Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Bahar yağışından olarmı əsər?

 

Öz Allahı ilə əhd bağlamış sizin kimi insanların mənim kimi qüsurlu bir bəndənin şəfaətinə nə ehtiyacı var? Əgər şəfaətdən bir pay nəsib olsa, o da Məhəmməd və ali Məhəmməd (s) şəfaətinin sayəsindədir.

Şərafətli hədislərə görə şəxslərdən şəfaətə şamil olmaq maneələri yoxdursa, ali dərəcə sahibi olanlar aşağı mərtəbəlilərə şəfaət edirlər. Bu şəfaət yalnız günahkarlara deyil, saleh adamlara da aiddir və onların dərəcəsini yüksəldir. Buna əsasən də həzrət Peyğəmbər (s) günahkarlara, salehlərə, şəhidlərə, hətta peyğəmbər və imamlara da şəfaət edə bilər. Əgər şəfaət günahkarları bağışlatdırarsa, digərlərinin mərtəbələrini daha da ucaldar. Bu mə᾽nada mə᾽sumların şəfaəti bütün şəxsiyyətlərə və məqam sahiblərinə şamil olunur. Günahkarlara şəfaətin əhatəsi o qədər genişdir ki, onların adlarının Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və s. olmasının da əhəmiyyəti vardır. Bütün bunlara baxmayaraq insan bədbəxtçilik biyabanında, cəhənnəm əzabında süquta uğrayır. Əgər az mə᾽rifətli birisi «təəccüb edirəm nicat tapana, axı necə nicat tapıb» demişsə, kamil söz imana məxsusdur: «təəccüb edirəm həlak olana, axı necə həlak olub?». Doğrudan da insan səadətə çatmalı, xoşbəxt olmalıdır və bu bir gerçəklikdir.

İnsan bu ilahi feyzləri əldə etmək yolunu tutmalı, haqqın rəhmət günəşinin nurundan məhrum olmamalı, günahın insanı yuvarlatdığı çıxılmaz zülmətdən qorxmalı, qəfil əzabdan həzər etməli, bu ayəni unutmamalıdır: «Sonradan pis iş görənlərin aqibəti daha da pis oldu. Çünki onlar Allahın ayələrini yalan bilib, məsxərəyə qoydular.» (Rum-10).

İnsan özünü fəlakətə atmamalı, ilahi rəhmətdən nə məğrur, nə də mə᾽yus olmamalıdır. Ümid və qorxu arasında ayıq halda irəliləyib, şeytanın və alçaq nəfsin şərindən Allaha sığınmalıdır. «Uca və əzəmətli Allahın qüvvəsindən qeyri bir qüvvə yoxdur. İddiamızın sonu budur ki, həmd və səna aləmlərin Rəbbinə məxsusdur.»



SUAL 8: Cənab Ayətullah-üzma Safinin hüzuruna. Salam! İbadətlərinizin haqq dərgahında qəbul olması arzusu ilə! Öz hikmətli öyüdlərinizlə yetkinlik yaşına çatmış cavanlara yol göstərməyinizi xahiş edirəm.

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

Qur᾽anın müraciət etdiyi, ilahi vəzifələr şərəfinə çatmış əziz yeniyetmələr və övladlar! Bu yaşa, bu ləyaqətə çatmağınız münasibəti ilə sizi təbrik edirəm.

Diqqətli olun, bu tarixdən başlayaraq islami cəmiyyətdə üzvlüyə qəbul olmusunuz. Əxlaqınız, danışığınız, fəaliyyətiniz üzərində hesab aparırlar. Allah-taala sizə e᾽tibar əta etmiş, (Qur᾽anda 88 dəfə) «Ey iman gətirənlər» deyə sizə üz tutmuşdur. Həmin bu e᾽tibar baxımından da cəmiyyətdə qiymətiniz vardır.

Sizin fəaliyyətiniz və sözünüz bu vaxtadək şəriət nöqteyi-nəzərindən e᾽tibarsız idi. Sizin haqqınızda başqaları qərar çıxarırdılar. İndi isə öz ixtiyarınızdasınız. Allah, Peyğəmbər, mə᾽sumlardan başqa kimsəyə tabe deyilsiniz.

Tövhid, nübüvvət, imamət, mə᾽ad, keçmiş peyğəmbərlər, kitablar və mələklərə olan e᾽tiqadınızı qısaca da olsa, dəlillərlə möhkəmləndirin. Çalışın ki, Allahın yardımı ilə Ona bəndə, Peyğəmbərə itaətçi, imamlar və xüsusilə də həzrət Mehdi (ə.c) üçün həqiqi əsgər, xalis şiə, İslam və Qur᾽an üçün əmin keşikçi, mö᾽minlər üçün qayğıkeş bir qardaş olun. Hamının, xüsusilə də ata-ana, müəllim və alimlərin haqqına riayət edin. Sözün qısası, özünüzü gözəl islam əxlaqı ilə zinətləndirin, xalqa yaxşılıqda, elm və mə᾽rifət təhsilində daim yorulmadan çalışın. İnkişafınız üçün bütün imkanlardan səmərəli istifadə edin.

Bu gündən başlayaraq həyatınızın dəqiqələrinin də qədrini bilin. Axı siz islam ümməti üçün iftixar olmalı, izzət sahibinə çevrilməlisiniz. Vaxtınızı tənbəllik və süstlüklə keçirməyin, Allah eləməmiş, pislənmiş və haram işlərə, oyunlara sərf etməyin. Bir zaman elə olsun ki, ötən günlərinizə nəzər salanda şad və xoşbəxt olasınız.

Əzizlərim! Təklif nədir? Təklif yaşına çatmaq nədir? Yə᾽ni, bu söz, bu da meydan! Bu siz, bu da səadətli fürsətlər! Yə᾽ni, məs᾽uliyyət, özünütərbiyə, quruculuq dövrünə qədəm qoyma, ilahi imtahanlarla üz-üzə! özünüzü belə bir həyat üçün hazırlayın və heç bir qiymətə Allahdan başqasına satmayın. Əslində, sizin qiymətiniz behiştdir. «Özünüzü behiştdən qeyri bir şeyə satmayın.» (Nəhcül-bəlağə).

