Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur. 2 page

Əgər Qu’ranı əsas me’yar götürsək, şübhəsiz, ikinci ehtimal doğrudur. Çünki Qur’ani-Kərimdə kitabın təhrif edilməsi yəhudi qövmünə aid edilir.[51] Başqa bir yerdə isə Qur’an aşkar şəkildə onların Allahın kitabını öz tərəflərindən yazaraq Allaha aid etdikləri bəyan olunur.[52]

Yəhudilər Tövratı (müqəddəs kitabın hamısını) ilahi vəhy hesab edirlər. Amma həqiqət bundan ibarətdir ki, tarixi sənədlər əsasında Tövratın şəhadət sandığında, yaxud Əhd tabutunda saxlanan əsil nüsxəsi Buxtunnəsərin ikinci hücumunda aradan getmiş və o ikinci dəfə olaraq, Miladdan 457 il qabaq yazılmışdır. Aydındır ki, bu qədər zaman fasiləsi ilə həmin kitabın düzgünlüyünə xatircəmlik tapmaq olmaz. Bundan əlavə, Təsniyə sifrində həzrət Musanın vəfatı nəql olunduğuna görə şübhəsiz ki, bu kitab həzrət Musanın öz kəlamı ola bilməz; məlumdur ki, başqaları tərəfindən yazılmışdır. Bundan daha mühüm məsələ budur ki, bu kitabda mövcud olan çoxlu mətləblər Allaha heç vaxt aid edilə bilməz və onları vəhy hesab etmək olmaz; ilahi peyğəmbərlər heç vaxt bu kimi sözlər deyə bilməzlər. Məsələn, Həzrət Nuhun həddindən artıq məst olmaq əhvalatı; belə ki, məstlik nəticəsində öz övrətini açmış və bu işi özü də hiss etməmişdir[53] Eləcə də həzrət Nuhun kəskin sərxoşluğu, öz iki qızı ilə yaxınlıq etməsi və öz atalarından hamilə olmaları[54] Harun tərəfindən danaya pərəstiş və camaatın da bu pərəstişə də’vət edilməsi[55]

Həzrət Süleyman və Davuda şirk və azğınlıq nisbəti vermək,[56] Yə’qubun Allahla güləşərək onu məğlub etməsi.[57]

SUAL VƏ TAPŞIRIQLAR

1. Əhdi-ətiq neçə bölmədən ibarətdir?

2. Cifri peydayiş və Sifri xuruc hansı bəhslərlə əlaqədardır?

3. Əhd tabutu nədir və o hansı talehə malik olub?

 

Tövratın təhrif olunmasını göstərən nümunələrdən bir neçəsini bəyan edin.

QIRX İKİNCİ DƏRS



TƏLMUD

Tövratdan sonra yəhudi qövmünün ən mühüm dini mənbəsi Təlmud kitabıdır. Təlmud kəlməsi tə’lim mə’nasında olub, yəhudilərin şəriət tə’limlərinin geniş şəkildə izahı, Tövratın təfsiri mənasını daşıyır. Onu bir yerə yığıb tənzim edənlərin inancına görə, Musa (ə) beş sifr qalibində gələn yazılı şəriət hökmlərini gətirməmiş, əksinə, ondan əlavə şifahi olan bir şəriət də yadigar qoymuşdur ki, müəllimdən şagirdə, nəsildən nəsilə ötürülərək uzun zaman dövründə yayılmışdır. Qədim yəhudilər bu şifahi şəriəti vəhy kimi ilə qəbul edərək, onun hökmlərini ilahi hökmlər, icra olunmasını isə Tövrat kimi vacib bilirlər. Bu şifahi şəriətlər Təlmud ünvanı ilə bir yerə yığılan bəhslərdən ibarətdir.

TƏLMUDUN YAZILMASI

Miladın 69-cu ilində Beytül-müqəddəs (Yerusəlim) şəhəri Roma imperatoru Titusun ordusu tərəfindən mühasirəyə alındı. Bir il sonra yə’ni, 70-ci miladı ilində romalıların ordusu tərəfindən işğal olundu və dağıdılaraq viranəyə çevrildi. Şəhər əhalisi çöllərə və digər yerlərə qaçaraq didərgin düşdülər; Süleyman heykəli adlı məşhur mə’bəd də viran edildi.

