Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Zləyici: Kürdüstandan Cənab Abdullah

Mən Ayətullah Qəzvinini salamlayıram və proqramı əvvəldən izləyirəm. Hacı mətləbləri çox qəşəng bəyan edir. Mənim bir neçə qeydim olacaq və onları çatdırmaq istəyirəm:

Özlərini əhli sünnətin nümayəndəsi hesab edən bu vəhhabi kanallarına bir sualım var. Bu gün dünyada nələr baş verir? İslam adı ilə qadın və körpələrin yaşadığı İslam ölkələrində və ərəb dünyasında nə partlayışlar baş verir? Bu partlayışlar kimin adı ilə sonlanır? Biz İslamın həqiqətini unutmuşuq, islamın əsasını öz şəxsi mənafelərimiz və əqidələrimiz xatirinə boşlayaraq heç bir əsası olmayan, bir ovuc çuvalın göstəricisi olan ikinci plana atmışıq. Biz Əfqanıstanda Taliban hökumətini görmüşük. Onlar İslamdan nə cür sima göstərə bilərlər? Onlar İslamdan pis bir sima düzəldərək dünyaya göstərmək istəyirlər. Onlar da (dünya ictimaiyyəti də) vəhşinin belə törətmədiyi bu intihar əməliyyatlarına qarşı bir bəyanat verməklə kifayətlənirlər.

Mənim bu İslamın halına ürəyim yanır, əgər o olmasa şiə və sünninin heç bir mənası qalmaz.

Min il əvvəl bir qrup insan elə bir iş gördülər ki, onun doğruluğunu və doğru olmadığını camaatın öhdəsinə qoydular. Bu mövcud bəhsləri gərək alimlər həll etsinlər. Bu adi bir bəhs deyil ki, avam insanlar onu həll edə bilsinlər.

Bunu ağıl qəbul etmir ki, biz Peyğəmbərin (s), səhabələrinin və Əhli beytinin (ə) bütün zəhmətlərini öz mənafelərimizə və əqidələrimizə fəda edək. İslam belə bir vəziyyətə düşüb ki, Əfqanıstanda bir Amerika əsgəri Quranı yandırır. Mən Haşimi ilə Heydəriyə (ikisi də vəhhabi alimidir) deyirəm: Niyə siz bu intihar əməliyyatlarına mövqe bildirmirsiniz və niyə demirsiniz ki, bunlar müsəlman deyil? Niyə İslamın abrı ilə oynayırsınız? İmam Hüseynin (ə) dili ilə desək, müsəlman deyilsinizsə heç olmasa, ən azı azad olun və şərəfiniz olsun! Bizim şərəfimiz hara getdi bəs?



Aparıcı:

Minnətdram cənab Abdullah! Kaş bütün əhli sünnət qardaşlar sizin kimi məntiqli və ağlabatan şəkildə söhbət edərdi. Həqiqət də budur ki, gərək biz İslamdan gözəl simalar nümayiş etdirək.

İzləyici:

Cənab Möhsini! İnqilabdan 33 il keçib və sünni ilə şiə tam arxayınlıqla bir-birlərinin yanında yaşayırlar. Ayətullah Xameneyi Kürdüstana səfərində bizlə elə rəftar etdi ki, əhli sünnətin qəlbini şad elədi. Həmçinin Aişə barəsində verdiyi fətvadan çox xoşhal olduq. Kürdüstan camaatının 99 faizi sünnidirlər. Onlar çox qonaqpərvərdirlər və və şiələrlə də çox gözəl əlaqələri var. Hətta şiəyə qız verib onlardan qız alırlar. Bunlar əsas problemlərini müzakirə etmək əvəzinə qeyri-əsas məsələləri müzakirə obyektinə çevirirlər. Mən sünni məzhəbinə məxsus bir müsəlman kimi sünni alimlərindən, xüsusilə qərb alimlərindən istəyirəm ki, bu vəhşiliklərin müqabilində qəti mövqe göstərib doğru hesablama aparsınlar.

Aparıcı:

Kaş əhli sünnət alimlərində sizdə olan ağıl olaydı və gəlib sizin kimi bu mətləbləri bəyan edərdilər. Bu halda biz ixtilaflı məsələləri yox, fəqət şiənin əqidəsini sübut edən bəhsləri müzakirə edərdik .

