Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






TOMAS ROBERT MALTUS

 

İngiltərədə xırda istehsalçıların müflisləşməsi ilə müşayiət olunan sənaye çevrilişinin genişlənməsi prosesi daha çox xüsusi mülkiyyətin hökmranlığı ilə bağlanır. T.Maltusun yaradıcılığı əsasən XIX əsrin birinci rübündə formalaşmışdır, lakin onun elmi araşdırmalarının nəticələri müasir iqtisadi nəzəriyyə üçün qiymətlidir.

T.Maltus zadəgan ailəsində anadan olmuşdur. Kembric universitetini bitirdikdən sonra o keşiş, 1807-ci ildən isə kollecdə siyasi iqtisad professoru olmuşdur. 1798-ci ildə çoxsaylı hücumlar predmeti olan "Əhali qanunu haqqında təcrübə" adı altında anonim şəkildə çap etdirilmiş kitabı çıxmışdır. O, 1799-1803-cü illərdə Avropanın bir sıra dövlətlərinə səyahət edir və beş ildən sonra, 1803-cü ildə artıq öz adı ilə kitabın ikinci nəşrini buraxdırır (onun sağlığında cəmi 6 nəşr buraxılmışdır). Sonrakı nəşrlər yeniləşdirilmiş və genişləndirilmiş, nəticədə kitab geniş traktata çevrilmişdir.

Bitkilərin və heyvanların hədsiz çoxalması qabiliyətinin saxlandığı təbiətlə analogiya üzrə Maltus israr edirdi ki, hər 25 ildə əhalinin 2 dəfə (yəni həndəsi silsilə ilə) artdığı zaman, insanların yaşayış vasitələri ədədi silsilədə olduğundan, tez arta bilməz. Əhalinin yaşayış vasitələrini üstələyən əhali qanunu da məhz çoxalmaq meylindən ibarətdir.

T.Maltusun elmi əsəri bir çox dünya şöhrətli alimlərin metodoloji bazası olmuşdur. V.M.Blauqun[2] hesab etdiyi kimi, nəzəriyyənin yeniliyi və orijinallığı iqtisadi fikir tarixində heç nə ilə müqayisə olunmayan inanılmaz uğur gətirmişdir.

Maltusun əhali nəzəriyyəsi əhali artımının cəmiyyətin ərzaq resurslarından sərt asılılığını müəyyən etdi, yaşayış minimumu ilə müəyyən edilən əmək haqqı nəzəriyyəsini əsaslandırmağa kömək etdi. Maltus öz nəzəriyyəsi ilə klassiklərin siyasi iqtisad haqqında bütün təsəvvürlərinə əsaslanan nə isə bir standart müəyyən etdi. Əhalinin optimal ölçüləri konsepsiyası əhalinin dəyişməsi haqqında mühakimə yürütməyə imkan verir. XIX əsrin ikinci yarısında doğumun aşağı düşməsi iqtisadçıların əhali problemlərinə marağını azaltdı və onlar ikinci dünya müharibəsindən sonra zəif inkişaf etmiş ölkələrdə əhali probleminə hazırlıqsız oldular.



1815-ci ildə T.Maltus elmi araşdırmalarını davam etdirərək, ilk sözləri A.Smitin məşhur "Xalqların sərvətləri"nin sərlövhəsini təkrarlayan daha bir əsər nəşr etdirdi. Bu, "Təbiət və torpaq rentasının artması haqqında tədqiqat" kitabı oldu. O, həmin əsərdə rentanın təbiətindən irəli gələrək, onun formalaşmasının və artımının mexanizmini açmağa, cəmiyyətdə istehsal olunan məcmu məhsulun reallaşdırılmasında gəlirlərin bu növünün əhəmiyyətini əsaslandırmağa cəhd edirdi. Lakin renta və iqtisadiyyatın bəzi başqa problemləri haqqında son mühakiməsini sonradan 1820-ci ildə yürütmüşdür. Həmin ildə Maltus nəzəri-metodoloji cəhətdən Rikardonun bir il əvvəl nəşr olunmuş məşhur "Siyasi iqtisadın əsasları"ndan az fərqlənən "Siyasi iqtisadın əsasları" adlı baş əsərini buraxdı. T.Maltus və D.Rikardo arasında dostluq münasibətləri və bir çox sosial-iqtisadi proqramlar üzrə ümumi fikirlər mövcud idi. Belə ki, Maltus mənfəət nəzəriyyəsinin işıqlandırılmasında, faktiki olaraq D.Rikardonu təkrarlayırdı. Hər iki müəllif sonuncunu qiymətin tərkib hissəsi kimi təsəvvür edirdilər.

