Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






CI DƏRS: TƏŞƏHHÜD VƏ SALAM

Əvvəla qeyd edək ki, bütün namazların ikinci rək`ətində həmd və surədən sonra əlləri dua vəziyətində qaldıraraq qunut tutmaqj müstəhəbdir. Qunutda istənilən duanı oxumaq olar.

41-ci dərsdə təşəhhüd və salamların yeri göstərilmişdir. Həm təşəhhüd, həm də salam oturaq vəziyyətdə icra olunur.

Təşəhhüdün mətni: əlhəmdulillah, əşhədu ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə muhəmmədən əbduhu və rəsuluh, əllahummə səlli əla muhəmmədin və ali muhəmməd.

Salamın mətni: Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh, əssəlamu ələyna, və əla ibadillahi salihin, Əssəlamu ələykum rəhmətullahi və bərəkatuh.

-Namazın salamında “Əssəlamu ələyna və əla ibadillahis” və ya “Əssəlamu ələykum rəhmətullahi və bərəkatuh.cümlələri ilə kifayətlənmək olar. Amma kifayətlənmək müstəhəbdir.

-Təşəhhüdün sonunda salavat demək namazı batil edir.

-Salamı deyib namazı bitirdikdən sonra dua, şükr səcdəsi, tə`qibat olduqca faydalıdır.

Cİ DƏRS: CƏMİYYƏT NAMAZI, CÜMƏ NAMAZI, BAYRAM NAMAZI, AYƏT NAMAZI.

Qur`ani –kərimdə “rukuya gedənlərlə rüku edin” buyurulur. İslam ictimai din olduğundan ictimai tədbirlərə, eləcə də, cəmiyyət namazı adlanan birgə ibadətə üstünlük verir. “Cümə” surəsində müsəlmanlara cümə namazı qılmaq tapşırılır. Cümə namazı iki rək`ətdir. Cümə namazı qılmaq üçün islamla birlikdə azı beş nəfər olmalıdır. Cümə namazında iki hissədən ibarət xütbə oxunması vacibdir. Xütbənin birinci hissəsində müsəlmanlar təqvaya də`vət olunur, ikinci hissədə isə onlara taleh yüklü məsələlər barədə mə`lumat verilir.

İslam dinində iki rəsmi bayram qeyd olunur: Orucluq ayından sonra fitr bayramı və həcc mərasimindən sonra qurban bayramı. Bu bayramlar münasibəti ilə iki rək`ət namaz qılmaq müstəhəbdir. Bu namazın birinci rək`ətində beş təkbir və beş qunut, ikinci rək`ətində dörd təkbir və dörd qunut vardır.



Ayət dedikdə günəş və ay tutulmalarını, zəlzələ və digər qorxulu təbiət hadisələrini nəzərdə tuturuq.

İslam peyğəmbərinin oğlu İbrahim vəfat edərkən günəş tutulmuşdu. Avam camaat bu hadisəni İbrahimin ölümü ilə əlaqənədirdilər. Amma peyğəmbər bu mövhumatı aradan qaldırmaq üçün oğlunun cənazəsini qoyub camaatın qarşısına çıxdı və buyurdu: ”Ay və günəş Allahın fərmanı ilə hərəkət edirlər. Onların tutulması kiminsə ölümü ilə əlaqədar olmur. Ay və günəş tutulduqda namaz qılın.”

Ayət namızı iki rək`ətdir və hər rək`ətdə beş rüku var. Hər rükudan qabaq bir həmd və surə oxunur.

Ayət namazının vacib olması üçün insanda bu hadisələrin baş verməsi hər hansı bir yolla yaranmalıdır.

Cİ DƏRS: ORUC

“Bəqərə” surəsinin 183-cü ayəsində Allah təala buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib olduğu kimi sizin üçün də oruc vacib edildi.”

Oruc hicri təqvimin ramazan ayında sübh azanından məğrib azanınadək Allaha yağınlıq niyyəti ilə aşağıdakı şeylərdən çəkinməkdir:

1. Yemək; 2. İçmək; 3. Cinsi yaxınlıq; 4. İstimna (özündən məni xaric etmə); 5. Allah, peyğəmbər və imamların adından yalan danışmaq; 6. Qatı tüstü və tozun boğaza (hülqə) çatması; 7. Qəsdən başı suya batırmaq; 8. Cünub, heyz, nifas halında sübh namazınadək qalmaq; 9. Qidalandırıcı iynələrdən istifadə; 10. Qəsdən qusmaq.

Orucun imana, təqvaya, sağlamlığa, iradəyə böyük faydaları vardır. İmam Sadiq (ə) buyurur: “Oruc təkcə yemək-içməkdən çəkinmək deyil. Oruc tutan insan dilini yalandan, gözünü haramdan qorumalı, dava-dalaşdan, həsəddən, qeybətdən qeylü –qaldan uzaq olmalı, hətta doğrudan and içməməli, söyüş söyməməli, zülmdən çəkinməlidir.”

Orucunu bilərəkdən pozan adam həmin günün qəza orucunu tutmaqdan əlavə kəffarə ödəyir. Orucun kəffarəsi iki ay ardıcıl oruc tutmaq, bir qul azad etmək, 60 miskini doyurmaqdır. Haram yolla orucunu pozan insan (məsələn, şərab içməklə) hər üç kəffarəni ödəməlidir. Orucunu qusmaqla pozmuş adama kəffarə yoxdur və s.

Fitr və qurban bayramları günü oruc tutmaq (qəza orucu və ya müstəhəb orucu) haramdır. Qadın ərindən icazəsiz müstəhəb orucu tuta bilməz.


Date: 2016-01-14; view: 608


<== previous page | next page ==>
Cİ DƏRS: NAMAZI BATİL EDƏNLƏR. | CÜ DƏRS: XUMS VƏ ZƏKAT.C
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)