Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Nizamidə türk sözləri

 

Nizaminin şerlərində bir çox türk sözləri vardır. “Xəmsə”ni bu baxımdan xüsusi diqqətlə araşdırmadıq. Yalnız rast gəldiklərimizi nümunə olsun deyə, qismən qeyd etdik. Nəticədə bu kiçik sözlük meydana gəldi:

 

Alaçuq –alaçıq

Çe konəd be pa-ye pilan alaçuq-e torkmani?

(Fil ayağı qarşısında türkmən alaçığı necə dayana bilər?)

 

Amac –bir ox atımı məsafə, hədəf (“Divani-luğat it-türk”də də var).

 

Setade qeysər-o-xaqan-o-fəğfur

Yek amac əz besat-e pişgəh dur.

(Qeysər, xaqan və fəğfur ön sıralardan bir amac uzaqda durmuşdular).

 

Ekdeş(ikdiş, ikdiç)– iki maddədən qarışıq. Metis mənasında.

 

Gerami ekdeş-əst in nəqş-e dəmsaz

Pedər hendu-vo-madər tork-e tənnaz.

(Atası hindu və anası nazlı türk olan bu xoşagələn nəqş çox ekdeş bir şeydir).

 

Beyrəq– bayraq

Pərvin ze hərir-e zərd-o-əzrəq

Bər səncəq-e zər keşide beyrəq.

 

(Pərvin ulduzu sarı ipəkdən olan bayrağı qızıl bir sancağa çəkmişdir). Bizim “bayraq” dediyimiz şeyi Nizami iki yerə ayırır: dirəyinə sancaq, parçasına bayraq deyir.

 

Bilək –bilək

Həman bilzən mərd-e alət-şenas

Konəd biləkəş-ra be bili qiyas.

 

(Bel vuran usta biləyini bel zənn edər).

 

Bisrak– bir dəvə cinsi (“Divani-luğat it-türk”də də var).

 

Hezar-e nəxostin əz-u bisrak

Be gərdənkeşi kuh-ra kərde xak.

 

(Bunlardan ilk mini bisrak idi ki, qızışanda dağı torpağa çevirərdilər).

 

Tutuq– örtü və ya günəşlik (şəmsiyyə).

 

Ta kərəməş dər totoq-e nur bud

Xar ze qol, ney ze şəkər dur bud.

 

(onun lütfü işığın tutuğunda olarkən, tikan güldən, qamış da şəkərdən məhrum idi).

 

Tutmac– bir türk yeməyi (“Divan”da da var).

 

Ari an-ra ke dər şekəm dohol-əst

Bərg-e totmac beh-ze bərg-e qol-əst.

 

(Aclıqdan qarnı təbil kimi guruldayana gül yarpağındansa tutmac yaxşıdır).



 

Cok –çox (qələbəlik mənasında)

 

Ayəd həme ruz sər qoşade

Coki ço cəg əz pey uftade

 

(Məcnun haqqında: hər gün başı açıq şəkildə gəlir və arxasınca bir çox (adamlar) düşür).

Çalış –cövlan və həmlə mənasında (“Divan”da güləşmək).

 

Befərmud şəh ta dəliran-e rum

Nəmayənd çaleş dər an mərz-o-bum.

 

(Şah buyurdu ki, Rum igidləri burda çalış etsinlər).

 

Çavuş –çavuş. Farsca şəhərlərdə: “nəqib” və “paspan-e ləşkər” (“başçı” və “qoşun gözətçisi” – red.)

 

Ze del dadən-e çavoşan-e dəlir

Delavər şode qur bər cəng-e şir.

 

(İgid çavuşların təşviqi ilə vəhşi eşşək şirlə döyüşə atılmışdı).

 

Çirkin –çirkinlik

 

Be siyahi bəsər cəhan binəd

Çerkini bər siyah nə neşinəd.

 

(Göz qarası sayəsində dünyanı görür, qaraya çirkinlik çökməz).

 

Dağ– həm “damğa”, həm də “dağ” mənasında.

 

Ançenan qurxan be kuh-o-be rağ

Qur k-u dağ did rəst ze dağ.

 

(Qurxan (Bəhram-gur) dağa və yaylağa çıxınca vəhşi eşşək dağı görüb, dağdan (dağlanmaqdan) qurtuldu).

 

Iylaq– yaylaq, qışlağın əksi. “Dağlıq” mənasında da başa düşülə bilər.

 

Borun şod əz iylaqiyan sərkeşi

Səvari şetabənde çun atəşi.

 

(İylaqlılardan bir süvari od kimi meydana atıldı).

 

 

Sav –bir vergidən yaxa qurtarmaq üçün deyilir (“Divan”da da var).

Çenan kəşt mostəğni əz sav-o-bac

Ke bər daşt əz keşvər-ə xod xərac.

 

(Sav ilə bacdan elə asudə oldu ki, məmləkətində vergini aradan qaldırdı).

 

Səncəq –bayraq dirəyi və ya “tuğ” adlanan dirək.

 

Hezar-o-çehel sıncıq-e pəhləvi

Rəvan dər pəy-e rayət-e xosrovi.

 

(Padşah bayrağının ardınca min qırx pəhləvi sancağı irəliləyirdi).

 

Qəlavuz– bələdçi

 

Dər an puye təcil misaxtənd

Rəhi bi qəlavuz həmi taxtənd.

 

(O yolda tələsir və qəlavuzsuz yol gedirdilər).

 

Qırmızı –məlum rəng.

 

Şəb ço arayeş degərqun saxt

Kohli ənduxt, qermezi əndaxt.

 

(Gecə başqa bir tövr aldı, qırmızılığı atıb göyərdi).

 

Gür –Kür (çay)

 

Beheşti şode bişe piramonəş

Ze Ğor kousəri bəste bər damənəş.

 

(Bərdə haqqında: Ətrafı meşələrdən cənnətə dönmüş, yanında Gür adlı kövsər axır).

 

Nay-i türki - əsgər şeypuru

 

Foru mande ze bəs qouğa-ye torkan

Ze bang-e nay-e torki nay-e torkan.

 

N a y – qırtlaq deməkdir. Nay-i türki – türk qırtlağı, məcazi mənada hərbi şeypur deməkdir. Yalnız Nizamidə deyil, klassik şairlərdə də vardır. Beytin tərcüməsi başqa yerdə verilmişdir, təkrar etmirik.