İzləyici:

Bir mətləb də budur ki, Haşimi tez-tez Ərəbistan barəsində danışır. Halbu ki, İraq-Amerika müharibəsində Ərəbistan 5000 Amerika əsgərini aparıb öz ölkələrində onlara yer verdi. Hövsələləri həddini aşmasın deyə ərəb qızlarını da onların ixtiyarında qoydu.

Ustad Qəzvini:

Shianews saytının verdiyi xəbərə görə bu gün İraqın 7-8 şəhərində partlayışlar olub. Bunun nəticəsində də qadınlı-uşaqlı yüzlərlə insan öz qanlarına qəltan olubdur. Bunları kim edə bilər? Ali Səud ailəsindən bir neçə nəfərin bu partlayışlarda əllərinin olduğu bildirilir və tezliklə onlar İraqda mühakimə olunacaqlar. Məlik Abdullah rəsmən elan etdi ki, şiə mədəniyyətinin yayılmasının və şiə hökumətinin qurulmasının qarşısını almaq üçün Nuri əl-Malikiyə iki yüz milyard dollar verməyə hazırdır. Eyni zamanda 35 vəhhabi müftisi fətva verdi ki, vəhhabi cavanları İraqa cihada getsinlər. Belə olan halda İraqda olan nəticəni görürük.

İzləyici: Fars vilayətindən Cənab Əhməd (əhli sünnət)

Mən sizi və cənab Qəzvinini salamlayıram və gecənizin xeyirli keçməsinə ümid edirəm.

Mən əhli sünnət alimlərindənəm və müzakirələri bir mütəxəssis kimi davam etdirmənizə görə sizə öz təşəkkürümü bildirirəm. Mən də öz növbəmdə birinci bir müsəlman kimi, ikinci isə bir əhli sünnət kimi dünyanın hər yerində İslam adı ilə baş verən bu zorakı əməlləri məhkum edirəm. Bu partalışlarda öldürülənlərin – istər sünni olsun, istər şiə - şəhidlər zümrəsindən hesab olunmalarına ümid edirəm. Hər bir qrupun ekstermist, ağıl-məntiqə zidd olan hərəkətləri xoşagəlməzdir və tənqidə layiqdir.

Mənim bir sual qarşıma çıxıb. Vilayət kanalı iddia edir ki, bəhsləri elmi şəkildə aparır. Bəs niyə bu bəhsləri avamlar arasında aparırsınız? Mənim fikrimə görə bu iş camaat arasında psixoloji müharibə və gərginlik yaradır. Elə buna görə də düşünürəm ki, bu bəhslərin alimlər arasında aparılması yaxşı olardı.

Aparıcı:

Əgər siz bizim kanalın izləyicilərindənsizsə, biz iki il əvvəl fəqət şiəliyin sübutlarını əhatə edən bəhsləri bəyan edirdik. Bu vəhhabi kanalları o qədər bu bəhsləri avamlar arasında etdilər ki, biz də öz dinimizi və rəhbərlərimizi müdafiə etməyə məcbur qaldıq. Belə olan halda istər-istəməz bu kimi bəhslər də ortaya atılır. Elə buna görə də sizin bu cümlələriniz gərək öz oxlarını vəhhabi kanallarına tərəf atsın. Əgər onlar bu işdən əl çəksələr biz də müdafiədən əl çəkərik. Çünki şiəliyin isbatı o qədər geniş bəhsləri əhatə edir ki, bu kimi bəhsləri ortaya atmaq umumiyyətlə lazım gəlmir. Digər tərəfdən camaatın dərk qabiliyyətinin səviyyəsi bu məlumatları əldə etmək üçün xeyli inkişaf etmişdir və belə bəhsləri rahatlıqla dərk edə bilirlər. Biz bu bəhsləri alimlər arasında etməyi çox istəsək də avamların təbiətən alimlərə tabe olması nəticəsində də bu məsələlər öz həlli yolunu tapacaq.

