bərpa olacaq və ən ağır sorğular başlanacaq. Və nəhayət, kimi olduğu əbədi behiştə, kimi inanmadığı əbədi cəhənnəmə qovuşacaq!

CÜ DƏRS: ƏXLAQ.

Qeyd etmişdik ki, İslam tə`limi üç hissədən ibarətdir və onun ikinci hissəsi əxlaqdır. Əxlaq nəfsin tərbiyyəsi ilə məşğul olan olduqcu əhəmiyyətli bir elmdir. Dini mənbələrə istinadən mələklər yalnız əqlə, heyvanlar isə yalnız nəfsə malik olduğu tərbiyə edən insan mələkdən üstün, nəfsini öz başına buraxan insan isə heyvandan alcaqdır. Dinin əsaslarına inanıb, hökmlərinə əməl edən insan nəfsini tərbiyə edib, özünü gözəl əxlaqa çatdırmazsa, xoşa gəlməz aqibətlə üzləşər. Qur`ani-kərimin üç ayəsində tərbiyə sözü tə`lim sözündən əvvəl şilədilib (2: 151, 3: 164, 62 : 2)

İslam peyğəmbəri (s) buyurur: “Sizə əxlaqi dəyərləri tövsiyə edirəm.” İmam Sadiq (ə) buyurur: “Allah təala peyğəmbərləri insanların əxlaqının tərbiyəsi üçün göndərilmişdir.” Həzrət Əli (ə) buyurur: “Əxlaqi dəyərlər səadət yoludur.”

İmam Səccad (ə) belə dua edir: “Pərvardigara, daim pisliyə çağıran nəfsdən sənə şikayət edirəm.”

Bəli, insanın iki “mən”i var: Heyvan və insani. Heyvani “mən” itaət edən insanın istəyi yemək-içmək, şəhvət, geyim, ev-eşik, cah-cəlaldır. İnsani “mən” isə əqli düşünməyə, gördüklərindən nəticə çıxarıb, ilahi göstərişlərə itaət etməyə, əxlaqını zinətləndirməyə çağırır. “Nəcm” surəsinin 39-cu ayəsində buyurulur: “İnsana çalışqanlığından başqa bir şey qalmaz.”

35-Cİ DƏRS: VƏZİFƏ

İslam dinində təqdim olunmuş İlahi proqramda üç istiqamətdə vəzifələr müəyyənləşdirilmişdir:

1. Allah qarşısında vəzifələr.

2. Şəxsi vəzifələr

3. Cəmiyyət qarşısında vəzifələr.

Allahı tanıyıb Onun buyuruqlarına itaət etmək insanın ilkin vəzifəsidir. Səadət sorağında olan insan anlamalıdır ki, bu səadət Allah-təalanın ixtiyarındadır.

Predmeti tanımadan onun forma və məzmununu dəyişmək olmaz. Məsələn, tanımadığı iki metalı bir-birinə qaynaqlamaq istəyən insan müfəvvəq ola bilmir. Metala qaynağın hərarəti dəydikcə onu əridib mayeyə çevirir.

Allah öz yaratdığı insanı hamıdan tanıdığı üçün Onun göstərdiyi səadət yolu ən doğru yoldur. Amma ilahi yolda hərəkətə başlamalı olan insan özü də özünü tanımalıdır. Həzrət Əli (ə) buyurur: “Özünü tanıyan insan ən yüksək mərifət mərtəbəsinə çatıb”.

Axı öz iste`dadlarından xəbərdar insan necə ola bilər ki, heyvani həyat tərzində yaşasın?! Özündə əql qüvvəsini duyan insan tərəqqisiz dura bilərmi?! Özünü tanıyan insanın heyvan kimi uyub çılpaq və iffətsiz, yırtıcı və mərhəmətsiz həyat sürməsi qeyri-mümkündür. Öz insani şəxsiyyətini tanıyan insan özünə və özgələrə biganə qala bilmir, fərdi və ictimai vəzifələrinə məs`uliyətlə yanaşır.


Date: 2016-01-14; view: 857


<== previous page | next page ==>
CÜ DƏRS: XOŞBƏXT OLMAQ ÜÇÜN. | Cİ DƏRS: İNSAN ÖZ TƏBİBİDİR.
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.009 sec.)