Romalılar tərəfindən şəhərin mühasirəyə alındığı zaman yəhudi kahinlərindən biri (Rəbilər) Mühəlla ibni Zəkai romalıların mühasirəsindən qaçıb sahildə yerləşən Yəbnə şəhərinə getdi və orada ibri dilində Midras adlanan bir növ mədrəsə təşkil etdi. O, qərara almışdı ki, həmin yerdə öz qövmünün ədəbiyyat həyatını həzrət Musa (ə)-ın ayininin üsullarını və şəriətlərini tənzim edib bir yerə yığmaqla möhkəmləndirsin. Buna görə də öz mədrəsəsi üçün müxtəlif şəhər və məntəqələrdən şagirdlər topladı; müqəddəs kitabın təfsir olunması, İsrail rəvayətlərinin və hədislərinin toplanıb yığılması ilə məşğul oldu. Mühəlla alimlərdən ibarət bir şura təşkil etdi və yəhudilərin illik təqvimini və ayların tarixini yazıb qeydə almağa başladı. Daha sonra yəhudi millətinin qayda-qanunlarını yazmağa başladı. Dünyanın sair ölkələrində olan yəhudilər bu şuranı rəsmi şəkildə qəbul edərək, onun şər’i nəzəriyyələrini - öz dinlərinin qayda-qanunları barədə olan şər’i nəzəriyyələri mö’təbər hesab etdilər. Bundan sonra Patriyark ləqəbi ilə tanınan bu şuranın rəisi romalılar tərəfindən də rəsmi şəkildə tanındı. Patriyarklar miladın 425-ci ilinə qədər yəhud qövmünün dini rəhbərliyini öhdələrinə almışdılar.

Yəbnə şəhərinin mədrəsləri 60 il müddətində davam etdi; Tövratın təfsirindən əlavə, Bəni-İsrail qövmünün yazılmamış rəvayətlərinin, xəbərlərinin bir yerə yığılması ilə başlandı ki, nəhayət Roma imperatoru Hadriyanusun qanlı müharibələri zamanı bu mədrəsələr bağlandı. Burada elmi fəaliyyətlə məşğul olan yəhudi alimləri Xəlil (Cəlilə) şəhərinə getdilər və orada yeni bir mədrəsinin bünövrəsini qoydular. Bu mədrəsədə yəhudilərin görkəmli alimlərindən bir neçəsi, o cümlədən Rəbi Mayir, Rəbi Yəhud bu müddət ərzində mədrəsələrdə yazılan Tövratın təfsirlərindən, eləcə də Bəni-İsrail qövmünün yazılmamış mətləb və xəbərlərindən istifadə edərək, Mişna (yə’ni, ikinci nüsxə) adı ilə məşhurlaşan bir kitab yazmağa başladılar. Mişna altı fəsildən ibarət olan bir məcmuədir ki, Tövratın təfsiri ilə əlaqədar dörd minə qədər dini məsələ, onun tərcüməsi, keçmiş dövrlərdə olan rəbbani alimlərin əhkam və fətvalarından ibarətdir ki, alimlərin yazdığı şərh, haşiyə və yozumları özündə əhatə edir. Təlmudun əsas bölməsini təşkil edən bu kitab yəhudi qövmü arasında elə yüksək məqama malikdir ki, hətta Tövratla eyni səviyyədə dayanır. Mişnanın yazılması 230-cu miladı ilində sona çatdı yə’ni, Tövratın Üzeyir (Əcra) vasitəsi ilə yazıldığından 7 əsr sonra.

Mişnanın altı babı aşağıdakı ardıcıllıqladır:

1. Zərain, yaxud əkinçlik məhsulları, toxumlar, dənələrin mizanı; Bu fəsildə əkinçilik, torpaqla əlaqədar olan bütün dini qanunlar, eləcə də əkinçlik fəaliyyətlərinin necə tənzim olunması, həmçinin vacib namazlar, dualar və bərəkətlər də bəyan edilmişdir.