Maltusun Rikardodan irəliyə getdiyi əsas aspekt - onun məcmu ictimai məhsulun realizə problemlərinin tədqiqatlarıdır. XIX əsrin əvvəllərində "klassik məktəbin" iqtisadi nəzəriyyəsinin nail olduğu səviyyəyə uyğun olaraq, yığım istehsalın gələcək artımının investisiyalaşdırılmasını təmin edən əsas problem hesab olunurdu. İstehlakdakı mümkün çətinliklər nəzərə alınmırdı və T.Maltus "Prinsiplər"də ictimai məhsulun yaradılmasına və realizə edilməsinə kömək edən "üçüncü şəxslər"i haqqında o dövr üçün gözlənilməz olan müddəanı irəli sürür. Müasir iqtisadi nəzəriyyə nöqteyi-nəzərindən Maltusun "üçüncü şəxs"lərinin təqdim etdikləri sorğu vasitəsilə tam reallaşmasının mümkünlüyü haqqında konsepsiyası özünü doğrultmadı, lakin o, C.Keynsi antiböhran ideyaları və "səmərəli sorğu" amilləri ilə, "istehsal məhsulunun cəmiyyətin ara təbəqələrində" istehlakında rolu ilə silahlandırırdı.

Maltus dəyərin əmək nəzəriyyəsinə qarşı əmtəənin həmin əmtəəyə alınan əmək dəyərinin Smit tərifi variantını qoymuşdur. Əməyin kəmiyyəti onun canlı maddiləşmiş əməyə və "avans edilmiş kapitala" mənfəəti ilə bu əmtəənin aid etdiyi istehsal xərcləri ilə müəyyən edilir. Məhz "üçüncü şəxs"lər kapitalistlərin mənfəətinin reallaşmasını mümkün edirlər. Mənfəətin "üçüncü şəxs"lərsiz reallaşmasının mümkünlüyü haqqında ideya Sismondidən iqtibas edilmişdi.

Maltusun Rikardoya qarşı çıxması Rikardo təliminin tərəfdarları ilə əleyhidarları arasındakı mübahisələrin başlanğıcını qoymuşdur.

 

JAN BATİST SEY

 

XYIII əsrin sonu - XIX əsrin birinci yarısı - Fransa tarixinin bu dövrü görkəmli hadisələr və böyük sarsıntılarla zəngindir. 1789-cu il - Böyük Fransa inqilabının başlanğıcı, 1799-1815-ci illər - Napoleon Bonapartın Konsulluğu və İmperiyası, 1815-ci il - Burbonların bərpa edilməsi, 1830-cu il - iyul inqilabı, Lui Filippinin konstitusiyalı monarxiyasının qurulması. 1848-ci il - Fevral inqilabı və Respublika elan edilməsi. 1851-ci il - Banopart çevrilişi. 1852-ci il -ikinci imperiyanın əsasının qoyulması.

