Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Təhsilin informatlaşması texnologiyaları. Elektron təhsilin xüsusiyyətləri

Təhsilin informatlaşması ənənəvi təhsili yeni çalarlarla zənginləşdirir. Ənənəvi təlimdə əks-əlaqənin həyata keçirilməsi baxımından informasiya-qarşılıqlı əlaqə yaradılmasında 2 fəal tərəf var: öyrədən və öyrənən. İKT əsaslı təlim prosesində isə operativ əks-əlaqə baxımından öyrədən və öyrənənin yeni interaktiv tərəfdaşı meydana gəlir. Artıq müəllim şagird üçün informasiya mənbəyi deyil (belə şəraitdə müəllim işləmək, peşə nüfuzunu qorumaq heç də asan deyil). Müəllimin əks-əlaqə yaratmaq, sagirdin biliyini qiymətləndirmək imkanı tədricən məhdudlaşır, bu imkanların bir qismi (bəzən hamısı) İKT vasitələrinə transfer olunur. Bu zaman öyrədən daha çox məsləhətçi-tyutor funksiyası daşıyır. Müəllim şagirdlərinə informasiya ötürülməsinə vaxt sərf etmir. Tədris materialının şagirdlərə nəql edilməsi, fərdi qaydada mənimsənilmiş tədris materiallarının onlardan qəbul edilməsi (tapşırıqların yoxlanılması, dərsin sorğusu və s.) kimi mərhələlərə vaxt itirilmir. Qazanılan əlavə vaxt ərzində şagirdlər digər yaradıcı məsələlərin həllinə imkan qazanırlar. Beləliklə, tədris-informativ qarşılıqlı əlaqənin strukturu tədricən dəyişir, informasiya - təhsil mühiti formalaşdıqca öyrədən, öyrənən və İKT vasitələri arasında yeni səviyyəli informasiya mübadiləsi imkanları yaranır.

Bu gün pedaqoji kadrların informasiya təhsil məkanında, təhsilin informatlaşması şəraitində səmərəli işləyə bilməsi üçün, onlar sistemli şəkildə, kompleks hazırlanmalıdır. Müasir müəllim hazırlığının məzmun və forması informasiya texnologiyalarının sürətli inkişafı ilə uzlaşmalıdır. Nəzərə alsaq ki, ümumiyyətlə təhsil sistemi real praktikanı qabaqlamalıdır, onda müəllim hazırlığının məzmunu bu günə yox, sabaha yönəlməli, bu sahənin inkişaf perspektivlərini nəzərə almalıdır. Yeni formatlı, innovativ inkişafa istiqamətlənmiş müəllim kadrlarının hazırlanması müvafiq elmi tədqiqatlar, futuroloji proqnozlaşdırma tələb edir. Belə pedaqoji proqnoztika vermək asan məsələ deyil. Belə şəraitdə təhsilin informatlaşması kimi qlobal problemin həlli hər bir milli təhsil sistemi üçün çox ciddi sınaq, bəlkə də tarixi imtahan sayıla bilər. Bu imtahandan çıxa bilməyən milli təhsil sistemlərinin gələcəyi yoxdur, çünki sənaye dövrünün təhsil sistemi artıq informasiya cəmiyyətində işləyə bilməz, bu sürətli dəyişikliyi görmək və ona adekvat reaksiya vermək zəruridir. Təhsilin informatlaşması problemini həll edə bilməyən ölkələrin milli iqtisadiyyatı, xüsusən də informasiya cəmiyyətinin tələb etdiyi innovasiya yönümlü, elmtutumlu, biliklərə əsaslanan müasir iqtisadiyyatı, peşəkar, yüksək ixtisaslı kadrları, müasir tələblərə cavab verən insan kapitalı olmayacaq. Bu gün hər bir milli təhsil sisteminin gələcəyi onun informatlaşma səviyyəsindən asılıdır. Ona görə də, inkişaf etmiş ölkələrdə təhsilin informatlaşması təhsilin prioritet məsələsi kimi qiymətləndirilir.



