Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






CÜ DƏRS: FƏDAKARLIQ

İnsan üçün həyat nə qədər qiymətli olsa da onu şərafətlə yaşamaq daha mühümdür. Təsəvvür edin ki, vətənini düşməndən qoruyan iki əsgər düşmənə əsir düşir. Onlardan hərbi sirləri öyrənmək üçün düşmən bütün vasitələrdən istifadə edir. Əsgərlərdən bir şərafətli ölmü alçaq həyatdan üstün tutaraq, düşmənə sirr vermir və şəhadətə yetirilir. İkinci əsgər isə alçaqlıqla da olsa, yaşamaq üçün düşmənin bütün təklifləri ilə razılaşır...

Bəli, əsil müsəlman həqiqət yolunda canından keçir və əlbəttə ki, Allah tərəfindən mükafatlandırılır. “Ali-İmran” surəsinin 169-cu ayəsində buyurulur: “Allah yolunda öldürülənlər ölü deyil. Onlar əbədi əbədi həyata çatmış və yüksək bir məqamda ilahi ne`mətlərdən faydalanırlar.”

İslam peyğəmbəri (s) buyurur: “Ən üstün yaxşılıq şəhadətə çatmıqdır.”

Fədakar insanlara hər an ehtiyac var. Dənizdə batan insanı, od tutmuş binada qalmış körpəni xilas etmək üçün fədakarlıq lazımdır. Allahın sevimlisi olan belə insanlar cəmiyyət borcludur.

Düşmənə arxa çevirib döyüş meydanandan qaçan, zəlzələ zamanı ailəsini qoyub, özünü bayıra atan insan canını fəda etmək yox, hər şeyi canına fəda etmək qərarındadır. Allah belə insanları məzəmmət edir, fərariləri cəhənnəm odu ilə cəzalandıracağını bildirir. (“Ənfal”, 16)

75-Cİ DƏRS: ƏHKAM (FİRUİ-DİN)

Əvvəlki dərslərdə qeyd etmişdik ki, İslam tə`limləri üç hissədən ibarətdir. İslam dinində hər bir müsəlman üçün konkret olaraq on vəzifə müəyyənləşdirilmişdir: Namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be mə`ruf, nəhy əz münkər, təvəlla və təbərra.

Bəs bu dini vəzifələrə necə əməl edilməlidir? Hamı istədiyi vaxt, istədiyi tərəfə üzünü tutub, istədiyi şəkildə namaz qıla bilərmi? Hər bir müsəlman bu suallara cavab tapıb, düzgün əməl etmək üçün ya müctehid olmalı, ya bütün müctehidlərin nəzərlərindən xəbərdar olub ehtiyat yolu ilə getməli, ya da ən elmli tanıdığı diri müctehidə təqlid etməlidir.



İbadət edən şəxs uyğun əməlləri hədəf yox, ilahi sifətlərə yaxınlaşmaq vasiləsi kimi tanımalıdır. İstənilən bir ibadətdə məqsəd Allaha yaxınlaşmaq deyilsə, bu ibadət səmərəsizdir.

İnsan öz ibadəti ilə başqalarının diqqətini cəlb etmək niyyətində olmamalıdır. İnsanın öz ibadətini tə`rif etməsi pislənilmişdir. “Nəcm” surəsinin 32-ci ayəsində buyurulur: “Özünüzü təmiz göstərməyə çalışmayın Allah təqvalı şəxsi daha yaxşı tanıyır.”

Bütün ibadətlər insanı kamala yetirmək üçündür və Allahın bu ibadətlərə heç bir ehtiyacı yoxdur. Belə olduğu təqdirdə insanın öz ibadətinə görə Allahdan bir şey umması məntiqi deyildir.

76-CI DƏRS: RİSALƏ TERMİNLƏRİ

Əgər adi insanlar predmetə münasibəti yalnız “yaxşı” və “pis” deməklə bildirirlərsə, İslam fiqhində bütün əməllər son incəliyinədək öz qiymətini alır. Məsələn, adi insan üçün “fitva” və “hökm” sözlərinin heç bir fərqi yoxdur. Bir müsəlmana desən ki, bu iş vacib yox, ehtiyat-vacibdir, çətin ki, düzgün anlasın. Ona görə də fiqhi terminalogiyanı bilmək zəruridir. Zəruri terminləri diqqətinizə çatdırırıq:

1. Vacib – bu işə hökmən əməl olunmalıdır və onu etməmək günahdır.

2. Müstəhəb – bu, bəyənilmiş işdir və savabı var.

3. Məkruh – bu iş pislənilir və onu tərk etmək yaxşıdır.

4. Haram – bu işi görmək günahdır və hökmən tərk edilməlidir.

5. Mübah – bu görüb – görməməyin fərqi yoxdur.

6. Vacibi eyni – bu işi başqaları görsə belə, yenə də bu işi görmək vacibdir.

7. vacibi kifayi – buşqaları bu işi gördüyü halda insana vacib olmayan iş.