Siyasi dəyişikliklərlə yanaşı, Fransanın iqtisadiyyatı da dəyişikliklərə məruz qalmışdı. Bu dövrdə sənaye inqilabı genişlənmiş, maşın sənayesi inkişaf etməyə başlamışdı. Burjuaziya cəmiyyətdə üstünlük təşkil edən qüvvə kimi zadəganlığı iqtisadi və siyasi cəhətdən dəyişdi. Bir çox şeylərdə (xüsusilə maşınların tətbiqində) İngiltərədən geridə qalan Fransa yenə də sənaye çevrilişinin əsas mərhələlərindən sürətlə keçirdi. Paris iri sənaye və maliyyə mərkəzinə çevrilirdi. Səhmdar cəmiyyətlərin sayı və birja sövdələrinin həcmi artır, banklar inkişaf edir, əmanət kassaları yaranırdı.

Fransada XIX əsrin birinci otuz ilində A.Smitin yaradıcı irsininin önəmli davamçısı J.B.Seyin iqtisadi təliminin formalaşdığı və inkişaf etdiyi şərait belə idi.

J.B.Sey 1767-ci il yanvarın 5-də Lionda tacir ailəsində anadan olmuşdur. İqtisadçı - alim kimi J.B.Seyin həyat yolu məlum mənada Fransada XYIII əsrin sonu - XIX əsrin əvvəllərində baş vermiş siyasi hadisələrin təsirilə və qismən 1789-cu ildə öz ölkəsindən fərqli olaraq, təsərrüfatda və siyasi iqtisadda ön plana keçən aqrar problemlərlə deyil, sənaye problemləri keçən İngiltərəyə səfərinin təəssüratları altında formalaşmışdır.

J.B.Seyin ilk nəzəri xidmətlərindən biri əsasən milli əhəmiyyətə malikdir. Məlum olduğu kimi, 1802-ci ildə A.Smitin "Xalqların sərvətləri"nin fransızca tərcüməsinin meydana çıxmasına baxmayaraq, XYIII əsrin ortalarında Fransada ölkənin iqtisadi fikrində hakim vəziyyət tutmaqda davam edən fiziokratik nəzəriyyələr yarandı və geniş yayıldı. Fiziokratizmin yaranmış stereotiplərini yalnız J.B.Sey "Siyasi iqtisad traktatı və ya sərvətlərin yaranması, bölünməsi və istehlakı üsulunun sadə xülasəsi" (1803) adlı öz ilkin, lakin mühüm əsərləri sayəsində aradan qaldıra bilmişdir. 1817-ci ildə o, özünün "Siyasi iqtisadın katekizisi", "Siyasi iqtisad traktatı"nın qısa xülasəsini çapdan buraxmışdır.

1830-cu ildən başlayaraq, J.B.Sey ömrünün son illərində Kollec de Franeda xüsusi olaraq onun üçün yaradılmış siyasi iqtisad kafedrasına başçılıq etmiş, sonradan Frederik Bastianın, Mişel Şevalyenin, Şarl Donuayanın və başqalarının təmsil etdikləri iqtisadi fikir məktəbinin banisi olmuşdur. J.B.Sey vəfatından bir neçə il əvvəl, öz həyatında yekun işi olan "Praktiki siyasi iqtisadın tam kursu"nu (1828-1830-cu illər) nəşr etdirmişdir. Burada o, hər şeydən əvvəl, iqtisadi liberalizm, kənardan iqtisadiyyata müdaxilə edilməməsi prinsiplərinə əsaslanan iqtisadi nəzəriyyəsinin praktiki əhəmiyyətini əks etdirməyə çalışmışdır.

Jan Batist Sey 1832-ci ilin noyabrında Parisdə vəfat etmişdir.

Başqa klassiklər kimi, J.B.Sey də siyasi iqtisadı dəqiq elmlər nümunəsi üzrə qururdu. Metodoloji planda bu, universal və birinci dərəcəli əhəmiyyətə malik olan qanunların, kateqoriyaların və nəzəriyyələrin qəbul edilməsini bildirir.

J.B.Sey metodologiyası üçün siyasi iqtisadın üç sərbəst hissəsində istehsal, bölgü və istehlakda təsnifləşdirilməsi xarakterikdir, bu onun "Siyasi iqtisad traktatı"nın - "Sərvətlərin necə istehsal edilməsi, bölüşdürülməsi və istehlakı haqqında tədqiqatları"nın hazırlanmasında da öz əksini tapmışdır. Bununla belə, J.B.Seyə görə istehsal, bölgü və istehlak sərbəst və müstəqil bir şey kimi çıxış edir.