2. Məvid, yaxud vaxtlar; Bu fəsil bayramlar, şənbə günü və sair müqəddəs günlərlə əlaqədardır; hər bir münasibətlə əlaqədar keçirilməli olan mərasim və bayramların necə təşkil olunmasını bəyan edir.

3. Naşin, yaxud qadınlar; Bu fəsil evlənmə, boşanma, ailə münasibətlərində xəyanət, həmçinin qadın və kişinin öhdəsində olan hüquq və vəzifələri əhatə edir, bundan əlavə irs, vəsiyyət, nəzr və and kimi mövzulara da aiddir.

4. Nəziqin, yaxud zərərlər; Bu fəsildə cəza qanunları, şəhər qanunları və cinayət qanunlarından bəhs edilir, eləcə də qisas, hüdud və diyə məsələlərindən danışılır.

5. Qüdaşim, yaxud müqəddəslər; Bu fəsildə qurbanlıq və eləcə də mə’bədə hədiyyə olunan hədiyyə və nəzirlərlə əlaqədar olan bütün hökmlər, onların təqdim olunma mərasimi, şərtləri və növlərindən danışır, nəzr və qurbanlıq e’tiqadının məqamını aşkar edir.

6. Təharut, yaxud təharətlər. Bu fəsil cism, libas, qablar, mənzil avadanlıqlarının paklıq hökmləri, geyilməli və yeyilməli şeylərdə təharət və nəcasət, haram-halal məsələlərinə aiddir.

Mişnanın malik olduğu əhəmiyyətə diqqət yetirməklə, Bəni-İsrail alimləri onu kamilləşdirib şərh və izah etmişdir. Bu şərh yazıldıqdan sonra Qomara adlı bir kitab yarandı və Qomaranın Mişnaya əlavə edilməsindən sonra Təlmud kitabı meydana gəldi. Qomara, məzmunundakı müxtəlif iki səbkiyə görə Fələstin və Babil mədrəsələrinin alimləri vasitəsi ilə yazıldı. Buna görə də Təlmud kitabı iki adla tanınır: Yerusəlim Təlmudu, Babil Təlmudu. Ad qoymada mövcud olan bu fərq sadəcə olaraq qomaraların təfavütünə görədir, çünki hər ikisində Mişna eyni dərəcədədir.

TƏLMUD TƏ’LİMLƏRİNDƏN BƏ’Zİ NÜMUNƏLƏR

Aydın oldu ki, Təlmud yəhud qövmünün pərakəndə, didərgin düşdüyü dövrdə, yadellilərin işğalı altında olan bir şəraitdə yazılmışdır. Şübhəsiz, belə bir şəraitdə sair qövmlərə qarşı kin-küdurət, yadlara olan nifrət həddini aşmışdı; xüsusilə bu illər sair millətlər tərəfindən məğlubiyyətə, sərgərdançılığa düçar olan bir qövm üçün acı təcrübə olmuşdur. Digər tərəfdən yəhudilərdə qövmi ayinlər, sünnələrin dirçəldilməsi, iqtidar və şan-şöhrətin yenidən artırılması ruhiyyəsi daha da güclənirdi. Nəhayət ardıcıllar arasında həmrə’ylik və vəhdətin qorunub saxlanılması, ardıcılların dindən çıxmasının qarşısının alınması, sair dinlər və qövmlər içərisində itib-batmağın qarşısının alınması meylləri get-gedə artırdı. Təlmud tə’limlərinə nəzər salaraq, yuxarıdakı hər üç cəhəti aşkar şəkildə müşahidə etmək olar. İndi isə bu kitabın bə’zi hissələrinə yetirək:

1. Bu minnət yəhudi ruhlarına qoyuldu ki, Allahın bir hissəsi olsunlar. Bu nəfslər Allahın cövhərindən pöhrələnirdi; necə ki, övlad atanın zatından və cövhərindən çıxar.

2. Yəhudi ruhu Allahın yanında yer üzərində yaşayan sair millətlərin ruh və nəfslərindən daha yüksək məqama malik olub, daha məqbul sayılır. Çünki bu millətlərin nəfsləri şeytandan ayrılıb, heyvanların və cansızların nəfsləri ilə oxşardır.

