Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Pulsun Ğəlatilərə məktubu.

Bu məktubu Puls 6 fəsildə tənzim edib Ğəlati bölgəsindən olan kilsəyə göndərmiş və onda imanı ədalətin şərti bilmişdir.

10. Pulsun Əfisusyana olan məktubu:

Puls bu məktubu 6 fəsildə Əfisus şəhərinin kilsəsinə xitabən yazmış və orada camaatın əxlaqi vəzifələrini xatırlatmışdır.

11. Pulsun Filiplərə məktubu:

Bu məktub 4 fəsildə tənzim olunmuş və Filipp şəhərinin kilsələrinə göndərilmişdir. Puls bu məktubda o şəhərin məsihi əhalisi üçün dua etmiş və onların hədiyyələri qarşısında təşəkkür etməklə onların qurtuluşunu, nicatını müjdə vermişdir.

12. Pulsun Kulsiyana məktubu:

Puls bu məktubu 4 fəsildə tənzim edərək Kulsiyə şəhərinin kilsəsinə xitabən yazmışdır və orada Məsihə əqidəli qalmaq dövründə yeni həyatı xatırlamış və sabiq şəriətə (xütnə kimi) tabe olmağı çəkindirmişdi.

13. Pulsun Tesalunikilərə məktubu:

Bu məktub Tesaluniki şəhərinin camaatına xitabən yazılmış və 5 fəsildə tənzim olunmuşdur. Burada Puls tərəfindən Tesaluniki əhalisinin imanı və bu dinə gözəl rəğbətləri onun tərəfindən tə’rifəlayiq hesab edilmişdir.

14. Pulsun Tesalunikilərə ikinci məktubu:

Bu məktub 3 fəsildə tənzim olunmuş və həzrət İsanın yenidən qayıdışı şərtləri ətrafında bə’zi mətləbləri işıqlandırmışdır.

15. Pulsun Timutalbusa birinci məktubu:

Timutalbus Pulsun şagirdlərindən biridir ki, onu Əfisus şəhərinin kilsələrinin başçısı tə’yin etmişdir. Altı fəsildən ibarət olan bu məktubda Puls Timutalbus və onun şagirdlərinin vəzifələrini, eləcə də kilsə başçısının xüsusiyyətlərini bəyan etmişdir.

16. Pulsun Timutalbusa ikinci məktubu:

Dörd fəsildən ibarət olan bu məktubda Puls Timutalbusa başqa tövsiyələr və sifarişlər etmişdir.

17. Pulsun Teytəsə məktubu:

Üç fəsildən ibarət olan bu məktub kilsənin təbliğ işləri ilə əlaqədar Teytəsə olunan sifarişləri və tövsiyələri əhatə edir. Puls Teytəsi Kərid şəhərində öz nümayəndəsi tə’yin etmişdi.



18. Pulsun Felimuna məktubu:

Bu Felimuna yazılan qısa bir məktubdur ki, onda qaçmış qulun - qaçdıqdan sonra Pulsun əli ilə iman gətirən qulamın qəbul edilməsini istəyir.

19. Pulsun İbranilərə məktubu:

Bu məktub 10 fəsildən ibarətdir və yəhudi irqindən olan məsihilərə xitab olunur (İbranilərə). Bu məktubda Puls yeni dinin (məsihi dinin) yəhudi dini ilə olan əlaqəsini bəyan edən bəhsləri, məsihiyyətin üstünlüyünü bəyan etmişdir.

20. Yə’qubun məktubu:

Bu məktub İsanın qardaşı və 44-cü miladi ilində Yerusəlim kilsəsinin rəhbərliyini öhdəsinə alan Yə’qubun vasitəsi ilə 5 fəsildə və Bəni-İsrailin 12 tayfasına xitabən yazılmışdır. Bu məktubda onlara bə’zi ictimai-əxlaqi vəzifələr də xatırladılır.

21. Petrosun birinci məktubu:

Petros İsanın rəsulu və elçisi ünvanı ilə bu məktubu 5 fəsildə, o dövrdə yaşayan bütün məsihilərə xitabən yazmış və onları Allahın seçdiyi qövm adlandıraraq, Allah dini yolunda çəkdikləri zəhmətləri qiymətləndirərək onlara toxtaqlıq verir.

22. Petrosun ikinci məktubu:

Petros bu məktubu 3 fəsildə tənzim etmişdir. Bu məktub bütün məsihilərə müraciətdir və onda yalançı müəllimlər və peyğəmbərlərlə əlaqədar xəbərdarlıq edilir və eləcə də onda İsanın qayıdacağı müjdəsi verilir.

23. Yuhənnanın birinci məktubu:

Bu məktub 5 fəsildən ibarətdir və bütün məsihilərə xitabən yazılmışdır. Onda bə’zi yanlış inanclar xatırladılır.

24. Yuhənnanın ikinci məktubu:

Bu məktub 1 fəsildən ibarətdir və bir məsihi qadına xitabən yazılmış, onda məhəbbətin həqiqəti izah edilmişdir.

25. Yuhənnanın üçüncü məktubu:

Bu məktub da 1 fəsildən ibarətdir və kilsənin idarə olunmasında müəyyən problemlərlə qarşılaşan kilsə başçılarından birinə xitabən yazılmışdır.

26. Yəhudanın məktubu:

Bu məktub İsanın Yəhuda adlı digər bir qardaşının vasitəsi ilə 1 fəsildə yazılmış və orada camaat onun vasitəsilə imana də’vət olunmuşdur.

27. Yuhənnanın kəramətləri:

Bu kitab Yuhənnanın dilindən gələcəkdə baş verəcək xəbərlərə şamildir və 22 fəsildən ibarətdir.

 

* * *

Qeyd olunanlar məsihilərin nəzərində mö’təbər sayılan kitablar, mətnlər və müqəddəs risalələrdən ibarətdir. Bunlar məsihi dininin araşdırılmasında istifadə oluna bilər. Lakin məsihi aləminin bir çox kitab və risalələri də vardır ki, onlardan bəziləri həvarilərin və rəsulların həyatı ilə əlaqədar olan əməllər kitabı, bir qurupu Bornabaya mənsub edilən risalələr və Petros, Əbinunilər, Misirlilər və s. adlarla məşhur olan bir neçə İncildən ibarətdir; bunlar miladın beşinci əsrində kilsə tərəfindən qadağan edilmiş qeyri-mö’təbər kitablar kimi təqdim edilir. Bu müqəddəs mətnlərin ən məşhuru və mühümü Bornaba İncilidir.

Özü həvarilərdən olan Bornabanın beş İncili var idi və bu İncil beşinci əsrdən əvvəllərə qədər istifadə olunurdu.