J.B.Sey metodologiyası üçün tarixə ziddilik xarakterikdir. Belə ki, "İstehsal" bölməsində başlanğıc anı kimi onda ictimai müəyyən edilmiş istehsal tipi deyil, ümumiyyətlə, maddi nemətlər istehsalı çıxış edir.

J.B.Seyin fikrincə, siyasi iqtisadın böyük praktiki əhəmiyyəti vardır. Dövlət xadimləri görülən tədbirlərin nəticələrini qabaqcadan görmək üçün onun prinsiplərini rəhbər tutmalıdırlar.

J.B.Seyin və onun məktəbinin iqtisadi təliminin nəinki müasirləri, həm də sonrakı dövrün iqtisadçıları arasında çoxlu tərəfdarları və davamçıları olmuşdur. Belə ki, D.Rikardo Seyə hörmət və rəqabətlə yanaşmış, özünün ölümünə qədər onunla intensiv surətdə məktublaşmışdır. Rikardo qeyd edirdi ki, fransız tədqiqatçıları sırasında siyasi iqtisadı Türqo, Sismondi və Sey zənginləşdirmişdir.

J.B.Sey bazarların, qiymətqoymanın, daxili və xarici ticarətin azadlıq prinsiplərini, azad rəqabəti və proteksionizmin hər hansı təzahürlərinin yolverilməz olduğunu sözsüz qəbul edərək, bu prinsipləri absolyut dərəcəsinə qaldıraraq özünə şübhəsiz, smitçi nüfuzu qazanmışdır. Bunların qəbul edilməsi ilə o, bəşəriyyətə iqtisadi böhranların obyektiv qeyri-mümkünlüyünü qabaqcadan göstərmişdir. J.B.Seyin ictimai məhsulun reallaşdırılması müddəası sonralar "bazarlar qanunu" və ya sadəcə "Sey qanunu" adını aldı və bu "qanun"a nəinki elmi siyasi iqtisadın dayaqları olan Rikardo, Maltus və başqaları, həm də XX əsrin əvvəllərinə qədər iqtisadi fikir məktəblərinin başqa iqtisadçıları da şərik oldular. Helbreytin obrazlı tə:birincə, "Sey qanunu"nun insan tərəfindən qəbul olunub- olunmaması XX əsrin 30-cu illərinə qədər iqtisadçıların dəlillərdən fərqləndikləri əsas əlamət olmuşdur.

Daxili və xarici ticarətdə "Məhsullar məhsullar üçün ödənilir" - J.B.Seyin bazarlar qanununun mahiyyətidir. Bu məşhur fikir tamamlanmış mənada dərin makroiqtisadi təhlilin başlanğıcıdır. Məcmu tələb və təklif bir-birindən asılı olur, yə:ni Seyin qanunu makroiqtisadi təhlildən irəli gələn fikirləri makroiqtisadi göstəricilərə tətbiqindən qoruyur. Ayrıca əmtəə bütün qalan əmtəələrə nisbətən artıqlaması ilə istehsal oluna bilər.

"Seyin qanunu" ondan ibarətdir ki, cəmiyyət tərəfindən iqtisadi liberalizmin bütün prinsiplərinə nail olduqda və riayət etdikdə, istehsal uyğun istehlak doğuracaq, yəni əmtəə və xidmətlərin istehsalı hökmən bu əmtəə və xidmətəlirn sərbəst reallaşdırılan gəlirlərini doğuracaq. "Sey qanunu" bazarda çevik və azad qiymətqoyma iqtisadiyyatın özünü tənzimlənməsinin təminatçısı olmaqla, təsərrüfat konyukturundakı dəyişikliklərə, demək olar ki, ani reaksiya verməsinə səbəb olacağını güman edən iqtisadi liberalizm konsepsiyasının tərəfdarları tərəfindən bu cür qəbul edilirdi.

