Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Rq İslam Mədəniyyətinə Mənsub

Müəllifdən

 

Kitabımız Nizaminin anadan olmasının 800-cü ildönümü münasibətilə 1941-də bitmiş, fəqət müharibənin doğurduğu çətinliklər üzündən çapı gecikmişdir.

Bu gecikmə bir yandan müəllifin təəssüfünü doğurmuşsa da, o biri tərəfdən hər keçən il əsərin bir az daha dolğunlaşmasına və gözəlləşməsinə səbəb olmuş və yeni materiallar, əlavələr, təsvirlər və haşiyələr gətirmişdir. Qaynaqlardakı bəzi – 1941-ci ildən sonrakı tarixlər kitabda bu yolla yer almışdır. Əlavələr hissəsində, xüsusən, “Nizamidən çevirmələr” qismi varlığını bu gecikməyə borcludur.

Fəsil başlarındakı Nizamidən alınan beytlərin türkcə çevirmələri bu gecikmədən qazanılan zamanda edilmişdir. Müəllif bu kiçik epiqrafların və kitabın haşiyələri ilə sonuna əlavə edilmiş mənzum parçaların ustadın əsərinə layiq bir şəkildə türkcəmizə çevrilmiş olduğu iddiasında deyildir. Bunların Nizami nəzminin ruhunu az da olsa əks etdirib-etdirmədiklərini müəyyənləşdirmək, təbiidir ki, oxucuların öhdəsinə buraxılmışdır; əslində bu xüsusda müəyyən bir iddiası da yoxdur, kifayətdir ki, bəzək olsun deyə edilən bu əlavələr əsərin nəzərdə tutduğu əsl məqsədə mane olmasın.

Kitabın haşiyələrində və “əlavələr” qismində mətndə bəhs edilən mətləbləri aydınlaşdırmaq üçün Nizamidən bəzi parçalar vermək faydalı görülmüşdür. Farsca beytlərin oxunuşunda oxuculara yardım olsun deyə, bunların türkcə məzmunu qismən verilmişdir...

Illərin məhsulu olsa da, müəllif vasitələrin heç də tam olmadığı şəraitdə yaranmış bu əsərin istər-istəməz nöqsanlardan xali olmadığına əmindir. Oxucularından dilədiyi ən səmimi şey bu nöqsanları ona bildirmələridir. Bu yolla onlar Nizami haqqında bizdə qüsurlu olan məlumatın tamamlanmasına xidmət etmiş olarlar. Eyni baxımdan əsər haqqındakı ümumi mülahizələrini də bəyan etmək lütfünü göstərənlər müəllifi son dərəcə məmnun və minnətdar etmiş olarlar.



 

Ankara, 8 aprel 1949.

 

 

Başlanğıc

Nizaminin nəzmini oxursan,

Sözündə sən onu hazır bularsan.

Cilvəsini səndən necə o saxlar

Ki, hər beytində anladır bir əsrar.

Yüz ildən sonra da desən harda o?

Beytlərdən nida gələr burda o! [1]

 

 

Yüz il deyil, səkkiz yüz ildən sonra da “burda o!”sunu duyduğumuz Nizami, müsəlman Şərqinin ürfan xəzinəsinə daxil İran və dünya ədəbiyyatında Nizami Gəncəvi kimi tanınan şairdir.

Müsəlman Şərqi dedikdə, Nizaminin yurdu Gəncəni də içinə alan Azərbaycan da daxil olmaqla, Yaxın Şərq və Orta Asiyanı əhatə edən coğrafi ərazi nəzərdə tutulur. Bu ərazinin müxtəlif çağlarda yaşamış olduğu siyasi və tarixi təkamülü ilə mütənasib mədəni kamillik dövrləri vardır. Bura bir tərəfdən İran və Turan, digər tərəfdən də Ərəb ilə Əcəm çəkişmə və çarpışmalarının səhnəsi olmuşdur.

Tarixi hadisələrin təsirilə baş verən qaynayıb-qarışmalar nəticəsində əski mədəniyyətlər yatağı olan bu yerlərdə, yeni bir mədəniyyət meydana gəlmişdir: Şərq İslam mədəniyyəti.

 

 

1.

Şərq İslam Mədəniyyətinin Üç Ortağı

 

Məşhur ərəb tarixçisi İbn-Xəldunun hələ XIV əsrdə qeyd etdiyi kimi,[2] İslam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə deyil, İslam dinini qəbul etmiş xalqların birlikdə tikdikləri binadır.

Islam mədəniyyətinin bu xüsusiyyəti Şərq islam dünyası haqqında danışdığımız hissəsində daha aydın şəkildə nəzərə çarpır.

La literature Arabe (“Ərəb ədəbiyyatı” – red.) adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız alimi Hart, miladi VIII əsrdəki ərəb mədəniyyətinin vəziyyətindən bəhs edərkən ərəb olmayan ünsürlərin təsirini göstərir. Bu dövrdə “ilahiyyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; bunun kimi, idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı”.

Şərq islam mədəniyyəti onu yaradan ünsürlərdən üç milli amillə sıx surətdə bağlıdır.

Ərəblərlə bərabər, onlar qədər, bəzi xüsuslarda hətta onlardan da artıq islam elm və ürfanı üçün fəaliyyət göstərmiş farslarla türklər vardır. Bu iki xalqdan yetişmiş böyük islam şəxsiyyətlərinin dünyaca məşhur adları cildlərlə kitaba mövzu olmuşdur.

Demək gərəkdir ki, İslam mədəniyyətinin Şərqdə yayılmasında ərəb dili ilə bərabər, fars və türk dillərinin də müəyyən rolu vardır. Bir duyğu, düşünüş və bilik vasitəsi olmaq etibarilə, tarixin müəyyən dövrlərində bu iki dilin, xüsusən ədəbiyyat sahəsində və beləliklə, Şərq islam mədəniyyətinin inkişafı və yayılmasında çox mühüm təsirləri olmuşdur.[3]

 

 

2.

rq İslam Mədəniyyətinə Mənsub


Date: 2015-12-17; view: 438


<== previous page | next page ==>
Telephone Conversation / Leaving a Message | Xsiyyətlər üçün Keçirilən Yubileylər
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)