Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Onların təfsirləri təfsir elmində etimad olunmalı nəqlləri özündə ehtiba etmişdir.

Minhac əl-sünnə əl-Nəbəviyyə c 7, s 179

Bunu fəqət sizin imamınız deyir, başqası yox!

Ruh əl-məani təfsirində İbn Məsudun belə dediyi gəlmişdir:

عن ابن مسعود قال : كنا نقرأ على عهد رسول الله ( صلى الله عليه و سلم ) ياأيها الرسول بلغ ماأنزل اليك من ربك إن عليا ولى المؤمنين.

Bn Məsud deyir: Biz Rəsulullahın (s) zamanında (bu ayəni) belə oxuyurduq: Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır ki, həqiqətən Əli (ə) möminlərin vəlisidir!

Ruh əl-məani, c 6, s 193

Gəlin, bu ayəyə cavab verin! Əgər belə bir ibarə Əbu Bəkr və Ayişənin barəsində gəlsə heç kəsin onu inkar etməyə haqqı yoxdur və bunu inkar edən də kafirdir. Amma (belə bir ibarə) Əmirulmöminin (ə) haqqında gəlsə yerlə göy birləşər?!

Əmirulmömininin (ə) imamət və vilayəti Quranda gəlməsindən əlavə, dinin kamil olmasının və Allahın İslam dinindən razı qalmasının təməlidir.

Əgər Allah Təala Maidə surəsinin 3-cü ayəsində buyurursa:

…الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِنْ دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا… (المائده / 3)



... Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim... (Maidə 3)

Diqqətlə oxusanız başa düşərsiniz ki, Əmirəlmömininin (ə) vilayəti olmayan İslam qeyri-islam kimidir.

Sizin onlarla təfsirçiniz deyib ki, bu ayə Həzrət Əlinin (ə) xilafətə təyin olunmasından sonra nazil olmuşdur. Məsələn Xətib Bağdadi səhih sənədlə özünün Tarixi Bağdad əsərinin c 8, s 284-də, İbn Əsakir Tarixi Dəməşq kitabının c 42, s 237-də, Süyuti Durr əl-mənsur kitabının c 2, s 298- də, Xarəzmi Mənaqibinin 80-ci səhifəsində... qeyd ediblər ki, bu ayə Əlinin (ə) xilafətə təyin olunmasından sonra nazil olmuşdur.

Məgər bu Həzrət Əlinin (ə) vilayətinin Quranda açıq-aşkar gəlməsinin nişanəsi deyilmi? Əgər düz deyirsinizsə gərək bu mətləbi dostcasına müzakirə edək və daha sizin bizdən vəhşət keçirmənizə ehtiyac yoxdur. Çünki siz öz ölkəsində vəhhabilərin kölgəsi altındasınız, biz isə burda. Camaat bu düzənsizlikdən qurtulsun deyə bu iki il ərzində bir çox məsələlər camaat üçün aydınlaşmışdır.

Sizin Səhihi Buxaridə “Mənzilət” hədisi gəlmişdir, belə ki, Allahın rəsulu (s) Əliyə (ə) buyurmuşdur:

قال النبي صلى الله عليه وسلم لِعَلِيٍّ أَمَا تَرْضَى أَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ من مُوسَى

Məgər sən razı deyilsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun?

Səhih əl-Buxari, c 3, s 1359

(Bu hədis) Səhihi Müslimdə də gəlmişdir:

فقال أَمَا تَرْضَى ان تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ من مُوسَى غير انه لَا نَبِيَّ بَعْدِي.

Məgər sən razı deyilsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? Bu fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq.

Səhihu Muslim, c 4, s 1870

“Məndən sonra peyğəmbər olmayacaq” cümləsi bunu çatdırır ki, Peyğəmbərdən (s) sonra Əli (ə) qalacaq, amma peyğəmbərlikdən söhbət gedə bilməz.

Bundan əlavə “Mənzilət” hədisində “خليفتي" (“xəlifəti” – yəni “xəlifəm”) kəlməsi gəlmişdir. Mən sizdən istəyirəm ki, bir az diqqət edəsiniz və həqiqəti anlamanız üçün bir anlıq təəssübünüzü kənara qoyasınız.

Əhməd ibn Hənbəl öz “Müsnəd” kitabı haqqında deyir: Bu kitabda olan heç bir rəvayət qeyri-səhih deyil (yəni hər bir rəvayət səhihdir).

O, elə həmin kitabda Peyğəmbərin (s) Əliyə (ə) belə buyurduğunu nəql edir:

فقال له أَمَا تَرْضَى أَنْ تَكُونَ مِنِّى بِمَنْزِلَةِ هَارُونَ من مُوسَى الا أَنَّكَ لَسْتَ بنبي انه لاَ ينبغي أَنْ أَذْهَبَ الا وَأَنْتَ خليفتي قال بن عباس وقال له رسول اللَّهِ أنت وليي في كل مُؤْمِنٍ بعدي.

Məgər sən razı deyilsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? Lakin sən peyğəmbər deyilsən. Sən xəlifəm olmadan mənim getməyim layiq deyildir. İbn Abbas deyir ki, Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurdu: Sən məndən sonra bütün möminlərin vəlisisən (rəhbərisən).

Musnəd Əhməd ibn Hənbəl, c 1, s 330

Cənab Heysəmi Məcmə əl-zəvaid kitabında bu rəvayətin səhih olduğunu deyir:

رواه أحمد والطبراني في الكبير والأوسط باختصار ورجال أحمد رجال الصحيح غير أبي بلج الفزاري وهو ثقة.

Bu hədisi Əhməd və Təbərani “Kəbir” və “Ovsət” kitablarında rəvayət ediblər. Əbu Bəlc əl-Fəzaridən başqa Əhmədin bütün raviləri səhihdir. Amma Əbu Bəlc isə siqədir.

Məcmə əl-zəvaid, c 9, s 120

Bu rəvayətdə Allahın rəsulu (s) İmam Əliyə (ə) buyurur:

Sən məndən sonra bütün möminlər üçün mənim canişinim və xəlifəmsən.

Necə də ifadəli bir təbirlə Əmirəlmöminini (ə) canişin olaraq tanıtdırır:

وأنت خليفتي في كل مؤمن من بعدي.

 


Date: 2015-12-17; view: 838


<== previous page | next page ==>
Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə... | Bu hədisin sənədi səhihdir.
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)