Bununla bərabər, Seyin özü "təklif müvafiq tələb yaradır" ifadəsini heç zaman işlətməmişdir, bu ifadə isə Keyns tərəfindən kəşf olunmuşdur. Yəqin ki, o, bu fikrə Seyin bu və ya digər əmtəənin ayrılıqda artıqlaması ilə istehsal oluna biləcəyi, lakin heç zaman bütün əmtəələrin bir dəfəyə istehsal oluna biləcəyi haqqında başlıca fikrini təkzib etmək üçün müraciət etmişdir.

Bizim dövrdə "Sey qanunu" haqqında diskussiya - iqtisadi nəzəriyyədə neoklassik və neoispan istiqamətlərinin tərəfdarları arasındakı diskussiyadır.

Seyin iqtisadi baxışları Maltusun əsərlərində müəyyən əksini tapmışdır. Onlar hər ikisi hesab edirdi ki, əmtəənin dəyəri istehsal vasitələrinə, əmək haqqına və rentaya istehsal prosesində mülkiyyətçi - sahibkarın xərclərindən düzəlir. Smit və Rikardonun davamçıları mənfəət və rentanın yaranmasını fəhlələrin əməyinin dəyərindən tutulmalar kimi, əməyin kapitalla istismarından nəzərdən keçirirdilər. Sey, Maltus davamçıları isə həm əmtəənin dəyərini, həm də cəmiyyətin siniflərinin gəlirlərini birgə əməkdə və bu siniflərin nümayəndələrinin dinc əməkdaşlığında görürdülər. Lakin Sey də Smitdəki kimi dəyərin bir neçə tərifi vardır. Smitin istənilən əmtəənin iki ayrılmaz xüsusiyyətlərini - mübadilə dəyəri və istehlak dəyəri olması müddəasını yadda saxlayaraq, Sey predmetlərin faydalılığı və dəyərlərin qarşılıqlı əlaqəsinin xüsusi əhəmiyyətini qeyd etmişdir. O yazırdı ki, "Dəyərlər predmetin faydalılığının meyarıdır". Bununla da, Sey dəyərin əmtəənin faydalılığı dərəcəsi ilə ölçülməsini ehtimal edirdi, ona qədər bu nəzəriyyəni Türqo və başqaları inkişaf etdirmişdir.

Eyni zamanda, əmtəənin dəyərinin yaradılmasında Sey özünün təklif etdiyi istehsalın üç amili nəzəriyyəsinə böyük əhəmiyyət verirdi. Əmək, torpaq və kapital, onun fikrincə, istehsal prosesində iştirak edərək, dəyərin yaradılmasına xidmət göstərirlər.

Sey üç amil nəzəriyyəsindən irəli gələn üçcəhətli düstura uyğun olaraq, "əmək" amilinin fəhlələrin gəliri kimi əmək haqqını, "kapital" amilinin kapitalistlərin gəliri kimi mənfəəti, "torpaq" amilinin isə torpaq sahələrinin gəliri kimi rentanı doğurması, əslində A.Smitin baxışlarının özünəməxsus şərhi olmuşdur. Söhbət ondan gedir ki, Sey cəmiyyətin sinfi strukturunun gəlirlərin müxtəlif növlərinin mənşəyinə və bölüşdürülməsinə təsiri ideyasını Smitdən iqtibas edərək, "dəqiqləşdirmişdir" ki, yuxarıda adları çəkilən amillər ("əmək", "kapital", "torpaq") fəhlələrin, kapitalistlərin və torpaq sahiblərinin gəlirlərinin yaradılmasında müstəqil əhəmiyyətə malikdirlər.

Seydə qeyri-məhdud azad rəqabət şəraitində sahibkarların istehsal amillərinin və cəmiyyətin siniflərini istismar etməsinin mümkünlüyü haqqında hər cür fikir rədd edilir.

