Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Anana vəhy edilməsi lazım olanı vəhy etdiyimiz zaman.

(O zaman ki, mən anana buyurmuşdum): «Musanı bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona da düşmən olan birisi (Fir’on) onu (sudan tapıb) götürsün. (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. Elə etdim ki, Fir’on özü, arvadı Asiyə və ətrafındakıların hamısı səni sevdi.)»[22]

Musanın anası Fir’on mə’murlarının və cəlladlarının qorxusundan, bu ilahi vəhyə və ilhama əməl edərək, Musanı içərisini qırla örtdüyü bir sandığa qoyub Nil çayına buraxdı.

Qur’ani-Kərimin «Qəsəs» surəsinin 8-9-cu ayələrində həmin hadisə belə bəyan edilir:

Fir’onun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən Fir’on, Haman və onların əsgərləri günahkar idilər.

Fir’onun həyat yoldaşı (Asiyə) dedi: «Bu uşaq mənim də sənin də göz bəbəyimiz olsun, bəlkə də, o böyüyəndə bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!» Onlar işin nə yerdə olduğunu bilmirdilər.»

Sabahısı gün qəm-qüssəyə qərq olmuş ana həddindən artıq narahat idi; Musanın bacısını göndərdi ki, ondan bir xəbər gətirsin. O, uzaqdan-uzağa Musanı tanıdı. Lakin Fir’onun ətrafındakılar onu tanımadılar.

Sonra Allah-taala bütün qadınların südünü Musaya haram etdi; belə ki, Musa onların heç birinin döşünü ağzına almadı. Hadisənin şahidi olan Musanın bacısı dedi:

«...Musanın bacısı Fir’on əhlinə belə dedi: «Sizin adınızdan (o uşağa) zamin olub yaxşı baxacaq və ona qarşı xeyirxah olacaq ev adamlarını sizə nişan verimmi?»[23]

Fir’onun həyat yoldaşı bunu qəbul etdi. Musanın bacısı xəbəri anasına çatdırdı. O, Fir’onun qəsrinə gəlib övladını qucağına aldıqda, Musa anasının döşünü alıb süd yeməyə başladı. Fir’onun həyat yoldaşı çox sevindi və Musanı öz anasına qaytardı ki, onu böyütsün və vaxtaşırı onu görmək üçün qəsrə gətirsin. Allah-taala Musaya xitabən belə buyurur:



«...Artıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq.»[24]

Musanın südəmərlik dövrü belə bir şəraitdə keçdi. Sonra onu Fir’onun qəsrinə qaytardılar; uzun illər orada yaşayıb boya-başa çatdı.

CAVANLIĞI VƏ AİLƏ QURMASI

Musa (ə) cavanlıq dövründə bir gün Misir əhalisindən xəbərsiz şəhərə daxil oldu. Şəhərin bir yerində iki nəfərin bir-birilə dava etdiyini gördü. Onlardan biri Bəni-İsraildən, digəri isə Musanın düşmənlərindən idi. Bəni-İsraildən olan şəxs Musadan kömək istədi; Musa onun köməyinə tələsdi və ona elə bir güclü zərbə vurdu ki, həmin şəxs yıxılıb öldü. Musa (ə) qorxuya düşdü və düşməndən ehtiyatlanmağa başladı ki, qətl işinə görə tutub onu öldürməsinlər. Bəni-İsraildən olan həmin kişi yenidən Musanı köməyə çağırdı. Musa onu vurmaq istəyəndə Fir’onun qəbiləsindən olan qibti kişi dedi: “Məni də dünənki kişi kimi vurub öldürmək istəyirsənmi?” Musa başa düşdü ki, hamı onun qatil olduğunu anlamışdır. Bu zaman bir kişi gəlib dedi: “Fir’onun ətrafındakılar şura təşkil edərək, səni qətlə yetirmək qərarına gəliblər. Tez bir zamanda şəhərdən çıx. Musa bunu qəbul etdi və canını qorumaq üçün Misiri tərk etdi; Mədyən şəhərinə doğru yola düşdü. Mədyən şəhərinin kənarında bir quyu vardı; camaat oradan həm qoyunlarını suvarmaq üçün və həm də özləri istifadə edirdilər. Musa həmin quyunun yanında istirahət etdiyi zaman görür ki, camaat su çıxarmaq üçün izdiham yaratmışlar; suyun kənarında iki qız uşağı da dayanmışdı. Musa onlardan soruşdu: “Burada nə edirsiniz?” Dedilər: “Buraya qoyunlarımızı suvarmaq üçün gəlmişik; gözləyirik ki, camaat qayıtsın, ara sakitləşsin və biz də irəli gedək. Atamız qoca kişidir, ona görə də bu işi biz özümüz görürük.”

Musa irəli gəlib qızların qoyunlarını suvardı və istirahət üçün kölgəyə çəkildi; bu zaman Allahdan kömək və yardım istədi.

