Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Bu hədisin sənədi səhihdir.

əl-Müstədrək əla əl-səhiheyn, c 3, s 143

Cənab Albani də bu hədisi Silsilətu əhadis əl-səhihə kitabının 5-ci cildinin 22-ci səhifəsində səhih bilmişdir.

Məgər bu mətləblər Həzrət Əmirulmöminin (ə) imamətini Allahın vacib etdiyindən

və Peyğəmbərin gətirdiyi dinin bir hissəsindən xəbər vermirmi?

Əhli sünnət kitablarında bu tip rəvayətlər çoxdur. Məsələn Mənaqib kitabında deyilir:

على إمام المتقين.

Li (ə) müttəqilərin imamıdır.

 

əl-Mənaqib, Müvəffəq Xarəzmi, s 5

 

əl-Möcəm əl-kəbir kitabında Təbərani belə yazır:

 

أنت وَلِيُّ كل مُؤْمِنٍ بَعْدِي.

Sən məndən sonra bütün möminlərin vəlisisən.

əl-Möcəm əl-kəbir, c 12, s 98

Digər əhli sünnət kitablarında da bu cür mətləblər doludur.

Məgər bu kimi mətləblər imamın təyin olunmasını bilərəkdən inkar edənin kafir olduğuna dəlalət etmirmi?

Məgər sizin namazların rükətləri barəsində olan rəvayətləriniz və dəlilləriniz yoxdurmi? Siz deyirsiniz ki, əgər hər kəs sübh namazını inkar etsə kafirdir. Əgər Şeyx Müfid deyirsə:

وجحد ما أوجبه الله تعالى من فرض الطاعة فهو كافر ضال مستحق للخلود في النار.

 

Hər kəs) Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə kafirdir, yolunu azmişdir və cəhənnəmdə əbədi olaraq qalmağa layiqdir.

Yəni Əmirulmöminin (ə) imamətini bilərəkdən inkar etsə kafirdir.

Sizin böyük alimləriniz belə deyibdir:

من أَنْكَرَ إمَامَةَ أبي بَكْرٍ الصِّدِّيقِ رضي اللَّهُ عنه فَهُوَ كَافِرٌ.



Hər kəs Əbu Bəkrin imamətini inkar etsə kafirdir.

əl-Fətava əl-hindiyyə, c 2, s 164; əl-Səvaiq əl-muhriqə, c 1, s 139

Burada sizə bir sualımız var. Sizin bu barədə neçə rəvayətiniz var?

Əbu Bəkrin xilafına icma mövcuddur və sizin alimləriniz aşkara qeyd ediblər ki, Əbu Bəkrin xilafətə seçilməsində icmadan söhbət gedə bilməz. Tutaq ki, Əbu Bəkrin icmasını qəbul etdik, bəs əleyhinə etirazlar və ixtilaflar ola-ola Ömər haqqında nə deyirsiniz?

Bu barədə əl-Fətava əl-hindiyyə kitabının 2-ci cildinin 263-cü səhifəsinə və əl-Bəhr əl-raiq (Müəllif İbn Nəcm Misri) kitabının 1-ci cildinin 611-ci səhifəsinə müraciət edə bilərsiniz. Biz sizdən soruşuruq ki, əgər Şeyx Müfid deyirsə ki:

وجحد ما أوجبه الله تعالى من فرض الطاعة فهو كافر ضال مستحق للخلود في النار.

 

Hər kəs) Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə kafirdir, yolunu azmişdir və cəhənnəmdə əbədi olaraq qalmağa layiqdir.

Siz İbn Abidinin dediyi sözə nə deyirsiniz? (O, belə deyir):

ومن أنكر خلافة الصديق أو عمر فهو كافر.

 

Kim Əbu Bəkrin və ya Ömərin xilafətini inkar etsə kafirdir.