Çalışın ki, seçdiyiniz fəaliyyət sahəsində cəmiyyət üçün faydalı və e᾽tibarlı bir üzv olasınız. Fərz edin ki, hamı sizin çalışqanlığınıza möhtacdır və siz öz payınıza düşən bu ehtiyacları aradan qaldırmalısınız.

Allahı heç zaman unatmayın. Onu xatırlamaqdan, dua və ibadətdən, imamlara təvəssüldən, şərəfli hərəmlərin ziyarətindən güc alın. Allahın lütfünə və yardımına ümidvar olun. Qur᾽anda buyurulur: «Haqqımızda çalışanları xüsusi yollarımıza hidayət edərik və şəksiz ki, Allah yaxşı iş görənlərlədir.» (Ənkəbut-69).

SUAL 9: Ayətullah-üzma Safi Gülpayiqani ağanın müqəddəs hüzuruna. Salam!

Mən gəncliyimin əvvəl dövründən başlayaraq əmmarə (alçaq) nəfs ilə mübarizədə olmuşam. Amma bə᾽zən müvəffəqiyyət qazana bilmirəm, əmmarə nəfs məni pis işlərə sövq edir. Günaha batandan sonra vicdan əzabı çəkirəm. Mənə ümid verib, kömək göstərməyinizi xahiş edirəm.

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

Həzrət Peyğəmbər (s) belə buyurmuşdur: «Ümmətimin ən yaxşısı gəncliyini Allaha itaətdə keçirən, nəfsini dünya ləzzətlərindən qoruyan və onu (nəfsini) axirət yolunda zəhmətə salan şəxsdir. Həqiqətən, belə bir şəxsin mükafatı Allah yanında behişt dərəcələrinin ən ucasıdır.»

Əziz övladım! Çoxları ondan-bundan şikayətlənirsə, siz özünüzdən narazılıq bildirirsiniz. Mə᾽lum olur ki, əmmarə nəfs ilə çarpışmadasınız. Başqa sözlə, həzrət Peyğəmbərin (s) buyurduğu kimi, nəfs ilə cihaddasınız. Düşməni güclü görür və Allah eləməmiş, məğlubiyyətdən qorxursunuz. Sizi əmin edirəm ki, düşmən qarşısında müqavimət göstərib, meydanı daraltsanız və onun istəklərinə əvvəlcədən baş əyməsəniz, nəhayətdə qalib gələcəksiniz. Bilin ki, onun istəkləri saysız-hesabsızdır. Əvvəlcədən onun bir istəyinə baş əysəniz, növbəti əmrlərinə verəcək və şəxsiyyətinizi tam məhv etməyincə qane olmayacaq. Əsil döyüş və cihad meydanı həmin bu cavanlıqdır. Sözsüz ki, əmmarə nəfs hər insanı məğlub edə bilmir. Həqiqi cəngavərlər bu meydanda özünü göstərib mükafatlar ala bilər.

Siz və sizin həmyaşıdlarınızın hər biri bu böyük imtahandan keçməlidir. Allahı xatırlayın və Ondan və᾽də etdiyi yardımı istəyin. (Ənkəbut-69). Allah cihad edib, Ondan yardım istəyənləri hidayət edər. O, yaxşı iş görənlərlədir.

Sizdəki bu çarpışma ruhiyyəsi agahlıq və bəsirət mərhələlərindəndir. Ümid var ki, bu agahlıq hesabına, əksər cavanların qərq olduğu girdabdan qurtulasınız.

İlk baxışdan çətin görünən bu müqavimət nəfsə itaət etmədən irəlilədikcə asanlaşır. Təcrübəli və mö᾽min şəxslərlə ünsiyyətdə olmağa çalışın, dini söhbətlərdə iştirak edin. «Me᾽racüs-səadət», «Həyatül-qülub», «Eynul-həyat», kimi kitabları mütaliə edin, «Kumeyl» və «Nüdbə» duaları oxumaqla, imam Zamana (ə.c) təvəssül etməklə özünüzü cihada hazırlayın.

Aydın gələcəyinizə ümidlə, sizin və həmyaşıdlarınızın tofiq tapması üçün dua edirəm.

SUAL 10: Xahiş edirəm ki, yeni dərs ilinin başlanğıcında tələbə və şagirdlərə öz göstərişlərinizlə yol göstərəsiniz.

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bilin ki, Allah elm tələb edənləri sevir» (Kafi 1-ci cild).

Əziz tələbələr və şagirdlər, islam övladları! Allahın salam, rəhmət və bərəkəti sizə şamil olsun ki, yeni təhsil ilini həvəslə qarşılayıb, institut və məktəblərin qapısını tərəqqi və kamillik qapısı hesab edirsiniz.

Hədisdə buyurulur: «Özünüzü ilahi əxlaqlarla zinətləndirin» (Bəharul-ənvar, 61-ci cild).

İlahi sifətlər arasında ən şərəflisi elm sifəti, sifət isimləri arasında ən əzəmətlisi alim sifətidir. Ona görə də elm sifəti ilə zinətlənmək digərlərindən daha üstün və dəyərlidir.

Allahdan bir nişanə tapıb, ona yiyələnmək həmin ilahi əxlaqa sahib olmaqdır. Bu nişanələrin ən mühümü elm və qüdrət, bilik və bacarıqdır. Bu iki sifət əlaqəlidir və onların ayrılması qeyri-mümkündür. Harada bilik varsa, orada bacarıq var və harada bacarıq varsa, orada bilik var. Beləcə, bəşəriyyətin ehtiyacları arasında elmdən üstünü yoxdur. Onu tələb edənlər daim axtarışdadır. Həzrət Əli (ə) buyurub: «Bilik qabından savay bütün qablar dolduqca daralır. O isə dolduqca genişlənir.» (Nəhcül-bəlağə).

Əzizlərim, bu fürsəti qənimət bilin. Oxuyun ki, agahlıq və mə᾽rifətə çatasınız. Oxuyun ki, özünüzü, cəmiyyəti, islamı izzətləndirə biləsiniz. Oxuyun ki, özünüzü və başqalarını cəhalət pəncəsindən qurtarasınız. Müxtəlif elm sahələrində bu günədək açılmamış düyünləri açmaq üçün oxuyun. Oxuyun və alim olun. Siz kimsədən əskik və bacarıqsız deyilsiniz.

