Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Od-alov allahı – Aqni.

Aqni bu bölgüdə yer allahları sırasında olsa da, o bütün varlığı qət edən bir allahdır. Səmada günəşin yanında məhsuldarlıq, xeyir-bərəkət, insanlar, heyvanlar və torpağın mənşəyi olduğuna görə sitayiş olunur. Bu allah, eləcə də yerlə səma arasında ildırım və şimşək surətində müxtəlif buludlardan çoxlu qığılcımlar yaradır və bununla da insanlara allahların xəbərdarlıqlarını çatdırır. Aqni yerdə də bütün ariyalıların evlərinə gedib-gəlir və onların həyatlarının bütün sahələrinə nəzarət edir.

Aqni, bundan başqa təmizləyici və saflaşdırıcı rolunu yerinə yetirir və şeytanların, əzazil ruhların, cadugərlərin əleyhinə güclü bir qüvvə kimi insanları onlardan qoruyur. O da digər allahlar kimi veda ardıcıllarının ondan umduğu xeyir-bərəkət göndərir. Ondan mal-dövlət, sərvət, xoşbəxtlik, uzunömrülülük, çoxlu qəhrəman oğul övladları və s. ne`mətlər bəxş etməsini də diləyirlər.

 

2. Kollektiv mə`budlar;

Veda ayinində bu allahların özləri də üç qrupa bölünürlər:

1. Vasular; (ne`mət, sağlamlıq və firavanlıq bəxş edən mə`budlar). Onların sayı səkkiz olmaqla aşağıdakılardan ibarətdir:

Od, torpaq, külək, hava, səma, ay, günəş və ulduzlar. Vedalıların e`tiqadına görə üzərində Aqninin yerləşdiyi yer, həyatın əsası olan küləyin də fəza, əqlin əsas iqamətgahı olan səma və əbədi həyatın əsası olan ulduzların sintezi ümumilikdə təbii həyatın əsasını təşkil edirlər. Əslində bu səkkiz ünsür varlıq, ne`mət və firavanlıq allahları sayılırlar.

2. Marutlar;Marutların sayı mə`lum olmasada kollektiv, mütəşəkkil bir-biri ilə qardaş, yaşıd və həmrəy, birlikdə böyümüş tə`siri bağışlayırlar. Marutların ildırımla bağlılıqları var və günəş kimi parlaqdırlar. Onlar ildırıma bağlılıqlarına və müharibələrdə İndraya kömək etdiklərinə görə onun səmimi dostları sayılırlar. “Marut” sözünün leksik mə`nası bir o qədər də aydın deyildir. “Mar” ölmək, “ut” şəkilçisi isə ola bilər ki, əbədilik və ölməzlik mə`nasını ifadə edir.



3. Aditiyalar;Bu allahların sayının 6, 8 və bə`zən də 12 olması məsələsində fikir ayrılığı var. Adityalar səmadadırlar və təbiət ünsürləri üzərində hökmranlıq edirlər. “Aditya” ilahəsinin övladları, yə`ni mə`budlar anasının övladları olan onlar parlaqlıq, paklıq, varlıq aləmini idarə etmək kimi sifətləri daşıyırlar.

Qeyd olunanlar elə “Varuna”nın da malik olduğu sifətlərdir. Bu sifətlərin ortaqlığı Adityaların Varuna ilə əlaqəli olmasının bir sübutudur.

 

Monoteizm.

Son Veda nəğmələrində digər allahları öz kölgəsi altına alan, vahid və müstəqil bir şəkildə təzahür edən vahid allah təqdim olunur. Yaradıcılıq və dünyanı xəlq etmək kimi xüsusiyyətlər ona aid olunur. Bu yeganə mə`bud “Vişvakarma”, yaxud “Puruşa” adlandırılır. “Vişva” hər bir şey, “Karma” isə yaradan mə`nasını verir. Bu iki söz birlikdə bütün məxluqatı yaradan mə`nasını ifadə edir. Vişvakarma hər bir şeyi görən, yeri-göyü və ayı yaradan, dünyanı nizamlayan, bütün canlı varlıqları və insan qövmlərini idarə edəndir.

Bu mətləblər Veda ayininin iki əsas – çoxallahlıq və təkallahlıq üzərində qurulduğunu göstərir. Diqqətəlayiq məqam budur ki, prinsipcə Veda ayini tovhid, monoteizm, varlığın yeganə yaradıcısına inama əsaslanır. E`tiraf etmək lazımdır ki, bu ayinin ardıcılları tərəfindən tək tanrı üçün müxtəlif sahə və aspektlərdə sadalanan çoxsaylı simvol və atributlarda hədsiz dərəcədə mübaliğəyə yol verilmişdir. Bu isə ilk baxışda hər bir tədqiqatçıda belə bir fikir yaradır ki, təsəvvürə sığmayan bu xüsusiyyətlər tədricən veda ardıcıllarında bu atributların hər birinin müstəqil tə`sir qüvvəsinə inanaraq və nəticədə bu allahlara sitayiş edərək ehtiyaclarını onlardan diləmək kimi azğın fikirlərin yaranmasına səbəb olmuşdur.

SUAL VƏ TAPŞIRIQLAR

1. Veda ayini Hindistana ilk dəfə kim tərəfindən yayılmışdır?

2. Ən mühüm Veda allahlarının adlarını sadalayın.

3. Hansı Veda allahları başqa allahlardan daha üstün sayılır?

 

Aqni-hutra mərasimini izah edin.

“Maya”nı izah edin.

Müəllimin istiqamətləndirməsi ilə, əqaid dərsinin tovhid və şirk məsələləri ilə və bu dərsdə öyrəndiyiniz bəhslərə diqqət yetirməklə vedalıların müşrik olub-olmamasını araşdırın.

 

 

SƏKKİZİNCİ DƏRS

VEDA AYİNİ (2)

 


Date: 2015-12-11; view: 704


<== previous page | next page ==>
Dinə yönəlmənin əsas amilləri hansılardır? 5 page | MÜQƏDDƏS KİTABLAR - VEDA
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.01 sec.)