Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






CÜ DƏRS: DİNLƏR HAQQINDA

SLAM MAARİFİ İLƏ XÜLASƏ TANIŞLIQ

GƏNCLƏR ÜÇÜN 100 DƏRS

TƏRTİB ETDİ:

MƏHƏMMƏD AZƏRİ

بِسْمِ اللهِ الرَّحمنِ الرَّحِيمِ

Cİ DƏRS: ELM NƏDİR?

İslam peyğəmbəri (s) buyurur: “Elm üç şeydir: “ayətun muhkəmə”, “fərizətun adilə” və “sunnətun qaimə”. Bunlardan başqa nə varsa, elm yox, fəzilətdir” (“Üsuli - kafi,”c 1 s 37)

Mərhum Kuleyni yazır: “Ayətun muhkəmə əqidə əsaslarına (üsuli – din), “fərizətun adilə” əxlaq elminə, “sunətun qaimə” şəriət hökmlərinə (fürui – din) işarədir.”

Mürtəza Mütəhhəri yazır: “Biz bə`zi elmləri dini, bə`zi elmləri isə qeyri-dini hesab edirik. Dini elmlər dedikdə dini əqidə, əxlaq, əməli elmlər və bu elmlərə giriş, müqqədimə olan ərəb ədəbiyyatı, məntiq və s. nəzərdə tutulur.

Bə`ziləri düşünə bilər ki, dini adlandırdığımız bu elmlərdən başqa nə varsa, gərəksiz bir şeydir. Əslində isə belə deyil.

Müsəlmanlar üçün faydalı olan bütün elmlər dini elmdir və bu elmləri öyrənmək vacibdir. Götürək ərəb dilinin qrammatikasını. Bu sahəni öyrənmədən Qur`anı anlamaq olarmı?! Demək, insanı həqiqətə yaxınlaşdıran nə varsa, həm vacibdir, həm də savablı. Burada elm öyrənən insanın niyyəti böyük rol oynayır. Allaha yaxınlaşmaq məqsədi olmadan heç Qur`an öyrənməyin də savabı yoxdur..."

Cİ DƏRS: ELM ÖYRƏNMƏK VACİBDİRMİ?

Həzrəti Məhəmməd (s) buyurur: “Elm öyrənmək bütün müsəlmanlara vacibdir”; “Beşikdən qəbrədək elm öyrənin”; “Çində də olmuş olsa, elm öyrənin”; “hikmət mö`minin itkisidir...”Cəhalət dövrünün insanı “elm faydasız bir şeydir” deyə bilərdi. Amma bu günkü insan elmə biganə qala bilərmi?! Ətrafımıza nəzər salaq: Mexanikləşdirilmiş kənd təsərrüfatı, avtomatlaşdırılmış yüngül və ağır sənaye, kompüterləşdirilmiş tibbi diaqnostika, atom energetikası və s. Əgər “elm faydasız bir şeydir” deyən tapılsa, sadəcə, onu bir neçə gün eləktirik enerjisindən mərhum etmək lazımdır. Qoy, bu insan qaranlıq dynyada cəmi bir neçə gün nəqliyyatsız, rabitəsiz, informasiyasız yaşasın! Onda elmin faydasını yaxşıca anlayar.



Amma insanı xoşbəxt etmək üçün onun həyatını elektrikləşdirmək, kompyüterləşdirmək kifayət etmir. Axı onun döyünən qəlbi, daim rahatlıq axtaran ruhu var! Elmi-texniki tərəqqi insanın cisminə rahatlıq yaradır. O isə təkcə cimdən yox, həm də ruhdan təşkil olunub. Ruhən xoşbəxt olmayan insan dünyadan imtina edir, intihara əl atır. Əksinə, ruhən xoşbəxt olan insan elektronikasız da keçinə bilir. Bəs ruhu necə xoşbəxt etməli? Allah-təala Qur`ani-kərimdə buyurur: “Qəlblər yalnız Allahı xatırlamaqla rahatlanar. “Dini elmlər isə məhz bunu, Allahı xatırlamağı və ona yaxışlaşmağı öyrədir!

CÜ DƏRS: DİNLƏR HAQQINDA

İnsanın digər canlı aləmdə əsil üstünlüyü onun dini e`tiqadıdır. Başqa xüsusiyyətlərə gəldikdə heyvanat aləmində daha güclü iste`dadlar müşahidə olunur. Məsələn, insan fiziki cəhətdən nə qədər güclü olsa da, təbiətdə ondan qat-qat güclü heyvanlar mövcuddur. Bal arısının həyatını ətraflı müşahidə etdikdə onun mühəndisliyinə, qənnadçılığına heyran qalmamaq olmur. Bəşər övladının bütün kəşfləri bir növ təbiətdəki əsərlərin surətidir. Demək, insan digər varlıqlardan yalnız dindarlığı ilə üsütün ola bilər

Bəşər tarixində dini e`tiqada malik olmayan bircə qəbilə də tapmaq mümkün deyil. Hətta Avstraliyanın mərkəzindəki ən geri qalmış tayfaların da dini e`tiqadı vardır. İnsan heç bir mənbədən ala bilməyəcəyi mə`nəvi qidanı dindən alır.

Bəşər tarixində diqqəti cəlb edən dinlərə nəzər salaq:

-Hindu dini (miladdan 1500-2000 il qabaq)

-Yəhudilik (miladdan 1200- 1500 il qabaq)

-Sintoizm (miladdan 660 il qabaq)

-Zərdüştilik (miladdan 660 il qabaq)

-Buddizm (miladdan 560 il qabaq)

-Konfusi dini (miladdan 551 il qabaq)

-Məsihilik (miladın başlanğıcı)

-İslam (miladi 610-cu il)


Date: 2016-01-14; view: 989


<== previous page | next page ==>
Der Szilitschski Palast | CU DƏRS: İSLAM FƏLSƏFƏSİ.
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.009 sec.)