 

Uşaq –uşaq, çocuq, qulam mənasında.

 

Cənibətkeş oşaqan-e sərayi

Rəvane səd əz hər su codayi.

 

(Saray uşaqlarından yüzlərcəsi ayrı-ayrı hər tərəfdə yürüyür).

 

Ustaq– otaq.

 

Ço mehdi kər çe şod məğreb osaqəş,

Qozəşt əz sərhəd-e məşreq yətaqəş.

 

(Mehdi kimi otağı qərbdə olduğu halda, yatağı şərq hüdudunu aşdı). “Yataq” qaravul mənasında işlənmişdir.

 

Yırıq-dade – arıq at mənasında işlənmişdir. Şərhçilər türkcə bir söz olduğunu ehtimal etmişlər.

Şetabənde-ra əsb-e səhra-xəram

Yereq dade z-an beh ke başəd cəmam.

 

(Tələsənə yüyrək at lazımdır, kökdənsə yırıq daha yaxşıdır).

 

Yəzək– qabaqda gedən, öncü (“Divan”da da var).

 

Borun şod yəzəkdar-e doşmənşenas

Yətaqi kəmər bəste bər cay-e pas.

 

(Düşmən tanıyan yəzəkçi (öncü) bayıra çıxdı; yataqçı (qaravulçu) da qaravul yerini tutdu).

 

Yıqlıq– şərhçilərə görə, türk sözüdür və “ox” mənasında işlənmişdir.

 

Hənuzəş pərr-e yeqleq dər oqab-əst

Hənuzəş bərk-e nilufər dər ab-əst.

 

(Hələ yıqlıq lələyi qartaldadır: hələ nilufər yarpağı sudadır). Məcazi ifadələrdir. “Hələ gənc və dincdir” – deməkdir.

 

 

* * *

 

Nizami bir sıra türk adlarını və sözlərini sənətinin özünəməxsusluğunu təşkil edən simvol və məcazlarda işlətmişdir. Məsələn:

Əvvəl də işarə etdiyimiz kimi, şair Çin xaqanının İskəndərə hədyyə verdiyi ov quşunu belə təsvir edir:

Toğan şah-e morğan-o-toğrol be nam

Be Soltani əndər ço toğrol təmam.

 

(Toğrul adlı quşlar şahı bir Toğan ki, sultanlıqda Toğrul kimi tamamdı).

Burada Toğan cinsindən bir quşa verilən Toğrul adı şairin xoşu ilə qoyulmuş gəlişigözəl bir ad deyildir. Toğrul yırtıcı bir quş adıdır. Mahmud Kaşğarinin “Divan”ında da vardır.

Alanlı bir süvariyə Qarınca adını qoyan Nizami bu türk sözü ilə onun farsca tərcüməsi olan “mur” kəlməsi arasında cinas yaratdığından yuxarıda bəhs etmişdik:

 

Alani səvari qərencə be nam

Honərha nəmude be şəmşir-o-cam.

Qərencə ço did ançenan dəst-e zur

Sepər bər kətf duxt çun pər-e mur.

(Qarınca adlı Alanlı bir süvari ki, həm döyüşdə, həm də məclisdə hünərlər göstərirdi. Qarınca bu qol gücünü gördükdə qalxanı mur (qarışqa) qanadları kimi çiyninə çəkdi).

Diqqətəlayiqdir ki, Nizami həmyerliləri olan gəncəlilərin bu gün də “necə” mənasında işlətdikləri bir sözdən bol-bol istifadə etmişdir: hancarı.

 

Ço birun-e ğar aməd-o-rah cost

Nəşod hiç hencar bər vey dorost.

 

(Mağaradan çıxıb axtardısa da, heç bir hencarla yol tapa bilmədi).

 

 

* * *

 

Nizamidə türk şəkilçiləri ilə düzəldilmiş farsca sözlərə də təsadüf olunur. Məsələn, “-çı” şəkilçisi ilə - miyançı.

 

Miyançı– “miyan” – ara; “miyançı” – araçı (vasitəçi – red.)

 

Borun əz miyanci-vo-əz tərcome

Bedanest yek-yek zəban-e həme.

 

Iskəndər haqqında deyir: (miyançıya və mütərcimə ehtiyacı olmadan hamının dilini anladı).

 

Səng-lax– daşlıq.

 

Bəsi rand bər şure-vo-sənglax

Gəhi mənzeləş təng-o-qahi fərax.

 

(Tozluq və daşlıqda çox çapdı; yolu gah dar, gah da geniş idi).

 

Divlax – divlik, div çox olan yer.

 

An biyaban ke gərd-e in tərəf-əst

Divlaxi məhoul-o bi ələf-əst.

 

(Bu tərəfdəki o çöl otsuz bir yer və qorxunc bir divlikdir).

 

Xacetaş– “xace”, yəni ağa; ağaları bir olanlar.

 

Avərde be hefz-e durbaşi

Əz şir-e gəvəzn xacetaşi.

 

(qaravul xidməti üçün aslanla maralı xacetaş etmişdir).

 

Xeyltaş – bir tayfanın üzvləri

 

Roxəm sərxeyl-e xuban-e təraz-əst

Kəmine xeylatəşəm kebr-o-naz-əst.

 

(üzüm Təraz gözəllərinin başçısı (sərxeyl), ən dəyərsiz xeyltaşım (irqdaşım) təkəbbür və nazdır).

* * *

 

Nizaminin Türküstan şəhərlərindən bəzilərini bir məcaz və rəmz şəklində işlətdiyini göstərən bir neçə misalı da qeyd edək:

 

Xırxız(qırğız), Çaç və Kaşğər:

 

Ze Xerxiz-o-əz Çaç o-əz Kaşğər

Bəsi pəhləvan xand zərrin-kəmər.

 

(Xırxız, Çaç və Kaşğardan çoxlu qızıl kəmərli pəhləvan çağırdı – red.)

 

Xəllux – Xalaç, Kalaç.

 

Be xedmət şəmse-ye xuban-e Xəllox

Şəhənşəh-ra çenin dər dad pasox.

 

(Xəllux gözəllərinin günəşi şahənşaha belə cavab verdi – red.)

 

Soğd

Berişəm nəvazan-e soğdi sorud

Begərdun bər avərdi avaz-e rud.