17-ci əsrdə İtaliyada bu İncilin bir nüsxəsi italyan dilində kəşf olunub və onun ingiliscə tərcüməsi 1907-ci ildə ingilis ər-arvad tərəfindən və ərəbcə tərcüməsi isə 1908-ci ildə misirli bir məsihi tərəfindən Qahirədə çap olunmuşdur.

Bu İncilin əqidəvi tə’limləri İslamın əsaslarına çox yaxındır və bir çox hallarda aşkar şəkildə İslam Peyğəmbəri (s) müjdə verilmişdir. Hətta bir neçə dəfə İslamın tövhid və nübüvvət barəsində yə’ni, «La ilahə illəllah və Mühəmmədən Rəsuləllah» kəlmələri onda qeyd olunmuşdur.

Bornabanın əsil İncil olmasını isbat etmək çox çətindir. Bundan əlavə, məsihi rahiblərinin və alimlərinin nəzərində mö’təbər sayılmadığından, məsihiliyin araşdırılmasında ona istinad oluna bilməz.

SUALLAR

1. Qədim və yeni əhd-peyman arasında olan fərq nədir?

2. Dördlük təşkil edən İncillərin bir-birilə nə kimi fərqləri vardır?

3. Hansı kitabda İsa Allahın oğlu kimi təqdim edilmişdir?

ƏLLİ DÖRDÜNCÜ DƏRS

RAHİBLİK (TƏRKİ DÜNYALIQ)

MÜQƏDDİMƏ

Məsihilik nöqteyi-nəzərində rahiblik tərki-dünyalıq, ibadət və dini işlərlə məşğul olmaq məqsədi ilə gündəlik və adi işlərdən əl çəkməkdən ibarətdir. Məsihi rahibliyinin mənşəyini həzrət İsanın tamamilə ruhani həyat seçərək, cəmiyyətdən və maddi həyatdan ayrı bir həyata meyl göstərməsində axtarmaq lazımdır. Həzrət Məsihin ömrünün axırına qədər subay yaşaması, onun da ardınca rəsul Pulsun subay həyat tərzi keçirməsi, subaylıq həyatının rəvac verilməsi,[145] digər tərəfdən isə həzrət Məsihdən «Mənim şagirdlərim ata-anadan, bacı-qardaşdan, arvad-uşaqdan, hətta öz canlarından belə əl çəkməlidir.»[146] sözlərinin nəql olunması və nəhayət ilahi padşahlığın, yaxud asimani məlakutun təşkil olunması yolunda olan şövq və rəğbət məsihi tə’limləri arasında belə bir əndişənin yaranmasına səbəb olmuşdur; bu məqsədlə həzrət İsanın ardıcıllarının bir çoxu maddi həyatdan üz çevirir, bütün dünyəvi asılılıqlardan və məhəbbətlərdən üz döndərməklə rahiblik həyat şəraitini seçir, ibadət, zikr, təfəkkür və bu kimi digər işlər görməklə müqəddəsliyin, təqvanın yüksək dərəcələrinə nail olmaq üçün, eləcə də asimani mələkuta xidmət etmək üçün ləyaqət tapmağa çalışırlar.

TARİXÇƏSİ

İrfan və sufiliyə meyllər məsihi dininin yaranmasından əvvəl də mövcud olmuşdur. Bunun ən bariz nümunəsi “Esiniyun” adlanan yəhudi xirqəsidir ki, xüsusi mülkiyyəti və sərvət yığmağı inkar edir, çöllərdə və səhralarda yoxsulluq içərisində yaşayır, ibadət və namaz qılmaqla məşğul olurdular. Bu zahidanə həyat tərzi məsihi aləminə də sirayət etdi və yuxarıda qeyd olunan məsihi ünsürləri rahibliyə meyl göstərməkdə ondan kəskin şəkildə tə’sirləndilər.

Alimlərin əksəriyyəti bu fikirdədirlər ki, məsihi dinindəki rahiblik Antoni (yaxud Antoniyus, 251-356-cı miladi ili) vasitəsi ilə Misirdə başlamışdır. O, 20 yaşında öz var-dövlətinin hamısını fəqirlərin arasında bölüşdürmüş, ucqar nöqtədə yerləşən bir mağaraya gedərək vaxtını ibadət və təfəkkürlə keçirmişdi. Onun tərkidünyalıq və müqəddəslik şöhrəti digər şəxslərin də onun ətrafına yığılmasına və nəticədə ona tabe olaraq, səhralıqlarda yaşamasına, ibadət, zikr, dua ilə məşğul olmalarına səbəb olmuşdu. Antoni ona məftun olan bu ardıcıllara təşkilatçılıq etdi; onlar üçün dini həyat qanunları müəyyənləşdirdi, sadə yaşamaq, maddi və dünyəvi məhəbbətlərə e’tinasızlıq prinsipini öyrətdi. Beləliklə, məsihi rahiblərindən ilk qurupu vücuda gəldi. Onlar məsihi alimləri, yaxud məsihi sufiləri adı ilə də tanınmışdılar.

Bu zamandan etibarən rahiblik yeni bir hərəkat və cərəyan kimi məsihi aləmində sür’ətlə inkişaf etdi; məsihilərdən çoxu bu həyat tərzinə üz tutdular. Bunun ardınca kütləvi şəkildə mə’nəvi həyat üçün – ruhani rahiblər üçün sovməə tikilişi geniş şəkildə yayılmağa başladı.

Antonin öz ardıcılları arasında inzibati qayda-qanunlar bərqərar etməsinə baxmayaraq, onların yaşayışı fərdi xarakter daşıyırdı. Onun yaratdığı hərəkatdan az bir vaxt sonra Paximiyus (290-346-cı miladi) Misirdə yerləşən Tabonda 9 sovməə tikməklə rahibləri qurup şəklində yaşayan bir həyata qaytarmaq istədi. Onun rahiblik üsul-idarəsi təqva və müqəddəslik əldə etmək üçün mütəşəkkil bir həyat qurmaq qərarına gəldi. Paximiyusun yaratdığı qayda-qanunlar və sistemdən ibarət olan bu yaşayış tərzi bundan sonra rahiblik qayda-qanunlarına yüksək tə’sir qoydu və daha sonra sövmiyələrin sayı məsihi ərazilərinin şərq hissələrində sür’ətlə yayılmağa başladı. Sövmiyələrdə Paximiyusun qayda-qanunları altında yaşayan rahiblər öz alın təri və zəhmətləri ilə bir tikə çörək qazana biləcək müxtəsər işlə məşğul olurdular. Paximiyusdan sonra Bazil (330-379-cu miladi) Qeysəriyyə şəhərinin yepiskopu (hal-hazırda da onun adı şərq ortodoks kilsələrində izzət və ehtiramla yad edilir) sövmiyə rahiblərinə çox ehtiram göstərdi və onlar üçün müəyyən qayda-qanunlar nəzərə aldı ki, hələ də ona ortodoks məsihiləri arasında əməl olunur. Bazil çalışırdı ki, rahiblərin kütləvi şəkildə yaşamaları üçün ictimai maraq yaratsın. Buna görə də çalışırdı ki, rahiblər işləsin, yaxşı əməllərlə məşğul olsun və həmin halda dua və müqəddəs kitabı oxuyub, dünyəvi məsələlərə e’tinasızlığı davam etdirsinlər ki, bu yolla da rahiblik öz ictimai mövqeyini artırsın. Bazil bu qayda-qanunlarla rahibliyə yeni rövnəq bəxş edə bildi və onun ictimai mövqeyini yüksəltdi. Bundan əlavə, onun gördüyü tədbirlər sayəsində rahiblərin sövmiyələri həmin nahiyələrdəki yepiskopların qüdrət və nüfuzu altına keçdi. Məhz bu dövrlərdə rahiblər Allahın məhəbbətini cəlb etmək, niyyətlərini xalisləşdirmək, ləyaqət və müqəddəslik əldə etmək üçün öz vaxtlarını ictimai xidmətlərə, fəqirlərə, yoxsullara və yetimlərə əl tutmağa sərf edir və öz zəhmətləri ilə əldə etdikləri azacıq ruzi ilə sadə həyat tərzi keçirirdilər. Onlar şərab içməyi, qeyri-dini kitabları oxumağı da özlərinə haram etmişdilər.

