Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






FƏALİYYƏT FORMALARI

 

3.1. Birlik qanunla qadağan olunmayan və Nizamnamə məqsədlərinə uyğun gələn bütün fəaliyyət formalarından istifadə edə bilər.

3.2. Məqsədlərinə uyğun ədəbiyyatların yazılması, tərcümə edilməsi, nəşri və yayılması ilə məşğul ola bilər.

3.3. Qanunvericiliyə uyğun olaraq öz mətbuat orqanlarını təsis edə bilər.

Qanunvericiliyə uyğun olaraq gəlir eldə etmək niyyəti olmayan xeyriyyə fondları, öz regional şöbələrini, təsisatlarını yarada bilər.

3.4. Öz məqsədlərinə nail olmaq və davamlılığını təmin etmək üçün “QHT-lər (İctimai birliklər və Fondlar) haqqında” AR-ın qanununa uyğun olaraq təsərrüfat və xidmət fəaliyyətini həyata keçirə bilər.

3.5. Birlik mübadilə, təlim, konfrans, seminar, debat, elmi görüşlər, simpozium, festival, dəyirmi masa, dil kursları, təcrübə kursları, tanışlıq səfərləri, intellektual oyunlar, idman yarışları, yay və qış məktəblərinin təşkili, yürüşlər, nümayişlər və bu kimi fəaliyyətlər həyata keçirə bilər.

3.6. Birlik Tədqiqat xarakterli sorğular təşkil edə bilər.

3.7. Birlik Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz və bu tip yardımlar ala bilməz.

3.8. Birlik Azərbaycan Respublikasının qanunlarında və öz Nizamnaməsində nəzərdə tutulmuş qaydada qanunvericiliyin təkmilləşdirilməsi haqqında təklifləri ilə çıxış edə bilər.

3.9. Birlik müxtəlif sahələrdə müsabiqə və konkurslar həyata keçirə bilər.

3.10. Birlik özünün nümayəndəliklərini və filiallarını yarada bilər

 

3.11. Birlik Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmayan və Nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.



 

3.12. Birlik müxtəlif təşkilatlara üzv ola, ittifaqlar yarada bilər

 

3.13. Birlik beynəlxalq təşkilatlarla əlaqələr saxlaya bilər.

 

3.14. Birlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müxtəlif radiolarda və televiziyalarda verilişlər təsis edə bilər.

 

3.15. Birlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə edə bilər .

 

3.16. Birlik Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan vəzifələri yerinə yetirir.

4. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ MƏNBƏLƏRİ

 

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

· Təsisçilərin və ya birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqqları;

· İdarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak və ianələr;

· Qrantlar;

· Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

· Sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;

· Təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;

· Qanunvericiliklə qadağan olunmamış digər mədaxillər.

 

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

 

4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

4.7. Birlik siyasi partiyalara maliyyə və başqa yardım göstərə bilməz.

4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistika və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

 

5. BİRLİYİN TƏSİSÇİLƏRİ

5.1. Birliyin təsisçiləri aşağıdakı şəxslərdir:

 

Azərbaycan Respublikası vətəndaşıRzayeva Albina Mədəd qızı

Şəxsiyyət vəsiqəsi: AZE ¹07046656, 18.09.2009 - cu il tarixdə

Bakı-Nəsimi RPİ tərəfindən verilmişdir.

 

Azərbaycan Respublikası vətəndaşıDünyamalıyev Elnur Alirza oğlu

Şəxsiyyət vəsiqəsi: AZE ¹05369329, 04.04.2006 - cı il tarixdə

Bakı-Binəqədi RPŞ tərəfindən verilmişdir.

 

Azərbaycan Respublikası vətəndaşıKərimov Ramin Zakir oğlu

Şəxsiyyət vəsiqəsi: AZE ¹02005390, 13.05.2004 - cü il tarixdə

Bakı-Nəsimi RPİ tərəfindən verilmişdir.

 

5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu nizamnamə ilə müəyyən edilir.

5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) birliyin üzvü ola bilər. birliyin təsisçiləri həm də birliyin üzvləri hesab olunurlar.

5.4. Birliyə üzvlərin qəbulu birliyin icra orqanları tərəfindən aparılır.

5.5. Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi birliyin üzvü seçilmiş hesab olunur.

5.6. Birliyin üzvlərinə birliyin ali orqanı tərəfindən təsdiq edilmiş formada üzvlük vəsiqəsi verilir.

5.7. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub, aşağıdakı hüquqlara malikdirlər:

· Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;

· Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və seçilmək;

· Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;

 

· Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;

· Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün birliyə müraciət etmək;

· Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

5.8. Birliyin üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.

5.9. Birliyin üzvü yalnız birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı və ya birliyi təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

 

Birliyin sədri birliyin digər üzvülərinə, birliyi Azərbaycan Respublikası məhkəmələrində təmsil etmək üçün “etibarnamə” verə bilər.

 

Birliyin təsisçilərindən hər hansı biri etibarnamə olmadan yalnız nizamnamə əsasında birliyi Azərbaycan Respublikası məhkəmələrində təmsil edə bilər.

 

5.10. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

· Birliyin Nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək;

· Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;

· Nizamnamə tələblərinə riayət etmək;

· Birliyin tədbirlərində iştirak etmək.

5.11. Birliyə üzvlük haqqının miqdarı birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

5.12. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

· Könüllü olaraq birliyin üzvlüyündən çıxdıqda;

· Birliyin üzvlüyündən çıxarıldıqda.

5.13. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

· Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;

· Mütəmadi olaraq birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;

· Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

5.14. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.

5.15. Birlik üzvünün həmin qərardan birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

 


Date: 2016-01-05; view: 796


<== previous page | next page ==>
Ngilis dilində: “ Youth and Values ” Public Union | Uuml;mumi yığıncaq
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.009 sec.)