Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






CÜ DƏRS: EQOİZM “ÜMMÜL-FƏS

Eqoizm ifrat özünə məhəbbət, özünü istəmədir. Əxlaq alimləri eqoizmi “ümmül-fəsad”, yə`ni “fəsadların anası” adlandırmışlar.

Qeyd etmişdik ki, insanda iki “mən” mövcuddur: İnsani “mən” və heyvani “mən” İnsani mən ilahi aləmdən Allahın xəlifəsi olmaq üçün nazil edilmişdir. Ona görə də bu mən elm, mərhəmət, ehsan, kamillik sorağındadır. Heyvani mənin bütün istəkləri heyvanidir: diri qalmaq, qarnını doyurmaq, şəhvətini söndürmək və s. Nə insani, nə də heyvani istəklər tə`rif və ya məzəmmət olunmur. Əsas məsələ budur ki, bu qüvvələrə əql, yoxsa əmmarə nəfs başçılıq edəcək. Əgər əql hakim olsa, heyvani meyllər də ümumi insanlıq məqsədlərinə xidmət edəcək. Amma hakimiyyətə nəfs gəlsə insanda heyvani mən baş qaldıracaq və bu heyvani mən yalnız öz heyvani istəkləri üçün çalışacaq. Eqoizm budur!

Eqoist insan vəzifə, var-dövlət, tə`rif qazanmaq üçün bütün insani dəyərləri ayaq altına alır. Bu insan əmmarə nəfsin quludur. O, nəfsi razı salmaq üçün bütün günahlara batmağa hazırdır. Elə ona görə də eqoizm günahların anası adlandırılır.

Eqoizmin ən yüksək mərtəbəsi özünə pərəstişdir. Bu mərtəbəyə çatmış insan tədricən allahlıq iddiasına düşür. Məsələn, “Qur`anın filan ayəsi ağılabatan deyil”, deyir. Allah təala belə insanları “nəfsini özünə tanrı edənlər” adlandırır. (“Fürqan”, 43)

CÜ DƏRS: DÜNYAGİRLİK.

Ayə və rəvayətlərdə dünyaya bağlılıq ciddi məzəmmət olunmuşdur. “Ali-İmran” surəsinin 185-ci ayəsində buyurulur: “Dünya həyatı aldadıcı matahdan başqa bir şey deyil.” Başqabir ayədə oxuyuruq: “Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil və təqvalılar üçün axirət evi daha faydalıdır. Heç düşünmüsünüzmü? (“Ən`am, 32) “Hədid” surəsinin 20-ci ayəsində isə belə buyurulur: “Bilin ki, dünya həyatı oyun-oyuncaqdan, bər-bəzəkdən, var-dövlət və övladı artırıb öyünməkdən başqa bir şey deyil”



Həzrət Əli (ə) buyurur: “Mən sizi dünyadan həzər etməyə çağırıram. Çünki o, şirin və gözəl görünür”; “Dünya arzular evidir. Bir zaman fani olar və əhli ondan köçər. O, şirin və gözəl görünər, istəyənlərə tərəf tələsər, baxanların qəlbinə sevgisini salar.”

Əmirəl-mö`minin Əlinin (ə) “Nəhcül-bəlağə” kitabında dünya və dünyaya bağlı insanlar məzəmmət olunur. Həzrət (ə) insanların müvəqqəti dünyaya yox, əbədi axirət haqqında düşünməyə çağırır. O, insanları iki dəstəyə bölür: qəlbi nəfs istəkləri ilə dolu dünya əhli və Allah eşqinin sorağınca gəzən axirət əhli. Bu iki dəstənin hər birinin öz yaşayış proqramları vardır.

“Ali İmran” surəsinin 145-ci ayəsində buyurulur: “Bu dünyanın mənfəətini istəyənlərə dünya mənfəətindən, axirət savabı istəyənlərə isə axirət savabından verərik”.

Başqa bir ayədə oxuyuruq: “Var-dövlət və övladlar dünya həyatının bəzəyi, saleh əməl isə daha xeyirlidir”(kəşf, 46).

Cİ DƏRS: DÜNYA

Sual oluna bilər ki, əgər dünya pisdirsə, Allah onu nə üçün yaradıb? Xeyr, dünya yox, dünyaya pis olmaq pislənilib. Dünyada gördüyümüz bütün ne`mətlər üçün var-dövlət qətiyyn qorxulu deyil. Əksinə, belə insan var-dövlətdən istifadə edərək öz axirəti üçün hazırlıq görür Amma dünyaya qul olan insan üçün halal haramın fərqi yoxdur.

İslam peyğəmbəri (s) buyurur: “İbadət yetmiş hissədir və onun ən üstünü halal ruzi axtarmaqdır.” Rəvayətlərdə insanlar əkinçiliyə, ticarətə, bir sözlə, işə təşviq olunur.

Məzəmmət olunmuş dünya haqqında isə həzrət Əli (ə) buyurur: “Məbada, dünyaya gönül verəsən. Çünki bütün günahların kökü, bütün bəlaların əvvəli dünya məhəbbətidir.”

Maraqlıdır ki, rəvayətlərdə insana ailə -övladını sevmək tövsiyə olunur. Peyğəmbər və imamların da həyatında bu sevginin nümunələri ilə rastlaşırıq. Bir hədisdə buyurulur: “İnsan dünyanın övladıdır və kimsə və kimsə anasını sevdiyi üçün qınamaz.” Demək, söhbət müsbət sevgidən yox, dəlicəsinə vurğunluqdan gedir. İnsan dünya və onun ne`mətlərini o həddə sevməməlidir ki, Allahı və öz vəzifələrini unutsun. İmam Baqir (ə) buyurur: “Dünya axirət üçün ən böyük köməkdir.” Bir sözlə, dünya ötəridir, axirət isə əbədi. Ötəri dünyadan əbədi axirət üçün düzgün istifadə etmək lazımdır.


Date: 2016-01-14; view: 683


<== previous page | next page ==>
Cİ DƏRS: İNSAN ÖZ TƏBİBİDİR. | CÜ DƏRS: FƏDAKARLIQ
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)