QƏRBDƏ RAHİBLİK

Rahiblik hərəkatı şərqdə dərin keçmişə malik idi və orada çox sür’ətlə yayılmağa başlamışdı. Amma qərbdə bu yayım çox çətin və ətalətlə baş verirdi. Rahiblik düşüncəsini ilk dəfə olaraq, Atanasiyus dördüncü əsrin ikinci yarısında İsgəndəriyyədən Romaya sürgün olunduğu dövrlərin birində etmişdir. Amma onun qərbdə çiçəklənməsi altıncı əsrin əvvəllərində Bəndikt Nersiya əhalisindən olan Bəndiktin vasitəsi ilə baş vermişdir (480-550-ci miladi). O, qərb rahibliyinin atası kimi tanınır. Bendikt Bazilin yaratdığı qayda-qanunlara oxşar ayinlər yaratdı və onda Qərbi Avropaya hakim olan şəraiti nəzərə aldı. O, 528-ci ildə Mertaziş ardıcıllarından bir qurupu ilə Montkazinoya köçdü və orada Bendiktlər firqəsinin əsasını qoydu. O da Bazili firqəsində olduğu kimi, silsilə mərtəbələr əsasında olan hökumət növünə üz tutdu ki, onun başında böyük rahib, yaxud sövmiyyənin rəisi dayanırdı. Bu quruluşda bir illik tə’lim dövrəsindən sonra könüllü olan şəxs rahiblik təriqətinə tabe olmaq üçün Allahla əhd-peyman bağlamalıdır. Belə bir əhd-peyman heç vaxt pozula bilməzdi. Sözü gedən şəxs bütün var-yoxunu sovməəyə təslim etməli idi. Bendikt sövmiyyələrindəki rahiblərin gündəlik proqramları aşağıdakılardan ibarətdir:

Altı-yeddi saat gündəlik iş, altı-yeddi saat təmərküz və təfəkkür, iki saata qədər isə mütaliə.

Bendiktlərin silsilə mərtəbəsində olan quruluşda 7-ci əsrdə o firqənin tə’sis olunduğu zamandan e’tibarən ən böyük rahib silsiləsi olan Kəlani sövmiyyələrinin rəhbərliyini öz öhdəsinə aldı. Bu silsilə bendiktlərin rahiblik quruluşunda bir sıra islahatlar apardı və bu firqənin ağır qanunlarına qayıtmaq istədi. O, ağır ruhi məşğələləri və zahidliyi müdafiə edirdi. Kəlaminin islahatları 11-12-ci əsrlərdə 7-ci Qriqoriyevin vasitəsi ilə kilsələrdə çox tə’sir qoydu.

Qərbin məsihi cəmiyyətləri 13-cü əsrdən sonra dərviş və dilənçilik təfəkkürü əsasında olan digər bir rahiblik firqəsinin formalaşmasının şahidi oldu. Bu firqənin ən mühümlərindən biri Fransiskenlər idi ki, onun banisi 1226-cı ildə vəfat etmiş Fransvay Asizi idi. Bu firqənin əsas məramı və tutduğu yol mütləq fəqirlik idi. Fransisken firqəsinin ardıcılları və üzvləri özlərinin azacıq zəhmətləri ilə, yaxud dilənçiliklə öz güzaranlarını tə’min etməli idi; onlar pul almaq və var-dövlət sahibi olmaqdan məhrum edilmişdilər. Bu firqələrdən digər biri də Domenikənlərdir. Bu firqə 1221-ci ildə vəfat etmiş Domenikənin vasitəsi ilə tə’sis edilmişdir. Bu firqənin rahibləri dərviş məsləkli və dilənçilik xüsusiyyətində idi; camaatın onlara verdikləri sədəqələrdən başqa güzaranını tə’min etmək üçün artıq bir şey almağa icazəli deyildirlər. Onlar öz vaxtlarını mütaliə və başqalarına moizə etməklə keçirməli idilər. Buna görə də camaat arasında bu firqə vaizlər, rahiblər adı ilə tanındı.

Qeyd etmək lazımdır ki, Domenikənlərin rəqibi kimi tanınan mühüm bir firqə isə Yezuitlər adlanırdı. Bu firqə İqnatiyus Lyudanın vasitəsi ilə (1495-1556) yaradılmışdır.

İqnatiyusun hədəfi təbliğ üsullarının islah olunması və həqiqətə də’vətdən ibarət idi. Bu firqənin ardıcılları rahibliyin üç prinsipindən əlavə yə’ni, yoxsulluq, subaylıq və itaətdən başqa dördüncü bir məsələyə də riyaət edirdilər. O da bundan ibarətdir ki, müqəddəs ata onları hər hansı bir yerə təbliğə göndərsəydi, qeydsiz-şərtsiz qəbul etməliydilər. Buna əsasən, papaya qeydsiz-şərtsiz itaət etmək Yezuit məramının digər bir prinsipi hesab olunur.

Yezuit firqəsi 16-17-ci əsrlərdə sür’ətlə inkişaf etdi və Qərbi Avropanın siyasi dəyişikliklərinə yüksək tə’sir qoydu. Hal-hazırda yezuitlər Roma katolikasının tə’limlərinin ön cərgəsində dayanmaqla mədrəsələrin, unversitetlərin, dünya səviyyəsində keçirilən seminarların mənbə və bəhslərinə nəzarət etməyi öhdəsinə almışdır.