Dünya və onun gələcəyi bilikli millətlər üçündür. öz elminizlə islam ümmətinin tarixi şərəf və izzətini özünə qaytarın. İradəli olun, heç bir elmi dərəcəni əlçatmaz saymayın.

Allah-taala bəşəriyyətə kainatı ram etmək ləyaqəti vermişdir. Elmə varmaqla kainatın sirlərini açın. Fitrətən tələb olunan bütün faydalar elm vasitəsi ilə əldə edilir. Zülmət və zillət isə cəhalət nəticəsidir.

Özünüzü Allah və İslam kəlmələrini ucaltmaq, Qur᾽an hədəflərinin gerçəkləşməsi, məhrumlara xidmət üçün hazırlayın. Elm yolunda üzərinizə düşən əziyyətləri Allah bəndələrinin rahatlığı üçün vəzifə bilin. Hamı sizin intizarınızdadır. Allah sizdən çalışqanlıq və fədakarlıq gözləyir. İslam və islam peyğəmbəri sizin ibtidai və ali təhsilinizin, elmi tədqiqatlarınızın intizarındadır. Mə᾽sumlar, xüsusilə də əsrin imamı həzrət Bəqiyyətullah (ə.c) sizi gözləyir.

Hamının gözü elmi mərkəzlərə, dərs və tə᾽lim otaqlarına dikilməlidir. Sizin necə çalışdığınız, özünüzü necə hazırladığınız diqqət mərkəzindədir. Elm ocaqlarında müəllimlər, tərbiyəçilər və müdiriyyət bu amallar yolunda əl-ələ verməlidirlər.

Agahlıq, düşüncə və bilikdən ləzzət almağa çalışın. Öz vaxtınızı faydasız işlərə, müsabiqə və oyunlara sərf etməyin. Həqiqi kamillik və ilahi seyr arxasınca gedin. «Yoxsa güman edirsiniz ki, sizi səbəbsiz yaratmışıq» (Mu᾽minun-115), «Bu dünya puç və faydasızlıqdan başqa bir şey deyil» (Ənkəbut-64). Bu ayələrin dəyərli mə᾽nasını unutmayın. Vaxtı bada verən oyunlardan çəkinin. Bə᾽zilərində müəyyən fayda olan belə oyunlar təhsildə geriliyə səbəb olur.

Həqiqi kamilliyə çatmaq istəyirsinizsə, ətrafınızdakılar da əyləncələrdən uzaqlaşıb sizinlə həmkarlıq etməlidir.

Qısası, onsuz da əldən gedəcək ömrünüzü ucuz qiymətə satmayın. Bilin ki, elm və mə᾽rifətdən, ilahi razılıq və ilahi seyrdən qiymətli bir şey yoxdur. Həzrət Əli (ə) buyurur: «Elə bir azadə insan yoxdurmu ki, ağzındakı yemək qırıntısı tək dəyərsiz olan dünyanı öz əhlinin öhdəsinə buraxsın? Doğrusu ömrünüzün qiyməti yalnız behiştdir. Dünyanızı behiştdən başqa bir şeyə satmayın.» (Nəhcül-bəlağə).

Özünüzü vəzifəli bilin, ləyaqətsiz və haram işlərdən çəkinin. Vacib əməllərə, xüsusi ilə də mö᾽min me᾽racı olan namaza əhəmiyyət verin. Cümə və camaat namazında iştirak edin. Tələbəlik və şagirdlik vüqarınızı qoruyun. Öyrənmək və öyrətməyi Allahın razılığı, ilahi sifətlə zinətlənmək üçün hidayətçi bilin. Allahdan yardım diləyin.

Cəmiyyətin mövlası həzrət Mehdini (ə.c) Allahla öz aranızda vasitə qərar verin və bilin ki, sizin müvəffəqiyyətləriniz o həzrəti sevindirir. Siz hamınız o həzrətin ruhani övladlarısınız və o hər bir atadan daha çox sizin müvəffəqiyyətinizi arzulayır.

Hər biriniz üçün, islamın əzəməti üçün, elmi mərkəz və institut məs᾽ullarının müvəffəqiyyəti üçün dua edirəm.

SUAL 11: Həzrət Ayətullah-üzma Safinin hüzuruna salam!

Məntəqəmizdə xüsusi ilə qadınlar arasında intihar (özünü öldürmə) halı çoxalıb. Bu hal və onun aqibəti haqqında mübarək nəzərinizi buyurun.

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

Özünə qəsd etmək böyük günahlardandır. Bu günaha görə istər kişi, istərsə də qadın Allahın şiddətli əzabına düçar olar. Əgər insan dəli və əsəbi deyilsə, günahın səbəbi axirət inancının zəifliyi, dözümsüzlük və Allahdan ümidsizlikdir.

Bu günaha batanların çoxu bir sıra vahimə və xəyalların tə᾽siri altında olur. Məsələn, qızışdırıcı oyunlar və ya saysız evlənmələrdəki müvəffəqiyyətsizliklər, məişət sıxıntıları qarşısında məğlubiyyət intihara səbəb olur.

Bu qəbil insanlara dünya və dəyişikliklərin daim hərəkətdə olduğunu anlatmaq lazımdır. Həyatda adətən, səbirsiz, müqavimət ruhiyyəsi olmayanlar məğlubiyyətə uğrayırlar. Onlarda gələcəyə ümidsizlik yaranır, problemləri həllolunmaz hesab edirlər. Hansı ki, dözümlü şəxslər Allaha təvəkkül etməklə çətinliklərə səbr edir və gələcəyə ümid içində, problemlərlə çarpışırlar.

Bəşər tarixi çətinlik ardınca rahatlıq, yoxsulluq ardınca rifah səhifələri ilə zəngindir. Müvəffəq insanların ruhiyyəsini heç bir hadisə sındıra bilmir. Allahın lütfünə güvənənlər «həqiqətən, hər bir çətinlik ardınca rahatlıq var» (İnşirah-5) ayəsini unutmurlar. Zaman keçir və zülmətlər nura boyanır.