Haşiyətu İbn Abidin, c 1, s 561

Cənab Subki də belə deyir:

الأمر الرابع النقول عن العلماء فمذهب أبي حنيفة أن من أنكر خلافة الصديق رضي الله عنه فهو كافر وكذلك من أنكر خلافة عمر بن الخطاب رضي الله عنهومنهم من لم يحك في ذلك خلافا

Dördüncü məsələ budur: Biz (bunu) alimlərdən nəql edirik. Əbu Hənifənin əqidəsi bu olub ki, hər kəs Əbu Bəkrin, həmçinin Ömər ibn Xəttabın xilafətini inkar etsə kafirdir. Alimlərdən heç biri bunun xilafına söz deməyiblər.

Fətava əl-Subki, c 2, s 587

Cənab Subki başqa yerdə deyir:

من كتب الحنفية من أنكر إمامة أبي بكر الصديق رضي الله عنه فهو كافر وقال بعضهم هو مبتدع والصحيحأنه كافر.

Bu Hənifənin yazdıqlarına görə hər kəs Əbu Bəkrin xilafətini inkar etsə kafirdir. Bəziləri deyir ki, bidətçidir, lakin səhih fikir budur ki, kafirdir.

Fətava əl-Subki, c 2, s 576

Cənab Heysəmi də bu barədə belə deyir:

فمذهب ابي حنيفة رضي الله عنه أن من أنكر خلافة الصديق أو عمر فهو كافر.

Bu Hənifənin məzhəbinə görə Əbu Bəkrin və ya Ömərin xilafətini inkar edən kafirdir.

əl-Səvaiq əl-muriqə, c 1, s 138

Cənab Nəvəvi Rovzətu əl-talibin kitabında deyir:

فقال أبو إسحق من أنكر إمامة أبي بكر رضي الله عنه ردت شهادته لمخالفته الإجماع.

Bu İshaq deyir: Hər kəs Əbu Bəkrin imamətini inkar etsə icma ilə müxalifət etdiyinə görə şəhadəti qəbul olunmaz.

Rovzətu əl-talibin, c 11, s 240

Biz sual veririk ki, siz Həzrət İbrahimin (ə) imamətinin peyğəmbərliyinin şaxəsi olduğunu və İmam Əlinin (ə) peyğəmbər olmadığı üçün imam da ola bilməyəcəyini söylədiyiniz halda Əbu Bəkrin imaməti hardan peyda oldu?

Cənab Heysəmi də həmçinin belə bəyan edir:

وفي الفتاوى البديعية من أنكر إمامة أبي بكر رضي الله عنه فهو كافر وقال بعضهم وهو مبتدع والصحيح أنه كافر وكذلك من أنكر خلافة عمر في أصح الأقوال ولم يتعرض أكثرهم للكلام على ذلك.

Bədiiyyə fətvalarında gəlmişdir ki, Əbu Bəkrin imamətini inkar edən kafirdir. Bəziləri deyir ki, bidətçidir. Həmçinin Ömərin xilafətini də inkar edən ən səhih nəzərə görə kafirdir. Alimlərin əksəriyyəti bu fətvaya etiraz etməyiblər.

əl-Səvaiq əl-muhriqə, c 1, s 139

Yenə də həmçinin əl-Fətava əl-hindiyyə kitabında belə gəlmişdir:

كَذَا في خِزَانَةِ الْفِقْهِ من أَنْكَرَ إمَامَةَ أبي بَكْرٍ الصِّدِّيقِ رضي اللَّهُ عنه فَهُوَ كَافِرٌ وَعَلَى قَوْلِ بَعْضِهِمْ هو مُبْتَدِعٌ وَلَيْسَ بِكَافِرٍ وَالصَّحِيحُ أَنَّهُ كَافِرٌ وَكَذَلِكَ من أَنْكَرَ خِلَافَةَ عُمَرَ رضي اللَّهُ عنه في أَصَحِّ الْأَقْوَالِ.

Həmçinin Xizanət əl-fiqh kitabında gəlmişdir ki, Əbu Bəkrin imamətini inkar edən kafirdir. Bəziləri deyir ki, bidətçidir, kafir deyildir. Həmçinin Ömərin xilafətini də inkar edən ən səhih nəzərə görə kafirdir.