Exceldən istifadə edərək şagird təqdimatlarının hazirlanması

Elektron cədvəllər – Kompüter əsri başlanmazdan əvvəl maliyyə-hesabat işlərində müxtəlif cədvəllərdən istifadə olunurdu. Cədvəl hesablamalarının avtomatlaşdırılması işin keyfiyyətini dəfələrlə artırır. Cədvəl şəklində təsvir olunan verilənlərin saxlanması və emalı üçün istifadə olunan kompüter proqramları elektron cədvəlləri (ingiliscə spreadsheet) adlanır. İlk elektron cədvəl proqramları ilk FEHM-lərlə eyni vaxtda yaranmışdır. 80-ci illərin əvvəllərində Super Calc elektron cədvəlləri maliyyə hesabatları və s. ilə məşğul olan adamların şüurunda inqilabi dönüş yaratdı.

Elektron cədvəlləri ilə aparılan avtomatik hesablamalardan təkcə mühasiblər istifadə etmir. Birja, bank və s. maliyyə işçiləri elektron cədvəllərindən istifadə etmədən öz işlərini qura bilməzlər. Elektron cədvəllərinin köməyi ilə real şəraiti (situasiyanı) modelləşdirmək və alınmış nəticələri qiymətləndirmək olar. Hər hansı işin, fəliyyətin nəticəsinin araşdırılması-analiz, gələcək perspektivlərin qiymətləndirilməsi isə proqnozdur. Elektron cədvəlləri biznesdə, iş həyatında kiçik itkilərlə böyük nəticələrə gəlmənin yollarını tapmağa imkan verir. Belə cədvəllərin köməyi ilə vaxtından əvvəl «səhv» addımların qarşısını almaq, gələcək layihələrin nəticələrini qiymətləndirmək mümkündür.
Elektron cədvəlləri ilə idarəetmənin ən populyar vasitələrindən biri Microsoft şirkətinin Microsoft Excel proqramıdır. MS Excel 97, MS Excel 2000, MS Excel XP, MS Excel 2003 versiyalarından istifadə olunur. Bu proqramlar Windows 98, Windows 2000, Windows XP əməliyyat sistemlərinin rəhbərliyi ilə işləyir. Excel elektron cədvəllərindən iş adamları, ziyalılar, mühasiblər, jurnalistlər və başqaları daha çox istifadə edirlər. Excel proqramı müxtəlif növ verilənləri nizamlamağa, analiz etməyə, qrafik təsvir etməyə, maliyyə və statistik hesabatları effektiv yerinə yetirməyə, elmi-tədqiqatların nəticələrini araşdırmağa imkan verir. Excel güclü proqramdır, onun son versiyalarının imkanları çox böyükdür.

Prezentasiyaların (Təqdimatların) təşkili – Microsoft Office paketinə daxil olan proqramlardan biri də Microsoft PowerPoint proqramıdır. PowerPoint mətn prosessoruna-Word'ə çox bənzəyir, ancaq o, sənəd əvəzinə təqdimat (prezentasiya, slayd) yaradır. Təqdimat uşaqlıqdan tanıdığımız slaydlı filmlər kimi bir şeydir. Word sənədi ayrı-ayrı səhifələrdən ibarət olduğu kimi PowerPoint də slaydlardan ibarətdir. Slaydda mətn, qrafik elementlər və başqa informasiyalar ola bilər. Təqdimatda çox asanca slaydların ardıcıllığını dəyişmək, gərəksizləri uzaqlaşdırmaq və yenilərini artırmaq, eləcə də mövcud slaydların tərkibini dəyişdirmək olar. PowerPoint'dən həm təqdimatlar hazırlamaq, həm də onları nümayiş etdirmək üçün istifadə olunur. Hər bir təqdimat diskdə ayrıca faylda saxlanılır. Təqdimat faylının uzantısı .ppt olur. Məsələn, Azərbaycan_Cümhuriyyəti.ppt
PowerPoint təqdimatı bir, yaxud bir neçə slayddan ibarətdir. Hər bir slaydda mətn, qrafika və başqa elementlər olur. PowerPoint'də cəlbedici təqdimatlar yaratmaq üçün çox rahat imkanlar var.


Date: 2015-12-24; view: 1503


<== previous page | next page ==>
Nformatikanin, hesablama texnikasi və ikt-nin meydana gəlməsi, təşəkkül tarixi və Azərbaycandaki müasir vəziyyəti | nformasiyanın ötürülməsi texnologiyaları. İnternet şəbəkəsinin informasiya resursları. Elektron kitabxana
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)