SUALLAR

1. Rahibliyin mənası nədir?

2. Məsihilərin rahibliyə meyl etməsinin səbəbi nədi?

3. Məsihi aləmində rahiblik necə formalaşmışdır?

4. Rahiblik Yepiskopların nüfuz və təsiri altına necə keçdi?

5. Bendiktlər firqəsi necə yaranmışdır?

6. Fransiskənlər və Domenikənlər arasında olan fərqlər nədir?

7. Yezuitlər firqəsi nədir və məsihi aləmində mövqeyi necədir?

ƏLLİ BEŞİNCİ DƏRS

MƏSİHİ MƏZHƏBLƏRİ (1)

Məsihilik də sair məktəblər və dinlər kimi əqidə prinsipləri, nəzəri məsələlər barəsində olan çıxarışlar, təhlillər və dəyişikliklər nəticəsində, yaxud əməli üslubların ixtilafı nəticəsində müxtəlif firqə və məzhəblərə bölünmüşdür. Demək olar ki, heç bir din və məktəb bu din qədər firqələrə bölünməmişdir. Çünki məsihiyyət aləmində dini qayda-qanunlar, əqidə və ixtilaflardan əlavə dil, qəbilə, tayfa amilləri, coğrafi və siyasi xüsusiyyətlər də bu prosesin dərinləşməsində mühüm rol oynamışdır. Bu cərəyanlar arasında üç məzhəb - ortodoks, katolik və protestan məzhəbləri digərləri ilə müqayisədə daha artıq əhəmiyyətə malikdir. Onlar əsas etibarilə tarixi və coğrafi cəhətdən, geniş yayılma, ardıcıllarının çoxluğu, məsihiyyət aləmində dini-ictimai və tarixi tə’sir baxımından əhəmiyyət kəsb edirlər. Bu və gələn dərsdə bu üç məzhəbi araşdıracaq, 28-29-cu dərslərdə isə bu üç məzhəbə nisbətən daha az əhəmiyyət kəsb edən sair məsihi firqələrindən danışacağıq. İndi isə bu üç məzhəbin meydana gəlmə səbəblərini araşdırırıq.

MƏSİHİLİKDƏ MƏZHƏB VƏ FİRQƏLƏRİN YARANMA SƏBƏBLƏRİ

Məsihiyyət aləmi üç dəfə və üç müxtəlif amilin nəticəsində bir neçə böyük məzhəbə bölünmüşdür:

1. 5-ci əsrdə Çaldisun şurasının bəyaniyyəsi yayıldıqdan sonra şərqi Meditranin Yunan dilli kilsələri Şərqdə olan sair məsihi kilsələri ilə əlaqələrini kəsib onlardan ayrıldılar. Misirin İskəndəriyyə şəhərində mərkəzləşmiş kilsələrin bu qurupu belə bir əqidəni yaymağa başladılar ki, həzrət İsa (ə) ilk mərhələdən sonra yalnız bir kamil və ilahi fitrətə malik olmuşdur; bir-birindən ayrı olan iki təbiət və iki fitrət isə düzgün deyildir. (Bunu Çaldisun şurasının bəyaniyyəsi qeyd etmişdir.) Buna görə də onlar Çaldisun bəyaniyyəsini qəbul edən sair kilsələrdən ayrıldılar. Bu qurup Qibti məsihiləri (qədim Misir) adı ilə tanınırlar.

Misirdə bir çox məsihi rahiblərinin sövmiyyələri yeniləşdiyinə görə Qibti məsihiləri üçün çox münasib bir şərait yarandı ki, bu yolla onlar öz nəzəri fikirlərini yaymağa başladılar. Amma tədricən öz ardıcıllarını itirdilər və hal-hazırda Misirdə azılıq təşkil edən bir qurup kimi yaşayırlar.

2. 11-ci əsrdə bir sıra ixtilaflar, o cümlədən dil, düşüncə, əməl (adət-ənənə) və eləcə də Bizans imperiyası ilə Roma imperiyasının qarşıdurmasından yaranan siyasi ixtilaflar nəticəsində məsihi dünyası iki böyük dəstəyə bölündü. Fələstinin şərqində yerləşən kilsələr (Onlar məsihi aləminin mərkəzi sayılırdı), Bizans, yaxud Yunan kilsələri adı ilə tanınan şərqi ortodoks məzhəbinə, Qərb kilsələri isə latın kilsələri adlanaraq sonradan katolik məzhəbinə çevrildi.

Bu iki məzhəbin əsas ixtilaf amilləri dil məsələsindən ibarət idi ki, bu da nəzər və görüşlərin fərqli olması ilə nəticələndi. Bizans kilsələri yunan dilini seçmişdilər. Yunan dili çox zəngin və geniş bir din idi; onda irfani və metafizik tə’birlər üçün geniş imkan var idi. Buna görə də şərqi məsihilər öz nəzəri üsullarının kamil bəyanı və təfsirində fəlsəfi nəzəriyyələrə meyl edirdilər. Amma Qərb kilsələri hüquqi və dəqiq bir dil olan latın dilinə meyl etməklə, məsihi imanının sadə və saf şərhinin və dəqiq hüququnun tə’rifinə üz gətirdilər.[147]

Şərq və Qərb kilsələri arasında ixtilaf yaranmasına səbəb olan və əsas e’tibarilə fəlsəfi yönə malik olan digər əqidəvi ixtilaf bu iki məktəbin həzrət İsanın ilahiləşdirilməsi barəsində olan fəlsəfi idrakı idi. Şərqi məsihilər əsas nəzərlərini həzrət İsanın hülul və təcəssüdünə yönəldirdilər (yə’ni, Allahın İsanın cismində yerləşməsi və hülul etməsi) və onu (yə’ni hülul və təcəssüdü) bəşəriyyətin kamal mərtəbəsinə çatdırılması və Allahın zatı barəsində təfəkkür etməyin vasitəsi hesab edirdilər. Onların fikrincə, insan ilahi və müqəddəs bir mərtəbəyə çatmaq üçün sə’y göstərməlidir. Amma Qərb məsihiləri bu yönə tə’kid edirdilər ki, həzrət İsanın axan qanı insanların günahlarının kəffarəsidir. Yə’ni, günahkar insan yalnız o Həzrətin ölümü ilə islah olunub qurtuluşa çıxa bilər.[148]