Belələrini səbrə də᾽vət etmək lazımdır. Baş bədən üçün necəsə, səbr də iman üçün elədir. (Nəhcül-bəlağə). Ümid var ki, bu nəsihətlər faydalı olsun.

SUAL 12: Bütün müsəlman gənclər, eləcə də mənim üçün bir nəsihət buyurmağınızı xahiş edirəm.

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

Sizə və qəlbi islam nuru ilə münəvvər digər əziz cavanlara təqva, ədəb və dini göstərişlərə bağlılığı tövsiyə edirəm. Tövsiyə edirəm ki, həyatınızın bütün dönəmlərində dininizi hər hansı bir istəyə fəda etməyəsiniz. Əksinə, hər şeyi dininizə fəda edin.

SUAL 13: Ali məqamlı fəqih həzrət Ayətullah-üzma Safinin mübarək hüzuruna salam!

Xahiş edirəm ki, dünya və axirətim üçün faydalı bir nəsihətlə mənə yol göstərəsiniz.

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

Nəsihət istəkli məktubunuz çatdı. Mö᾽minin mö᾽min boynunda nəsihət haqqı olduğunu nəzərə alaraq, aşağıdakı qeydləri təqdim edirəm.

«Öyüd və nəsihət mö᾽minlər üçün faydalıdır» (Zariyat-55) ayəsinə əsasən nəsihətlərimizin faydalı olacağına ümidliyik.

İstər özüm üçün, istərsə də siz və bütün mö᾽min bacı və qardaşlar üçün ən yaxşı nəsihət təqva və pəhrizkarlıqdır. İmam Baqir (ə) buyurur: «Həqiqətən bir müsəlmanın digər bir müsəlmana verdiyi ən yaxşı öyüd pəhrizkarlıqdır.»

Qiymətli cavanlıq ne᾽mətinin qədrini bilin. Allahın bəxş etdiyi bacarıq və fürsəti qənimət sayın. Bu dövrün təravətindən gözəl şəkildə istifadə edin. Həzrət Peyğəmbər (s) Əbuzərə vəsiyyətində «nə qədər ki, qocalıq gəlməyib, cavanlığı qənimət bil» deyə buyurur.

Çalışın ki, cavanlıq dövründə qəzəb, şəhvət və nəfs istəklərini ram etməklə özünüzə ağa olun. Bu dövr çalışmaq, özünü düzəltmək, iste᾽dadların aşkarlanması, kamillik dərəcələrinin fəthi üçün münasib fürsətdir. Heyvani meyllərin güclənməsi də bu dövrə təsadüf edir. Bu dövr ya səadət, behişt, ya da bədbəxtlik və əbədi əzab dövrüdür. Zəhmətlərə qatlaşmaqla bu dövrü Allah, Onun peyğəmbərləri, övliyaları və salehlərin yolunun seyrinə çevirmək lazımdır. (Nisa-69).

Müvəffəqiyyət nəsimi yellərinə qucaq açın və nəfslə cihada qalxıb, hidayət və müvəffəqiyyət qazanın. özünüzü büdrəmə və tənəzzül amillərindən hifz edin. Bə᾽zi amillər Əbu-həmzə Somalinin şərafətli duasından bəyan olunmuşdur: «Mənim ağam! Yoxsa məni öz dərgahından qovub, xidmətində bəndəlikdən məhrum etmisən? Bəlkə, səhlənkarlığımı görüb, özündən uzaqlaşdırdın, üz döndərdiyimi görüb, özbaşına buraxdın? Yoxsa, bəxşişlərin qarşısında minnətdarlıq etmədiyimi görüb, binəsib etdin? Bəlkə, alimlərdən uzaq görüb, xar etdin, qafillərlə görüb, rəhmətindən mə᾽yus qoydun? Yoxsa, məni batil əməl sahibləri arasında görüb, onların öhdəsinə buraxdın? (Səhifeyi-səccadiyyə, 2-ci cild).

Yuxarıda sadalanan səbəblər müvəffəqiyyətsizliyin, Allahdan uzaqlığın, qəlb qaranlığı və digər fəsadların səbəbləridir. Bütün bunlar həqiqi fəzilətlərin və mə᾽nəvi dərəcələrin kəsbi üçün maneədir.

İnsan üçün səadətbəxş xüsusiyyətlərdən biri də layiq nəsihətlər təmənnasıdır. Allah sizin bu mə᾽nəvi dərkinizi, bəsirətinizi artırsın. Bu halı əldə etmək üçün Allaha şürk edin. Heç vaxt əxlaqınızı, nəfsinizi boş buraxmayın. Qur᾽an tilavətində davamlı olun. Ən azı əxlaq, mə᾽ad, ilahiyyət, maarifə aid hissələri əzbərləyin. Allahı zikr etməklə şeytani xəyalları qovun. «Şeytani xəyallar hücum çəkəndə pəhrizkarlar Allahı zikr edirlər» (Ə᾽raf-201).

Hal - hazırda elmə yiyələnmək üçün ilahi tövfiqiniz var. Elmi məqamları məqsəd seçin. Cəmiyyətin faydalı bir üzvü olmaq, böyük xidmətlər göstərmək, müsəlmanları yadlara möhtaclıqdan qurtarmaq üçün bacardıqca çalışın.

Hər zaman həzrət Mehdinin (ə.c) zühurunun intizarında olun, onun nurlu könlünü sevindirən əməllər hazırlayın.

Uca Allahdan sizin üçün tövfiq, dünya və axirət səadəti istəyirəm.

SUAL 14: Xahiş edirəm ki, cavanlar üçün bir nəsihət buyurun.

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

Əziz cavanlarımız dövrümüzün saysız-hesabsız azdırıcı də᾽vət və vasitələrinə diqqətli olmalı, qeyri-islami tə᾽sirlər altına düşməməlidirlər.

Bilin ki, «ləbbeyk» deyiləsi yeganə də᾽vət bəşəriyyətin ən ziyalısı, həyat tarixi tam şəkildə mə᾽lum olan imamlardır.