 

(Soğdlu çalğıçılar rudun avazını fələyə qaldırmışlar – red.)

 

Təraz

Muy be muyət ze həbəş Təraz

Tazi-yo tork aməde dər torktaz.

 

(Sənin hər tükünlə Həbəşistandan Təraza qədər ərəb və türk hücuma keçmişdir – red.)

 

Tamğac

Kəməndi ço əbru-ye təmğaçiyan

Be xəm çun kəman-quşe-ye çaçiyan.

 

(Tamğaclıların qaşları kimi bir kəmənd ki,

Əyrilikdə çaçlıların kamanları kimidir – red.)

 

Qıfçaq – Qıpçaq

Biyaban həme zeyl-e qefçaq did

Dər-u lobətan-e səmən-saq did.

 

(Çöllüyü başdan-başa Qıpçaq tayfası gördü, orada ağ baldırlı gözəllər gördü – red.)

 


[1] Nezami-ra ço in menzume xani

Hozurəş dər soxən yabi əyani

Nehan key manəd əz to celvesazi

Ke dər hər beyt quyəd ba to razi

Pəs əz səd sal gər quyi koca u?

Ze hər beyti neda xizəd ke: ha u!

NEZAMİ

[2] V.Bartold. İslam mədəniyyəti tarixi. İstanbul, 1940, səh. 71

[3] Türk dili artıq XIII əsrdə İslam dünyasının üçüncü mədəni dili sayılırdı. (V.Bartold. İslam mədəniyyəti tarixi. S.125)

[4] “Sina”nın filoloji baxımdan türkcə bir ad olduğu da iddia edilir.

[5] “Danişməndani-Azərbaycan” adlanan bu kitab, əsərlərini xüsusən ərəb və farsca yazmış azərbaycanlılara həsr olunmuşdur. Kitab farscadır. Hicri 1314-cü ildə Tehranda çap edilmişdir.

[6] Məsələn, M.Ə.Tərbiyət məşhur fars peyğəmbəri Zərdüştü də Azərbaycan alimləri içərisində verir. Zərdüşt həqiqətən də azərbaycanlıdır. Əbu Reyhan Biruninin 1000 il əvvəl yazdığı ərəbcə əsərində Zərdüştün Azərbaycanda (Muğanda) doğulub böyüdüyü göstərilir.

[7] XVIII əsr Avropa azadfikirliliyini Şərqdə ləyaqətlə təmsil edənlərdən biri də islahatçılığı ilə tanınmış, ilk müsəlman dramaturqu və müasir Azərbaycan ədəbiyyatının banisi Mirzə Fətəli Axundzadədir.

[8] Xətib-i Təbrizi adı ilə tanınan bu şəxs məşhur filosof Əbül-Üla Məərrinin şagirdidir. Künyəsi Əbu Zəkəriyyədir. Adı Yəhya oğlu Əlidir (Əli ibn Yəhya). Danışıq dilinin azərbaycanca olduğu xatirələrlə sübut olunmuşdur.

[9] Bəhmənyar böyük ustadı Əbu Əli Sinadan 30 il sonra ölmüşdür. Ustadı ilə olmuş mübahisələri məşhurdur. “Kitab əl-behcət və-s-səadət və ma bə-d ət-təbiət” və “Məratib-əl-mövcudat” onun son əsərləridir. Bunlar 1859-cu ildə S.Popper tərəfindən almanca tərcüməsi ilə birlikdə Leypsiqdə nəşr olunmuşdur.

[10] Fəridəddin Əbu Həsən Əli ibn Əbdülkərimin ən məşhur astronomik müşahidəsi hicri 541-ci ilə aiddir. Şirvanlı şair Fələkinin də nücuma aid mühüm əsəri vardır. Buna görə təxəllüsü Fələki olmuşdur.

[11] Əbdürrəşid Bakuyi adı ilə tanınan bu şəxs rus və türk tayfaları haqqında maraqlı məlumat verən “Təlxis əl-asar fi əcayib əl-əqtar” adlı əsəri ilə Avropada məşhurdur.

[12] Sultan Məhəmməd Fatehin şəxsi həkimi olan bu şəxs təhsilini Misirdə almışdı. Təfsir və hədis elmlərinə aid əsərləri də var.

[13] Şam-Qazan Təbrizdə bir məhəllədir.

[14] G ö y m ə s c i d qaraqoyunlulardan məşhur Cahanşah tərəfindən tikilmişdir. XV əsrin əvvəllərinə aid olan bu məscidin (came) yanında böyük bir kitabxana, elm adamlarına məxsus zaviyələr və bir mədrəsə də varmış ki, hamısına birlikdə “Müzəffəriyyə” deyilirmiş. Cahan şahın bir müddət İraq və Hindistan hüduduna qədər genişlənən Azərbaycandakı hakimiyyəti 35 il sürmüşdür. Elm və sənət hamisi olmaqla bərabər, Cahanşah özü də ədəbiyyata meyl göstərmiş, “Həqiqi” təxəllüsü ilə şerlər yazmışdır.

[15] M ö m i n ə x a t u n Azərbaycan Atabəyləri sülaləsinin banisi Eldənizin (Eldəgəz) arvadı və Məhəmməd Cahan Pəhləvanın anasıdır. Türbə 1172 – 1185-ci illərdə tikilmişdir.

[16] “Şaşal” İçərişəhər adlanan qədim Bakıda Şah Məscidi ilə Xan sarayının tikildiyi təpəyə deyilir. “Şaşal” adı altı mənasını verən “şeş Əli”dən əmələ gəlmişdir ki, bu da Xan sarayı qapılarından birinin üstündəki ağ daş üzərində yazılmış Əli adının sənətkarlıqla işlənmiş olduğu bir oymadan çıxarılır. Bu oymada Əli adı altı dəfə təkrar olunur.

[17] Rus mühəndislərindən birinin Hötenin “memarlıq susmuş musiqidir” sözlərindən ilham alaraq, “daşa dönmüş musiqi” deyə heyran olduğu bu binanı, 1845-ci ildə nəşr olunmuş səyahətnaməsində Kazan universitetinin professoru İ.Berezin “Müsəlman memarlığının ən gözəl abidələrindən biri” kimi qiymətləndirmişdir.