3. Məsihi dünyasında məzhəblərə parçalanmanın üçüncü əsas amili 16-cı əsrdə meydana gələn dini islahatlar hərəkatı idi. Bu hərəkat kilsənin qərb məsihi cəmiyyətlərinə hakim olmasına e’tiraz sayılırdı və qərb cəmiyyətlərinin geriyə qalması və süquta uğraması birbaşa dinin və dini hakimiyyətin üzərinə yıxılırdı. Bu da dinə qarşı çox kəskin e’tiraz və tənqidlər dalğasının yaranmasına səbəb olmuşdur. Bu zaman məsihi alimlərindən bir qurupu dini təfəkkürün dirçəldilməsi və dini əqidələrin qəbul olunası bir vəziyyətə salınması üçün məsihi tə’limlərinə yenidən baxış etmək fikrinə düşdülər; belə bir əqidəni yaymağa başladılar ki, məsihiyyətin tənəzzülə uğramasının əsas səbəbi məsihi keşişlərinin həzrət İsanın tə’limlərində etdiyi təhriflərdir və əgər bu təhriflər məsihi dinindən kənarlaşdırılsa, bu tə’limlər camaat üçün dərk olunası və qəbul olunası bir şəkilə düşəcəkdir. Başqa sözlə desək, bu quruplar inanırdılar ki, məsihi dininə edilən bütün tənqid və e’tirazlar həqiqətdə məsihi dinini öhdəsinə alan keşişlərin əməllərinin nəticəsidir; həzrət İsanın dini tə’limlərində heç bir çatışmazlıq yoxdur.

Məsihi alimlərindən bu qurupu[149] protestanizm adı ilə məşhurlaşan belə bir hərəkat başladılar. Protestanizm qərb dünyasında məsihi hakimiyyəti (katolizm) qarşısında yaranan bir hərəkat kimi formalaşdığından, onun əqidələri də katolik əqidələri ilə qarşı-qarşıya durdu. Avropa kilsələrindən bir qurupunun protestanizm hərəkatına qoşulması ilə, bundan öncə hamılıqla katolik olan qərb kilsələri iki hissəyə ayrıldı.

* * *

ORTODOKS (ORTHODOX)

Şərq kilsələrinin məsihiləri qərb kilsələrinin müqabilində özlərini ortodoks adlandırırlar. Bu ifada düzgün və xalis əqidə mə’nasını daşıyır. Ortodoks kəlməsi düzgün və səhih mə’nasında olan «orthos» və əqidə mə’nasına olan «doxa» kəlmələrindən əmələ gəlmişdir.

Ortodoks və katolik məzhəbləri arasında əsas ixtilaflardan biri Ruhul-qudus ilə əlaqədar olan məsələdir. Ortodokslar Ruhul-qudusun tam mə’nada ata Allahdan əmələ gəldiyini deyirlər. Halbuki katoliklərin inancına görə, Ruhul-qudus oğul Allahdan da yarana bilər. Bu ixtilaf daha böyük bir ixtilafın yaranmasına səbəb olmuşdur ki, bu da ata Allah barəsində yaranan nəzərlə əlaqədardır; bu iki firqə arasında vücuda gəlmişdir, ortodokslar müqəddəs atanı müqəddəs oğuldan üstün hesab edərək, onu bütün işlərin mənşəyi hesab edirlər. Katoliklər isə müqəddəs ata ilə müqəddəs oğulun bərabərliyinə tə’kid edirlər. Buna əsasən müqəddəs üçlük yaxud üç üqnum barəsində olan bəhs, eləcə də bu üçünün bir-birilə necə əlaqədə olması (ata, oğul və Ruhul-qudus) bu iki məzhəb arasında digər əsaslı bir ixtilafın yaranmasına səbəb olmuşdur. Demək olar ki, müqəddəs atanın yerdə qalan iki üqnumdan üstün olmasını təfsir edən ortodoks əqidəsi tövhidə, üç üqnumun bir-birilə bərabər olmasına tə’kid edən katoliklərdən daha yaxındır; bunlar üçlüklə yanaşı vəhdətə də inanırlar.

Bu iki məzhəb arasında yaranan mühüm ixtilaflardan biri də kilsə və kilsə məqamlarının günahsızlığı barəsində idi. Katoliklər papanın və kilsənin ruhani məqamlarının ismətinə, günahsızlığına e’tiqad bəslədikləri və onları xətadan uzaq bildikləri halda, ortodokslar papa və kilsə məqamlarının günahsız olduğunu rədd etməklə yanaşı, həqiqətdə məsihi mö’minlərinin ümumi məcmuəsində külli halda kilsənin günahsızlığına inanmır və kilsəni xətadan uzaq hesab etmirlər.

Dini qayda-qanunlar və onların necə təşkil olunması barədə bu iki məzhəb arasında fərqlər, ixtilaflar gözə dəyir. O cümlədən, ortodoks kilsələri ibadət mərasimlərinin yerli dillərdə icra olunmasını caiz bilir, halbuki katolik kilsələri onun yalnız latın dilində olmasını israr edirlər. Ortodokslar keşişlərin evlənməsini caiz bilirlər, halbuki katoliklər bunu qadağan edib inanırlar ki, keşiş ruhani ata adı ilə dünyəvi işlərə meyl etməkdən uzaq qalmalı və özünü kilsəyə vəqf etməlidir.

Kilsə məqamlarının mərtəbələri ortodoksların nəzərində aşağıdakılardır:

Oskof (yepiskop) yaxud patriyark (xəlifə), keşiş, şəmmas (kilsə xadimi). Amma katolik kilsələrində yeddi rütbə mövcuddur: Ali rütbədən ibarət olan üç mərhələdə keşiş, şəmmas və şəmmasın müavini, aşağı dörd mərtəbədə isə qapıçı, qari, kilsə xadimi, şər və çirkin ruhların qovulmasını öhdəsinə alan şəxs.

Hal-hazırda Şərqi Avropanın ortodoks kilsələrinin əksəriyyəti Balkan hövzəsində və Rusiyada yerləşir, Qərbi Avropa isə katolik və protestan kilsələri arasında bölünmüşdür.

SUALLAR

1. Məsihi dünyasında müxtlif məzhəblərin yaranmasının amilləri nədir?

2. Qibti məsihiləri kimlər idi?

3. 11-ci əsrdə məsihi dünyasında hansı ixtilaflar büruzə gəldi?

4. Dini islahat hərəkatı necə yarandı?

5. Ortodoks nə deməkdir?

6. Ortodoks məzhəbinin ən mühüm əqidələri hansılardır?

ƏLLİ ALTINCI DƏRS

MƏSİHİ MƏZHƏBLƏRİ (2)

Keçən dərsdə Məsihi dünyasında baş verən parçalanmanın amillərini şərh etdikdən sonra, Ortodoks məzhəbi ilə tanış olduq. Bu dərsdə bu dinin iki böyük məzhəbi, yə’ni katolik və protestant məzhəbləri aydınlaşdırılacaqdır.

KATOLİK (CATHOLİC)

Katoliklik məsihi məzhəblərinin ən qədimidir. Əvvəlki dərsdə qeyd olunduğu kimi, ortodoks məzhəbi 11-ci əsrdə, protestantlıq isə 16-cı əsrdə meydana gəlmişdir.

