Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






CÜ DƏRS: XUMS VƏ ZƏKAT.C

“Ənfal” surəsinin 41-ci ayəsində buyurulur: “Qənimətin beşdə biri Allaha, peyğəmbərə və onun yaxınlarına, yetimlərə, yoxsullara və yolda qalanlara aiddir.” Şiə fiqhində yeddi şey üçün xums –beşdə bir (20 %) ödənməlidir:

1. Müharibədə ələ keçrilmiş qənimət; 2. Mədəndən hasil edilmiş qızıl, gümüş, neft, kükürd və s. Faydalı qazıntılar3. Xəzinə; 4. Üzgüçülük yolu ilə dənizdən çıxarılmış qiymətli daşlar; 5. İllik qazançın xərclənməmiş hissəsi; 6. İslamın pənahında olan qeyri –müsəlmanın (“zimmi”) aldığı torpaq; 7. Sahibi və qədəri namə`lum olan harama qarışmış mal

İrs və mehriyyənin xumsunu vermək vacib deyil. Bir dəfə xumsu verilmiş kəlir üçün ikinci dəfə xums ödənmir

“Tövbə” surəsinin 103-cü ayəsində buyurulur: “Onların mallarından sədəqə al ki, bununla onları pak edəsən.” Zəkat Qur`anda paklıq, təmizlik mə`nasında işlədilmişdir.

İslamda on şeyin zəkatını vermək vacibdir. Dəvə, inək, qoyun, buğda, xurma, arpa, kişmiş, qızıl, gümüş və orucluq ayının səhəri gün fitriyyə, yə`ni bədənin zəkatı. Lakin bir şeyin zəkatını vacib olması üçün həmin şeyin miqdarı nisab deyilən həddə çatmalıdır. 5 dəvəyə 1 qoyun, 30 inəyə bir dana, 30 qoyuna bir qoyun zəkat verilməlidir. Buğda, xurma, arpa və kişmiş nisab həddinə (847 kq) çatdıqda yağışla suvarılmışsa 1/10 əllə suvarılmışsa 1/20 hissə zəkat ödənir. Qızıl və gümüş üçün də nisab həddi və zəkat miqdarı müəyyənləşdirilmişdir.

CÜ DƏRS: HƏCC

“Ali –İmran” surəsinin 97-ci ayəsində buyurulur: “Qüvvəsi (istitaət) çatan insanlar Allaha xatir həccə getməlidirlər. İtaətsizlik edənlər bilməlidirlər ki, Allah dünya əhlindən ehtiyacsızdır.”

Həccin oduqca böyük ictimai əhəmiyyəti vardır Müxtəlif millətlərdən olan müsəlmanların bir yerə toplaşıb, tapış olması, bir-birlərinin vəziyyətindən xəbər tutması olduqca mühüm bir məsələdir. Həcc müsəlman dünyasının birliyinin tə`min edən əzəmətli bir ibadətdir.



Həcc dinin sütanlarındandır və istitaətli insanın həccə getməsi böyük günahdır. Həccə gedən insan qayıtdıqdan sonra normal yaşayış və iş imkanına malik olmalıdır.

Həcc proqramı iki hissədir. Birinci hissədə (Ümreyi təməttə) beş əməli yerinə yetirmək vacibdir: 1. Ehram; 2. Təvaf; 3. Təvaf namazı; 4. Səfa və Mərvə arasında sə`y; 5. Saç və dırnaqdan qısaltmaq.

Həcc proqramının ikinci hissəsi (həcci təməttö) on üç əməldən ibarətdir: 1. Məkkədə ehram; 2. Ərəfatda qalmaq; 3. Məş`ərül –həramda qalmaq; 4. Cəməreyi -əqəbədə daşlama; 5. Zibh (qurban kəsmək); 6. Hülq və təqsir (başın ülgüclə qırxılması, dırnağı qısaltmaq); 7. Kəbənin təvafı; 8. Təvaf namazı; 9. Səfa və Mərvə arasında sə`y; 10. Təvafi- nisa; 11. Təvafi – nisa namazı; 12. Minada qalmaq; 13. Minada üç daşlama.

Ehram dedikdə niyyət, xüsusi geyim geyib, “ləbbeyk” deyilməsi nəzərdə tutulur. Təvaf sol çiyin kə`bə evinə tə`rəf olmaqla qara daşdan başlayaraq 7 dəfə kə`bənin ətrafına dövrə vurulmasıdır.

Cİ DƏRS: CİHAD

“Bəqərə” surəsinin 216-cı ayəsində buyurulur: “Xoşunuz gəlmədiyi halda sizə cihad yazılmışdır.” Uyğun surənin 218-ci ayəsində oxuyuruq: “İman gətirənlər və hicrət edib Allah yolunda cihad edənlər Allahın rəhmətinə bel bağlamışlar.”

Hər bir yaranmış öz varlığını qorumaqdadır. İnsan da öz növbəsində onu məhv etmək fikrində olan düşmənlə mübarizədədir. Varlığın və mənafelərin qorunması fitri bir istəkdir.

İslam ictimai bir din olaraq həqiqətə təslim olmayan bütün qüvvələri bəşəriyyətə düşmən bilir. İşi dünyada məzlum qanı axıtmaqdan ibarət olan imperialistlər İslami “qılınc dini” adlandırmaqla öz əsil sifətlərini gizlətməyə cəhd edirlər. Hansı ki, şüarı “nisa” surəsinin 128-ci ayəsində buyurulduğu kimi “sülh daha xeyilidir” olan İslam başəriyyəti bir ovuc zalıma yox, həqiqətə təslim olmağa çağırır. İslam insan əməyinin yox, insan gönlünün müştərisidir.

İslam peyğəmbərinin (s) həyatı dövründə mühüm və çətin müharibələr baş verir. Bütün bu müharibələrdə müsəlmanlar iki yüz nəfərə qədər, kafirlər isə min nəfərə qədər itki vermişdir. Bu rəqəm bir daha İslami sülhə, mərhəmmətə olan bağlılığını göstərir. Amma bir atom bombası atmaqla 200 min insanı bir anda məhv edən Amerik (1945 6 avqust, Xirosiia) İslamı torrorizmdə suçlayı.

Dünyada həqiqətdə müqəddəs dəyər yoxdur. Allah –təala həqiqətə təslim olmağa, onu müdafiə etməyə, onun uğrunda silaha sarılmağa çağırır. İslam dini bir həqiqət olaraq batilə, zülmə, istismara, küfrə cihad e`lan edir!


Date: 2016-01-14; view: 665


<== previous page | next page ==>
CI DƏRS: TƏŞƏHHÜD VƏ SALAM | The CB250N Super Dream became a favorite with UK learner riders of the late seventies
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)