Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə...

Mamiyyə şiələri ittifaq ediblər ki, hər kəs İmamlardan (a) birinin imamətini və Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə kafirdir, yolunu azmışdır və cəhənnəmdə əbədi olaraq qalmağa layiqdir.

Əvail əl-məqalat, Şeyx Mufid, s 44

Biz bu bəyanatı inkar etmirik və (əlavə olaraq) deyirik ki, Malikdən, Əhməd ibn Hənbəldən və Əbu Hənifədən (öz nəzərlərində) bütün şiənin kafir olduğunu sübut edən 10 sitat gətirmək olar. Biz bu sitatların dəlil və sənədlərini bəyan etmişik. Əgər qəbirlərin açılması qərarına gəlsək sizin aranızda bu ölülərdən çoxdur. Əgər şiə alimləri arasında biri və ya bir neçəsi bu kimi ifadələr işlədibsə, sizin alimləriniz arasında yüzlərlə alim belə ifadələr işlədiblər. Hətta Peyğəmbərdən (s) üstün hesab etdiyiniz İbn Teymiyyə şiəni kafir hesab etməyən əhli sünnətin kafir olması barəsində fətva vermişdir. Niyə bunlara cavab vermirsiniz?

Biz dəfələrlə demişik ki, məzhəblərin yaxınlaşmasının və vəhdətinin yollarından biri də budur ki, keçmişdəkiləri kənarda qoyaq və görək (cinayətkar və hər gün bir yerdə - Amerikada, Avropada və Əfqanıstanda – Quranın hörmətini sındıran düşmənlərimizin müqabilində) təklifimiz nədir? Siz ki, Quranın müdafiəsindən dəm vurursunuz, bu hörmətsizliklərin müqabilində (etiraz olaraq) bir bəyanat vermisinizmi? Hətta belə bir işə cürət etmisinizmi? Çünki bunlar hal-hazırda sizin böyükləriniz və ruzi verənlərinizdir. Əgər onları (bu hörmətsizliiyə görə günahkar bilib) məhkum etsəniz, neft quyularının boruları kəsilər. Siz hal-hazırda onların bayrağı altında sinə vurursuz və hətta son dərəcə ləyaqətsizcəsinə deyirsiniz ki, biz müsəlmanları öldürmək üçün gərək küfrdən və dünya hegemonlarından istifadə edək. Lakin biz sizin dəm vurduğunuz bu məntiqin nə olduğunu bilmirik. Bir halda ki, onlarla Quran ayəsi buyurur: Müharibə ardınca olan kafir, yəhudi və məsihilərlə əlaqə qurmaq caiz deyildir. Biz bu işlərin nəyə əsaslandığını bilmirik. Siz bəşərin hüququndan dəm vurursunuz. Sizin fikrinizə görə bəşərin hüququ zahirən Suriyada və İranda əhli sünnət haqqında xətərə düşmüşdür. Biz sual veririk ki, görəsən İraqda, Liviyada, Misirdə və Bəhreyndə öldürülən insanların hüququ nəzərə alınmamalıdırmı? Məgər onlar bəşər deyillər? Hətta Bəhreynə qoşun da yürütmüsünüz. Məgər bu bir havaya iki əl çalmağın nümunəsi deyilmi? Biz bilmirik ki, bizlə təmas qurub sizin üçün fəryad çəkənlər sabahkı gündən – qiyamət günündən – qorxmurlarmı? Vicdanlarını ayaqlar altına atanlar, bilin ki, bunlar tarixə yazılır. Gələcək və indiki nəsil sizin barənizdə mühakimə edəcək.



Bunların fəryad etdikləri Şeyx Müfidin məsələsilə bağlı bunu demək olar:

Əvvəlcə bunlar öz cəhalətini nümayiş etdirirlər. Şeyx Müfid gətirdiyi ibarənin - İmamiyyə şiələri ittifaq ediblər ki, hər kəs İmamlardan (a) birinin imamətini inkar etsə -ardıncafasiləsiz olaraq belə davam edir:

وجحد ما أوجبه الله تعالى من فرض الطاعة.

 

Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə...

Cəhd – yəni bilərəkdən inkar etməkdir.

Biz sizdən Quranın zahiri və təcvidinə diqqət etdiyiniz kimi bir az da onun barəsində düşünməyinizi istəyirik. Allah Təala Nəml surəsinin 14-cü ayəsində buyurmuşdur:

وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا (نمل /14)

Yəni yəqinləri vardır, lakin bilərəkdən inkar etdilər. Şeyx Müfid də belə buyurur:

وجحد ما أوجبه الله تعالى من فرض الطاعة.

 


Date: 2015-12-17; view: 631


<== previous page | next page ==>
Figurative language | Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə...
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)