1683-cü ildə Bakını gəzmiş isveçli Kemfero Engelberto bu abidə haqqnda aşağıdakıları yazmışdır: “Divanxana tam heyrət doğurur... özünəməxsus şəkil və memarlıq üslubu ilə də seçilən bu bina sarayın ən möhtəşəm bir zinətini təşkil etməkdədir”.

[18] Arif Ərdəbilinin “Fərhad və Şirin” adlı əsərinin bir əlyazma nüsxəsi İstanbulda Aya-Sofya kitabxanasındadır. Şifrəsi 3335-dir.

[19] B i n y o n. – Persian miniature painting, Oxford. 1832. s. 183

[20] R e n e Q r o u s s e t – Les civilisations de l’orient. Paris. 1929

[21] R e n e Q r o u s s e t – Histoire de l’Asie. Paris. 1922

[22] Z.V.Togan. İslam ensiklopediyası. “Azərbaycan” məqaləsi.

[23] D ö v l ə t ş a h. Təzkirə. Braun çapı. s. 292

[24] Z.V.Togan. İslam ensiklopediyası. “Azərbaycan” məqaləsi.

[25] S e y r ə f i İslam xəttatlarından Yaqut Müstəsiminin davamçısı. Seyyid Heydər Kündənevisin (kündənevis – qalın yazan) şagirdidir. Təbrizin qədim abidələri, xüsusən “Ustadşagird” adı ilə tanınmış bina onun yazıları ilə bəzənmişdir. Malik Deyləmi onun haqqında belə yazmışdır:

 

Seyrəfi naqəd-e cəvahere-e xətt

K-əz ney-e kelk gəşt qouhər-riz

Həst bir Hosn-e xətt-e u şahed

Dər-o-divar-e xette-ye Təbriz

(Xətt cövhərlərinin bilicisi (olan) Seyrəfi

ki, qələminin qamışından gövhərlər tökür.

Təbriz diyarının daş-divarı

Onun xəttinin gözəlliyinə şəhadət verir (red.)

 

M.Ə.Tərbiyətin yazdığına görə, Azərbaycanın olduğu kimi İranın da ən yaxşı xəttatlarının nəsəbləri Seyrəfiyə gedib çıxır.

[26] M.Ə.Tərbiyət. Danişməndani-Azərbaycan, Tehran, 1314 hicri

[27] Musee de l’Ermitage. Travaux de departement oriental. Tom. III. Tanuscirt de “Clamceh” de Nizami de 1931 art du M.Dirkonov. pp. 274 – 286.

[28] F.R.Atay. Hindistanda iki ay. “Ulus”, 29.3.1943

[29] Çaldıran döyüşündən sonra Sultan Səlimin 300-ə qədər elm və sənət adamını Azərbaycandan İstanbula köçürməsi kitablarda qeyd olunur.

[30] Camenin mehrab hissəsini təşkil edən kaşılarda “əməl-e ostadan-e Təbriz” (Təbriz ustalarının işi) qeydinə rast gəlmək olar. Bursadakı Yaşıltürbə kaşılarından da təbrizli Hacı Əlinin imzası vardır.

[31] Cəlaləddin Ruminin “Şəms ül-həqiqət” adlı əsərindən seçmələri ingiliscəyə tərcümə etmiş Nikolson, Şəms Təbrizini yunan filosofu Sokratla müqayisə edir.

[32] M a h m u d Ş ə b ü s t ə r i n i n “Gülşəni-raz”ı hicri 829-cu ildə “Şirazi” təxəllüsünü daşıyan bir şair tərəfindən türkcəyə çevrilmişdir (“Danişməndani-Azərbaycan”). Yüz il bundan əvvəl bu əsərin almancaya tərcüməsi ilə bərabər, farsca mətni Vyanada çap olunmuşdur.

“Gülşəni-raz” sufizmin “vəhdəti-vücud”, “insani-kamil” və bir çox başqa ideyalarını sadə və aydın dil ilə izah edən min beytdən ibarət bir əsərdir. Şeyxin bundan başqa da mühüm əsərləri var.

[33] Təbrizdə doğulmuş bu şeyx məşhur əsəri “Cavidannamə”ni hicri 796-cı ildə Şirvan həbsxanasında ikən yazmışdır. 796-cı ildə Üləmanın fitvası əsasında Miranşahın əmri ilə Naxçıvanda öldürülmüşdür.

[34] Əbu Abdullah Məhəmməd ibn Bakuyi Şirazda bir dağ başında yaşadığı üçün ona B a b a K u h i deyilmişdir. Bakıdan gəlmişdir. Divanı Britaniya muzeyindədir, son zamanlarda Şirazda nəşr edilmişdir.

[35] Ş e y x H ü m a m elxanilərdən Abaqa xanın vəziri Sahib-divanın nədimlərindən olmuşdur. Fəsahət və səlislik baxımından “Azərbaycan Sədisi” kimi məşhurdur. Bir qəzəlinin sonunda, təəssüfləmi, ya təvazö iləmi, özü barədə yazdığı aşağıdakı beytləri M.Ə.Tərbiyət nəql etmişdir:

Pəyam deh suy-e bolbol ke ba vocud-e homam,

Rəva bovəd ke soxənha-ye eşq pərdazi?

Homam-ra soxən-e delfərib-o-şirin-əst,

Vəli çe süd ke biçare nist şirazi.

 

(Hümam varkən söyləyiniz bülbülə,

Münasibmi eşqə nəğmə söyləsin?!

Könül açar dadlı dili hümamın

Zavallı Şirazlı deyil, neyləsin?! – red.)

 

[36] Bu şairlər türk ədəbiyyatı xəzinəsinə daxil olmaqla bərabər, farsca şerlər də yazmışlar.

[37] Bu şəxs elxanilər dövründə yaşamış bir şairdir. Əbu Səid Bahadur xanın adına yazdığı “Şahənşahnamə” mənzuməsi Yafəsdən başlayaraq ta Əbu Səid xana qədər baş vermiş dünya hadisələrini əhatə edir. Əsərin tam nüsxəsi Britaniya muzeyindədir. Əsər Rəşidəddinin tövsiyyəsi ilə yazılmışdır.

[38] Q a s ı m Ə n v a r farsca ilə bərabər türkcə və gilək dilində də şerlər yazmışdır. Hicri 757-ci ildə Təbriz ətrafındakı Surxabda doğulmuşdur.