“Katolik” sözü lüğətdə «hərtərəfli» mə’nasındadır. Katoliklər öz kilsələrini bütün kilsələrin əsası və bünövrəsi hesab etdiklərinə, yalnız onların kilsələrinin həzrət Məsihin dininin həqiqi nümayəndəsi olduğuna və İsanın surətinin məsih kilsəsi olduğuna inandıqlarına görə, özlərinə belə bir ad seçmişlər. Katolik kilsələri Petrosi kilsələri də adlanırlar. Çünki katoliklərin inancına görə, onların əsasını qoyan Petros Həvari olmuşdur. Puls Rəsul da bir müddət o kilsənin rəhbərliyini öhdəsinə almışdır, buna görə də ona Rəsuli kilsələri də deyilir.

Katoliklər inanırlar ki, onların əqidələri xalis məsihiyyət ünvanı ilə tanınır və onların kilsələri sair kilsələr üçün bir mehvər, mərkəziyyət təşkil edir. Bu əqidənin formalaşmasında başqa bir məqsəd də Romanın sair məsihi təbliğat mərkəzlərinə nisbətən mərkəz olması idi.

Həzrət İsanın rəsullarının də’vətindən başlayaraq, İskəndəriyyədə, Yerusəlimdə, İntakiyyədə, Konistantinopolda və Romada yaranan beş böyük məsihi mərkəzləri arasında Roma kilsəsi imperatorluğun mərkəzində yerləşdiyinə görə bu kilsə sair dörd kilsədən üstünlük qazandı. Hətta Konistantinopol kilsəsi yarandıqdan sonra Roma kilsələrinin üstün olmasına daha çox tə’kid olunurdu. Buna görə də Roma kilsələrinə bağlı olan və onun nəzarəti altında fəaliyyət göstərən katolik kilsələri özlərini sair kilsələr üçün mərkəz və mehvər hesab edirdilər.[150]

Roma kilsəsi qələbə çaldıqdan sonra, bu kilsənin böyük yepiskopu ehtiram və tə’zim əlaməti olaraq papa çağırıldı; kilsələrlə məsihi ardıcılları arasında baş verən ixtilaflarda müraciət yeri seçildi və onun rə’yi mütləq qəbul olunurdu.

Papanın ixtilaf və çəkişmələrin həll edilməsində, xüsusilə 2-4-cü əsrlərdə məsihi dünyasında baş verən əqidə ixtilaflarının həll olunmasındakı rolu, həmçinin rəsulların e’tiqadnaməsinin yazılması papanın və kilsə aparatının sair kilsələrə nisbətən öz mövqeyini gücləndirməsinə səbəb oldu. İmperatorluğun mərkəzi Konstantinopola köçdükdən sonra Romada papanın aparatı (hal-hazırdakı İtaliyanın mərkəzi olan Roma) öz iqtidarını məsihiyyət aləminin ruhani mərkəzi ünvanı ilə daha artıq aşkar etməyə və imperiyanın sair dini mərkəzlərinə qələbə çalmağa nail oldu. O dövrdən renosans hərəkatına qədər Roma kilsəsi məsihiyyət aləminin bütün ictimai işlərinə tam nəzarət edir. Amma renesans dövründən sonra Romanın mərkəzi kilsəsi Vatikanda sadəcə olaraq, katolik məsihilərinin dini-ruhani mərkəzi ünvanı ilə rolunu ifa etməyə başladı; ümumiyyətlə ictimai-siyasi işlərə müdaxilə etməkdən əl çəkdi. Özünü sair məsihi məzhəblərindən ayıran katolik məzhəbinin ən mühüm əqidələrindən bəziləri aşağıdakılardan ibarətdir:

İlahi işlərdə müqəddəs ata və müqəddəs oğulun bərabərliyi, papanın və yepiskopların hər növ günahdan uzaq olmaları və kilsənin yeddilik təşkil edən qayda-qanunlarına riaəyət etmək.

PROTESTANT (PROTESTANT)

Keçən dərsdə qeyd olunduğu kimi, kilsənin məsihiyyət aləminin bütün ictimai işlərinə hakim kəsildiyi on əsr müddətində[151] qərb aləmində dini hakimiyyət əleyhinə müəyyən bir cərəyan başlandı ki, bu proses «renosans» adlandırıldı.

Renosansdan sonra bir çox ideoloji-əqidəvi məktəblər yarandı ki, onların da hər biri də öz növbəsində məsihiliyi əvəz etmək fikrində idi. Bu dövr məsihiyyət aləmində dini təfəkkürü uzaqlaşdırmaq mərhələsi hesab olunur. Məhz bu prosesdə bə’zi din alimlər arasında belə bir fikir formalaşdı ki, kilsəyə və dini hakimiyyətə irad və tənqidlərin çoxu keşişlərin və kilsə xadimlərinin düzgün olmayan əqidə və yanlış əməllərinin nəticəsidir.

Başqa sözlə desək, həmin alimlər inanırdılar ki, kilsə xadimlərinin məntiqsiz və yaramaz rəftarları, məsihiyyət dini barəsində düzgün olmayan təhrif və təfsirləri dini hakimiyyətin on əsrlik qaranlıq tarixini əmələ gətirmişdir. Bu dinin bu cür e’tiraz və tənqidlərdən xilas olması üçün dini adət-ənənələr və əqidələrin məcmusunda yenidən nəzər verilməli, keşiş fikrlərinin məhsulu olan inancları dindən ayırmaq lazımdır ki, xalis məsihi dini hamı üçün aşkar olsun. Bu ideoloji cərəyan dini islahatlar adı ilə məşhurlaşdı. Dini islahatlar cərəyanı katolik keşişlərinin kəskin e’tirazları ilə yanaşı başlandığına görə protestanizm adlandırıldı. Çünki protestant «e’tirazçı» mə’nasındadır və “proetst” kökündən alınaraq e’tiraz və şikayət mə’nasını daşıyır.

On dördüncü əsrin əvvəllərindən katolik təfəkkürü əleyhinə e’tirazlar və müxalifətlər başlandı. O cümlədən, ingiltərəli Can Viklif (1329-1384) 1379-cu ildə aşkar şəkildə kilsə rəhbərliyinin əleyhinə çıxış etdi və bildirdi ki, papanın özü üçün nəzərdə tutduğu qüdrət, şəxsiyyət və e’tibarın din nöqteyi-nəzərindən əsaslı olub-olmaması mə’lum deyildir. O, həmçinin çörək və şərabın rəbbani gecə mərasimində həzrət İsanın həqiqi ətinə və qanına mö’cüzəli şəkildə çevrilməsinə sual altına apararaq, bu etiqada şübhə ilə yanaşdı. Ondan sonra çexoslvakiyalı Can Has (1369-1415) kilsənin silsilə rütbələr əsasında olan təşkilatı əleyhinə, eləcə də kilsə aparatının vəqf olunan bütün əmlaka malik olması qarşısında əks mövqe tutdu və keşişlərin əxlaqı pozğunluqları əleyhinə çox ciddi bir çıxış etdi.