İnşəallah müvəffəq olasınız.

Qeyd: Ayətullah-üzma Safinin oğlu doktor Mürtəza Safi təhsilini təkmilləşdirmək üçün İngiltərəyə e᾽zam olundu. O, iki ildən sonra kardioloq ixtisası ilə ölkəyə qayıtdı. Hazırda Tehranın «Şəhid Behişti» institutunun elmi şurasının üzvüdür, «Şəhid Müdərris» xəstəxanasında fəaliyyət göstərir. Aşağıda ixtiyarınıza veriləcək iki məktub Ayətullah-üzma Safi tərəfindən doktor Safiyə və onun həyat yoldaşına ünvanlanmışdır.

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

«De ki, işinizi görün, tezliklə Allah, Onun Peyğəmbəri və mö᾽minlər sizin işinizə baxacaqlar» (Tövbə-105).

Əziz övladım, gözümün nuru Mürtəza! İndi ki, Allahın köməyi ilə təhsilinin davamı üçün xaricə gedirsən, ümidvaram, müvəffəqiyyət qazanıb, seçdiyin məqsəddə zahirən və mə᾽naca ali və mütəali uğurlar əldə edəsən.

Uca elmi məqamlara nail olmağı hədəf bil və səfərini Allah üçün yerinə yetir ki, oxuduqların, zəhmətlərin, tədqiqatların əməl naməni bəzəsin.

İslam ümmətinin və müsəlmanların özünə kifayətlənməsi üçün mə᾽lumat toplamaq yolunda, müsəlmanlara xidmət naminə səfər müqəddəsdir. Müsəlmanların bu günkü tənəzzülünün sirri onların dəqiq və humanitar elmlərdəki geriliyidir. Əksinə, kafirlərin üstünlüyü onların həmin elmlərdəki nailiyyətləridir.

Əgər xaricə gedən gənclərin hər biri texniki tərəqqi ilə ayaqlaşmaq, islam aləmi üçün başıucalıq gətirmək fikrində olsa, asılılıq aradan qaldırılar, istiqlal əldə edilər.

Axı nə üçün sən və sənin kimilər elm sahələrində dünya miqyaslı bir mütəxəssis olmayasınız?! Halbuki, iste᾽dad baxımından kimsədən geri deyilsiniz. Məqsədim hansı ali rütbə üçün səfər etdiyini sənə xatırlatmaqdır. Allah səni görür, Ondan kömək istə və Ona təvəkkül et.

Allah eləməmiş, olmasın ki, oranın bərbəzəkli görünüşü səni aldatsın və boş əllə geri dönəsən! Əgər orada təhsil imkanları vardırsa, unutma ki, insanı səadət yolundan azdıran vasitələr də çoxdur. Aldanmayan, xoşbəxtliyini satmayan kişi gərəkdir!

Dini vəzifələrində və Əhli-beyt vilayətində sabitqədəm ol. Bu yolda sınanmış, püxtələşmiş insanlarla ünsiyyətdə ol. Dini yığıncaqlarda xalisliklə, riyasız, feyz qazanmaq üçün iştirak et və həmin məclislərin qədrini bil.

Xülasə, fərz et ki, hamı, bütün müsəlman cəmiyyəti sən və sənin kimilərinin intizarındadır. Dost və tanışların, qohum-əqrəban, ata-ananın gözü yoldadır. Eləcə də, bütün xəstələr! Bütün bunları unutma və müvəffəqiyyətlər yolunda zəhmətləri qəbul et. Qarşıya çətinlik çıxanda e᾽tina etmə. Sıxıntı və çətinlikləri Allahın ixtiyarında qoy və ümidsizlikdən çəkin!

Bacardıqca dilində Allahı zikr et, qəlbdə xatırlamağı da unutma. Məhəmməd və ali Məhəmmədə, xüsusi ilə həzrət Mehdiyə (ə.c) salavat hədiyyə etməyi yaddan çıxartma. O həzrət və onun işlərinə yaxşı xidmət üçün təhsilinə diqqətli ol. Artıq macal olmadığı üçün uyğun mövzularda daha geniş mütaliə edəcəyinə ümid bəsləyirəm. Səni Allaha tapşırıram və Ondan sənin üçün dünya və axirət səadəti, tövfiq diləyirəm.

Cavab 16:Bismillahir-rəhmanir-rəhim.

Bu bir neçə kəlməni də gözümün nuru Nərgiz və onun möhtərəm anası üçün yazıram. Sizin və Mürtəzanın sağ-salamatlığına, vətənə müvəffəqiyyətlə qayıdacağınıza ümid edirəm.

Əzizlərim, getdiyiniz şəhər fəsad, əxlaqsızlıq, günahla doludur. Onların insaniyyətdən dəm vurmalarına baxmayaraq, orada insan şərəfi heyvani şəhvət və həvəslərin tapdağıdır. Əksəriyyətinin həyatı heyvanxanalarda cərgələnmiş heyvanların həyatına bənzəyir. Öz əxlaqınızı, dini istiqlalınızı qorumağa çalışın. Uyğun mühitdə çox müsəlmanlar öz rənglərini dəyişirlər. Müsəlman olduqlarını unudaraq, qadınlar çadranı kənara qoyurlar. Əksinə, hindistanlılar, pakistanlılar və afrikalılar öz şəxsiyyətini qoruyur, milli geyimlərdə görünməkdən çəkinmirlər.

Hər halda yaşayış cihaddır. Dərs də, islami örtük də, bayağı məclislərdən uzaq olmaq da cihaddır. Cihad, cihad, cihad!

Ümid edirəm ki, bütün cihadlarda qalib olacaqsınız və balaca Nərgiz də öz kiçik çadrası ilə islami simvollara bağlılıq nümunəsi olacaq. Xülasə, şər᾽i cəhətdən yaxşıları götürün, pislərdən uzaq olun!

SUAL 17: Həzrət Ayətullah-üzma Safinin hüzuruna.

Təhsil ocaqlarından birinin müdiri mütəmadi şəkildə dörd yüz nəfərlik bir cəmiyyətin qarşısında «səsinizi kəsin» sözünü işlədir. Tağuta məxsus, əxlaqa zidd belə bir sözün işlədilməsinə şəriətin münasibəti necədir? Şagirdlərin və məs᾽ulların vəzifəsi nədir?