[39] S a d ı q Ə f ş a r əsərlərini həm farsca, həm də türkcə yazmişdır. Eyni zamanda rəssamlığı da var imiş. Bir tablosu Leninqrad muzeyindədir.

[40] S a i b öz zamanında müsəlman Şərqinin ən tanınmış şairi idi. Osmanlı sarayının istəyilə, Səfəvilər Saibin əsərlərini İsfahandan İstanbula hədiyyə göndərirdilər (Encycr de l’İsl). “Encyclopedie de l’İslam”da Saibin isfahanlı olduğu yazılır ki, bu yanlışdır. Saib təbrizlidir, Azərbaycanda doğulmuşdur. Türkcə də gözəl şerlər yazmış və doğum yeri olan Təbrizlə fəxr etmişdir. Aşağıdakı beytlər onundur:

Saeb əz xak-e pak-e Təbriz-əst

Həst Sədi gər gəl-e Şiraz.

 

(Əgər Sədi Şirazın palçığındandırsa,

Saib Təbrizin pak torpağındandır – red.)

 

və ya:

 

Ze hosn-e təb-e to Saeb, ke dər tərəqqi bad,

Bolənd-nam şod əz comle şəhrha Təbriz

 

(Saib, qoy ucalsın sənin ilhamın ki, onun gözəlliyindən

Təbriz bütün şəhərlərdən yüksək ad qazandı – red.)

 

və ya türkcə:

Sabiqən zövq verirdi şüəraya Şiraz

Indi Şirazın keçib abü həvayi-Təbriz.

 

Saibin təbrizli olduğunu ondan sonra yaşamış görkəmli şairlərdən Təsir də aşağıdakı beytində təsdiq edir:

 

Hazeq-e nəbz-e soxən dər həme-ye aləm nist

Becoz əz Saeb-o-Təsir ke əz Təbriz-ənd

 

(Təbrizdən olan Saib və Təsirdən başqa

Bütün dünyada sözün nəbzini duyan yoxdur – red.)

 

[41] Bə dour-e kərəm bəxşeş e-nik did,

Ze Məhmud-e keşvərsetan Onsori

Be dəh beyt səd bədre-do-bərde yaft

Ze yek fəth-e Hendustan Onsori.

Şənidem ke əz noğre zəd digdan

Ze zər saxt alat-e xan Onsori.

 

Mənası:

 

Verim çağında kərəmlər gördü

Sultan Mahmudu anan Ünsüri;

On beytə qarşı yüz bəxşiş aldı

Hindistan fəthini yazan Ünsüri;

Süfrəsində vardı qızıl qaşıqlar

Mətbəxində gümüş qazan Ünsüri – Xaqani

[42] Farsca yazmış türk şairlərindən bəzilərinin adlarını bu yazıda qeyd etdik. Farsca şer yazan türk hökmdarlarından da tarixdə mühüm nümayəndələri vardır. Adları və ləqəblərində belə qədim İran ənənələrini təqlid edən səlcuq hökmdarları arasında belələri çoxdur. Osmanlı sultanlarından da farsca şer yazanlar olmuşdur. Məsələn, Sultan Səlim Yavuzun farsca yazılmış iri bir divanı vardır. Bu divan 1904-cü ildə kayzer II Vilhelmin göstərişi ilə prof. Paul Horn tərəfindən Berlində, Dövlət nəşriyyatında nəfis şəkildə çap olunaraq, Sultan Əbdülhəmidə hədiyyə göndərmişdir.

Mərhum Ziya Paşa məşhur “Xərabat”ında Yavuzun farsca şairliyini bu beytlərdə qeyd edir:

Etmiş o şəhənşəhi-müzəffər,

Mülki-süxəni dəxi müsəxxər.

 

Əksər sözü farisidir anın,

Məqbulü müsəlləmi cahanın.

 

Yox Rum aranır isə sərasər,

Ol şivədə farisi demiş ər.

 

Olmaqla şəhi-cahani-məna

Divanı durur cahanda hala.

[43] R e n e G r o u s s e t. Les civilisations de l’orient. Səh. 325

[44] R e n e G r o u s s e t. Les civilisations de l’orient. Səh. 288

[45] Z.V.T o ğ a n. İslam ensiklopediyası. “Azərbaycan” məqaləsi; M.F.Köprülü. Türk ədəbiyyatında ilk mütəsəvviflər. İstanbul, 1919. s. 25.

[46] Səfəvi sülaləsinin banisi Şah İsmayılın “Xətai” təxəllüsü ilə şerlər yazması bəllidir. Türkcə dini şerlərdən, qəzəllərdən və başqa ədəbi parçalardan ibarət “Divan”ı vardır. Xətai azəri türk ədəbiyyatının sütunlarından sayılır. Şahın sarayı azəri türk ədəbiyyatının bir növ akademiyası idi; xidmətindəki şairlərdən Tüfeyli şerlərindən birində ona “türki-tacdar” deyə müraciət edir. Füzuli “Bəngü badə”sini ona ithaf etmişdir. Sultan Səlim ilə Şah İsmayıl arasındakı məktublaşmalar, yazıldıqları dil baxımından diqqətəlayiqdir; Osmanlı məktubları farsca ikən, İran məktubları türkcə yazılmışdır.

[47] Xaqanidən:

Bər qəraxan-e şəb-o-ağsonqor-e ruz əz şərəf

Dər toğan-şahiəş toğra dadi əhsənət ey məlek!

[48] Zəmirəm əbr-o-soxən qouhər-əst-o-del dərya,

Zəban monadi-ye in qouhər-o-zəmane bəha.

Beçun məni ke əz əqran-e xod səbəq bordəm

Ke əhl-e Gəncə təfaxor kanənd həst rəva.

 

/Mənim təbiətim bulud, sözüm gövhər, ürəyim dəryadır.

Dilim bu gövhərin carçısı, zamana qiymət verəndir).

Öz yaxınlarından üstün olan mənim kimisi ilə

Gəncə camaatı fəxr edirlərsə, yeri vardır – red./

[49] C h a n i R o f f – Memoire sur l’Chagani. Paris. 1864

[50] (Zəhir Faryabinin divanını Kəbədə tapsan, oğurla! – red.)

[51] An tork-e sorxcame sərvar-e səmənd şad

Yaran həzər konid ke atəş bolənd şad.