əl-Fətava əl-hindiyyə, c 2, s 264

Biz onlara deyirik ki, siz (şiə) alimlərinin ifadələrini görürüsünüz, öz alimlərinizin də fikirlərinə baxın! Əgər biz gizlətdiklərimizi açırıqsa gəlin hər iki tərəfin – şiə və sünninin gizlətdiklərini açaq, görək vəziyyət nə yerdədir. Siz gərək bunu biləsiniz ki, ixtilafa mane olan amillərdən biri də keçmişləri meyar qərar verməkdir. Vəhdətin ən yaxşı yolu budur ki, gələk bu gün nə etməmiz barəsində fikirləşək. Necə ki, Qurani Kərim keçmiş barəsində buyurur:

تلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ (البقره/134)

Onlar bir ümmət idilər ki, keçib-getdilər. Onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir və siz əsla onların etdikləri əməllər barəsində sorğu-sual edilməyəcəksiniz. (Bəqərə 134)

Məgər (bu) ayə indiki zamanı və bu günü də əhatə edir ya yox? Biz gərək indi dünyada meydana gələn islami oyanışa və onun vəziyyətinə baxaq, cavanların diqqəti keçmiş məsələlərdən daha çox islami məsələlərə cəlb olunubdur. Bizim təklifimiz (vəzifəmiz) nədir və nə etməliyik ki, onların gözlərinin qarşıdında tikilmiş və onları zülmət içində saxlamış 14 əsrlik bu qalın pərdəni necə aradan götürək? Siz (bu müddət ərzində) onlara demisiniz ki, heç kimin zalım hakimin qarşısında qiyam etməsinin haqqı yoxdur. Bu barədə ikinci xəlifə və digərlərinin dilindən yalançı və qondarma hədislər də düzəltmisiniz ki, heç kəsin islam hakiminin əleyhinə - islamın ziddinə rəftar etsə də belə - qiyam etməsinin haqqı olmasın.

Rəvayət budur:

أخبرنا أبو عبد الله محمد بن عبد الله الحافظ ثنا أبو العباس الأصم ثنا الحسن بن علي بن عفان ثنا أبو أسامة عن سفيان عن منصور عن إبراهيم بن عبد الأعلى عن سويد بن غفلة قال قال لي عمر بن الخطاب رضي الله عنه يا أبا أمية لعلك إن تخلف بعدي فأطع الإمام وإن كان عبدا حبشيا إن ضربك فاصبر وإن أمرك بأمر فاصبر وإن حرمك فاصبر وإن ظلمك فاصبر وإن أمرك بأمر ينقص دينك فقل سمع وطاعة دمي دون ديني.

Bu Əbdillah Məhəmməd ibn Abdullah əl-Hafiz, Əbul Abbas əl-Əsəmdən, Həsən ibn Əli ibn Əffan, Əbu Üsamə Süfyandan, o da Mənsurdan, o da İbrahim ibn Əbdiləladan, o da Suveyd ibn Ğəflətin belə dediyini nəql edirlər: Ömər ibn Xəttab mənə dedi ki, ey Əba Üməyyə, ümid var ki, məndən sonra yaşayasan, bu zaman imam Həbəşi də olsa ona itaət et, əgər səni vursa, sənə bir şeyi əmr etsə, səni məhrum etsə, sənə zülm etsə, dininə nöqsan gətirən bir işi sənə əmr etsə - bütün bu hallarda səbr et və de: Eşitdim və itaət etdim, mən dinimi canıma fəda edirəm.

Sünən əl-kubra, əl-Beyhəqi, c 8, s 159

Şükür olsun Allaha ki, İslami oyanış islamçı gənclərin bu qondarma rəvayəti tarixin zibilxanasına atmalarına səbəb oldu. Daha qulaqları sizin sözlərinizə qulaq asmağa borclu deyil. Biz elə etməməliyik ki, bu cavanlar İslam dinindən təngə gəlib ondan bezsinlər. Əgər biz gəlib sünni və şiənin zərərinə olan mətləbləri bəyan ediriksə, sırf sizin hücumlarınızdan özümüzü müdafiə etmək üçün bunu edirik.

Biz dedik ki, əgər əhli sünnətin alimlərindən gəlib bu vəhhabi kanallarını məhkum etsələr və bu kanalların onların olmadığını desələr, biz bütünlüklə bu bəhsləri bağlayıb başqa məzhəb və firqələri araşdırmağa başlayarıq.