Cavab 17:Bismillahir-rəhmanir-rəhim.

İslamda elm təhsili və tədrisi tə᾽kid olunmuş mövzulardan olub, cəmiyyətin tərəqqisinin əsasını təşkil edir. İnsana elm öyrədib, onu doğru yola hidayət edənlərin haqqı böyükdür və bu haqq atanın haqqına uyğundur. Şagirdlər müəllimə ehtiram göstərməli, hətta onun nöqsanlı davranışına da dözməlidirlər.

Eləcə də, müəllim və ustadın vəzifəsi şagirdlərdə mehriban davranmaq, onların qüsurlarını nəzakətli qaydada islah etməkdir. Şagird və müəllim əlaqəsi heç zaman unudulmayan mə᾽nəvi bir əlaqədir. Hədisdə buyurulur ki, «elm öyrədən və elm öyrənən şəxslərin qarşısında təvazökarlıq edin» (Mişkatul-ənvar). Bu hədis şagirdə sadə olub, müəllimə ehtiram göstərməyi və müəllimə məhəbbət və təvazökarlıqla ilə şagirdi həvəsləndirməyi tövsiyə edir. Nəticədə, şagirdin elm və mə᾽rifətə rəğbəti artmalı, çətinlik zamanı həvəslə müəllimə üz tutmalıdır.

Şagirdlərin vəzifəsi budur ki, müəllimi qəzəbləndirəcək davranışa yol verməsinlər, danlaq zamanı müəllimə qarşı çıxmasınlar. «Müəllimin cəfası atanın nəvazişindən üstündür»buyuruğuna riayət olunsun.

Məs᾽ulların vəzifəsi müəllim və ustadların əxlaq və rəftarını şərafətləndirmək, onların nöqsanlarını, şagirdlərin ruhiyyəsinə mənfi tə᾽sir göstərən pis davranışlarını başa salıb, onların müəllim adını uca tutmasına çağırmaqdır.

SUAL 18: Ali məqamlı fəqih həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin hüzuruna. Salam! Xahiş edirəm, ilk dərs ilimdə məni öz göstərişlərinizlə peyğəmbər peşəsi olan müəllimliyə həvəsləndirəsiniz.

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

İşinizə başlayarkən onun müqəddəsliyinə yetirdiyiniz diqqət və gözəl niyyətinizi dəyərləndirməklə, müvəffəqiyyət qapılarının üzünüzə açılmasını Allahdan diləyirəm. İmam Mehdinin (ə.c) sayəsi altında uğur qazanıb, onun dostlarından və köməkçilərindən olasınız.

Şərəfli müəllim peşəsi ağlın və şəriətin ehtiramını qazanmış peşələrdən olub, bütün müəllimlər arasında təqdir olunmuşdur. Qur᾽ani-kərimdə buyurulduğuna görə bütün insanların, həzrət Adəmin, eləcə də həzrət Məhəmmədin (s) müəllimi Allah-taala özüdür.

Əzəmətli peyğəmbərlərin ən böyük vəzifələrindən biri də tə᾽lim və tərbiyədir. Həzrət Rəsulullah (s) özü haqqında buyurur: «Yalnız müəllimlik üçün seçildim.»

həzrət Əli (ə) və digər imamlar ilahi cəmiyyətdə tə᾽lim və tərbiyə sifətinin məzhəridirlər. Mədrəsə, elmin bəyanı, maarif, o əzəmətli şəxslərin hökmləri ilkin islam dövründən bu günədək genişlənmişdir. İslam mədrəsəsi yeganə təhsil ocağıdır ki, onda minlərlə müəllimlər təhsil alıb, dünyanın müxtəlif nöqtələrində, şəhər və kəndlərində, məscid və hüseyniyyələrdə elmə qatılmışlar.

İki ay, məhərrəm və səfər ayları boyunca islam aləmi həzrət Seyyidüş-şühəda imam Hüseyn (ə) əzadarlıq mərasimi keçirir. Bütün tə᾽lim-tərbiyə ocaqları bu mərasimlərin kəramətindən çiçəklənir. Bir zaman Mədinə məscidində imam Hüseynə (ə) məxsus dərslər qurular, səhabə və ardıcıllar belə bir müəllimdən dərs alardılar.

Aydındır ki, söhbətin faydalı elmlərdən getdiyini qeyd etməyə ehtiyac qalmır. Qur᾽an, əhkam, əxlaq, üsul, ədəbiyyat, tarix, biologiya, fizika, kimya, riyaziyyat və s. müəllimlərinin hər biri fəzilətlidir. Bütün bu tə᾽limlər cəmiyyətə xidmət, islamın izzəti, biganələrdən ehtiyacsızlığı, ilahi razılıq əldə edilməsi üçün yerinə yetirilə bilər.

Müəllim müqəddəs hədəf, yüksək şüur və düşüncə ilə tədris edərsə, bu iş heç bir dünya malı ilə müqayisə edilə bilməz. Bu yolda niyyət xalis olduqca işin mə᾽nəvi dəyəri də artır.

Həzrət imam Cə᾽fər Sadiq (ə) məktəbində minlərlə alim, hədisçi, təfsirçi və mütəxəssislər yetişmişdir. «Kimya elminin atası» ləqəbini almış Cabir ibni Həyyan da bu şəxslər arasındadır.

İslami cəmiyyətdə tədris, müəllim, müəllimin məqamı və şə᾽nindən danışılanda adı çəkilən bütün elmlər nəzərdə tutulur. İslam, Qur᾽an, şəriət elmlərinin xüsusi məqamı olsa da, dini kamilliyi, dünya həyatının nizamlanması, cəhalətin aradan qaldırılmasında bütün digər elmlərin rolu vardır. Eləcə də, müəllim ixtisasından asılı olmayaraq, şagirdləri islam, mə᾽rifət, Əhli-beytlə tanış edə bilir. Müəllimlik sənəti şagirdlərin doğru yola yönəldilməsi üçün gözəl bir imkan yaradır. Əksinə, müəllim sağlam əqidəyə malik olmazsa, şagirdlərin əqidə və əxlaqına mənfi tə᾽sir göstərə bilər.