Musa istirahətə məşğul olduğu zaman gördü ki, o qızlardan biri tam həya və vüqarla qayıdıb dedi: “Atamız istəyir ki, qoyunlarımızı suvardığına görə sənə mükafat versin.” Musa onların atasının yanına gəldikdə - yə’ni, həzrət Şüeybin yanına – başına gələn əhvalatı nəql etdi.” Şüeyb (ə) da ona toxtaqlıq verib dedi: “Mən iki qızımdan birini sənə ərə vermək istəyirəm və sən də əvəzində (mehriyyə olaraq) səkkiz il (əgər istəsən on il) işlərimdə mənə yardımçı olarsan.”

Musa bu işi böyük məmuniyyətlə qəbul etdi və on il Şüeyb (ə)-ın yanında xidmətçi oldu.[25]

PEYĞƏMBƏRLİYƏ ÇATMASI

Musa (ə)-ın Şüeybə on illik xidmət vaxtı sona çatdıqdan sonra öz ailəsini götürüb ana vətəninə qayıtmaq fikrinə düşdü; bu məqsədlə Tur dağına tərəf yollandı. Tur dağına yaxınlaşan zaman dağdan şö’lənən bir od gördü. Həyat yoldaşına dedi: “Sən burada qal, mən baxım görüm orada şölənən od nədir?! Bəlkə ondan bir az gətirim, yaxud onun nə olduğunu öyrənim?

Lakin Eymən vadisinə çatanda, o mübarək vadiyə yetişdikdə müqəddəs ağacdan belə bir səda eşitdi:

“Ey Musa! Mənəm yeganə olan Allah, aləmlərin Pərvərdigarı!”

Qeybdən gələn həmin səs Musaya əsanı yerə atmağı əmr etdi! Musa əsasını yerə atdıqda dəhşətli bir əjdahaya çevrildi ki, hər tərəfə hərəkət edirdi. Sonra Allah-taala ona xitabən buyurdu: “Qorxma, onu tut! Əvvəlki halına qayıdacaqdır.”

Sonra Allah-taala ona əlini qoltuğuna salıb çıxarmağı əmr etdi. Bu zaman o, əlinin çıraq kimi parladığını gördü.

Allah-taala iki mö’cüzəni Musanın ixtiyarına verdikdən sonra, onun peyğəmbərliyə seçildiyini buyurdu. Daha sonra ona tüğyançılıq yolunu tutan Fir’ona doğru getməsini əmr etdi. Musa Allahdan səbr, hövsələ, işlərdə asanlıq və dilindəki düyünlərin götürülməsini istədi. Həmçinin qardaşı Harunu ona vəzir və köməkçi tə’yin etməsini istədi. Allah-taala Musanın istəklərini qəbul etdi. Bu dəfə Musa və Harun birlikdə Fir’onun yanına getmək istədilər. Çünki o, tüğyançılıq edirdi.

Qur’ani-kərimdə oxuyuruq:

«Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!»[26]

SUALLAR

1. Fir’onun ətrafındakılar Musanın qoyulduğu sandığı tapdıqda nə etdilər?

2. Həzrət Musa hansı şəraitdə anasına qaytarıldı?

3. Həzrət Musa necə oldu ki, Şüeybin kürəkəni oldu?

4. Həzrət Musa nə vaxt və necə peyğəmbərliyə seçildi?

5. Həzrət Musanın mö’cüzələri hansılardır?

6. Həzrət Musanın ilk peyğəmbərlik vəzifəsi nə idi?

OTUZ SƏKKİZİNCİ DƏRS

YƏHÜVƏH

Həzrət Musadan əvvəl və sonra olan ilahi peyğəmbərlərin hamısında olduğu kimi, həzrət Musanın da risalət və tə’limlərinin sərlövhəsində tövhid və yeganə Allaha pərəstiş məsələsi dayanır. Həzrət Musa (ə)-ın risaləti ondan əvvəlki peyğəmbərlərin davamında və İbrahim (ə)-ın tövhid ayininin əsasında bərqərar olmuşdur. Allah-taala Qur’ani-Kərimdə buyurur:

«(Ya Məhəmməd!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İshaqa, Yə’quba və onun övladlarına, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik».[27]

Buna əsasən nübüvvət və peyğəmbərlik bir-biri ilə bağlı olan bir silsilədir və bütün peyğəmbərlər insanları tövhidə də’vət etmişdir.

Musanın də’vəti də tövhidə və yeganə Allaha pərəstiş etməkdən ibarətdir. Qur’ani-Kərim İbrahimin dilindən onun tövhid əqidəsində olduğunu bəyan etdikdən sonra, onun nəslinin və övladlarının hidayət olunması ne’mətini də (o cümlədən Muasanın) şərh edir. Allah-taala buyurur:

Mən həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allah) şərik qoşanlardan deyiləm!

Tayfası İbrahimlə mübahisəyə girişdi. İbrahim dedi: «Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi öz elmi ilə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsinizmi?

Allah sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda mən niyə sizin şərik qoşduqlarınızdan qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstdən hansı (qiyamət əzabından) əmin olmağa daha haqlıdır?


Date: 2015-12-11; view: 556


<== previous page | next page ==>
Tövhid, yoxsa ikilik? | Man gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)