Və ya gəlin şiə məzhəbinin müsbət tərəflərini ortaya qoyaq. Amma əhli sünnət alimləri susarkən və yenə müdafiəyə qalxarkən deyirlər ki, gedin mərhum əl-Cəzairinin kitablarına müraciət edin. Halbuki dəfələrlə bəyan etmişik ki, mərhum Əngəci Seyyid Nemətullah əl-Cəzairinin Ənvar əl-nömaniyyə kitabına yazdığı şərhdə, c 2, s 108 də deyir: Bəzi şiə alimləri Seyyid Nemətullah Cəzairinin bəzi kitablarının oxunmasını haram bilmişlər.

Siz yenə də onun kitablarından (sitat) gətirməyə həya etmirsiniz. Əgər siz bunu belə etsəniz, biz də Əbu Hənifənin, Malikin... kitablaırndan sitat gətirəcəyik.

Məsihi kanalları deyir ki, bunlar bir-birinin canına düşüb. Biz bir neçə fitnəkar yəhudi və məsihinin sözünə qulaq asmırıq. Mənim nəzərimə görə indiki zamandə aralarında ixtilaf olan bir çox məzhəblər arasında ən ağıllı iş budur ki, gəlib bir-birimizin ətrafında oturaq, əlac yollarını tapaq və dünyaya nə kimi ərməğanımızın olduğunu deyək.

Sabah - qiyamətdə - o kanallara xərclənən pullar – istər vucuhatdan (xumsdan) gələn pul olsun, istərsə də neftdən – barəsində cavab verəcəyik. İxtilaf və narahatçılıq yaratmaq lazım deyildir.

Aparıcı:

Biz vəhhabi kanallarına bu sualı ortaya atdıqlarına görə təşəkkür edirik. Çünki bu sual sizin Əli ibn Əbu Talibin (ə) imamətinin dəlillərini əhli sünnət kitablarından xülasə şəkildə bəyan etmənizə səbəb oldu.

Hacı, sizdən xahiş edirik ki, bu mətləbləri hər üç-dörd aydan bir təkrar edəsiniz. Çünki izləyicilər üçün çox faydalıdır.

Ustad Qəzvini:

Bizim bu gün Tehranda 700-800 tələbə ilə ağır bir toplantımız mövcuddur. Şərqdən gələn ustadlardan biri deyirdi ki, mən böyük şiə alimlərindən bir ismariclə gəlmişəm. Onların sizə salamı var və belə deyirlər: Biz sizin bəyan etdiyiniz bu möhkəm dəlillərlə şiə olmağımıza görə iftixar hissi keçiririk. Biz şiənin nəinki şiə kitablarında, hətta əhli sünnətin kitablarında da bu qədər güclü himayəçilərinin olduğunu bilmirdik.

Aparıcı:

Biz hər ay Hacıdan xahiş edirik ki, imamətin dəlillərini bəyan etsin. Sizdən də həmçinin xahiş edirik ki, siz də öz imamlarınızın imamətinin dəlillərini bəyan edəsiniz. Əgər siz bəyan etməsəniz biz Hacıdan xahiş edəcəyik ki, sizin imamlarınızın imamətinin dəlillərini bəyan etsin.

Başqa bir sualı Hacıdan soruşmaq istəyirik ki, məgər vəhhabilərdən kimsə belə bir fətva veribmi ki, hər kəs bir şiəni öldürsə cənnət ona vacib olar?

Ustad Qəzvini:

Cənab Möhsini, bu barədə söz çoxdur. Mənim üçün ən dərdli amil budur ki, İranla Osmanlı imperiyası arasında müharibə baş verərkən Nuh Əfəndi adlı bir sərt vəhhabi axundu rəsmən belə bir fətva verdi:

من قتل رافضياً واحداً وجب له الجنة.


Date: 2015-12-17; view: 936


<== previous page | next page ==>
Onların təfsirləri təfsir elmində etimad olunmalı nəqlləri özündə ehtiba etmişdir. | Hər kəs bir rafizi (şiə) öldürsə cənnət ona vacib olar.
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.01 sec.)