Eləcə də, fəsad törədən, pozucu sahələr vardır ki, onların tədrisi günahdır. Peyğəmbər və imamlarla həmfikirlik, onlardan ilhamlanmaq müəllimin axirətinə tə᾽minat verir.

Ümid var ki, tə᾽lim-tərbiyə ocaqlarımız ilahi hökmlər və Qur᾽an tə᾽limləri sayəsində cəmiyyəti tərəqqi və inkişafa çatdırsınlar. Eləcə də, əziz müəllimlər öhdəyə götürdükləri böyük vəzifəni layiqincə yerinə yetirib, ilahi dəyərlərin keşiyində duranlardan olsunlar.

Möhtərəm və əziz müəllimlərə, xüsusi ilə də bu fəaliyyətə yenicə başlayanlara nəsihətim budur ki, öz işləri ilə Allah razılığını qazanmaq istiqamətində iradəli olsunlar. Şagirdlərlə təvazökar və mehriban rəftar, tapşırılmış əmanətin yaxşıca qorunması müəllim ömrünü bütün cəmiyyət üçün faydalı edər.

Onu da qeyd edək ki, müəllimin ədəb və əxlaqı, rəftarı və danışıq üslubu, hətta geyimi və çöhrəsi də şagirdə tə᾽sir edir. Ailədən sonra insan üçün ən tə᾽sirli mühit məktəb mühitidir. «Yaxşı yerin torpağı yaxşı, pis yerin torpağı pis bitkilər bitirər» (Ə᾽raf-58).

Bütün bu məs᾽uliyyətlər nəzərə alınarsa, dərs otağını ibadət otağı, müəllimlik fəaliyyəti ibadət hesab oluna bilər.

Kaş, sizinlə olub, böyük iftixara çataydıq!

SUAL 19: Ayətullah-üzma Safinin nəzərinə. E᾽tiram və salamla!

1. Özümü düzəltmək üçün nə etməliyəm?

2. Şeytanı qovmaq üçün ən yaxşı yol hansıdır?

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

Birinci sualın cavabında deyə bilərəm ki, özünü düzəltmək üçün şəriət göstərişlərinə əməl etmək, ən azı haramlardan çəkinib, vacibatı yerinə yetirmək lazımdır. Özünütərbiyənin ən ali dərəcəsi bəyənilmiş işlərin icrası, pislənmiş əməllərin tərkidir. Çünki özünütərbiyənin mə᾽nası insanın səadətinə tə᾽minat verən yaşayış tərzinə əməl olunmasıdır. Belə bir həyat tərzini isə yalnız insanı vücuda gətirmiş Allahdan öyrənmək olar.

İkinci suala cavab:Şeytanın rədd edilməsi üçün ən münasib yol həyatın istisna, mühüm döngəsində səbr edib, düşünməkdir. Bu dayanacaq bir yerdədir və insan bütün işlərini bu dönmədə icra edir. İnsanın qarşısına çıxan, eləcə də, imamların xəbər verdiyi məqama diqqət edilməlidir. Əlbəttə ki, Allahın zikri, mə᾽nasına diqqət yetirməklə dualar oxumaq da tə᾽sirlidir.

SUAL 20: Həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin hüzuruna. Salam! Xahiş edirəm ki, kamilliyə çatmağın mərhələləri haqqında nəzərinizi buyurasınız.

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

Kamillik mərhələlərinin yolu müxtəlif şəxslər üçün fərqlidir. Çünki insanların iste᾽dadı, məhdudiyyətlərə dözüm səviyyəsi zatən və fitrətən fərqlidir. Hər kəs öz fitri qabiliyyətləri çərçivəsində kamillik əldə edə bilər. Hər halda, kamillik istəyində olan hər bir şəxs müəyyən mərhələlər keçməlidir.

İlkin mərhələdə Allahı tanımaq istiqamətində kitablarda qeyd olunmuş dəlilləri düşünməklə ilahi sifətlər və Allahın öz qulundan agah olduğu dərk edilməlidir.

«(Allah) gözlərin xəyanətini və qəlblərin gizlətdiyini bilir» (Ğafir-19).

Bu tanışlıq ilahi razılığın tanınıb, əldə edilməsinə gətirir. Bu iş yalnız Allahın özü ilə bəndələri arasında vasitə etdiyi şəxsləri tanımaqla mümkündür. Həmin şəxslər Allahın razılıq və qəzəb mövqeyini, hansı əməllərin itaət, hansı əməllərin müxalifət olduğunu lazımınca bilirlər. Onlar ilahi elmlər xəzinəsi, Allahın əmanətçiləridir. Onların əxlaq və əməlini, buyuruqlarını düşündükcə ilahi əsaslarla tanışlıq bir o qədər artır. Əgər bu tanışlıq sadəcə bilik çərçivəsində qalamayıb, ilahi hökmlərə itaətlə yanaşı olarsa, faydalıdır. Lakin sadalanan biliklərə e᾽tiqaddan uzaq elmi tanışlıq Allahdan uzaqlaşmağa, bədbəxtliyə, daşürəkliliyə və pis aqibətə səbəb olur.

Allah-taala bizi və sizi, Məhəmməd və onun ailəsi xatirinə, Allah və Onun övliyalarını tanımaq yolunda müvəffəqiyyətə çatdırsın.

SUAL 21: Ayətullah-üzma Safinin hüzuruna. Salam!

Ailə həyatı qurmazdan qabaq musiqiyə həvəsli və örtüksüz idim. İndi isə musiqidən uzaqlaşmışam, örtüyüm qaydasındadır. Ən əsası isə Qur᾽an oxuyuram (Allahın və həyat yoldaşımın köməyi ilə). Amma hələ də Şeytan yaxamı buraxmır, süst və iradəsiz olduğumdan ardıcıl şəkildə namaz qıla bilmirəm. Vicdan əzabı çəkir, narahat oluram. Möhkəm iman və iradə əldə etmək üçün, Şeytandan uzaqlaşmaq üçün nə etməliyəm?