[52] Bu beytlər onundur:

Anəm ke bər emruz bərəd rəşk diyəm,

Canəm xordəm, tənəm nədanəm ke kiyəm

 

Çun porsidi, ba to bequyəm ke, kiyəm,

Ostade-soxən, Əsire-Axsikətiyəm.

[53] Bu müqayisə və bənzətmənin qiymətini düzgün ölçə bilmək üçün qeyd etmək lazımdır ki, M.İ.Darmsteter tərəfindən fransız kralı XIV Lüdoviqə bənzədilən Sultan Mahmudun sarayında bizim zəmanəmizə yad olan bir xüsusi müəssisə var idi: şer nazirliyi. Məlik-əş-şüəra ləqəbini daşıyan baş şairin nəzarəti altında sarayda 400-dən çox adları dəftərxanada qeydə alınmış şair fəaliyyət göstərirdi. Baş şairin imtahanından keçərək diplom almayan heç bir şair özü ən böyük şairlərdən sayılan Sultan Mahmudun hüzuruna çıxa bilməzdi. Iran ədəbiyyatının məşhur simalarından olan Ünsüri Sultan Mahmudun məlik-əş-şüərası, yəni şer naziri idi.

[54] X əsr tarixçisi Məsudi Bərdədən bəhs edərkən onu “Aranın Bağdadı” adlandırmışdı. Həmin əsərin müəllifi İbn Hoyqəl də “Rey ilə İsfahandan sonra Bərdədən daha böyük varlı və gözəl bir məmləkət yoxdur” – deyə, Bərdəni tərif etmişdir.

[55] Bu müəllifin əsərinin Xəlil Mükrimin xüsusi kitabxanasında mühafizə edildiyini Z.V.Toğan “İslam ensiklopediyası”ndakı “Azərbaycan” məqaləsində qeyd etmişdir.

[56] Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1936 c.1, s. 39

[57] Ku şəh-toğane-cud ke mən bəhre-ətməgi

Pişəş zəban be qoftən-e “sən, sən” dər avərəm.

[58] Gəncənin zənginliyi Azərbaycanın ümumi zənginliyi ilə bağlı idi. Z.V.Toğanın islam qaynaqları əsasında apardığı tədqiqə görə, ərəblər dövründə 20000 kq gümüş vergisi verən Azərbaycanın Səlcuqların hakimiyyəti ərəfəsindəki vergisi 27000 kq, Elxanilər dövründə isə 59000 kq gümüş olmuşdur.

[59] F r a h n – Mem de l’Académie. VI série. Sciences. Politiques. t. III. S 531-532.

[60] “Şota Rustaveli i ego vremya”. Moskva, 1937, Ê.S.Êekelidzenin məqaləsi, s.134.

[61] “Şota Rustaveli i ego vremya”. Moskva, 1937, Pavel İnkorokvanın məqaləsi.

[62] Yenə orada.

[63] “Şota Rustaveli i ego vremya”. Moskva, 1937, Pavel İnkorokvanın məqaləsi.

[64] Bax: Agah Sirri Ləvənd. Divan ədəbiyyatı, İstanbul. s. 591-603. Türklər haqqında bu düşməncəsinə hökmü verən “türk şairi” barəsində onun müasirlərindən Tiflinin aşağıdakı beytini də qeyd etmək olar:

Nəfiyi rusiyəhin nidügünü həp bildik

Kəndi Çingənədir, ama babası kürdi-pəlid.

[65] Bax: Yenə orada, səh.511. “Qayəlik” deyilən ana dilləriylə katolik dinləri ingilislər tərəfindən qadağan olduğu zaman irlandlar uzun illər rəsmi surətdə ingiliscə danışmış və rəsmən protestant məzhəbində olmuşlar. Lakin bu rəsmiyyətə qarşı İrlandiya millətçiləri mübarizə aparmışlar. Bu mübarizənin ədəbiyyatı uzun zaman ingiliscə olmuşdur. 1911-ci ildə İrlandiyada Qayəlikcəni oxuyub-yazan yalnız 17000 adam olmuşdur. Indi isə /yəni 1940-cı illərdə - red./ bu milli dili əhalinin 60%-i öyrənmişdir. /Johauneg sfoye l’Angleterre dans le monde. Paris, 1936, s.338.

[66] O zamankı Azərbaycanda türkcənin müəyyən bir hökmü olduğunu yalnız Nizaminin deyil, müasirləri olan başqa şairlərin də farsca yazdıqları əsərlərində işlətdikləri türk sözlərindən açıq-aydın görürük: məsələn, Xaqaninin aşağıdakı beytlərində işlənmiş Azərbaycan sözlərinə nəzər salaq:

1/ Əvvəle-şəb Aytəkin vuşaq amədim, leyk

Alparslan şodim be payane-cobhqab.

 

2/ Ku şəh – Toğan-e cud ke, mən bəhre-ətməgi

Pişəş zəban beqoftən – esən-sən dəravərəm.

 

[67] A.Krımski. İstoriya Persii, eye literaturı i dervişskoy teosofii. Axundzadə Mirzə Məhəmməd tərəfindən yayılmış bu kitabçadan V.Bartold da istifadə etmişdir.

[68] A d i l-x a n. Ziyadxan Tayeran-e qələm. Tehran, 1932.

[69] Nizamidəki bu dəyəri, bütün dəyərləri məntiqin qulağından çəkmək yolu ilə də olsa, öz xeyrinə istifadə etmək üçün əl çevikliyi göstərən Sovet təbliğatı da mənimsəyə başlamışdır.

[70] Şairi eyni dövrdə yaşamış olan başqa Nizamilərdən ayırmaq üçün təzkirələr onu həmişə “Nizamiyi-Gəncəvi” deyə yad etmişlər.

[71] Bəzi tədqiqatçılar, o cümlədən, Vahid Dəstgirdi “Rəisə”ni Nizaminin anasının adı kimi qəbul etmişlər. Lakin həmin söz birləşməsinin tərkibindən göründüyü kimi və bizim qənaətimizcə o, şəxsi ad deyil, sadəcə olaraq, bir tituldur. Kürd rəisəsi deməkdir. Ümumiyyətlə, “Rəisə” adlı qadın adı indiyə qədər bizə rast gəlməyib. Burada “Rəisəyi-kürd” sözlərinin məntiqə daha uyğun mənası “Kürd rəisi” və ya “kürd rəisəsi” olmaq, heç də mütləq milliyyət etibarı ilə də kürd olmalarını sübut etmir. Tarixdə məlum olan çoxlu misallar göstərir ki, kürd qəbilələrinə rəislik /başçılıq/ etmiş türklər çox olmuşlar.