3. Qəti qələbənin bayrağı ucaldılan zaman, məsih bütün millətlərdən razı olar, amma məsihiləri onların arasından qovar. O zaman İsrail övladları yüksək var-dövlət sahiblərinə çevriləcəklər, çünki millətlərin yeraltı-yerüstü sərvətləri və xəzinələri onların əlinə keçəcək. Bu xəzinələr böyük sarayları doldurar; hətta üç yüz yük dəvəsi bu xəzinələrin və qapıların açarlarını daşımaq üçün kifayət etməz. O zaman hamı yəhudiliyə iman gətirər, amma bu məsihilərin bu ne’mətdən heç bir payı yoxdur; əksinə onların kökü yer üzərindən kəsilər, çünki onlar şeytan nəslindəndir. Məsiha gələn zaman yəhudi milləti başqa millətlərə hakim olacaqlar.

4. Yəhudilər Allahın nəzərində mələklərdən də sevimlidir. Buna əsasən, əgər bir şəxs bir yəhudiyə sillə vursa, sanki Allahın izzətinə zərbə varid etmiş olur; insanla heyvanın arasında olan dərəcə fərqi yəhudi ilə qeyri-yəhudinin fərqi kimidir. Yəuhidilər bayramlarda itə yemək verə bilər, amma qeyri-yəhudiyə yemək verməməlidir.

5. Seçilmiş qövm yalnız yəhudilərdir və sair qövmlər heyvanlar kimidir.

6. Əgər yəhudilər olmasaydı, şübhəsiz yer üzündən bərəkət çəkilərdi; yağış yağmazdı, günəş saçmazdı. Deməli israillilər olmadan yer üzünün sair millətləri həyat sürməyə qadir deyillər.

7. Allah yəhudi kişinin yəhudi qadınla zina etməsini haram etmişdir, lakin əcnəbi qadınlar onlara halaldır.

8. Yəhudilərdən başqalarının mal-dövlətini oğurlamaq, onlar hiss etmədiyi təqdirdə caizdir. Çünki başqalarından oğurluq həqiqətdə oğurluq deyil, yəhudilərin öz mallarını özlərinə qaytarmaq deməkdir.[58]

SUAL VƏ TAPŞIRIQLAR

1. Təlmud nədir?

2. Təlmud necə yazılmışdır və neçə hissədən ibarətdir?

 

Mişnanın neçə fəsli vardır və onların adlarını qeyd edin.

Təlmud tə’liminin nümunələrindən bir neçəsini bəyan edin.

QIRX ÜÇÜNCÜ DƏRS

YƏHUDİ FİRQƏLƏRİ

Yəhudilər sair xalqlar kimi müxtəlif firqə və quruplara bölünmüşdür. Yəhudi qövmü arasında təfriqənin ən ümdə amili yəhudi dininin şifahi tə’limlərinə (Təlmuda), eləcə də Əhdi-qədimə (Ətiqə) artırılan risalələrə e’tiqad bəsləyib-bəsləməməklə əlaqədardır. Eləcə də axirət aləminə e’tiqad bəsləmək və ya bəsləməmək yəhudilərin firqələrə ayrılmasının digər bir amili hesab olunur.

Bu dərsdə yəhudi firqələrinin ən mühümlərini bəyan edəcəyik.

1. FƏRİSYUN

«Fərisyun» kənara çəkilənlər, ayrılanlar mə’nasındadır. Bu ad həmin firqəyə müxaliflər tərəfindən verilmişdir. Amma bu firqənin ardıcılları özlərini «Əhbar» yə’ni, rəfiqlər və dostlar, yaxud Rəbbanilər adlandırırlar.