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

Musiqini həmişəlik qoyun kənara. Mütləq namazı qılın və bu vaxtadək qılmadıqlarınızın qəzasını yerinə yetirin. Rəvayətdə buyurulur ki, «namazı bilərəkdən tərk edən şəxs kafir kimidir.»

Allahın əzəmətini, ölümü, qəbr sorğusunu yaxşıca fikirləşsəniz, Allaha itaətin savablarını diqqət mərkəzində saxlasanız, inşaəllah şeytan yaxanızı buraxar. Bunu da bilməlisiniz ki, insan yalnız kamil iman və mə᾽rifət hesabına şeytan hiyləsindən və nəfs istəklərindən qurtula bilər. Belə bir kamillik isə Allahın əzəmətini düşünmək, bu əzəmət qarşısında müt᾽ilik, əzab və savabın mütləq olmasına yəqinlik, əmrlərə itaət və qadağalardan çəkinməklə əldə edilir.

SUAL 22: Bismillahir-rəhmanir-rəhim. Həzrət Ayətullah-üzma hacı şeyx Lütfüllah Safi Gülpayiqaninin hüzuruna. Salam!

Dost-tanışla davranmaq barəsində şəriətin hökmü nədir?

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

Şəxsiyyətin formalaşmasında ən tə᾽sirli amillərdən olan dost seçiminə diqqətli olmaq lazımdır. Elə şəxslərlə ünsiyyətdə olmaq lazımdır ki, bu ünsiyyətdən ruhani və mə᾽nəvi faydalar əldə edilsin.

Alimlər, zahid insanlar, sınanmış mö᾽minlərlə oturub-durmaq iman və əqlin inkişafına səbəb olur. Əksinə, günahkar, əxlaqsız, dini göstərişlərdən qaçan, həyasız, azğın adamlarla ünsiyyət olduqca zərərlidir. Belə şəxslərin iştirak etdiyi zərərli məclislərə qatılmaq olmaz. Eləcə də, məzhəbi yığıncaqları, Qur᾽an və dua məclislərini qənimət bilmək lazımdır. «Hər kəs öz yoldaşı ilə tanınar»– buyuruğunu unutmayaq.

SUAL 23: Həzrət Ayətullah-üzma Safinin hüzuruna. Salam!

Bir gənc, Allah və mə᾽sum imamlarla necə əlaqə qura bilər? Əgər onun qəlbini ümidsizlik çulğasa, nə etməlidir?

CAVAB:Bismillahir-rəhmanir-rəhim.

Gündəlik həyatın bütün sahələrində Allah və mə᾽sumların buyuruqlarına lazım olduğu səviyyədə əməl etmək onlarla əlaqə qurmaqdır.

SUAL 24: Bismillahir-rəhmanir-rəhim.

Möhtərəm fəqih həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin hüzuruna. Salam!

Gənclərin zahiri dünya həyatı ilə çiyin-çiyinə sirli bir daxili aləmləri də vardır. Bu daxili aləm diqqətdən kənarda qalıb, unudulasa da, insan həqiqi əqidə və düşüncələrə, gözəl əxlaqa və əməllərə bağlanaraq ruhani aləmini hərəkətə gətirib, öz səadətini tə᾽min edə bilər. Təəssüf ki, əgər cavanlar əxlaqsız və ləyaqətsiz əməllərə həvəs göstərməklə bədbəxtçiliyə düçar olmuşlar. Belələrinin doğru yola yönəldilməsi, onların zatı həqiqətlərinin dirçəlməsi, ruhaniyyət aləminə qayıtmasını gərəkli bilirəm. Əgər onlar bütün mə᾽nəvi kamillikləri heyvani qüvvələrin razılığına qurban versələr, nəfsani istəklərinə əsir olub, qızmış bir yırtıcıya dönsələr, şəksiz ki, bədbəxtlik çölündə sərgərdan qalacaqlar. Əgər çox az sayda insanlar özlərini kamilləşdirmək üçün çalışarsa və ibtidai məktəblərdə qızlar və oğlanlar həlakət vadisində vurnuxarlarsa, həqiqət yolundan sapanların aqibəti sözsüz ki, cəhənnəm olacaqdır.

Biz, gənclər arasındakı belə fitnə-fəsadların çoxundan xəbərsiz qalırıq və bu azğınlıqlar sadəcə ədliyyə sənədlərində arxivləşdirilir.

Cinsi azğınlığı qızışdıran amil açıq-aşkar mə᾽nəviyyatsızlıqdır. Biz yalnız özümüzə diqqət yetiririk və dini baxışlarımız öz dairəmizdən çıxmır. Hər hansı bir ölkədə mə᾽nəviyyat tənəzzülə uğradıqca cəmiyyətdə ictimai pozğunluq, ən başlıcası isə cinsi azğınlıq çoxalır. Belə bir mühitdə haqq və iman yolunu sevən, azğınlıqlardan narahat olan gənclər pis tə᾽sir altına düşür, özlərini itirirlər. Belə gənclər düzgün yolu seçməkdə məsləhət üçün heç bir kəsə, hətta ata-analarına belə e᾽timad göstərmirlər.

Mən illər uzunu məktəblərdə azğınlıqları, 16-17 yaşdan aşağı oğlan və qızların telefon əlaqələrini, get-gəllərini müşahidə etdikdən sonra bu qənaətə gəldim ki, gənclər nə qədər ağıllı və düşüncəli olsalar da, iman və əxlaq yoxsulluğu onları tez-gec yırtıcı pozğunluqların pəncəsinə verəcək. Zənnimcə əsas səbəbkar ata-analarıdır. Pozğunçluqlarla mübarizənin zəruriliyini düşünürəm və sizdən kömək istəyirəm. Bu mövzuda kitab göndərməklə də olsa, mənə əl tutun.

Allahın və sizin köməyinizlə, gənclər arasında vərəqələr yaymaq yolu ilə müvəffəqiyyət qazanmaq olarmı? Onların düşüncələrinin islahı üçün hansı mə᾽lumatları vermək lazımd


Date: 2016-01-05; view: 514


<== previous page | next page ==>
Lahi bir düzümdən söz danışan varaqlar. | 
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.022 sec.)