Ustad Qəzvini:

Biz bu bəhsləri nəzakətli şəkildə ortaya qoyan alimlərə çox təşəkkür edirik. İstəyirik ki, bu bəhsləri əhli sünnət alimləri də ortaya atıb müzakirəyə qoysunlar və Beynəlxalq Vilayət kanalının qapıları bütün belə insaflı alimlərin üzünə açıqdır. Hətta biz çox istəyirik ki, əhli sünnət alimləri gəlsinlər bizim danışdığımız söhbətləri elmi şəkildə tənqid etsinlər. Bəzi mərceyi təqlidlər də bizim Mövləvi Muradzəhi ilə hazırladığımız proqrama görə təşəkkür edərək deyirlər: Sizin bu proqramınızın nəticəsi keçirilən konfransların nəticəsindən daha çoxdur. Bizim gələcəkdə də proqramlarımız olacaq. İslam Akademiyasının ustad və alimlərini toplayaraq bir nəticəyə gəlmək üçün bu bəhsləri ortaya qoyacağıq. Şiə və sünni arasında olan kin-küdurəti aradan qaldırmaq və aralarında ülfət yaratmaq üçün Allah və Həzrət Bəqiyyətullah (ə.f) bu işdə bizə kömək edər insaAllah! Biz inanırıq ki, bu vəhşicəsinə olan hadisələr və vəhhabi kanalları sünnilərə şiələrdən daha çox zülm edirlər. Çünki boş-boş şeyləri əhli sünnətə nisbət verirlər və bunları şiə cavanları da eşidir, əhli sünnətə qarşı kin və nifrətləri daha da artır. Amma biz bu cür olmağı istəmirik.

Biz elan edib bildiririk ki, əhli sünnət alimləri gəlib bu kanalda öz əqidələrini bəyan etsinlər. Əgər bizim də elmi tənqidimiz olsa onu da qeyd edərik. Camaat da görsünlər ki, həqiqət nədən ibarətdir. Bunun vasitəsilə əhli sünnət cavanlarının və vəhhabilərin şiə cavanlarında yaratdıqları bədbinlikləri aradan qalxmış olar. Biz kamilən hazırıq ki, siz və sizin nüfuzlu alimləriniz gəlib bu yerdə mətləblərini ortaya atsınlar və bu barədə heç bir şərtimiz olmayacaq. Amma bizim kanalımız siyasi kanal olmadığından siyasi məsələlərin müzakirəyə atılması istisnadır. Eyni zamanda bu kanalda başqalarının müqəddəslərini təhqir etməyə qarşı qırmızı xətt çəkmişik.

Əbtəhinin dediyi vəhhabi əqidələrini bəyan etmək barəsində olan cavabımız da budur ki, biz onları bəyan etmək istəyində deyilik və bu eiqada da malik deyilik. Çünki bunun çoxlu mənfi təsirləri mövcuddur. Bu iş səlahiyyət sahiblərinin öhdəsindədir. Bunlar gəlib otursunlar, elmi bəhslər etsinlər, əgər onlar qane olsalar iş həll olacaq. Yox əgər qane olmasalar bir neçə tələbəni və nüfuzu olan şəxsləri bir araya gətirək. Onlar da haqqın kimin tərəfində olması barəsində öz qəzavətlərini yürütsünlər. İmam Baqirin (ə) buyurduğu kimi gərək bu firqənin bütün eyib və cinayətlərini aşkar edək ki, rüsvay olsunlar.

Amma təşəhhüdün salamı barəsində bunu deyim ki, bu dediyiniz məsələ səhv düşübdür. Mən dəfələrlə Həcc ziyarətinə müşərrəf olmuşam, amma indiyədək eşitməmişəm ki, bunlar Peyğəmbərə (s) olan salamı və namazın salamını bərkdən desinlər. Biz bilmirik ki, bu vəhhabi kanalları bu təşəhhüdü haradan tapıb gətiriblər. Neçə dəfə bu videonun yayımladılar. Elə ki, biz öz iradımızı bildirdik və bunun da nəticəsində onların abrı getdi, daha bu videonu yayımlamadılar. Amma bizim məlumatımız belədir ki, bütün məzhəblər əgər bu İbrahimi salavatı (Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd kəma səlləytə əla İbrahim və Ali İbrahim) deməsələr namazları batildir. Bəzi firqələr təşəhhüddə bu salavati demirlər. Amma namazın salamında mütləq deyirlər. Bəlkə də cənab Kiyanının məqsədi elə həmin təşəhhüddə kənara atılmış salavatdır.


Date: 2015-12-17; view: 108


<== previous page | next page ==>
Hər kəs bir rafizi (şiə) öldürsə cənnət ona vacib olar. | This interrelation between populations, such as “parasitism” is defined by the following combination of signs.
doclecture.net - lectures - 2014-2017 year. (0.084 sec.)