[72] K ü n y ə - ərəblərdə ad komponentidir. Bu ad adəti keçmiş zamanlarda İslam mədəniyyətinin yayıldığı bütün ölkələrdə qəbul edilmişdir. Həmin ad atanın öz oğlunun adı ilə tanınmasına dəlalət edirdi. Məsələn, Peyğəmbər həzrətlərinin künyəsi Ə b ü l – Q a s i m idi, bu isə “Q a s i m i n a t a s ı” deməkdir. Nizami də oğlu Məhəmmədə görə, Məhəmmədin atası demək olan bu künyəsi daşıyırmış.

[73] Klassik Şərq ədəbiyyatında dünyanın məşhur yetimlərindən bəhs olunarkən işlədilən bir təbirdir. Məsələn, Məhəmməd peyğəmbər bir “dürri-yetim”dir.

[74] Dövlətşah, Təzkirətüş-şüəra. Bronun çapı. Bu parlaq qəsidə Ziya Paşanın “Xərabat”ında da çap edilmişdir. Burada həmin qəsidənin bir neçə beytini misal gətiririk:

Ğəme del gər bebəst bazarəm

Mədh-e şəh miqoşayədəm bazar.

 

Şəh qızıl Ərsəlan ke dəst-o-deləş

Həst-xəsm şomar-e xəsm şomar

 

Həzməş avərdə bad-ra besokun

Əzməş əfkəndə xak-ra bemədar.

 

[75] Şairin geniş məlumatına şahid olan “Xosrov və Şirin” poemasından bir neçə beyti misal gətirmək yerinə düşər:

Mənəm daneste dər pərqar-e aləm

Be təsrifo-be nəhv əsrar-e aləm.

 

Həme zic-e fələk cədvəl be cədvəl

Bə ostorlab-e hekmət kərdəəm həl.

 

Ke porsid əz mən əsrar-e fələk-ra

Ke məluməş nə kərdəm yekbəyekra?!

 

Ze sər ta paye in dirine qolşən

Konəm gər quş dari bər to rövşən.

 

 

[76] Be mehr-e Əli gər ce möhkəm peyəm

Be mehr-e Əli gər ce möhkəm nəyəm.

 

[77] İbn-Bəttutə, İsfahan şeyxi və zaviyə rəisi Qütbəddin Hüseynin ona bəxş edib geydirdiyi qəbanın tarixini danışaraq demişdir ki, həmin qəbanı vaxtilə Əli həzrətləri, sonralar isə Əxi Fərəc Zəncani geymişdir. Səyyah Əxi Fərəcin Əbu Abbaye-Nəhavəndi ilə də görüşdüyünü qeyd edir.

[78] İbn Bəttutə səyahətnaməsinin birinci cildi, s. 312-314.

[79] Çevşekləmək – solğunlaşmaq, əldən düşmək, zəifləmək.

[80] Yegdir – yaxşıdır.

[81] Ta çənd ço yəx fosorde budən

Dər ab ço muş morde budən?

 

Çon qol begzər ze nərmüxuyi,

Begzər ço bənövşe əz doruyi.

 

Cayi başəd ke xar bayəd,

Divanegiyi bekar ayəd.

 

Mibaş ço xar hərbe bərduş

Ta xerməne qol kəşi dər ağuş.

[82] qəryə - kənd

[83] qolayca – asanlıqla

[84] cizyə - müsəlman ölkələrində xristian, yəhudi və başqa dinli əhalidən alınan vergi.

[85] Sırt – dağın başı, zirvəsi

[86] İn deh ke həsare bihoşanəst

İqta-edehe zəbunkoşanəst

 

Bi şir-deli besər nəyayəd,

Əz qavdelan hönər nəyayəd.

 

Gərdən çe nəhi be hər qəzai

Razi çe şəvi be hər cəfai?

 

Çon kuh bolənd poştiyi kon

Ba səxt delan doroştiyi kon.

[87] “F ü t ü v v ə t n a m ə l ə r” əski dövrlərdən əlyazma şəklində bizə gəlib çatmış risalələrdir. Bunlar əsnaf təşkilatı arasında yaşayan əxiliyin bir növ tüzük və proqramlarıdır. Həmin risalələrdəki əxlaqi normalarla Nizaminin zahidliyə, təqvaya /başqalarına qayğı göstərməyə, azad düşüncəliyə/, nikbinliyə aid təlimatı arasında böyük bir bənzərlik var. “Fütüvvətnamə”lərdəki 1) “Yalnız öz qazancınla yaşamalısan”, 2) “Sənə qarşı pislik edənə yaxşılıq et”, 3) “Həva və həvəsi tərk et”, 4) “Daima xalqa yaxşılıq və xidmət et”, 5) “Özgələrə qayğı göstər və haqsevər ol” kimi aforizmlərin (təfsilat üçün bax: İlxan Tarus, Əxilər. Ankara, 1947) bir çoxunun paralellərini və şairanə ifadələrini “Xəmsə”də tapırıq:

1) Çun məşəle dəste-e rənc-e xod xor,

Çun şəmğəza ze gənc-e xod xor;

 

2) Zə bədquy-e bədqofte penhan konəm

Be padaş-e nikəş pəşiman konəm.

 

3) Ser ze həva taftən əz sərvərist

Tərk-e həva qovvət-e peyğəmbərist

 

4) Dər qoul çenin kon ostovari

K-eymən şəvəd əz to zinhari

 

5) Bar-e həme mikəş ər təvani

Behtər ze çe barkəş rəhani.

[88] Homayunpeykəro nəğz-o, xerədmənd

Ferestade be mən Dara-ye Dərbənd.

V.Dəstgirdi bu “Dərbənd sahibi”nin şairin “Məxzənül-əsrər” poemasını ithaf etdiyi Ərzincan hökmdarı Bəhramşah olduğu qənaətinə gəlmişdir. Bu fərziyyə doğru deyildir. Dərbəndin sahibi Xaqaninin də qəsidələr həsr etdiyi Seyfəddin Müzəffər ibn Məhəmməddir; çox ehtimal ki, şairin həyatında bu qədər uğurlu rol oynamış gözəl hədiyyə onun ədəbi sevgisinin bir könül vergisi olmuşdur.