Seydə dəyərin üçüncü tərifi də vardır. O israr edirdi ki, predmetin dəyəri müəyyən olunmayana qədər "sərbəst və qeyri-müəyyən"dir. O yalnız mübadilədə müəyyən edilir: bu predmetin dəyərinin ölçü meyarı "üçüncü şəxs"lərin onun mübadiləsi üçün verməyə razılaşdıqları predmetlərin sayıdır. Başqa sözlə, Seyə görə, dəyər tələb və təklifin nisbəti ilə müəyyən edilir.

İctimai məhsulun proporsiyalarında dəyərin gəlirlərə bölüşdürülməsi haqqında məsələ, Seyin fikrincə, müstəqil əhəmiyyətə malik deyildi.

Sey sahibkarın "sənaye qabiliyətlərinə, istedadına, fəaliyyətinə intizam və rəhbərlik ruhuna görə mükafat əvəzinə daxil olan mənfəət hissəsi və "kapitalın məhsuldar xidmətləri hesabına aid olan hissəsi arasında məhdudiyyət qoyur."

Sahibkar mənfəətinin əmək versiyası sahibkarlarla fəhlələri birləşdirir, onlar arasında fərq yalnız əmək haqqının ölçüsündədir - səviyyəsinə görə sahibkarın daha yüksək əmək haqqının əsası onun yüksək ixtisaslı əməyidir.

Sey əmək haqqının yüksəldilməsinə qarşı xərclər nəzəriyyəsinə əsaslanaraq, qəti etiraz edirdi - əmək haqqının artımı dərhal əmtəə qiymətlərinin yüksəldilməsini doğurar ki, bundan da, hər şeydən əvvəl fəhlələr zərər çəkirdilər.

Sey təlimində texniki tərəqqi, onun fəhlə sinfinin vəziyyətinə təsiri xüsusi yer tutur. Sey dövründə maşınlar haqqında məsələ bir çox iqtisadçıların diqqət predmetinə çevrilir, bu, sənaye çevrilişinin sürətləndirilməsi ilə izah olunur.

Sey "kompensasiya nəzəriyyəsi"nin əsaslarını qoymuşdur ki, bu nəzəriyyəyə uyğun olaraq, ilk zamanlar maşınların tətbiqi fəhlələri sıxışdırır, sonra onlar məşğulluğun artımını doğurur və məhsulu ucuzlaşdırırlar. Seyin "Satış nəzəriyyəsi" ona əsaslanır ki, hər bir satıcı eyni zamanda alıcıdır və ona görə də, cəmiyyət miqyasında təklif və tələb bərabərləşir və ümumi yenidən istehsal mümkün deyil. O ayrı-ayrı sahələrdə yalnız qismən yenidən istehsalın mümkünlüyünə yol verirdi.

İstehlakçılar Sey tərəfindən cəmiyyətin ən mühüm sinfi kimi xarakterizə olunurlar, ona görə ki, o, - ən çoxsaylıdır, ona görə ki, onun tərkibinə hər növ istehsalçılar daxildir və bu həm sinfin xoşbəxtliyi, həm ümumi rifahı, həm də bütün ölkənin çiçəklənməsini təşkil edir.

 

FRİDRİK BASTİA

 

XIX əsrin 40-50-ci illərində Fransada Bastia (1801-1850) adı xüsusilə məşhur idi.

F.Bastia iri fransız kommersantı ailəsində anadan olmuşdur. İnqilabdan sonra 1830-cu ildə o, Fransanın siyasi həyatında fəal iştirak etmişdir. O barışıq hakimi seçilmiş, departamentin baş məsləhətçisi təyin olunmuş, milli yığıncağın deputatı olmuşdur.

O, özünün parlaq palirletlərində proteksionizmin qızğın əleyhadrı və freytrederçilərin coşğun tələbatçısı kimi çıxış edir.