8. Vacibi təxəyyiri – qarşıdakı iki vacib işdən birini ixtiyari şəkildə seçmək olar.

9. Əşhər – Rəvayətlər arasında məşhur rəvayət

10. Əqva – risalə sahibinin nəzərində güclü görünən

11. Tərəddüd – bir-birinə zidd iki dəlilli məsələ.

12. Ehtiyat - əməldə ehtiyat

13. Ehtiyati müstəhəb – bu işin savabı var, amma tərk edilərsə cəzası yoxdur.

14. Ehtiyati vacib – ehtiyata əməl olunmalı, ya da başqalarından daha alim müctəhidə müraciət edilməlidir.

15. fitva – şərt və dəlil nəzərə alınmadan verilmiş ümumi hökm

16. Qəza – bir şəxsin müraciətinə əsasən verilən hökm

Cİ DƏRS: PAKLIQ

İslam dini öz ardıcıllarını mə`nəvi və fizioloji paklığa çağırır. Fiqhin əməl bölməsi insanın fiziki paklığını tə`min edəcək araşdırmalarla məşğuldur. Əlbəttə ki, bu sırf fiziki paklıq deyil. Məsələn, insan namazdan qabaq dəstəmaz alarkən əzaları yuyulduqca ruhunda bir paklıq duyulur.

Namaz qılan şəxs namaz zamanı aşağıdakı murdarlıqlardan pak olmalıdır:

1. İnsan və əti haram heyvanın sidiyi; 2. İnsan və ti haram olan heyvanın nəcisi; 3. Məni (sperma); 4. Qan; 5. İnsan və atıcı qanı olan heyvanın murdarı; 6. İt; 7. Quru donuzu; 8. Pivə; 9. Şirk və küfr.

Murdarlağı aradan qaldırmaq üçün pak edicilər mövcuddur:

1. Saf su; 2. Torpaq; 3. Günəş; 4. İstihalə (kimyəvi tərkib dəyişməklə mürdar pak ola bilər. Məsələn, şərab sirkəyə dönüb pak ola bilər);

5. İslam- Kafir İslamı qəbul etməklə pak ola bilər;

6. Təbiət – Kafr ata İslamı qəbul etməklə həddi- buluğ olmayan övlad da pak olar;

7. Heyvanın bədənindən mürdarın özünün (eyninin) getməsi;

8. İstibra – bir müddət murdarla qidalanmış heyvan müddət pak qidalanarsa pak olar (məsələn, qoyun on gün istibradan sonra pak olar);

9. Müsəlmanın qayib olması – bədənində və ya paltarında murdar olan müsəlmanla bir neçə gün sonra görüşdükdə murdar əlaməti görünməzsə, o, pak hesab olunur;

10. İntiqal – məsələn, insan nəcisi bitkiyə çevrilməklə pak olar.

78-Cİ DƏRS: DƏSTƏMAZ (VÜZU)

“Qur`ani kərimin” “Maidə” surəsinin 6-cı ayəsində buyurulur: “Ey iman gətirənlər, namaz üçün durduğunuz zaman üzünüzü və dirsəklərinizədək həddə əllərinizi yuyun. Başınıza və topuqlarınızadək ayaqlarınıza məsh çəkin.”

Demək, namazdan qabaq dəstəmaz almaq vacibdir: əvvəlcə niyyət edilir, sonra ardıcılıqla üz, sağ və sol əl yuyulur, daha sonra başının qabağına və ayaqlara məsh çəkilir.

Altı şey dəstəmazı batil edir: 1. Sidiyə getmək; 2. Nəcisə getmək; 3. İnsandan yel xaric olması; 4. Gözü görməkdən, qulağı eşitməkdən saxlayan yuxu; 5. Dəlilik, məstlik, huşsuzluqla ağılın başdan çıxması; 6. Qadından qeyri – münəzzəm axan qan.

əgər bədəndə yara varsa, daha doğrusu, dəstəmaz üzvlərində yara varsa, nə etməli?

- Əgər yara bağlanıbsa, imkan olduğu surətdə onu açıb dəstəmaz gedişində suyun həmin hissəyə çatmasını tə`min etmək lazımdır; Əgər sarğını açmaq mümkün deyilsə, sarğının üstündən məsh etmək lazımdır.

- Dəstəmaz üzvlərindən böyük bir hissəsi sarğıdadırsa, və onu açmaq mümkün deyilsə, ehtiyatən təyəmüm də edilir.

- Yuyulması mümkün olmayan daha dərin yaraların ətrafı yüyulur və müstəhəb ehtiyata görə yaranın üstünə parça qoyulub, parçanın üstünə məsh çəkilir.

- Əgər dəstəmaz üzvünə qır kimi təmizlənməsi çətin olan bir şey yapışmışsa, bu hissənin üstündən məsh çəkmək kifayətdir.

- Təyyəmmüm zamanı yaranın sarğısını açmaq mümkün deyilsə, sarğı üstən təyəmmüm olunmalıdır.

Sarğı vasitəsi ilə cəbirə yerinə yetirilən dəstəmaz və təyəmmüm doğrudur və təkrar icraya ehtiyac yoxdur.


Date: 2016-01-14; view: 659


<== previous page | next page ==>
CÜ DƏRS: EQOİZM “ÜMMÜL-FƏS | Cİ DƏRS: NAMAZ VAXTI
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)