Bu firqənin ardıcılları inanırlar ki, Tövratın hamısı əzəl gündən xəlq olunmuş və Musaya nazil olan müqəddəs lövhələrdə yazılmışdı. Buna əsasən, həzrət Musanın əsrindən sonra Tövratın yenidən yazılması həmin yazıların təkrar olunması kimidir. Fərisyunların nəzərinə görə, Tövrat təklikdə müqəddəs kitabın hamısı deyil, əksinə Təlmud da müqəddəs kitabın bir hissəsidir. Fərisyunun nəzərincə, yəhudi xaxamları mə’nəvi hakimiyyətə və ismət məqamına sahibdirlər; onların danışıqları Allah tərəfindən ilham olunur. Həmçinin deyirlər ki, hər bir mö’min xaxamların kəlamını şəriət hökmü kimi qiymətləndirməlidir. Çünki onların sözləri Allahın buyuruğudur. Buna əsasən, əgər xaxam sağ əlim sol əlimdirsə desə, yaxud bunun əksinə söyləsə, onu təsdiq et və onunla mübahisə etmə.

Fərisyun axirət aləminə, məhşərə, ölülərin dirilməsinə və qiyamət gününə e’tiqad bəsləyir. Onlar inanırlar ki, ölüb dünyadan getmiş saleh şəxslər də Məsihanın qiyamı zamanı diriləcəklər ki, o həzrətin xidmətində olsunlar. Fərisyunlar qurbanlıq ayinlərinə inanmırlar və onların əksəriyyəti zöhd və sufilik halında yaşayır, izdivacdan qaçırlar.

Fərisyun İncildə həzrət İsa (ə)-ın ən qatı düşmənləri kimi təqdim olunaraq, Qeysərin yanında bədbinlik icad edən amil və İsa (ə)-ın dara çəkilməsi ilə nəticələnən bütün məkrli planların səbəbkarı hesab olunurlar.

2. SƏDUQİYYUN

Bu firqə həzrət Süleymanın zamanında böyük kahin olan Səduq, yaxud eramızdan əvvəl üçüncü əsrdə yaşamış həmin adda başqa bir kahinə mənsub edilir. Deyirlər ki, Səduq, Üzeyiri Allahın oğlu kimi təqdim edən şəxsdir ki, Qur’anda da buna işarə edilir.[59]

Səduqiyyun şifahi tə’limlər olan Təlmuda e’tiqad bəsləmir və inanırlar ki, bu kitab Fərisiyyun alimləri tərəfindən yazılmışdır və müqəddəs kitab deyildir. Səduqiyyunun Fərisiyyunla olan ixtilaflarından digəri səduqilərin qiyamətə, axirət həyatına, qiyamət gününün hesab-kitabına, behişt və cəhənnəmə e’tiqad bəsləməməsidir; onlar inanırlar ki, insanlar bütün işlərin mükafat və cəzasını məhz bu dünyada görəcəkdir. Əgər yaxşı iş sahibi olarsa, xeyir və bərəkətlə bu həyatdan mükafat alır, əgər çirkin işlər görərsə, müsibətlərə, acınacaqlı hallara giriftar olar. Səduqiyyun mələklərin və şeytanın varlığına, ilahi qəza və qədərə, və’də verilən Məsihaya da inanmırlar.

Səduqiyyun ictimai rəftarda da Fərisiyyunla fərqlənirlər. Çünki Səduqiyyun müxtəlif millətlər və sair din ardıcılları ilə dostluq rabitələrinin bərqərar edilməsinə inanırlar. Halbuki, Fərisiyyun yəhudilərdən başqasına düşmən gözü ilə baxır, hətta sair yəhudi firqələrinin ardıcıllarına da mənfi hisslərlə yanaşırlar.

3. SAMİRİYYUN

Bu yəhudi qurupu Fələstinin şimalında yerləşən Samirə şəhərində məskunlaşmış və hal-hazırda da Nablos şəhərində yaşayırlar. Onlar bu şəhəri müqəddəs şəhər və Süleymanın mə’bədinin yeri hesab edir, öz qiblələrini o istiqamətdə qərar verirlər. Samiriyyun Allah-taalanın vəhdətinə, Musanın nübüvvətinə və axirət aləminə e’tiqad bəsləyirlər. Onlar müqəddəs kitabın məcmusundan yalnız Tövrata (beşlik təşkil edən sifrlərə) Yuşenin səhifəsinə, davərlər kitabına inanır, Əhdi-ətiqin qalan hissəsini və Təlmudu rəsmi olaraq qəbul etmirlər. Bu firqə Musadan sonrakı peyğəmbərlərin nübüvvətini və Yuşeni qəbul etmir, özlərini Yə’qub övladlarının varisləri və Tövratın himayədarları adlandırırlar.