Onun təliminin başlanğıc nöqtəsi cəmiyyətin şəxsi maraqda və azad mübadilədə təşkili ideyası olmuşdur. O, mübadiləni və heç nəylə məhdudlaşdırılmayan rəqabəti maraqların tam harmoniyasının mənbəyi hesab edirdi. Öz tezisini əsaslandırmaq üçün o, Seyin "xidmətlər nəzəriyyəsi"ndən istifadə edirdi. Lakin seydən fərqli olaraq, o, şəxsi xidmətlərə onların ictimai həyatın əsası sferasında olmasından asılı olmayaraq, üstünlük verirdi. "Xidmət" dedikdə, o, yalnız istehsal prosesindəki real əmək sərfini deyil, həm də kimsə tərəfindən qoyulan hər hansı qüvvəni və ya bu xidmətdən istifadə edənin azad olmasını başa düşürdü, yəni dəyər istehsalına "xidmətləri" həm fəhlələr, həm də kapitalist və torpaq sahibləri göstərirlər.

Bastia B.Kerinin "kapital yığımı qanunu"na əsaslanaraq, əmək və kapital arasında harmoniyanı əsaslandırır. Bastiaya görə, kapitalın artması ilə fəhlələrin payı nəinki mütləq, həm də nisbi, kapitalistlərin payı isə yalnız mütləq artır.

Torpaq rentası isə torpağa qoyulmuş kapitalın faizinin müxtəlifliyinə gətirilir və bununla da əmək və kapitalın harmoniyası və torpaq mülkiyyətçilərinin də sosial harmoniyası ilə tamamlanır.

Bastiaya görə, cəmiyyət öz "xidmətləri" ilə ekvivalent mübadilə aparan müxtəlif siniflərin "harmonik əməkdaşlığıdır" - bu, onun mühüm əsası olan "iqtisadi harmoniyalar"ın (1850) başlıca fikridir. Bastianın əmək və kapital arasındakı "harmoniya" ideyası bütövlüklə Kerinin tə"liminə əsaslanırdı. "Mənafelər harmoniyası"nın amerikan variantı "Siyasi iqtisadın prinsipləri" (1837-1840) kitabında şərh edilmişdir.

Henri Çarlz Keri - amerikan iqtisadçısıdır. O, iri kitab naşirinin oğlu olmuşdur. Varlandıqdan və iri fabrikant olduqdan sonra o, iqtisadi problemlərə müraciət etmiş və çoxlu iqtisadi əsərlər yazmışdır. Onun "Mənafelər harmoniyası" nəzəriyyəsi ilk dəfə "Siyasi iqtisadın prinsipləri"ndə (1837-1840) şərh olunmuşdur.

Keri harmoniya nəzəriyyəsini özünün baş əsəri olan - "Sosial elmin əsasları"nda daha ətraflı şərh etmiş (1857-1859-cu illər) və bu əsərin daha qısa nəşrində - "Sosial elmin dərsliyi"ndə (1865) xüsusi inkişaf etdirmişdir. Nəzəri quruluşlar və onun praktiki proqramı XIX əsrin birinci yarısında ABŞ-ın tarixi inkişafının xüsusiyyətlərini əks etdirir. ABŞ müstəqil dövlət kimi müstəqillik uğrunda müharibə nəticəsində (1775-1783-cü illər) yaranmışdır. Bu müharibə ABŞ-ın sürətli iqtisadi artımına kömək etmişdir; ABŞ-ın başqa xüsusiyyəti şimal ştatlarının sürətli inkişafından və cənubda plantasiya quldarlığının olmasından ibarət idi ki, bu Şimal və Cənub arasında münaqişəyə səbəb olmuşdur (1861-1865-ci illərin vətəndaş müharibəsi). Amerikan burjuaziyasının spesifik mənafeləri onun ingilis klassik siyasi iqtisadına qarşı kəskin müxalifətçiliyini şərtləndirirdi.