Lakin bu e’tirazların və islahatçılıq hərəkatların ən yüksək mərhələsi 16-cı əsrə qayıdır ki, bu dövrdə protestantların islahatçı şəxsiyyətlərinin ən məşhuru yə’ni, almaniyalı Martin Luter (1483-1546) öz islahatlar proqramını ətraflı şəkildə təqdim etdi. Özü də məşhur bir keşiş olan Luter «95 məsələ» adlı müfəssəl bəyənnaməsində katolik məzhəbinin qayda-qanunları ilə müxalif olan nəzərlərini yazaraq, Almaniyanın Vitnberk şəhərində yerləşən öz kilsəsində asdı. O, həmin bəyənnamədə bu əqidəyə daha çox tə’kid edirdi ki, mövcud adət-ənənələrin və əqidələrin çoxu məsihiyyət tarixi dövründə keşişlərin və kilsə xadimlərinin vasitəsi ilə artırılmış və bu dinin haqq yoldan azmasına səbəb olmuşdur. Luter iddia edirdi ki, bu kimi islahatlarla məsihi dinini həqiqi yoluna qaytarmaq olar.

Martin Luterin ən mühüm nəzəriyyəsini nicat və qurtuluş məsələsi təşkil edirdi. O, inanırdı ki, nicat və qurtuluş ilahi feyz sayəsində iman vasitəsilə hasil olur.

Həqiqi qurtuluşa nail olmaq üçün imanlı olmaq lazımdır. İman da dünyada yaxşı işlər görməyi tələb edir. Halbuki katoliklərin nəzərinə görə nicat və qurtuluş yolu günahların bağışlanmasıdır. Keşişlər ilahi feyz və mərhəmət vasitəsi olduğuna, mö’minlərin dünya və din işləri onlara həvalə edildiyinə görə günahkarları e’tiraf və peşimançılıq izhar etməklə, Allah tərəfindən bağışlaya bilər və onların günahları paklana bilər. Bu əqidə nəticəsində katolik kilsələrində e’tiraf, günahın bağışlanması və bağışlanma qəbzinin satılması dini bir ayinlər kimi yayılmağa başladı. Amma Martin Luter bu mərasimlə kəskin şəkildə müxalifət etdi; onun katolik sistemi ilə olan mübarizələrinin ən yüksək səviyyəsi də məhz həmin məsələ ətrafında idi. Çünki o, bir tərəfdən keşişlərin günahsızlığını, onların Allah ilə bəndələr arasında vasitə olmasını qəbul etmir, digər tərəfdən də qurtuluş yolunu yaxşı əməl görməkdə bilirdi. O, yaxşı əməli dünyanın abadlaşdırıcısı kimi təqdim edirdi.

Bundan əlavə, Luter inanırdı ki, kilsədə təşkil olunan yeddi ayindən yalnız tə’mid qüslü və rəbbani gecə məsihi dinində mövcud olmuş, yerdə qalan beş ayin isə keşişlər tərəfindən atırılmışdır.

O, «95 məsələ» adlı bəyanatını verdikdən sonra Vatikan tərəfindən mürtədlikdə müttəhim olundu və kilsədən uzaqlaşdırıldı. Amma katolik kilsəsi sisteminin əleyhinə olan şiddətli e’tirazlara nəzər yetirməklə (bu Avropanın hər yerində formalaşmışdı) mürtədlik hökmü öz əvvəlki tə’sirini göstərmədi və Avropada protestant hərəkatı sür’ətlə yayılmağa başladı. Hal-hazırda da İngiltərə, Danimarka, Hollandiya, Almaniya, İsveç, Norveç, Amerika və bu kimi sair yerlərin kilsələri də protestant kilsəsi adlanır.

SUAL VƏ TAPŞIRIQLAR

1. ”Katolik” sözü lüğətdə hansı mənanı daşıyır və nə üçün katolik məzhəbi belə adlandırılmışdır?

2. Katolik kilsələri necə inkişaf etmişdir?

3. Katoliklərin ən mühüm əqidələri hansılardır?

4. Protestantların katoliklərlə olan ən mühüm ixtilafları hansıdır?

 

Dini islahat hərəkatını izah edin.

ƏLLİ YEDDİNCİ DƏRS

MƏSİHİ FİRQƏLƏRİ (1)

Keçən iki dərsdə məsihiliyin ən əsas və məşhur məzhəbləri ilə tanış olduq. Əvvəldə qeyd etdiyimiz kimi, bu dindən ayrılmış bir çox firqələr də vardır ki, onlar qeyd olunan məşhur məzhəblərdən ayrılmışlar. Bu və gələn dərsdə həmin firqələri araşdıracağıq. əlavə Diqqət yetirmək lazımdır ki, məsihilikdə başqa firqələr də vardır; irqi, qövmi və dil müxtəlifliyi əsasında formalaşmış həmin firqələrdən danışmaq bu kitabın həcminə sığmadığı üçün onlar haqda söhbət açmırıq.

PROTESTANT FİRQƏLƏRİ

Renosans dövrünü əhatə edən müxtəlif zaman fasilələrində bir çox islahatçı cərəyanlar da formalaşdı ki, onlar məsihi təfəkkür və rəftarlarında əsaslı dəyişiklik aparmaq barədə müxtəlif təfsir və təkliflər irəli sürdülər. Bu kimi təfsirlərin müxtəlifliyi protestanizm məzhəbində ayrı-ayrı firqələrin formalaşmasına səbəb oldu. Əlbəttə, bə’zi firqələr də sonradan əsl protestanizm cərəyanından yə’ni, Luterə məxsus olan məzhəbdən ayrılmışdı. Protestant firqələrindən yaranan ən mühüm firqələr aşağıdakılardan ibarətdir:

1. KALUNİSTLƏR

Kalunistlər fransalı Jan Kalunun tərəfdarlarıdır (1509-1564). Luterin islahatçı hərəkat dövrü ilə azacıq zaman fasilə olan bu cərəyan İsveçrədə Kalunun islahatçı təfəkkürünü əks etdirən «Məsihi dininin əsasları» kitabını yazmaqla başlamışdır; O, Luterin bə’zi fikirləri ilə müvafiq və bəzilər ilə də müxalif idi.

