Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






CU DƏRS: İSLAM FƏLSƏFƏSİ.

İslam fəlsəfəsi iki qismə bölünür: İşraqilik və məşşailik. İşraqiliyə Şeyx Şihabəddin Sührəvərdi, məşşailiyə İbn Sina başçılıq etmişdir. İşraqilər Əflatunun, məşşailər isə Ərəstunun ardıcıllarıdır.

İşraqilərə görə fəlsəfi məsələlərin, xüsusi ilə də ilahi hikmətin təhqiqində dəlil və əqli düşüncə kifayət deyil. Onlar həqiqətə çatmaqda nəfsin paklığını, nəfslə mübarizəni zəruri bilirlər. Məşailər isə yalnız dəlillərlə kifayətlənir.

Maraqlıdır, görən Əflatunla Ərəstun arasında belə bir fikir ayrılığı olmuşdurmu? Hər halda belə bir ixtilafın mövcud olması haqqında Farabinin məşhur bir kitabı vardır.

Əflatun fəlsəfəsinin əsasını üç müddəa təşkil edir ki, Ərəstun bu müddəaların hər üçü ilə müxalifdir:

1- Əflatuna görə dünyada müşahidə etdiklərimizin həqiqisi başqa bir aləmdir.

2- Ruhlar hələ bədənlərə daxil olanadək həmin aləmdə mövcud olmuş və yalnız bədən yarandıqdan sonra onunla əlaqələnmişlər.

3- İnsan bu dünyada heç nə öyrənmir, sadəcə, ruhunun həmin aləmdə gördüklərini xatırlayır. İnsan cimi üçün həqiqətin dərkində manedir və həqiqətə çatmaq üçün hökmən nəfs tərbiyə olunmalıdır.

10-CU DƏRS: DÖRD BAXIŞ

İslamda işraqilik və məşailikdən əlavə daha iki mühüm fəlsəfi baxış vardır: ürfan və kəlam. Ürfan ardıcılları arif, kəlam ardıcılları mütəkəllim adlanır. İslam fəlsəfəsində ilkin araşdırmalar ariflər və mütəkəllimlərə məxsusudur.

Məşşailərə Farabi, İbn Sinanı, işraqilərə Şeyx İşraq, Qütbəddin Şirazinin, ariflərə Cüneyd Bağdadi, Zünnu Misrini, mütəkəllimlərə Şeyx Müfid, Şeyx Mürtəzanı misal göstərmək olar.



Onu da qeyd etməliyik ki, mütəkəllimlər də öz növbəsində üç qrupa bölünür: Mö`təzilə, əş`əri, şiə.

Fəlsəfə və hikmətdə mövcud olan bütün cərəyanlar dörd nəzəri əsasdan birini daşıyır. Onlar ya istidlali, ya zövqi, ya təcrübi, ya da cədəli hikmətə üstünlük verirlər.

Bütün cərəyanların əsas mövzusu varlıqdır. Varlıq aləmi dörd hissəyə ayrılır:

11- Təbiət aləmi; 2- Təbiətdən üstün misal və ya mələkut aləmi; 3- Mələkut aləmində üstün mə`na və ya cəbərut aləmi; 4- Ən üstün lahut və ya ilahi aləm.

Varlıq mövzusuna müxtəlif nəzərlərlə yanaşan dörd cərəyandan, nəhayət, vahid bir cərəyan yaranmışdır. “hikməti-mütəaliyyə” adlanan bir cərəyanın banisi Sədrül – mütəəllihin Şirazidir. “hikmət – mütəaliyyə”də əvvəlki dörd cərəyan arasındakı ixtilaflar, demək olar ki, həmişəlik həll olunmuşdur.

11-Cİ DƏSR: KƏLAM ELMİ

Kəlam elmi dini əqidələr, onların sübutu və müdafiəsi ilə məşğul olan İslam elmidir. İslam alimləri İslam tə`limlərini üç hissəyə bölürlər: əqidələr, əxlaq, hökmlər. Kəlam elminin mövzusu əqidələr, əxlaq elminin mövzusu əxlaq, fiqh elminin mövzusu isə əməli hökmlərdir. Kəlam elmi “usuli-din”, “tövhid və sifətlər” də adlandırılır.

Kəlam elmi öz başlanğıcını Qur`ani-kərim, peyğəmbər (s) buyuruqları və həzrət Əlinin (ə) xütbələrindən götürür.

Kəlam tarixində ilk mübahisə doğuran məsələ cəbr və ixtiyar məsələsi olub. Yetkinlik yaşına çatmış hər bir şəxs üçün maraqlıdır ki, insan azaddır (ixtiyar), yoxsa məcbur (cəbr). İlk əvvələr insanın azad olduğunu iddia edənlər “qədri”, insanın yazılmış taleh yaşamağa məcbur olduğunu iddia edənlər “cəbri” adı ilə tanınardılar. Cəbr və ixtiyar “qəza və qədər” adı ilə məşhurdur.

Cəbr və ixtiyar məsələsinin ardınca zülm və ədalət məsələsi ortaya çıxdı. Beləcə, kəlam elmində mübahisə mövzusu olan məsələlər çoxaldı.

Başqa bir baxımdan kəlam elmi əqli və nəqli olmaqla iki hissəyə bölünür. Əqli kəlama sırf əqli dəlillərə əsaslanan tövhid, nübüvvət və bə`zi məad məsələləri aiddir. Bu məsələlərdə kitab və sünnət kimi nəqli dəlillər kifayət deyil. Nəqli kəlama isə imamət və əksər məad məsələləri aiddir.


Date: 2016-01-14; view: 835


<== previous page | next page ==>
CÜ DƏRS: DİNLƏR HAQQINDA | Cİ DƏRS: ÜRFANDA MƏNZİLLƏR.
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)