 

4. İSİNİYYUN

Bu firqə miladdan dörd əsr qabaq yaranmış, e’tiqad və adət-ən’ənlərində sair yəhudi firqələri ilə əsaslı fərqlərə malikdir. Onların sair yəhudi firqələri ilə olan ixtilaflarından biri də qurbanlığı, hədiyyələri və nəzrləri haram hesab etmələridir; halbuki bu məsələ sair yəhudi firqələrinin ən mühüm ibadətidir və Lavinyan sifri əsas e’tibarı ilə bu mövzuya məxsusdur. Amma digər tərəfdən qüsl və paklanmağa çox tə’kid edirlər. Buna görə də onlar İsiniyyun adlandırılmışdır; onun mə’nası pakizələr və qüsl edənlər deməkdir.

Bu firqənin ardıcılları bir qövmün başqa bir qövmə üstün olması və irqli fərqlərə inanmırlar və bütün qövmlər arasında bərabərliyə qaildilər. Onlar inanırlar ki, insanlar daimi sülhdə olmalı, zülm, təcavüzkarlıq və müharibədən uzaq yaşamalıdır; bu firqənin fərdi və xüsusi mülkiyyətə də e’tiqadı yoxdur.

5. QURRAVUN, YAXUD ƏNANİYYUN

Bu firqə miladın səkkizinci əsrində Bağdad alimlərindən olan Ənan ibni Davudun vasitəsilə yaradılmışdır. Bu firqənin adı da onun banisinə mənsub edilərək Ənaniyyun adlandırılmışdır. Amma Qurravun adlandırılmalarının səbəbi də yalnız Əhdi-ətiqin əsfarına inanmalarıdır. Qurravun məqra kökündəndir ki, yəhudilərin arasında Əhdi-ətiqin əsfarına deyilən “yazılı” mə’nasındadır. Buna əsasən Qurravun, yaxud Ənaniyyun Təlmudun hökmlərinə, Rəbbanilərin və xaxamların tə’limlərinə, onun müqəddəs kitab olmasına və şəriət hökmü daşımasına inanmırlar; yalnız Əhdi-ətiqi müqəddəs kitab kimi öz əqidə və əməllərinin bünövrəsi qərar verirlər.

Bu firqə ardıcılları Fərisiyyunların əksinə olaraq, yəhudi alim və xaxamların sözlərinə əməl etmirlər və onları mə’sum saymırlar. Buna görə də onlar şəriətdə dərk, təhqiq və ictihad qapısını açıq hesab edirlər. Həmin səbəbə görə də çoxlu şəriət hökmlərində sair yəhudi firqələri ilə ixtilaflıdırlar.

6. QƏBALƏT

Bu firqə Təlmud düşüncələrinin əsasında, Əflatun, Hindistan fəlsəfəsi və Zərdüşt təfəkkürünün tə’sirindən yaranmışdır. Onlar Təlmuddan təsirlənərək, batini təfsir və tə’villə formalaşmış, məxfi hikmət adı ilə məşhurlaşmış, daha sonra isə Qəbalə adı ilə tanınmışlar. Arami lüğəti olan Qəbalə «qəbul» mə’nasındadır ki, bu da Təlmudun şifahi rəvayətlərinin qəbul edilməsinə işarədir. Bu firqə xaxam Sə’nan ibni Yuşanın vasitəsi ilə yaradılmışdır. Onun ardıcılları inanırdılar ki, o, 13 il Fələstin mağaralarında təklikdə və məxfi şəkildə yaşamış, daha sonra isə kəşf, ilham və işraqla bütün yerlər və asimanlar onun üçün aşikar olmuşdur.

SUAL VƏ TAPŞIRIQLAR

1. Fərisiyyun hansı əqidəyə malikdir?

2. Sədiqiyyun kimlərə deyilir?

3. Hansı firqənin Yuşedən sonrakı peyğəmbərlərə əqidəsi yoxdur?


Date: 2015-12-11; view: 603


<== previous page | next page ==>
Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur. 1 page | Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur. 3 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.011 sec.)