Luter kimi Kalun da inanırdı ki, insan günaha aludə olur; amma onun əqidəsi bu idi ki, hər bir şəxs öz dini vəzifələrinə əməl etməli, nəfsani inzibatçılığın riayət olunmasına əhəmiyyət verməlidir; insan həmişə özünü Allahın hüzurunda görəcəyi bir şəkildə yaşamalıdır. Onun nəzərinə görə, öz ömrünü eyş-işrətdə keçirən əyyaş, rəqs etməyi, qumar oynamağı və bu kimi digər işləri təfəkkürdən, müqəddəs kitabı oxumaqdan üstün sayanlar şeytanın əlində oyuncağa çevrilən şəxslərdir; onlar cəhənnəm əzabına məhkum olanlardır. İffət və təqva kimi şərafətli sifətlərin əsaslı məntiqi vardır və onları nəzərə almamaq olmaz. Buna görə də Luterin icazəli hesab etdiyi rahatlıq və sərxoşluğu Kalun düzgün saymır, zahidliyi, günah və çirkin işlərdən uzaq olmağı qurtuluşun əsası hesab edirdi.

 

 

2. ANABA PETİSTLƏR

Anaba petistlər mərkəzi Avropada yaşayan yüksək saylı quruplar idi ki, onlar katoliklərin, Luter və Kalunist dəstələrin müqabilində qərar tutmuşdu. Onlar qeyd olunan bütün bu quruplar tərəfindən tə’qib edilib əzab-əziyyətə mə’ruz qalırdılar. Bu firqənin adı “ikinci dəfə tə’mid qüslü” edənlər mənasını daşıyır. Çünki bu qurup inanırdı ki, tə’mid qüslü uşaqlar və kiçik yaşlılar üçün deyil, həddi-büluğa çatanlar üçündür və tə’mid qüslünü onlar yerinə yetirməlidirlər; uşaqlıq çağlarında tə’mid qüslü verilmiş şəxslər həddi-büluğa çatan zaman yenidən bu qüslü verməlidirlər. Bu firqənin nəzərində tə’mid qüslü mərasimi mehr-məhəbbətin göstəricisi, məsihiliyə keçməyin nişanəsi və həzrət İsaya vəfalı olmaqdan ibarətdir. Bu qurupların bə’ziləri kəramət və ilham əhli idi; həzrət İsa (ə)-ın yenidən zühurunun min illiyinə inanırdılar. Bə’ziləri də ictimai şəkildə yaşayan kommunaçılar əqidəsində idilər; var-dövlətlərindən şərikli şəkildə istifadə edirdilər. Anaba petistləri inanırdılar ki, yalnız tə’mid qüslünü yerinə yetirən, yaxud həddi-büluğa çatdığı zaman onu yenidən əncam verən təqvalı və dindar şəxslər kilsə üzvləri sayıla bilər.

3. NANKONFURMİSTLƏR

Kilsənin islahatçılıq cərgəsində dayanan firqələrdən biri də nankonfurmistlər, yaxud müvafiq olmayanlar idilər. Bu qurupun inancına görə, dövlətlər əqidə və vicdan azadlığını pozmayınca, onlara qarşı üsyankarlıq etmək olmaz. Bu firqə məsihi təfəkküründən xaricdə olan əqidələrə qarşı çıxmadıqlarına görə, sair məzhəblər tərəfindən kafirlikdə müttəhim olunmurdular. Onlar “üçlük” əqidəsi ilə də müxalif deyildilər, lakin ictimai-dini işlərdəki təşkilatları rəsmi kilsələrdə mövcud olan adi təşkilatlarla tamamilə fərqli idi və onlar öz kilsələrini tam müstəqil hesab edirdilər.

4. PİVERİTENLƏR

Piveritenlər, yaxud “təmizlik sevənlər” ingilis protestantlarından bir qurupudur ki, sair Avropa ölkələrində kalunistlərə qoşulmuşlar. Bu qurup ardıcılları Yelizavetanın dövründə (1558) İngiltərəyə qayıdaraq, Kalun tə’limlərində mövcud olan zahidlik, təqva və sadə yaşamaq kimi ingilis kilsələrinin Roma təsirlərindən təmizlənməsinə, zahiri mərasim və adət-ənənələrdən uzaq olmağa və eləcə də ilahi kəlmənin moizə və mə’nalarına üz gətirirdilər.

Onlarla kalunistlər arasında olan fərq bu idi ki, piveritenlər rəsmi kilsədən ayrılmağa inanmırdılar və onların əksəriyyəti keşişlərin silsilə rütbələrini, yepiskoplar şurasını və kilsə mənsəblərini qəbul edir, bu dəyərlərin qorunması şərtilə islahatı qəbul edirdilər. Əlbəttə, onlardan bir qurupu da həmin rütbə silsilələri ilə müvafiq deyildi və keşişlərin bərabərlik prinsipinə inanırdılar. Bu müxalif qurup İngiltərə dövlətinin təzyiqləri nəticəsində Hollandiyaya köçdülər və orada Batistlər, yaxud “müstəqillik istəyənlər” adı ilə hələ də davam etməkdə olan bir firqəni yaratdılar.

5. KƏVİKİRLƏR

Bu firqə islahatçılıq ideyalarını irəli sürən dəstələrin ən ifratçısı hesab olunur. Bu, İngiltərədə formalaşmış Corc Paks (1624-1691) ardıcıllarının ayini idi. Corc Paks iddia edirdi ki, o ilham olunmaq yolu ilə yəqinə çatmışdır. Onun əqidəsinə görə, İsanın dini bir sıra kəlami üsullar və quru e’tiqadlarla İncili qəbul etməkdən ibarət deyil, qəlbə və ruha hopmuş e’tiqaddan ibarətdir; kilsəyə getmək, rəsmi keşişin sözlərinə qulaq asmaq, adi duaları təkrar etmək yolu ilə həqiqi iman hasil olmur. İman insanın qəlbini və batinini nurlandırmalıdır. Həyat mənbəyi və feyz mənşəyi olan ilahi kəlmə müqəddəs kitabın səhifələri ilə hüdudlanmır; onun mənşəyi Allahdır və birbaşa mö’min şəxsin batininə daxil olur; Allah, istədiyi şəxslərin qəlbini Öz kəlməsinin məhəlli qərar verir. Paksın əqidəsinə görə, ruhaninin, yaxud keşişin olmasına heç bir vəchlə ehtiyac yoxdur. Çünki, Allah hər kəsi iradə etsə, heç bir vasitə olmadan onunla danışacaq, qadın və kişi olmasından asılı olmayaraq, hər bir şəxs ilahi kəlamı eşidə bilər. Paks inanırdı ki, Allah qarşısında müti olan e’tiqadlı və mö’min şəxslərin hamısı bir-


Date: 2015-12-11; view: 842


<== previous page | next page ==>
Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur. 7 page | Nochevieja:los momentos más importantes de la Navidad son la Nochebuena y la Nochevieja.
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.021 sec.)