Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Cİ DƏRS: NAMAZ VAXTI

Namazın müqəddəmələrindən bir vaxtını tanımaqdır. İstər gündəlik vacib namazlar üçün müəyyən edilmiş beş vaxt, istərsə də digər ibadətlər üçün tə`yin edilmiş zaman dində mühüm məsələlərdəndir. İslam dini bu zəruri bilikləri əldə etmək üçün riyaziyyat və astronomiyanın dərinliklərinə varmışdır.

Vacib namazın beş vaxtı:

Sübh namazı – sübh ağartısından günəş doğanadək

Zörhr namazı – günortadan qüruba (gün batana) dörd rək`ət namaz vaxtı qılanadək.

Əsr namazı – günorta azanından dörd rək`ət namaz vaxtı keçən andan qüruba dörd rək`ət namaz vaxtı qalmışadək.

Məğrib namazı – məğrib azanından gecə yarıya dörd rək`ət namaz vaxtı qalmışadək.

İşa namazı – Qürubdan üç rəkət vaxtı keçən andan gecə yarıyadək (nəzərdə şər`i gecə yarı tutulur)

Amma gündəlik vacib namazlar üçün fəzilətli, daha savablı vaxtlar da müəyyənləşdirilmişdür:

Sübh namazı – sübh ağartısından məşriq qızartısınadək.

Zöhr namazı günortadan insanın kölgəsi öz ölçüsünə çatanadək

Əsr namazı insanın kölgəsi onun 4/7 uzunluğuna çatandan tam və ya ikiqat kölgəyə çatanadək.

Məğrib namazı – qürubun əvvəlindən şəfəq qızartısı itənədək

İşa namazı – şəfəq itəndən gecənin 1/3 –dək.

83-CÜ DƏRS: QİBLƏ

Namazın müqəddimələrindən biri də qiblədir. Namaz qılan namaz zamanı üzünü Kə`bə evinə tutmalıdır. Kə`bə Səudiyyə Ərəbistanının Məkkə şəhərində məscidül-həramda yerləşir.

Allah təala “Bəqərə” surəsinin 115-ci ayəsində buyurur: “Üzünüzü hara çevirsəniz, Allaha tərəfsiniz.” Bəs nə üçün məhz Kə`bəyə sarı durmaq vacibdir? Məqsəd dünya müsəlmanlarının birliyidir.



Qibləni tapmaq üçün adətən kompasdan istifadə edilir. Əvvəlcə xəritəni düzgün yerləşdirmək lazımdır. Kompas vasitəsi ilə xəritənin şimalını şimal istiqamətində, cənubunu cənub istiqamətində nizamlayırıq. Məsələn, Moskva şəhərindəyiksə, Moskva nöqtəsindən Məkkə şəhərinə doğru düz xət çəkirik. Bu xətt qiblənin istiqamətini göstərir. Yer kürə formasında olduğundan xəritənin (qlobusun) istənilən iki nöqtəsini iki xətlə birləşdirmək olar. Qibləni nisbətən qısa xətlə tə`yin edirik. Əgər hər iki xəttin uzunluğu bərabərdirsə, hər iki istiqamətdə namaz qılmaq olar.

Ümumiyyətlə, şər`i cəhətdən qibləni tə`yin etməyin dörd yolu vardır:

1. Namaz qılan şəxs qiblənin hansı tərəfdə olduğuna əmin olanadək çalışmalıdır.

2. İki adil şahidin dediyi ilə kifayətlənmək olar.

3. Elmi yolla qibləni tə`yin edən şəxsə inanmaq olar.

4. Məscid mehrablarına, müsəlman qəbirlərinin mövqeyinə əsasən qiblə tə`yin oluna bilər.

Qiblə ni tapmaq mümkün olmasa, 4 tərəfə, 4 dəfə namaz qılmaq lazımdır.

CÜ DƏRS: AZAN

Azan və iqamə qəza, istər əda olmuş olsun beş vaxtın namazı üçün təkid olunmuş müstəhəb əməllərdir.

Azanın mətni:

-Əllahu əkbər (4 dəfə)

-Əşhədu ənla ilahə illəllah (2 dəfə)

-Əşhədu ənnə Muhəmmədən Rəsulullah (2 dəfə)

-Əşhədu ənnə Əliyyən vəliyyullah (2 dəfə)

-Həyyə ələs-səlat (2 dəfə)

-Həyyə ələl-fəlah (2 dəfə)

-Həyyə əla xəyril-əməl (2 dəfə)

-Əllahu əkbər (2 dəfə)

-la ilahə illəllah (2 dəfə)

İqamədə isə birinci bənd iki dəfə, sonuncu bənd bir dəfə bir dəfə deyilir, “Həyyə əla xəyril-əməl”dən sonra iki dəfə “qəd qamətis –səlat” deyilir.

Müstəhəbdir ki, azan vermək üçün adil, vaxt tanıyan və uca səsli adam seçilsin. Azanı uca yerdə demək də müstəhəbdir.

Azan müsəlmanların tövhdi şüarıdır. Azan bütlərə qarşı ucalmış bir fəryaddır. İslamda ilk azançı Bilal olmuşdur. Qara dərili Bilala azan vermək tapşırığı İslam dinində milli, irqi ayrıseçkiliyə yol verilməməsinin sübutudur.

Azanın uca səsi ilə şeytanın təmkini tozulur, qaçmağa üz tutur!


Date: 2016-01-14; view: 667


<== previous page | next page ==>
CÜ DƏRS: FƏDAKARLIQ | Cİ DƏRS: NAMAZI BATİL EDƏNLƏR.
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.009 sec.)