Ona görə də təəccüblü deyil ki, Kerinin əsərlərinin başlıca məqsədi Rikardo nəzəriyyəsinin tənqidindən ibarət idi. Keri "Mənafelər harmoniyası" nəzəriyyəsinin əsasını Rikardonun gəlir haqqında təliminə qarşı yönəldilmiş "bölgü qanunu" təşkil edir. Bu qanuna görə əmək məhsuldarlığının artımı ilə işçilərin payı mütləq və nisbi artır, kapitalistlərin payı isə mütləq artır, lakin nisbi aşağı düşür. Onun fikrincə, əmtəənin dəyəri istehsalın deyil, əmtəənin təkrar istehsal xərcləri ilə müəyyən edilir; əmək məhsuldarlığının artımı ilə istehsal vasitələrinə fərqlər azalır ki, bu da kapitalın dəyərinin və faizin, yəni əmək məhsulunun kapital mülkiyyətçisinə ödənilən payının aşağı düşməsinə səbəb olur.

Keri Rikardonun torpaq rentası nəzəriyyəsinə, xüsusilə onun başlanğıc nöqtəsi - keyfiyyətcə pis torpaqların becərilməyə cəlb edilməsinin labüdlüyü haqqında müddəaya qarşı çıxış edir. Keri ABŞ şəraitindən irəli gələrək, özünün pis torpaqlarını yaxşı torpaqlara becərilməsinə keçidin hər yerdə olmasının və deməli, rentanın həm kapitalistlərə, həm də fəhlələrə xeyri olan aşağı düşməsinin baş verməsi nöqteyi-nəzərini Rikardoya qarşı qoymuşdur. Keri faktiki olaraq, torpaq rentasının mövcudluğunu rədd edir, onu əkinçiliyə qoyulmuş kapitala faizin müxtəlifliyi kimi baxırdı, - torpaq sahibləri icarə haqqının torpaq üçün deyil, torpağa çəkilən xərclər üçün alırdı.

Keri özünün ilk əsərlərində azad ticarət uğrunda fikirlər söyləmiş və iqtisadiyyata dövlət müdaxiləsinə qarşı çıxışlar etmişdir. Lakin sonralar amerikan burjuaziyasının mənafelərinin İngiltərə tərəfindən sıxışdırılması və onun dünya bazarında ekspansiyası Kerini proteksionizm mövqelərinə keçməyə sövq etdi. Bu onunla əlaqədardır ki, Keri istehsalçının istehlaka yaxınlığını "mənafelər harmoniyası"nın özüllərindən biri hesab edirdi, İngiltərə isə sənaye inhisarına can atırdı və ona görə də, azad ticarət uğrunda çıxış edirdi. Britariya siyasətinin dağıdıcı təsirini Keri Türkiyə timsalında göstərirdi O İngiltərədən yeganə müdafiə kimi dövlət müdaxiləsini və hökumətin gömrük rüsumlarını elan edirdi. O ABŞ-ın hələ möhkəmlənməmiş sənayesinin möhtac oduğu proteksionizm siyasəti uğrunda çıxış edirdi. Onun A.Smitin və D.Rikardonun sistemlərini kəskin ittiham etməsi bununla izah olunur.

Klassik siyasi iqtisad özünün ən yüksək zirvəsinə D.Rikardonun əsərlərində müvəffəq olmuşdur. Siyasi iqtisadın sonrakı inkişafını ayıran hüdudlar XIX əsrin 30-cu illəri hesab edilir. Başlanğıc mərhələdə yuxarıda göstərilən iqtisadçılar hələ Smtin və ya Rikardonun davamçıları kimi, onların təliminin şərhçiləri kimi çıxış edirdilər. Lakin sonrakı dövr (XIX əsrin 30-50-ci illəri) artıq klassik məktəblə açıq ayrılıqda xarakterizə olunur.

 

FƏSİL 11. K. MARKSIN İQTİSADİ TƏLİMİ


Date: 2015-12-18; view: 1616


<== previous page | next page ==>
D.RİKARDONUN İQTİSADİ SİSTEMİ VƏ METODU 4 page | TƏFƏKKÜRÜN FORMALAŞMASINDAKI ROLU
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.011 sec.)