Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə...

Bu fəqət sünniyə məxsus deyildir. Şiə də həmçinin əgər Həzrət Əlinin (ə) Allah tərəfindən itaətləri vacib olan kəslərin biri olmasını inkar etsə kafir olar. Namaz da Allahın vacib etdiklərindən biridir, onu da inkar edən kafir olar. Bu məsələ sizin Quranda düşünməməyinizin bariz nümunısidir. Cümləni üzündən oxuya bilmirsiniz və böyüklərin kəlamlarına da diqqət etmirsiniz.

Ikincisi əgər Şeyx Müfidin belə bir ifadəsi varsa:

واتفقت الإمامية على أن من أنكر إمامة أحد الأئمة وجحد ما أوجبه الله تعالى من فرض الطاعة فهو كافر ضال مستحق للخلود في النار.

Mamiyyə şiələri ittifaq ediblər ki, hər kəs İmamlardan (a) birinin imamətini və Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə kafirdir, yolunu azmişdir və cəhənnəmdə əbədi olaraq qalmağa layiqdir.

Bunun İmam Əlinin (ə) və digər imamların (ə) imamətinə və vilayətinə Qurandan və rəvayətlərdən dəlili vardır. Bəs siz fəqihlərinizin dediyi barəsində nə deyirsiniz?

من أَنْكَرَ إمَامَةَ أبي بَكْرٍ الصِّدِّيقِ رضي اللَّهُ عنه فَهُوَ كَافِرٌ.

Kim Əbu Bəkrin imamətini inkar etsə kafirdir.

əl-Fətava əl-hindiyyə c 2, s 264; əl-Səvaiq əl-muhriqə c 1, s 139

Bunların dəlili nədir?

Siz qəbri açmaq istəyirsiz və şiə alimlərinin ibarələrini bəyan etmək istəyirsiz, lakin heç olmasa azca öz alimlərinizin də ibarələrinə nəzər yetirin və insaflı mühakimə yürüdün!



Onlar deyirlər: Şiə bacarırsa İmam Əlinin (ə) imamətinə bir ayə gətirsin! Biz də cavabında deyirik ki, siz necə Tövbə surəsinin 40-cı ayəsinin Əbu Bəkr haqqında və Nur surəsinin 11-ci ayəsinin də Ayişə haqqında nazil olduğunu deyirsiniz və bunu rəvayətlərin köməkliyilə sübut edirsiniz, biz də rəvayətlərin köməkliyi ilə onlarla ayənin İmam Əlinin (ə) vilayəti haqqında nazil olduğunu bəyan edə bilərik. Məsələn Maidə surəsinin 55-ci ayəsi kimi:

إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آَمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ .

Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun ruku halında üzük bağışlamasıdır). (Maidə 55)

Alusi bir əhli-sünnə alimidir və qılıncını kəsərli tərəfinin şiənin əleyhinə bağlayanlardandır. O bu ayə barəsində belə deyir:

وغلب الأخباريين على أنها نزلت فى على كرم الله تعالى وجهه.

Hədis alimlərinin əksəriyyəti bu ayənin Əlinin (ə) haqqında nazil olduğunu deyirlər.

Ruh əl-məani, c 6, s 167

O, başqa bir yerdə isə belə deyir:

والآية عند معظم المحدثين نزلت فى على كرم الله تعالى وجهه.

 

Böyük hədis alimlərinin fikrinə görə bu ayə Əli (ə) haqqında nazil olmuşdur

Ruh əl-məani, c 6, s 186

Cənab İzzəddin İyci və digərləri deyirlər:

وأجمع أئمة التفسير أن المراد علي.

Təfsir imamları icma ediblər ki, bu ayədən məqsəd Əlidir (ə).

əl-Məvaqif, əl-İyci, c 3 s 601

İycinin bu nəqli (bizə) bunu çatdırır ki, onlar bu mətləbi qəbul edirlər.

Siz Tövbə surəsinin 40-cı ayəsinin Əbu Bəkr haqqında nazil olmasını inkar edənlərin “kafir” olduğunu dediyiniz kimi, biz də Maidə surəsinin 55-ci ayəsini Əmirulmöminin (ə) haqqında nazil olmasını inkar edənləri “kafir” hesab edirik.

Maidə surəsinin 67-ci ayəsində Allah Təala buyurur:

يَا يُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ (المائده/ 67)

 

Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərrindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz. (Maidə 67)

Alusi və digərləri kimi böyük alimləriniz bu ayənin Əmirəlmöminin Əli (ə) haqqında nazil olduğunu deyirlər. Təbəri və İbn Əbi Hatəm də həmçinin belə deyir: Bu ayə Əmirəlmöminin Əli (ə) haqqında nazil olmuşdur. İbn Teymiyyə Minhac əl-sünnə kitabında belə deyir: Bu iki təfsir mötəbər təfsirin bir hissəsi sayılır.

و تفاسيرهم متضمنة للمنقولات التي يعتمد عليها في التفسير.


Date: 2015-12-17; view: 804


<== previous page | next page ==>
Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə... | Onların təfsirləri təfsir elmində etimad olunmalı nəqlləri özündə ehtiba etmişdir.
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)