[89] Səbokoru çon bot-e qefçağ-e mən bud

Gəman oftad xod ke Afaq-e mən bud.

 

- Çevik getməkdə, san qıpçağım idi,

Sanardın ki, mənim Afaqım idi.

 

Bu beytdəki “Afaq” sözünü tədqiqatçıların bir hissəsi, o cümlədən, V.Dəstgərdi qıpçaqlı gözəlin adı kimi qəbul etmişlər. Lakin bizim qənaətimizcə “Afaq” ismi kimi şəxsi ad yoxdur. Qıpçaqlı türk gözəlinin adı “Afaq” deyil, “Apağ” olmalıdır. Bu ad bu gün belə qırğızlarda mövcuddur. “Qıpçaq” sözü klassik İran ədəbiyyatında çox vaxt “P” hərfinin “F” hərfinə çevrilməsi ilə “qıfçaq” şəklini alır; “Xəmsə”nin bəzi nüsxələrində belə, bu sözün “p” ilə “qıpçaq” şəklində yazıldığına rast gəlirik. Belə “olduqda isə Nizaminin “qıpçaqlı” türkünün adı türkcə “Apağ” və ya “Apaq”dır. Apaq mənasında, Azərbaycanca qadın adı olan “Ağca”ya daha çox rast gəlirik.

[90] Əgər şod torkəm əz xərgəh nəhani

Xodayə, torkzadəmra to dani!

 

Çəkildiysə əgər türküm çadırdan

Ilahi, yavrusun qurtar qadadan!

[91] Əski kosmologiyada kainatın yeddi təbəqədən və dörd ünsürdən ibarət olduğuna işarədir.

[92] Ço yekrəng xahi ke başəd pəsər

Ço del baş yekmadəro yekpədər.

[93] Məra tale-e torfeəst əz soxən,

Ke çon nou kon-əm dastan-e kohən.

 

Dəran əhd kan şəkkər-əfşan konəm,

Ərus-e şəkər xənde qorban konəm.

 

Ço həlva-ye şirin həmi saxtəm

Ze həlva bəsi xane pərdaxtəm.

 

Ço bər gənce Leyli kəşidəm hesar

Degər qouhəri kərdəm inca nesar.

 

Konun niz çon şod ərusi besər

Berezvan sepordəm ərus-e degər.

[94] Nədanəm ke ba dağe çəndim ərus,

Çequne konəm qesse-ye Rum-o Rus

 

Beh ər narəm ənduh-e pişinə piş,

Bədin dastan xoş konəm vəqte xiş.

[95] “Şərəfnamə”nin sonunda şair oğluna belə müraciət edir:

Qiymətli dörd kitab buraxdım sənə,

Məndən qalır onlar birər yadigar.

Dörd qardaşın vardır, beşinci sənsən,

Dörd rükündə sənə əncüm tək bərqərar.

 

Kitab-e geranmaye dari çəhar,

Codaqane hər yek ze mən yadqar.

Bəradər çəharəst pəncom toi

Ke ərkan çəharəst, əncom toi.

[96] Ey şode həmsər-e xuban-e beheşt,

An çenan arezo angəh bər xeşt.

Bərnəx ömr besər bordən xoş,

Duzəxi naşode rəftən be beheşt.

Xət nəyavərdə beto ömr hənuz

In qəza bər sərət axer ke neveşt?

Çe əcəb gər şəvəd, ey can-e cəhan

Xak iz dideye mən xuna-qoşt.

Səbzəzare xətət əndər xakəst

Ab key baz təvan daşt ze keşt?!

[97] Gərəm nist ruzi ze xan-e kəsan

Xodaist rəzzaqo ruzirəsan –

 

Süfrəsindən adamların yoxsa nəsibim

Rizq verən Tanrıyadır mənim bütün ümidim.

[98] Çun məşəle dəstrənc-e xod xor

Çun şəm ğəza ze gənc-e xod xor.

 

Ta ba to besonnət-e Nezami

Soltan-e cəhan konəd ğolami.

[99] Pərvane beşəm bərforuzəd

Nəzdik ke çun şəvəd besuzəd.

[100] Nizaminin çağdaşlarından Xaqani, Əbu-l-Üla, Mücir və sairlərinin yazdıqları həcvlər və elədikləri şiddətli çəkişmələr məşhurdur.

[101] Bar-e həme mikəş ər təvani

Behtər ze çe barkəş rəhani –

 

Qatlan bütün yüklərin yükünə

Yük çəkəni qurtarmaqdan yaxşı nə?!

[102] “İskəndərnamə”nin müqəddiməsində ilham qaynağı olan Xızır peyğəmbərə xitab etdiyi beytlərdə bu misralar vardır:

Ey mübarək Xızırım, sanma ki, mən,

Meyi qəsd etmədəyəm “mey” derkən.

 

Dediyim meylə özümdən keçərəm,

Bu keçişlə o gedər, aləm edərəm.

 

Tanrının vədi mənim saqimdir,

Qədəhim cəzbə, meyim sevgimdir.

 

Tutduğum haqq yola and olsun kim,

Dəyməmişdir meyə ağzım, ətəyim.

 

Meyə vurduysa Nizami bir cam,

Haq halalı ona olsun da haram.

 

 

Nə pəndar ey Xezr-e piruzpey,

Ke əz mey məra həst məqsud vey.

 

Əzin mey həme bixodi xəstəm,

Vəzan bixodi məcles arastəm.

 

Məra saqi əz vədehye izədist,

Səbuhi əz xərabi, mey əz bixodist.

 

Vəgər nə bean rəh ke ta budəəm,

Bemey daməno ləb nəyaludəəm.

 

Gər əz mey şodəm hərgez aludə cam,

Həlale xoda bər Nezami həram.

[103] Kəsi ku ze mərdom qorizəndetər,

Bedu meyl-e mərdom sətizəndətər.

[104] Fozun bud şeş məh ze şəsto se sal

Ke bər əzme rəh bər dohol zəd dəval.

 

Ço hale həkiman-e pişinə qoft,

Həkiman be xoft<


Date: 2015-12-17; view: 995


<== previous page | next page ==>
Və onun möcüzəsi | Ein bisschen Trockeneis als Ersatz für den Londoner Nebel
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.07 sec.)